Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   2   3   4   5   6   7   8   9   10   ...   50

xidmət edən istifadə olunan sərvətlər real sərvətlərə aiddir. 
[33.64.66] 
İctimai  istehsalın  inkişafı  üçün  vacib  amillərdən  biri 
də  təbii  ehtiyatlardır.  İnsanların  həyat  səviyyələrinin 
yaxşılaşdırılması  və  istehsalın  artım  tempi  ətraf  mühitin 
təmizliyindən,  yeraltı  sərvətlərdən,  dəniz,  okean,  göl  və 
çayların sularından asılıdır. 
Ayrı-ayrı  sahələrdə  olduğu  kimi,  bu  problemin  həlli 
ümumi xüsusiyyətlərə malik olmaqla yanaşı Respublikanın 
təbii  şəraiti  və  təbii  ehtiyatlarından,  iqtisadiyyatın 
strukturundan, tarixi inkişaf xüsusiyyətlərindən asılı olaraq 
fərdi xüsusiyyətlər kəsb edir. 
Buna  görə  də,  Respublikamızda  ekoloji  problemlərin 
həlli  onun  ümumi  nəzəri  metodoloji  əsaslarını  və 
istiqamətlərini  öyrənməklə  bərabər,  bir  sahədə  bu  prob-
lemin  yaranması  səbəbləri  onun  aradan  qaldırılması 
yollarının  müəyyənləşdirilməsi,  bu  istiqamətdə  konkret 
tədbirlər  işlənib  hazırlanması  və  həyata  keçirilməsi  nəzəri 
və praktiki baxımdan aktual əhəmiyyət kəsb edir. 
Metodiki baxımdan təbiəti qoruma fəaliyyəti dedikdə, 
ətraf  mühitə  mənfi  antropogen  təsirin  azaldılmasına  və 
onlardan 
səmərəli 
istifadənin 
yaxşılaşdırılmasına 
yönəldilmiş  bütün  növ  təsərrüfat  fəaliyyəti  başa  düşülür. 
Təbii  mühitin,  yəni  meşə,  su  və  bu  kimi  təbii  sərvətlərin 
mühafizəsinin  bir-birindən  fərqləndirilməsinin  çətin  və 


mühafizə  xərclərinin  qiymətləndirilməsinin  vahid  prinsipi 
olduğuna 
görə 
yuxarıda 
adları 
çəkilən  tədbirləri 
ümumiləşdirərək  bundan  sonra  «təbiətin  istifadəsi» 
adlandırmaq  daha  məqsədəuyğun  olardı.  Təbiətdən 
istifadəni  qiymətləndirmək  üç  əsas  istiqamətdə  aparılır: 
təbii 
ehtiyatların 
iqtisadi 
qiymətlərinin 
artmasında 
təbiətdən  istifadənin  səmərəliliyinin  təyini;  xammal, 
yanacaq və digər maddi sərvətləri tam planlı işlədilməsinə 
görə təbiəti mühafizənin səmərəliliyinin təyini. 
Təbii  sərvətlərin  iqtisadi  qiymətləndirilməsinə 
çoxsaylı  elmi  işlər  həsr  olunmuşdur.  Bir  sıra  əsərlərdə 
isə 
iqtisadi 
qiymətləndirmədə 
riyazi 
metodların 
tətbiqinə  geniş  yer  vermişdir  ki,  bu  da  təbiətdən 
istifadənin  ümumiləşdirilməsinin  bütün  problemlərinin 
özünəməxsus  keyfiyyətdə  həllini  əks  etdirir.  Adətən 
təbii  ehtiyatların  iqtisadi  qiymətləndirilməsi  dedikdə, 
xalq 
təsərrüfatının 
səmərəliliyi, 
onun 
tətbiqinə 
münasibət başa düşülür. 
Problemin  daha  bir  cəhətinə  də  diqqət  yetirmək 
lazımdır.  Təbii  ehtiyatların  iqtisadi  qiyməti  dedikdə 
belə hesab olunur ki, ehtiyatın kəmiyyəti  və keyfiyyəti 
arasındakı  fərq  təbiətin  özü  ilə  müəyyən  olunur  və 
verilən  qiymət  bütün  bunları  əks  etdirməlidir,  bu 
zaman  nəzərdən  qaçırılır  ki,  bir  qayda  olaraq  təbiətin 
istifadəsinin  qiyməti  ancaq  təbii  xüsusiyyətlərinə 


deyil,  həm  də  onun  istifadəsinin  mövcud  texnika  və 
texnologiyasına  da  şamil  edilməlidir.  Məhz  sonuncu 
amilin  köməyi  ilə  təbii  ehtiyatın  qiymətinin  ümumi 
göstəricisinə  təsiri  tamamilə  qiymətləndirilir  və  bu   
əsas şərtlərdən biridir. 
Yuxarıda  göstərilənləri  ümumiləşdirərək,  belə  nəticə 
çıxarmaq  olar  ki,  təbii  ehtiyatların  qiymətləndirilməsi 
konsepsiyası  təbiətin  istifadəsinin  istiqamətlərinin  və 
iqtisadi  səmərəliliyin  təyini  üçün  əsas  kimi  götürülə 
bilməz:  belə  ki,  konsepsiyanın  nəzəri  əsaslandırılması  bir 
sıra  təzadlara  malikdir.  İstifadə  olunan  təbii  ehtiyatların 
iqtisadi  göstəricilərinin  plan  göstəricilərindən  tamamilə 
fərqlənməsi,  onun  xalq  təsərrüfatının  planlaşdırılmasında 
istifadəsini  çətinləşdirir  və  ya  tamamilə  qeyri-mümkün 
edir.  Tipik  konsepsiya  təsərrüfat  fəaliyyətində  təbii 
ehtiyatların istifadə olunması elmi-texniki inkişafın aparıcı 
rolunu inkar edir. 
Bütün bunlar təbiətin mühafizəsi fəaliyyətinin mütləq 
səmərəliliyinin  təyin  olunması  problemlərinə  yenidən 
baxmağı  tələb  edir.  İlk  növbədə  təbiəti  mühafizə 
fəaliyyətinə 
kapital 
qoyuluşunun 
müstəqil 
istiqamətlərindən  iqtisadi  səmərəliliyi  təyin  etmək  üçün 
təsdiq  edilmiş  müvəqqəti  metodu  nəzərdən  keçirək.  Ətraf 
mühitin  qorunmasına  çəkilən  xərclərin  səmərəliliyi 
«qarşısı alınan itkilər» kateqoriyasına daxil edilir. 


Bu  metodoloji  prinsip  nümunəvi  üsul  əsasında 
hazırlanmışdır.  Ətraf  mühitin  çirklənməsi  ilə  xalq 
təsərrüfatına dəyən ziyan və iqtisadi itkilər haqqında ətraflı 
göstərişlər  verilir.  Bu  metoda  əsasən  çirklənmədən  dəyən 
iqtisadi zərərin qarşısının alınması göstəricisi qorunan təbii 
ehtiyatların  pul  qiymətinin  artımı  ilə  cəmlənir,  təbiətin 
mühafizəsi  xərclərinin  iqtisadi  səmərəliliyinin  mütləq 
qiymətinin  təyini,  eləcə  də  ətraf  mühitin  qorunmasına  sərf 
olunan  məsrəfli  səmərəliliyin  dinamikası,  onun  artımı, 
kapital  qoyuluşunun  paylanmasında  ərazi  və  istehsal 
sahələrinin 
payının 
qiymətləndirilməsində, 
təbiəti 
mühafizə 
tədbirlərinin 
növbələnməsinin 
təşkilinin 
müəyyən olunmasından istifadə olunur. 
Beləliklə,  nümunəvi  metodla  çirklənmədən  dəyən 
zərərin  qarşısının  alınması  göstəricisi  təbiəti  mühafizə 
fəaliyyətinin  iqtisadi  səmərəliliyinin  əsaslandırılmasında 
aparıcı  rol  oynamalıdır.  Bununla  belə  zərərin  qarşısının 
alınması  göstəricisi  həmişə  səmərəli  sayıla  bilməz.  Bu 
metodun 
qeyri-müntəzəmliyi 
səhiyyə 
orqanlarının 
fəaliyyəti  zamanı  zərərin  qarşısının  alınmasında  yaranan 
itkilərin  miqdarının  hesablanması  vaxtı  özünü  aydın 
göstərir.  Əgər  səhiyyə  orqanları  tərəfindən  aparılan 
tədbirlər  olmasaydı,  epidemiyalar  bütün  əhalini  məhv 
edərdi və profilaktikanın səmərəsi olmazdı. 
Təbiəti  mühafizə  tədbirlərinin  həyata  keçirilməsi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə