Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   42   43   44   45   46   47   48   49   50

 
 
 
dispersiya  sistemləri,  emilqatorların  fiziki,  kimyəvi 
xüsusiyyətlərindən asılı olan davamlığıdır. 
Örtük  əmələ  gətirən  neft  və  neft  məhsullarının  sudan 
yığılması  üçün  xüsusi  qurğulardan,  defisit  sorbetlərdən 
istifadə  edilməsi  tələb  olunur.  Lakin  bu  üsulla  təmizlənmə 
dərəcəsi həmişə yüksək olur. 
Hal-hazırda  su  hövzələrinin  və  qrunt  suların  neft 
tullantılarından təmizləmək üçün mexaniki, fiziki, kimyəvi və 
bioloji  metodlardan  istifadə  edilir.  Su  üzərində  olan  nefti 
yığmaq  üçün  su  hövzəsi  məhdudlaşdırılır,  mühafizəyə  alınır 
və neft üzən bonlar vasitəsilə yığılır. 
Su  hövzəsinə  axan  neftlə  mübarizə  aparmaq  üçün 
müxtəlif təbii şəraitlərdə işləyə bilən avadanlıqlar tələb edilir. 
Su hövzələrinin üzünü çirkablardan, o cümlədən neft və neft 
məhsullarından təmizləmək üçün Fransada «Siklon» qurğusu 
işlənib  hazırlanmış  və  müvəffəqiyyətlə  istifadə  olunur. 
«Siklon»  qurğusu  gəminin  bortuna  birləşdirilir  və  gəmi 
çirklənmiş  yerlərdə  üzərkən  hərəkət  edərək  çirklənmiş 
mayeni yığır və separatordan keçirərək təmizləyir. ABŞ-da su 
üzərindən  neft  yığmaq  üçün  üzən  platformalarda 
quraşdırılmış  transportyordan  istifadə  edilir.  Hərəkət  edən 
lentin  aşağı  hissəsi  suya  salınır,  suyun  üzərində  olan  neft 
lentə  hopur  və  yuxarı  qalxır,  sonra  xüsusi  təmizləyici  ilə 
lentdən  təmizlənir  və  baka  yığılır.  Neft  yığımını  çoxaltmaq 
üçün  ona  hopdurucu  material  bərkidilir.  Konveyerin  aşağı 


 
 
 
hissəsinə fırlanan baraban bərkidilmişdir. Baraban fırlandıqca 
neft konveyer lentinə daxil olur. 
Neftin  mexaniki  yolla  yığılmasında  əsas  məsələlərdən 
biri  çirklənmiş  suların  filtrlərlə  yığılmasıdır.  Neftin  fiziki-
kimyəvi 
üsullarla 
təmizlənməsində 
ilk 
növbədə 
adsorbirləşdirici 
materiallardan 
istifadə 
edilməsidir. 
Adsorbentlər 
kimi 
poliuretan, 
kömür 
tozu, 
rezin 
qırıntılarından,  ağac  külündən,  pemzadan,  torfdan  və  s. 
istifadə edilir. Nefti yığarkən hətta solomdan istifadə edilir və 
yığılan  neft  onun  kütləsindən  8-30  dəfə  çox  olur.  Poliuretan 
köpüyündən  istifadə  edilməsi  nefti  yaxşı  hopdurur  və 
adsorbsiyadan sonra üzməyə başlayır. Təxmini hesablamalara 
görə,  1  m3  poliuretan  açıq  köpük  qatı  su  üzərindən  700  kq 
neft yığa bilər. 
Yuxarıda  qeyd  edilən  mexaniki  üsulla  neft  yığma 
üsullarının  çatışmayan  cəhətləri  onların  öz  üzərində  olan 
neftə  az  müddətdə  kontaktda  olmalıdır.  Kontaktı  çoxaltmaq 
üçün nefti yaxşı adsorbiya edə bilən (hopdura bilən) sintetik 
dəsmallardan  istifadə  edilir.  Neft  hopdurulmuş  dəsmallar 
sonradan  barabanlar  arasında  sıxılaraq  neftdən  ayrılır.  Belə 
qurğular Böyük Britaniya və ABŞ-da  müvəffəqiyyətlə tətbiq 
edilir.  Amerikanın  «Conveel»  kompaniyası  suya  davamlı 
plastmas  setkalarla  əhatə  olunmuş  bitki  maddələrindən 
hazırlanmış  uducu  örtük  hazırlayırlar,  bu  yığılan  neftin 
həcmini  10-15  dəfə  artırır.  Neft  mexaniki  üsulla 


 
 
 
təmizlənmənin  çatışmayan  cəhəti  onun  aşağı  məhsuldar 
olması və təmizlənmə dərəcəsinin yüksək olmamasıdır (80%-
dən  yüksək  deyil).  Penoplast  üsulu  ilə  neft  yığılması  daha 
sərfəlidir. O, öz çəkisindən 20 dəfə çox nefti özünə hopdurur. 
Neft yığmaq üçün mineral xammal, xüsusən perlit tətbiq 
oluna  bilər  [28].  600-1000°C  dərəcə  emal  edilmiş  neft 
xammalı  suyun  üzərində  nefti  udur  və  sıx  möhkəm  kütlə 
əmələ gətirir və bunu adi üsullarla yığmaq çox asan olur. 
Plastmas  mikrobalonlardan  istifadə  edərkən  adsorbentə 
çəkilən  xərclər  əhəmiyyətli  dərəcədə  ixtisar  olunur.  1  ton 
nefti yığmaq üçün 40-130 kq plamilon lazım olur və təmizlik 
səviyyəsi  97%-ə  çatır.  Adsorbent  kimi  elastik  və  lifli 
materiallardan istifadə etmək mümkündür. 
Su  mənbələrinin  neft  məhsulları  ilə  çirkləndirilməsinin 
qarşısının  alınmasının  perspektiv  istiqaməti  onların 
mikrobioloji  dağılmasıdır.  Bəzi  bakteriyalar  üçün  neft  qida 
vasitəsidir.  Lakin  suda  neftin  mikrobioloji  metodlarla 
dağıdılması olduqca aşağıdır və bu proses uzun müddət tələb 
edir. Müəyyən olunmuşdur ki, bioloji aktivlik əksər  hallarda 
temperaturdan  asılıdır,  mikrobioloji  proseslərin  surəti 
temperatur  10°  artdıqda  2  dəfə  artır.  Torpağın  neftlə 
çirklənməsi və onun təmizlənməsi suya nisbətən olduqca zəif 
öyrənilmişdir.  Lakin  torpağın  uducu  xüsusiyyəti  neftin 
çirklənməsi  üçün  mənbə  təşkil  edir.  Ona  görə  də,  torpaqda 
gedən  bioloji  proseslər  neftin  təsirinin  öyrənilməsi,  onun 


 
 
 
təmizlənməsinin  vacibliyi  ölkədə  torpaq  resurslarından 
səmərəli istifadə tədbirlərinin hazırlanmasının vacib (mühüm) 
həlqəsidir. 
Məlumdur  ki,  torpağın  və  suyun  mexaniki  üsullarla 
təmizlənməsi  olduqca  əmək  tutumlu  işdir  və  xeyli  iqtisadi 
məsrəflər  tələb  edir.  Neftlə  çirklənmənin,  torpağın  ekoloji-
bioloji xüsusiyyətlərinin təhlili göstərir ki, neftlə çirklənməni 
müvəffəqiyyətlə ləğv etmək üçün kompleks fiziki-kimyəvi və 
bioloji tədbirlər həyata keçirilmişdir. 
Neft  hasilatında  ətraf  mühitin  qorunmasının  mühüm 
problemlərindən biri torpaq qruntlarının neftlə çirklənməsinin 
ləğv  edilməsidir.  Neft  buruqlarının  yaxınlıqlarında  torpağın 
məhsuldarlığı  tamamilə  və  qismən  aşağı  düşür.  Neft 
məhsullarının ətraf mühitə yayılma sürətinin xeyli ötüb keçir. 
Neftin  qrunt  suları  və  yağışla  yayılması  həmçinin  torpaqda 
miqrasiyası  böyük  təhlükə  törədir.  Neft  məhsulları  ilə 
çirklənmə  dərəcəsindən  asılı  olaraq  çirklənmə  torpağın 
müxtəlif  dərinliklərinə  keçə  bilər.  Bu  isə  torpağın  istər  üz, 
istərsə də dərinliklərində istənilən dəyişikləri əmələ gətirir. 
Torpağın  hətta  zəif  çirklənməsi  mikroorqanizmlərin 
ümumi sayının azalmasına və karbon qazının artmasına səbəb 
olur. 
Ətraf mühitin mühafizəsi kimi hər bir təbiəti mühafizə 
tədbirlərinin  yerinin  və  əhəmiyyətinin  müəyyən  edilməsi  və 
onların  ciddi  elmi  təsnifatı  ətraf  mühitə  texnoloji  təsirinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə