Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   42   43   44   45   46   47   48   49   50

 
 
 
Bununla  bərabər,  əksər  tədqiqatçıların  haqlı  olaraq 
göstərdikləri  kimi,  qazma  heç  də  həmişə  təbii  obyektlərə 
çirkləndirici  təsir  etmir,  ekoloji  bərabərliyi  pozur,  ekoloji 
sistemin funksional zədələnməsinə səbəb olur. 
Lakin bu problemin əksər  metodoloji aspektləri hələlik 
həll  edilməmişdir.  Xüsusi  ədəbiyyatlarda  qazmanın 
tulantılarının  su  obyektlərinə  təsiri  məsələləri  şərh  edilir,  su 
baseynlərinin neft tullantıları ilə çirklənməsinə xüsusi diqqət 
verilir,  göstərildiyi  kimi,  çoxnövlü  çirkləndiricilər  arasında 
neft  daha  çox  təhlükə  törədir.  Müəlliflərin  hesablamalarına 
gorə,  hidroloji  şəbəkəsi  yüksək  inkişaf  etmiş  rayonlarda 
buruq  tikintisi  zamanı  itirilən  neftin  30%-ə  qədəri  su 
obyektlərinə düşə bilər. 
Beləliklə,  yerüstü  bitki  aləminin  neft  tullantıları  ilə 
çirklənməsi  nəticəsində  onların  az  hissəsi  yenidən  bərpa 
olunur, hətta 15 il keçdikdən sonra bitki örtüyünün yarıdan az 
hissəsi  bərpa  oluna  bilər.  Bütün  hallarda  qazma  nəticəsində 
ətraf  mühitin  neftlə  çirklənməsi  nəticəsində  bitki  örtüyü 
tamamilə  məhv  edilir.  Bitkilərin  məhv  edilməsinin  əsas 
səbəbi torpaqlardan oksigenin çıxarılmasıdır. Neft tullantıları 
ilə  çirklənən  torpaqlarda  bitkilərin  özünü  bərpa  dövrü  10-15 
ildir. 
Torpaq 
qruntlarının 
qazma 
tullantıları 
ilə 
çirkləndirilməsi prosesi üç mərhələyə ayrılır: 


 
 
 
Birinci  mərhələ:  torpaq  üzərində  çirklənmənin  əmələ 
gəlməsi  və  tullantıların  az  bir  hissəsinin  qruntlara  qatışması 
ilə xarakterizə olunur. 
İkinci mərhələ: duru komponentlərin şaquli filtrizasiyası 
baş verir. 
Üçüncü  mərhələ:  çirklənmənin  ətraflara  yayılması  ilə 
xarakterizə olunur. 
İkinci  və  üçüncü  mərhələlərdə  torpağın  çirklənməsinin 
xarakteri  əsas  etibarı  ilə  neftin  torpağa  qatışması,  onun 
tərkibi,  qrunt  sularının  vəziyyəti  ilə  müəyyən  olunur. 
Çirklənmənin ətrafa yayılması qrunt sularına qatışmaması ilə 
nəticələnir. 
Qazmanın tullantıları torpağın mexaniki və aqrokimyəvi 
göstəricilərinə mənfi təsir göstərir. 
Qazmanın  tullantılarının  bütün  komponentlərindən  neft 
və  neft  məhsulları  ən  toksiki  olanlardır.  Onlardan  ən  ağır 
fraksiyalar  torpaq  qruntlarına  düşərkən  çox  dərinə  getmirlər 
və  qruntun  üz  hissəsində  qalırlar.  Daha  yüngül  fraksiyalar 
aşağı təbəqələrə daxil olurlar. Deməli, çirklənmə əsas etibarı 
ilə yüngül fraksiyalar hesabına baş verir. 
Güclü çirklənmə 1 m-ə qədər dərinliyə gedə bilər. Lakin 
müəyyən  vaxt  keçdikdən  sonra  çirklənən  ərazinin  sahəsi 
sular,  qar,  yağış  və  torpağın  bitki  örtüyünün  hesabına  azala 
bilər. Güclü çirklənmiş ərazilərdə bitki örtüyü tamamilə məhv 
olur. 


 
 
 
Neftin  aşağı  təbəqələrə  keçməsi  nəticəsində  qruntlarda 
onun xüsusi çəkisi azalır. Müəyyən səviyyədən aşağıda o 10-
12%  təşkil  edir.  Bundan  sonra  neftin  hərəkəti  dayanır.  Neft 
qrunt  sularına  çatdıqda  daha  aşağı  getmir.  Bununla  bərabər 
kapilyar qüvvələrin təsiri nəticəsində neftin yayılması davam 
edir  və  torpaq  qruntlarında  onun  xüsusi  çəkisi  azalır.  Əgər 
qrunta  yeni  neft  daxil  olursa,  qalan  neftin  hərəkəti  dayanır. 
Qum və çınqıl qruntlarında neft daha çox yayıldığı halda, gil 
onun yayılmasına mane olur. Belə olan hallarda torpağın tər-
kibinə  görə  çirklənmənin  horizontal  və  şaquli  hərəkətini 
proqnozlaşdırmaq olur. 
Torpaq  qruntları  suya  nisbətən  daha  az  neft  maddələri 
yığıb  saxlayır.  Torpaqda  neftin  yayılma  sürəti  bərabər 
deyildir. Neftin əsas kütləsi torpağa düşdükdən 3 ay sonra itir
xüsusən  torpaqda  onun  xüsusi  çəkisi  1,0-1,5%  olduqda  bu 
proses çox ləng gedir. Neftin əksər hissəsi mexaniki olaraq su 
vasitəsilə  çirklənmə  sahələrindən  kənara  çıxır  və  su  axın 
yollarında  azalır.  Bununla  bərabər  qrunt  suları  çirklənir. 
Torpağın  yuyulması  nəticəsində  neftin  mexaniki  yayılma 
imkanları və deqradasiya sürəti azalır. 
Torpağın  strukturunun  pozulması  nəticəsində  su 
keçirmə qabiliyyəti pisləşir. Çirklənmiş torpaqlarda karbon və 
azot  arasında  nisbət  pozulur,  torpağın  azot  rejimi  və  bunun 
nəticəsində bitkilərin köklərinin qidalanma rejimi çətinləşir. 


 
 
 
Tədqiqatlar  nəticəsində  müəyyən  olunmuşdur  ki,  neft 
məhsulları  toplanan  yerlərdə  nəinki  torpağın  üz  hissəsində, 
eyni zamanda onun dərin qatlarında dərin dəyişikliklər əmələ 
gəlir  və  bu  torpağın  mühüm  fiziki-kimyəvi  göstəricilərinin 
pisləşməsinə səbəb olur. 
Neft  və  neft  məhsulları  ilə  çirklənmə  nəticəsində 
torpağın  morfoloji  xüsusiyyətlərində  əsaslı  dəyişikliklər 
əmələ gəlir. Neft əksər hallarda 5-10 sm dərinliyə keçir, bəzi 
hallarda  neftlə  çirklənmənin  dərinliyi  40-50  sm-ə  çatır. 
Bununla əlaqədar olaraq torpağın qumuşlu üz hissəsi qara-kül 
rəngi  alır,  onun  ayrı-ayrı  strukturları  arasında  yapışqanlıq 
əmələ gəlir. 
Müəyyən  edilmişdir  ki,  neft  mikroorqanizmlərinin 
inkişafına  və  onun  biokimyəvi  aktivliyinə  təsir  göstərir. 
Torpaqların 
mikroorqanizmlərinin 
reaksiyası 
bu 
mikroorqanizmlərin  tənzimlənməsi  və  onların  fərdi  xüsusiy-
yətlərindən asılıdır. 
Hətta  torpağın  neftlə  və  neft  məhsulları  ilə  zəif 
çirklənməsi  mikroorqanizmlərin  miqdarının  azalmasına  və 
karbon 
qazının 
əmələ 
gəlməsinə 
səbəb 
olur. 
Mikroorqanizmlərin  bərpa  olunması  çirklənmədən  təxminən 
6 ay sonra müşahidə olunur. 
Torpaq  qruntlarının  neftlə  çirklənməsi  biokimyəvi 
proseslərin  xeyli  zəifləməsinə  səbəb  olur.  Çirklənmiş 
sahələrdə  torpağın  yüksək  fitotoksililiyi  formalaşır,  bu  isə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə