Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   42   43   44   45   46   47   48   49   50

 
 
 
təbiəti 
mühafizə 
tədbirlərinin 
obyektiv 
proqnozunu 
hazırlamaq üçün ilkin şərtdir. 
Quyuları  qazarkən,  təbiəti  mühafizə  tədbirlərinin 
təsnifatını 
yaradarkən 
ətraf 
mühitin 
çirklənməsinə 
yönəldilmiş  tədbirlərin  istiqamətinin  daha  dərindən  əks 
etdirən əlamətləri seçmək daha məqsədəuyğundur. 
Quyuları qazarkən ən mühüm təsnifat hüquqi, iqtisadi 
və  texniki  tədbirlərdir  ki,  bunlar  da  faydalı  xammal 
çıxarılarkən ətraf mühitin çirklənməsinin artmasıdır. 
Təbiəti mühafizə tədbirlərinin təsnifatı suyu mühafizə, 
atmosfer,  torpaq  və  meşə  qoruma  tədbirləri  axıra  qədər  və 
dəqiq  müəyyən  edilməlidir.  Təbiəti  mühafizənin  bütün 
sferaları  vahid  olduğundan  və  çirklənmə  prosesləri  qarşılıqlı 
əlaqədə  olduğundan  bu  tədbirləri  şərti  olaraq  bölmək  olar. 
Həqiqətən,  hal-hazırda  məlum  olan  qərarlar  texnogen 
ağırlıqları  tamamilə  aradan  qaldırmaq  və  zəruri  maddələri 
müəyyən  etmək  mümkün  deyildir,  yalnız  onun  vaxtını  və 
ərazisini  müəyyən  etmək  mümkündür.  Belə  ki,  buruqları 
qazarkən  texnoloji  proseslərin  (tsikllərin)  başa  çatmaması, 
qazma  tullantılarının  kifayət  qədər  ləğv  edilməməsi, 
çirklənmənin  qarşısının  alınması  tədbirlərinin  səmərəliliyini 
heçə endirir. Məsələn, buruq tikintisi qurtardıqdan sonra ləğv 
edilmiş tullantıların xüsusi anbarlara daşınması, heç də təbiəti 
mühafizə  tədbirlərini tam həll etmir, ancaq  digər  yerdə ətraf 
mühiti qoruma obyektlərinin çirklənmə riskini artırır. Təbiəti 


 
 
 
mühafizə  tədbirlərinin  ən  mühüm  əlaməti  çirkləndiricilərin 
ətraf mühitə düşmə vaxtıdır. Bu əlamətə görə tədbirlər, xəbər-
daredici,  bölüşdürücü,  kompensasiyaedici  və  bərpaediciyə 
bölünürlər. 
Ekoloji  nöqteyi-nəzərdən  tədbirlərin  ən  əhəmiyyətlisi 
xəbərdaredicidir, belə ki, bu tədbir bilavasitə təbiəti mühafizə 
obyektlərinin  çirklənmə  səbəblərinin  qarşısının  alınmasına 
yönəldilmişdir  və  buruq  tikintisinin  bütün  mərhələlərində 
nəzərə  alınır.  Belə  tədbirlərin  əsas  məqsədi  ətraf  mühiti 
korlamağa imkan verməmək və ya onu əhəmiyyətli dərəcədə 
azaltmaqdan ibarətdir. 
Bölüşdürücü  tədbirlər  çirkləndirici  maddələrin  ətraf 
mühitə  daxil  olmasını  dəyişdirmir.  Onun  funksional 
əhəmiyyəti  təbiətin  ayrı-ayrı  komponentlərinə  antropogen 
yüklərin  bərabərləşdirilməsindən    ibarətdir.  Ona  görə  də, 
onlar  xəbərdarlıq  və  kompensasiya  tədbirləri  ilə  tamamlan-
malıdır. 
Təbiəti  qoruma  tədbirlərinin  kompensasiyası  qazma 
tullantılarının  zərərli  təsirini  neytrallaşdırmaqdan  ibarətdir. 
Onun əsas məqsədi ətraf mühitə düşən çirkləndiricilərin ləğv 
edilməsi və ya azaldılmasıdır. Bərpaedici tədbirlər hər şeydən 
əvvəl  ekoloji  bərabərliyi  təmin  etmək  üçün  bütün  təbii 
amillərin intensivləşdirilməsini tələb edir. 
Qazmanın  obyektiv  praktikasında  vahid  konsepsiyanın 
işlənib  hazırlanması  buruq  işlərinin  ekoloji  cəhətdən 


 
 
 
təhlükəsiz  görülməsinə  imkan  verir.  Onun  əsasını  texnogen 
amilin  ekoloji  sistemə  uyğunluğu  təşkil  edir.  Nəzərə  almaq 
lazımdır  ki,  hər  hansı  ekosistem  mürəkkəb,  dinamik  inkişaf 
sistemdir. 
Neftçıxarma  müəssisələrində  ətraf  mühitin  mühafizə 
xidməti  müəssisə  və  onun  bölmələrində  təbiəti  mühafizə 
məqsədi  ilə  yaradılır.  Onun  üzərinə  ətraf  mühiti  mühafizə 
etmək  üçün  müvafiq  normativ  aktlarla  tənzimlənən  məsu-
liyyət  qoyulmuşdur.  Bu  xidmət  öz  işində  ətraf  mühitin 
mühafizə  prinsiplərinə  əsaslanır  və  onun  əsasını  problemə 
bütöv və kompleks yanaşma təşkil edir. 
Müəssisələrin  təbiəti  mühafizəsi  təsərrüfat  sahələrinin 
bütün  mərhələlərində  müəssisədən  başlayaraq  bütövlükdə 
xalq  təsərrüfatında  ətraf  mühitin  korlanmasının  məqsəd  və 
əsas  maraqlarının  vəhdəti  təşkil  edir.  Neft-qazçıxarma 
müəssisələrinin  təbiəti  mühafizə  fəaliyyətinin  əsas  məqsədi 
istehsal  proseslərinin  ətraf  mühitə  zərərli  təsirinin 
azaldılmasıdır.  Ətraf  mühitin  qorunması  kompleks  texniki, 
texnoloji, təşkilati və iqtisadi tədbirləri əhatə edir və istehsal 
proseslərinin ətraf mühitə təsirini azaltmaq məqsədilə aparılır. 
Ona görə də, müəssisələrin bu fəaliyyətinin idarə edilməsinin 
vacibliyi yaranır. 
Ətraf  mühitin  mühafizəsinin  komplekslik  prinsipi  ətraf 
mühiti  mühafizə  fəaliyyətinin  bütün  tərəflərini  nəzərə 
almaqla,  istehsal  prosesində  ətraf  mühitə  zərər  vuran  bütün 


 
 
 
mənbələrin,  zərərli  maddələrin  xalq  təsərrüfatına  vurduğu 
iqtisadi  ziyanı,  təbiəti  mühafizə  tədbirlərinin  tətbiq  edilməsi 
və  onların  iqtisadi  səmərəliliyinin  müəyyən  edilməsi,  ətraf 
mühitə  zərər  vuran  istehsal  tullantılarının  azaldılmasının 
səmərəli  yollarının  işlənib  hazırlanmasını  tələb  edir.  Neft-
qazçıxarma  müəssisələrinin  təbiəti  mühafizə  fəaliyyətinin 
yüksəlməsi,  yalnız  səmərəli tədbirlər  işlənib hazırlanması və 
tətbiq  edilməsini  deyil,  eyni  zamanda  ətraf  mühitin 
qorunmasına  sərf  olunan  məsrəflərin  normallaşdırılması  və 
planlaşdırılmasının  təkmilləşdirilməsini,  işlərin  təşkilinin  və 
maddi-texniki təchizatın yaxşılaşdırılmasını və s. tələb edir. 
Təbiəti mühafizə fəaliyyətinin idarə edilməsinin mühüm 
prinsiplərindən 
biri  sahənin  ətraf  mühitə  təsirinin 
spesifikasının  nəzərə  alınmasıdır.  Neft  hasilatı  sənayesinin 
əsas  spesifik  xüsusiyyətləri,  mədənlərin  ərazi  üzrə 
səpələnməsi,  neft  və  su  borularının  uzunluğu,  tətbiq  edilən 
materialların və kimyəvi reagentlərin, neft-mədən sularının və 
istehsal tullantılarının, toksiki maddələrin həddən çox olması 
və içməli suya tələbin çoxalmasıdır. Bu, su tutarlarını, torpağı 
və hava baseynini, xeyli ərazini çirkləndirməklə bərabər, neft 
hasilatı  ərazilərdə  yerləşmiş  çoxsaylı  müəssisə  və 
təsərrüfatlara  ziyan  vurur.  Ona  görə  də,  ətraf  mühitin 
mühafizəsi müəssisənin əsas məsələlərindən biri hesab edilir. 
Ətraf  mühitin  idarə  edilməsinin  mühüm  prinsipi 
problemə 
xalq 
təsərrüfatı, 
dövlət 
nöqteyi-nəzərdən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə