Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   2   3   4   5   6   7   8   9   ...   50

nafeyi  naminə  düşünülmüş  şəkildə  proqnozların  işlənib 
hazırlanmasını tələb edir. 
ETT-nin  nəticələrinin  istehsalatda  tətbiqi  və  milli 
iqtisadiyyatımızda  baş  verən  struktur  dəyişiklikləri 
proqnozlaşdırmanın 
əhəmiyyətini 
artırmaqla, 
eyni 
zamanda  mövcud  olan  bir  çox  metodik  göstəricilərdə 
qoyulan  məsələlərin,  onun  müəyyən  edilməsi  üsullarının 
dəqiqləşdirilməsi,  qruplaşdırılması  və  təkmilləşdirilməsini 
tələb edir. 
Proqnozların 
işlənib 
hazırlanması 
istehsal 
obyektlərinin planlaşdırma prosesinin çıxış nöqtəsini təşkil 
edir.  Bu  baxımdan  ekoloji  proseslərin  təkamülünün  aşkar 
edilməsi,  onların  gələcək  fəaliyyətinin  qiymətləndirilməsi, 
yarana  bilən  yeni  ekoloji  situasiyaların  nəzərə  alınması  və 
təbiəti  mühafizə  tədbirlərinin  optimal  variantlarını  seçmək 
üçün 
elmi 
cəhətdən 
əsaslandırılmış 
materialların 
toplanması 
ekoloji 
proqnozlaşdırmanın 
başlıca 
funksiyasını təşkil edir [103]. 
Sivil  dövlətlərdə  olduğu  kimi,  son  illərdə  MDB 
dövlətlərində də proqnozlaşdırma məsələlərinə xüsusi fikir 
verilir  və  o,  ictimai-iqtisadi  idarəçiliyin  ayrılmaz  tərkib 
hissəsi hesab edilir. 
Doğrudur,  ekoloji  proqnozlaşdırmanın  elmi-metodiki 
əsasları  hələ  SSRİ  dövründə  yaradılmışdır.  İstər  ətraf 
mühitin  mühafizəsi,  istərsə  də  təbii  ehtiyatların  səmərəli 


istifadəsi  (ƏMM,  TESİ)  sahəsində  proqnozlaşdırma 
məsələlərinə dair bir çox əsərlər yazılmışdır. Keçmiş SSRİ 
miqyasında  Q.M.Suxova,  M.A.Borinovski,  R.M.Yeltova, 
R.K.Kojevnikova  və  başqalarının  əsərlərində,  o  cümlədən   
Azərbaycanda    proqnozlaşdırmanın    metodu          və  bəzi 
prinsipləri  tədqiq  edilmişdir.    O  vaxt  xalq  təsərrüfatı 
baxımından      perspektiv  planlaşdırmanın  əsası  kimi 
proqnozlaşdırmanın  əsas  məsələləri          və  ətraf  mühitin 
mühafizəsi  K.Q.Qofman  və  A.A.Qusevin  əsərlərində  şərh 
edilmişdir.  Bəzi  müəlliflərin  əsərlərində  isə  təbiətin 
mühafizəsinin 
sosial-iqtisadi 
proqnozunun 
modeli 
verilmişdir. 
Fikrimizcə,  sahəvi  proqnozlaşdırma  baxımından 
aşağıdakı prinsiplərin gözlənilməsi məqsədəuyğun sayılır: 
-
 
təbii  resurslar  potensialının  inkişafı,  təbiətdən 
istifadə  və  təbiəti  mühafizə  fəaliyyətinin  kompleks 
öyrənilməsi; 
-
 
təbii 
resursların 
növləri 
üzrə  tərtib  edilən 
proqnozların differensasiya və inteqrasiya edilməsi; 
-
 
ilkin məlumatların obyektivliyi (müasir vəziyyəti əks 
etdirən 
məlumatların 
ümumiləşdirilməsi 
əsaslandırılmalıdır); 
-
 
planlaşdırılmış 
qərarları 
qəbul 
etmək 
üçün 
informasiyaların  vaxtlı-vaxtında  tətbiq  edilməsinə 
imkan verən proqnozun operativliyi; 


-
 
proqnozlaşdırmanın  variantlığı  və  optimallığı,  yəni 
sahənin inkişafı və təbiətin mühafizəsinə cavab verən 
müxtəlif 
variantların 
müqayisəsi 
və 
onlardan 
əlverişlisinin seçilməsi; 
-
 
proqnozlaşdırmanın 
fəallığı 
(müəssisələrin 
fəaliyyətində  neqativ  momentlərin  ləğv  edilməsinə 
dair 
konkret 
tədbirlərin 
görülməsi, 
təbiətin 
mühafizəsinə 
yönəldilmiş 
ehtiyatların 
səfərbər 
edilməsi); 
-
 
qarşıya  qoyulmuş  məsələlərdə  vaxt  intervalının 
adekvatlığı; 
-
 
proqnozlaşdırma  sisteminin  inkişafı  (yeni  ünsürlər 
daxil  etməklə  tədricən  sistemin,  real  proseslərin 
adekvantlıq dərəcəsinin mürəkkəbləşdirilməsi). 
Proqnozların  özlüyünün  əsasının  və  təlim-məşq 
vaxtının  düzgün  müəyyən  edilməsi  proqnozlaşdırmanın 
tərtib edilməsinin mühüm bir şərtidir. 
Azərbaycan  Respublikasının  MEA-nın,  Ekologiya  və 
Təbii  Sərvətlər  Nazirliyi    tərəfindən  müəyyənləşdirilən 
terminologiyaya  görə,  proqnozun  əsasının  yaranma  dövrü 
aralıq  dövrü  adlanır  ki,  bunun  da  bazasında  keçmiş 
mərhələlər  qurulur.  Hazırkı  dövrdə  neft-qaz  sənayesinin 
ətraf  mühitə  təsirinin  proqnozlaşdırılması  üçün  götürülən 
əsas dövr 10 ildən çox deyildir. 
Proqnozlaşdırmanın  aparılması  vaxta  görə  qısa  (5  ilə 


qədər), orta (5-15 il) və uzun (15-30 il) bölünür. Otuz ildən 
yuxarı  müddətə  görə  verilən  proqnozlar  da  uzun  müddətə 
aid edilir. 
Ətraf  mühitin  mühafizəsi  və  təbii  ehtiyatlardan 
səmərəli  istifadə  sahələrində  proqnozlaşdırma  vaxtı 
müəyyənləşdirilərkən 
aşağıdakı 
cəhətlərə 
diqqət 
yetirilməsi xüsusilə vacibdir. 
Hər  şeydən  əvvəl  onu  qeyd  etmək  lazımdır  ki,  vaxt 
intervalı  kifayət  qədər  böyük  olmalıdır.  İntervalın  belə 
qurulmasında  başlıca  məqsəd  müxtəlif  vaxtlarda  qaz 
sənayesi  obyektlərinin  ətraf  mühitə  və  təbiətin  mühafizəsi 
üzrə  həyata  keçirilən  tədbirlərin  verdiyi  iqtisadi  səmərəyə 
təsiri,  eləcə  də  elmi-texniki  tərəqqinin  inkişafı,  sahə  və 
məhəllə  sistemlərinin  tələbatlarını  müəyyən  etməkdən 
ibarətdir.  Bununla  yanaşı  vaxt  intervalı  ehtimal  edilə 
biləcək  səhvlərə  görə  də  hüdudlanmalıdır.  Çünki  vaxt 
həddindən  artıq  uzun  götürüldükdə  interval  arasındakı 
müddətlər də uzanır. Belə şəraitdə proqnoz məlumatlarının 
elmi  cəhətdən  real  əsaslandırılması  səviyyəsi  aşağı  düşür. 
Vaxt 
müddəti 
müəyyənləşdirildikdə 
aparılan 
ekstropolyasiya da hüquqi cəhətdən düzgün olar. 
Bir  qayda  olaraq  ƏMM  və  TESİ  sahələrində 
perspektiv  planlaşdırma  15  il  müddətinə  müəyyənləş-
dirildiyi üçün, fikrimizcə, bu planlaşdırmanın əsasını təşkil 
edən proqnozların  müddəti 20 ildən az olmamalıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə