Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   42   43   44   45   46   47   48   49   50

 
 
 
yanaşmadır.  Xalq  təsərrüfatı  yanaşmasının  mahiyyəti  hər 
şeydən əvvəl ondan ibarətdir ki, müəssisələrin fəaliyyəti ətraf 
mühitə vurduğu zərərlə müəyyən olunmalıdır. Bundan başqa, 
ətraf mühitin qorunması tədbirlərinin səmərəliliyini müəyyən 
edərkən,  çirklənmənin  qarşısının  alınması  tədbirlərini  həyata 
keçirərkən  xalq  təsərrüfatı  səmərəliliyini  nəzərə  almaq 
lazımdır.  Neft  müəssisələrinin  həyata  keçirdiyi  tədbirlərin 
tətbiq  edilməsi  böyük  məsrəflər  tələb  etməsinə  baxmayaraq, 
xalq  təsərrüfatı  nöqteyi-nəzərdən  sərfəlidir.  Belə  yanaşma 
ətraf  mühitin  qorunmasına  sərf  olunan  tədbirlərin  tətbiq 
edilməsinə  mane  olan  subyektiv  maneələrin  aradan 
qaldırılmasına imkan verir. 
Neftqazçıxarma  müəssisələrinin  ətraf  mühiti  qoruma 
tədbirlərinin  fəaliyyətini  əlaqələndirmək  üçün  Azneft 
birliyində  xüsusi  şöbə  fəaliyyət  göstərir.  Bu  şöbə  istehsal 
müəssisələrinin xalq təsərrüfatı və ətraf mühitə zərərli təsirin 
azaldılması  üçün  tədbirlər  işlənib  hazırlanması  və  tətbiq 
edilməsi üçün məsuliyyət daşıyır. 
Təbii  resursların  mühafizəsi  və  səmərəli  istifadə 
edilməsinin  əsas  məqsədinə  müvafiq  olaraq,  istehsal 
müəssisələrinin  ətraf  mühiti  mühafizə  şöbəsinin  üzərinə 
aşağıdakı funksiyalar qoyulur. 
Müəyyən olunmuş qaydaya müəssisə üzrə ətraf mühitin 
qorunması  və  təbii  resurslardan  səmərəli  istifadə  edilməsi 


 
 
 
üçün  perspektiv  və  illik  planların  işlənib  hazırlanması  və 
onun üzərində nəzarət tələb olunur. 
Bu  xidmətin  başlıca  vəzifəsi  ətraf  mühitin  bütün 
çirkləndirmə mənbələrinin  hər  il pasportlaşdırılması,  istehsal 
prosesi  nəticəsində  ətraf  mühitə  təsir  edən  proseslərin  aşağı 
salınması üçün tədbirlərın işlənib hazırlanması, onların yerinə 
yetirilməsinin təhlili və ona nəzarət etməkdən ibarətdir. 
Təbiətin  qorunması  problemini  təbiətdən  istifadə 
mexanizmindən  ayrı  həll  etmək  mümkün  deyildir. 
İdarəetmənin  əsas  funksiyası  planlaşdırma,  təşkil,  nəzarət, 
tənzimləmə, uçot və s.-dir. 
Ətraf  mühitin  keyfiyyətinin  idarə  edilməsi  funksiyası 
birinci  dərəcəli  əhəmiyyət  kəsb  edir,  belə  ki,  ətraf  mühitin 
mühafizəsinin  idarə  edilməsində  iki  tərəfi  fərqləndirirlər: 
iqtisadi  fəaliyyətin  təşkili  vasitəsilə  idarəetmə  və  bilavasitə 
ətraf mühit obyektlərinin idarə edilməsi. 
İdarəetmənin başlıca məqsədi ətraf mühit vasitələrindən 
istehlak  və  istifadənin  azaldılması  ilə  iqtisadiyyatın  inkişaf 
etdirilməsidir. Bununla əlaqədar olaraq istehsalın ətraf mühitə 
mənfi  təsirinin  məhdudlaşdırılması  və  imkan  daxilində  ətraf 
mühitin vəziyyətinin yaxşılaşdırılmasıdır. 
Neft-qaz  sənaye  müəssisələrində  təbii  resurslardan 
səmərəli  istifadə  edilməsi  üçün  kompleks  tədbirlər  tətbiq 
olunur. Ətraf mühitin qorunmasında çatışmamazlığın mühüm 
səbəblərindən biri indiyə qədər təbiətin mühafizə tədbirlərinin 


 
 
 
tətbiqinin  stimullaşdırılmasının  səmərəli  sisteminin  olmama-
sıdır.  Ətraf  mühitin  qorunması    adətən  texniki,  təşkilati  və 
iqtisadi  tədbirlərin  köməyi  ilə  aparıla  bilər.  Bu  tədbirlərin 
təsiri  təbiəti  mühafizə  tədbirlərinin  işlənib  hazırlanması  və 
tətbiq edilməsinin iqtisadi cəhətdən stimullaşdırılmasıdır. 
Hal-hazırda  müəssisələrin  təbiəti  qoruma  fəaliyyətində 
aşağıdakı  iqtisadi  stimullaşdırma  formalları  mövcuddur: 
sudan  istifadəyə  görə  haqq  ödənişi,  ətraf  mühiti  korlamağa 
görə  cərimə sanksiyaları, təbiəti  mühafizə  obyektlərinə  bank 
kreditləri,  ətraf  mühiti  mühafizə  obyektlərinin  əsas 
orqanlarının  ödəmələrdən  azad  edilməsi,  təbiəti  mühafizə 
tədbirlərinə görə işçilərin maddi cəhətdən həvəsləndirilməsi. 
Eyni  zamanda  ətraf  mühitin  mühafizəsinin  həyata 
keçirilməsi böyük məsrəf tələb edir. Bu tədbirlər bütövlükdə 
ətraf  mühitin  çirklənməsinin  azalması  iqtisadiyyatın  digər 
sahələrində  zərərlərin  azaldılmasına  görə  xalq  təsərrüfat 
səmərəliliyi  verir.  Maye  tullantıları  ən  çox  hərəkət  edən 
tullantılardır  və  onlar  özlərində  çirkləndiricilərin  əsas 
hissəsini birləşdirirlər və əsas etibarı ilə təbiətə düşürlər. 
Beləliklə,  quyu  qazarkən  təbii  mühitin  çirklənməsinin 
mənbəyinin  təhlili  və  onun  səbəbləri  sübut  edir  ki,  əsas 
çirkləndirici amil qazmanın istehsal-texnoloji tullantılarıdır. 
Hal-bazırda 
quyu 
qazılarkən 
təbii 
mühitin 
çirklənməsinin  xarakteri  və  nəticələri  praktiki  olaraq  tədqiq 
olunmur. Ölkə və xarici amillərin ayrı-ayrı məqalə və tezisləri 


 
 
 
problemi  bütövlükdə  əhatə  etmir,  əksər  hallarda  şərh 
xarakteri  daşıyır,  tədqiqatlar  ya  qurtarmamış,  ya  da  konkret 
deyildir,  bəzən  də  ayrı-ayrı  xüsusi  məsələlərin  həllinə 
yönəldilmişdir.  Bundan  başqa,  nəzəri  məsələlərin  həlli 
praktiki tələbatdan geri qalır. 
Bununla əlaqədar olaraq, neft quyusu qazılarkən təbiətə 
dəyən zərəri və onun neqativ təsirlərinin nəticələrini müəyyən 
etmək  və  buna  birmənalı  xarakteristika  vermək  mümkün 
deyildir. Bununla bərabər bu məsələ bir də onunla çətindir ki, 
quyu  qazılması  müxtəlif  təbii-iqlim  və  torpaq  landşaftı 
şəraitində  baş  verir  və  ona  görə  də,  çirklənmə  potensialı  və 
ətraf mühitin özünü tənzimləməsi potensialları eyni deyildir. 
Quyu  qazılarkən  tullantıların  ətraf  mühitə  təsirinə  dair 
bir  sıra  müstəqil  işlər  yerinə  yetirilmişdir.  Lakin  müasir 
dövrdə  əksər  tədqiqatçıların  müxtəlif  növ  tullantıların 
çirkləndirici  xüsusiyyətlərini  xarakterizə  edən  göstəricilər 
barədə  qəti  rəy  və  fikir  birlikləri  yoxdur.  Praktikada 
tullantıların  ətraf  mühitə  təsiri  onların  tərkibində  olan 
kimyəvi  modellərin  və  materialların  tərkibində  olan  zərərli 
maddələrə  gorə  müəyyən  edilir.  Bu  məqsəd  üçün  əsasən 
biosferə  toksikoloji  nöqteyi-nəzərdən  zərərli  təsir  göstərən 
sanitar-toksikoloji  göstəricilərdən  istifadə  etmək  məsləhət 
görülür.  Bununla  əlaqədar  olaraq  maddələrin  toksikliyi 
göstəricilərin  əhəmiyyəti  onda  olan  konsentratın  norması  ilə 
xarakterizə edilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə