Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   42   43   44   45   46   47   48   49   50

 
 
 
qurğuları  köhnəldiyindən  çirklənmənin  ən  əsas  mənbəyidir. 
Ona görə də, avadanlıqların modelləşdirilməsi vacibdir. Bəzi 
ərazilərdə  neft  çıxarılan  zaman  torpaq  üzərinə  atılmış 
radioaktiv  maddələr  mövcuddur.  Bəzi  ərazilərdə  radiasiya 
göstəriciləri 400, 1200 mkr/s təşkil edir (Maksimum səviyyə 
60 mkr/s-dir). 
Hal-hazırda  Azərbaycanda  15,3  mln.  ton,  o  cümlədən 
quruda  1,5  mln.  ton,  dənizdə  13,8  mln.  ton  neft  çıxarılır. 
Proqnozlara  görə,  Azərbaycanda  neft  ehtiyatı  2,5-3  mlrd. 
tondur.  2005-2007-ci  illərdə  sutkada  neft  istehsalı  100  min 
ton təşkil etmişdir. 
20  sentyabr  1994-cü  ildə  Azərbaycan  Dövlət  Neft 
Şirkəti  Xəzərin  Azərbaycan  Sektorunda  6  ölkənin  11  xarici 
şirkəti ilə üç iri neft yataqlarında (Azəri, Çıraq, Günəşli) neft 
çıxarmaq  üçün  müqavilə  imzaladı.  Bütün  texniki  və 
kommersiya məsələlərini əhatə edən müqavilənin müddəti 30 
ildir.  Müqavilə  Milli  Məclis  tərəfindən  ratifikasiya  olunmuş 
və  12  dekabr  1994-cü  ildən  qüvvəyə  minmişdir.  Müqaviləni 
yerinə  yetirmək  üçün  Azərbaycan  Beynəlxalq  Əməliyyat 
Şirkəti  (ABƏŞ)  yaradılmışdır.  Bu  müqavilədən  sonra 
«Qarabağ»,  «Şah  Dəniz»,  «Əşrəfi»,  «Dan  UIduzu», 
«Abşeron»,  «Naxçıvan»,  «Lənkəran  Talış-Dəniz»  və  s. 
yataqlarında neft istehsal etmək üçün xarici neft şirkətləri ilə 
daha  doqquz  neft  müqavilələri  imzalanmışdır.  Yuxarıda 
göstərilən  bütün  yataqları  istismarında  ətraf  mühitə  təsirin 


 
 
 
qiymətləndirilməsi  (ƏMTQ)  sənədləri  işlənib  hazırlanmışdır 
və  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  Dövlət 
Ekologiya Ekspertizasına təqdim edilmiş və bəyənilmişdir.[4, 
№458] 
Şübhəsiz, Xəzər dənizində irimiqyaslı neft-qaz hasilatı, 
istər  Azərbaycanda,  istərsə  də  digər  Xəzəryanı  dövlətlərdə 
əhali  neft  çıxarılması  zamanı  Xəzər  dənizinin  ekologiyasına 
zərər dəyməsindən narahat olurlar. Lakin ABƏŞ neftçıxarma 
vaxtı  Xəzər  dənizinə  ziyan  vurmamaq  barədə  öhdəlik 
götürülmüşdür. Bu ətraf mühitin qorunması üçün beynəlxalq 
qaydalara  əməl  edilməsini  tələb  edir.  Ona  görə  də,  hal-
hazırda  «Şah  Dəniz»  layihəsinin  operatoru  Bi-Pi  şirkətinin 
təklifi ilə «Şah Dəniz» perspektiv sahəsində ekoloji standart-
ların  işlənib  hazırlanması  və  Dövlət  Neft  Şirkəti,  Ekologiya 
və  Təbii  Sərvətlər  Nazirliyi  və  iştirakçıları  tərəfindən  təstiq 
edilmişdir.  Bu  müqavilənin  iki  əsas  məqsədi  ətraf  mühitin 
qorunmasının  yüksək  standartlarına  nail  olmaqdan  və  ətraf 
mühitə  atılan  zərərli  maddələrin  minimuma  endirməkdən 
ibarətdir. 
Bununla 
bərabər, 
dənizdə 
neft 
hasilatının 
intensivləşdirilməsi,  daha  dərin  qatlarda  netf  çıxarılması  ilə 
əlaqədar  olaraq,  suyun  neft  məhsulları,  kimyəvi  reaktivlər, 
qazma və neft hasilatı tullantıları ilə çirklənmə riski artmağa 
başladı.  Dənizin  çirklənməsinin  əsas  mənbələrindən  biri 
kəşfiyyat  və  qazma  vaxtı  qazma  şlamının  toplanması,  buruq 


 
 
 
məhlulu,  plast  sularının,  neft  saxlayan  təbəqənin  artmasıdır. 
Hələ  70-ci  illərdə  bu  tullantıların  güclü  çirkləndirmə 
mənbələri olduqlarından onların dənizə atılması qadağan edil-
mişdir. 
Bu 
tullantıların 
sahilə 
daşınması, 
onların 
zərərsizləşdirilməsi  və  basdırılması  qərara  alınmışdır.  Lakin 
Xəzərin mürəkkəb şəraiti, tez-tez baş verən davamlı dalğalar, 
böyük  xərclər  olduğundan  demək  olar  ki,  tullantıların  sahilə 
daşınması  və  məhv  edilməsi  baş  tutmadı.  Ona  görə  də 
mövcud  qanun  və  normativlər  pozularaq  bu  tullantılar 
Xəzərin  flora  və  faunasına  böyük  ziyan  vurmaqla  dənizə 
tökülməkdə davam edir. 
Neft  kəşfiyyatı  və  qazma  vaxtı  tətbiq  edilən  neftli 
qumun, plast suların, buruq şlamının və palçığının, həmçinin 
bəzi  reaktivlərin  çirkləndirilməsinə  təsiri  çox  böyükdür. 
Kəşfiyyat  və  qazma  vaxtı  tətbiq  edilən  şlamın  həcmi  çox 
böyükdür  və  onu  kimyəvi  reaktivlərdən  və  neft 
karbohidrogenlərdən təmizlənməsi tələb olunur. Ona görə də, 
onun  bilavasitə  dənizə  tökülməsi  ekoloji  tarazlığı  pozur. 
Müəyyən olunmuşdur ki, Xəzər dənizində buruq şlamları 1,5-
2,9  q/l-dir,  norma  isə  2,0-2,3  q/l-dir.  Buruq  şlamı  dənizinin 
faunası üçün 0,3-0,4 q/l olduqda zərərli deyildir. 
Xəzər  dənizində  kəşfiyyat  işləri  və  quyu  qazarkən 
çirklənmə  riskini  azaltmaq  üçün  aşağıdakı  tədbirləri  görmək 
tələb olunur: 

 
bu işləri görərkən daha az toksik reaktivlər seçməli


 
 
 

 
kəşfiyyat, qazma və neft hasilatı vaxtı toksik tullantıların 
müxtəlif  üsullarla  (kimyəvi,  texniki  və  mexaniki) 
azaldılması; 

 
sənayenin  müxtəlif  sahələrində  tullantıları  minimuma 
endirilməsi, tullantısız texnologiya yaratmalı; 

 
perspektivli  sahillərdə  ekoloji  standartların  işlənib 
hazırlanması və təsdiqi. 
Ətraf  mühitin  neftlə  çirklənməsi  ekosistemin  bütün 
komponentlərinə  kəskin  reaksiya  verir.  Neftin  hidrosferə 
düşməsi nəticəsində maddələrdə, fiziki-kimyəvi, mikrobioloji 
dəyişikliklər baş verir, bəzi hidrosfera tamamilə dəyişir. 
Hal-hazırda  ətraf  mühitin  neft  və  neft  məhsullarından 
təmizlənməsi üçün metodlar məlumdur, lakin onlar üçün külli 
miqdarda vəsait tələb edən xüsusi qurğu tələb olunur. 
Quyular  qazılarkən  ətraf  mühitə  əsasən  duru  və  bərk 
tullantılar  düşür.  Neft  və  neft  məhsulları  buruq  süxurlarında 
plyonka,  emulsiya  və  qarışıq  formasında  ola  bilər.  Bütün 
növlərdən olan axan neftin təmizlənməsi müəyyən çətinliklər 
törədir. 
Mexaniki,  hidrodinamik  təsirlərin,  neftin  nasoslar 
vasitəsilə vurulması nəticəsində və buruqlarda neftin hərəkəti 
vaxtı  neftin  ətraf  mühitə  dağılması  baş  verir.  Emulsiyanın 
əsas xarakteristikası onun dispersiya olmasıdır və o damcının 
diametri  ilə  müəyyən  edilir.  Emulsiyanın  mühüm  göstəricisi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə