Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə4/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   2   3   4   5   6   7   8   9   ...   71

Qafqaz müsəlmanlarının  I  qurultayı  1917-ci  ilin  15-20 

aprelində Bakıda keçirildi.

1917-ci  il  oktyabrın  sonunda  «Müsavat»  partiyasının 

növbəti qurultayı keçirildi və M.Ə.Rəsulzadə partiyanın səd­

ri seçildi.

Göründüyü kimi  Rusiyada  çarizm  üsul-idarəsi  dağıldı­

qdan  az  sonra  Azerbaycanda  siyasi  partiyaların  fəaliyyətlə­

rini  gücləndirmək üçün şərait yaranmışdı  və  onlar bu şərait­

dən istifadə edirdilər.

14

II fəsil

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ 

HAKİMİYYƏTİ İLLƏRİNDƏ XALQIN 

SİYASİ MƏDƏNİYYƏTİ

Azərbaycan  Xalq  Cümhuriyyəti  yaradılmasının siyasi- 

ideoloji  kökləri  XIX  əsrin  ortalarında  əsası  qoyulmuş  milli 

oyanışdan  başlayır.  Bu  başlanğıc  siyasi  ədəbiyyatda  maarif­

çilik və intibah dövrü kimi qələmə verilir: Mirzə Kazım bəy, 

Mirzə Fətəli  Axundov, Həsən bəy Zərdabi və  digərləri tərə­

findən  əsası  qoyulmuş  bu  milli-istiqlal  məfkurəsi  Əlibəy 

Hüseynzadə  tərəfindən  milli-istiqlal  məfkurəsi kimi  tamam­

landı.

XX  əsrin  əvvəlində  Azerbaycan  xalqı böyük bir milli- 



azadlıq mübarizləri  qrupu yetişdirmişdir.  Burada ən xoşa gə­

lən cəhət ondan  ibarət idi  ki,  bu  mübarizlər yüksək intellek­

tual  səviyyəyə  malik  idilər.  Məsələn,  Xalq  Cümhuriyyəti 

hökumətinin  gələcək  liderlərindən  olan  Fətəli  xan  Xoyski 

Moskva  universitetinin  hüquq  fakültəsini,  Əlimərdan  bəy 

Topçubaşov  Peterburq  universitetinin  hüquq fakültəsini,  Nə­

sib  bəy  Usubbəyli  Odessa  universitetinin  hüquq  fakültəsini, 

Beybut  ağa  Cavanşir  Frayberq  Dağ-mə’dən  Akademiyasını 

(Almaniyada) bitirmişdilər.

1917-ci  ilin  fevral  burjua  demoktarik  inqilabının  qələ­

bəsi  nəticəsində  Rusiyada  300  il  davam  etmiş  Romanovlar 

sülaləsinin  hakimiyyəti  devrildi  və  Rusiyada  olduğu  kimi, 

Zaqafqaziyada  da  iki  hakimiyyətlilik yarandı.  Tiflisdə  noya­

brın  16-da (1917) yaradılmış  Zaqafqaziya Komissarlığı  (mü­

vəqqəti  hökumət)  Zaqafqaziyanın  müstəqilliyini  e’lan  etdi 

və seçkilər keçirərək,  1918-ci  ilin 22  fevralında Zaqafqaziya



15


seymini yaratdı.  Seymin  1918-ci ilin 23  fevralında keçirilmiş 

ilk  iclasında  Zaqafqaziyanın  müstəqilliyi  rəsmi  olaraq  e’lan 

edildi.  Aprelin 9-da təsdiq  edilmiş Zaqafqaziya federativ hö­

kuməti  (13  nəfərdən  ibarət)  tərkibində  5  yer  Azərbaycan 

nümayəndələrinə  verilmişdi:  Ədliyyə  Naziri  (F.Xoyski), 

Maarif Naziri  (N.Usubbəyli),  Ticarət  Naziri  (M.  Hacmski), 

Yollar  Naziri  (X.Məlik  Aslanov),  Dövlət  Nəzarəti  Naziri 

(İ.Heydərov),  Baş  Nazir  və  Xarici  İşlər  Naziri  A.Çxenkeli 

təsdiq edilmişdi.

Zaqafqaziya  respublikalarının  xarici  orientasiyaları 

müxtəlif olduğu  üçün  (Gürcüstan  Almaniyaya,  Azərbaycan 

Türkiyəyə,  Ermənistan  isə  gah  Rusiyaya,  gah  İngiltərəyə, 

gah  da  Amerikaya  meyl  edirdi)  Zaqafqaziya  federasiyası 

Seyminin  ömrü  uzun  ola  bilməzdi.  1918-ci  ilin  26  mayında 

Gürcüstan bu  federasiyadan  çıxdı.  Seymin  Azərbaycan  frak­

siyası  da mayın 27-də  federasiyadan çıxaraq özünü Milli  Şu­

ra  e’lan  etdi  və  Milli  Şuranın  sədrliyinə  «Musavat»ın  lideri 

M.Ə.Rəsulzadə  seçildi.  Mayın  28-də  Tiflisdə  Milli  Şura 

adından  Azərbaycanın  müstəqilliyi  haqqında  «Bəyanna- 

mə»ni  26  nəfər imzaladı:  Milli  Şuranın  sədr müavini  Həsən 

bəy  Ağayev,  Fətəli  xan  Xoyski,  Nəsib  bəy  Usubbəyli  və  к  

digərləri imza edənlərdən idilər. 

D

Azərbaycanın  müstəqilliyi  haqqında  Bəyannamədə 



deyilirdi:  «Yaranmış  vəziyyət Şərqi  və Cənubi Zaqafqaziya­

dan ibarət olan Azərbaycanın öz dövlət orqanlarını yaratmaq 

zərurətini  qəti  surətdə tələb edir.  Buna görə də xalq seçkilə­

ri ilə seçilmiş Azərbaycan Milli  İslam Şurası bildirir:

1.  Bu  gündən  e’tibarən  Azərbaycan  xalqları  suveren 

hüquqlara  malikdirlər.  Şərqi  və  Cənubi  Zaqafqa­

ziyadan  ibarət  olan  Azərbaycan  tam  hüquqlu 

müstəqil dövlətdir.

2.  Müəssislər  Məclisi  çağrılana  qədər  bütün  Azər­

baycanın  idarəsi  başında  xalq  seçkiləri  ilə  seçilmiş



16

Milli  Şura  və  Milli  Məclis  qarşısında  məsuliyyət 

daşıyan Müvəqqəti Hökumət durur».

Milli Şura özünün 28  may tarixli  iclasında Azerbaycan 

Xalq  Cümhuriyyətinin  müvəqqəti  hökumətini  təşkil  etməyi 

bitərəf Fətəli  xan  Xoyskiyə  tapşırdı.  Həmin  gün  Fətəli  xan 

Xoyskinin  təklifi  ilə  Müvəqqəti  Hökumətin  (Nazirlər  Şura­

sının) tərkibi aşağıdakı tərkibdə təsdiq edildi:

♦  Fətəli  xan  Xoyski  (bitərəflər  fraksiyasından)  -   Na­

zirlər Şurasının sədri və Daxili İşlər Naziri;

♦  Nəsib  bəy  Usubbəyli  («Müsavat»  partiyasından) 

Maliyyə Naziri və Xalq Maarifi Naziri;

♦  Xosrov Paşa bəy Sultanov («İttihad») -  Hərbi Nazir;

♦  Məmməd  Həsən  Hacınski  («Müsavat») -  Xarici  İş­

lər Naziri;

♦  Xəlil  bəy Xasməmmodov  («Bitərəf»lərdən) -  Tica­

rət və Sənaye Naziri;

♦  Əkbər  ağa  Şeyxulislamzadə  («Hümmət»)  -   Əkinçi­

lik Naziri  və Əmək Naziri;

♦  Xudadat  bəy  Məlikaslanov  («Müsəlman  sosialist 

bloku») -  Yollar Naziri, Poçt və Teleqraf Naziri;

♦  Camo  bəy  Hacmski  («Müsəlman sosialist bloku»)  -  

Dövlət Müfəttişliyi  Naziri.

Beləliklə  hökumətin  tərkibində  olan  9  nəfərdən  3  nə­

fəri  -   Müsavat  partiyasından,  2  nəfəri  -   bitərəf,  1  nəfəri 

hümmətçi,  2  nəfəri  «Sosialistlər»  blokundan,  1  nəfəri  «İtti­

had» partiyasından idi.

Şərqi  Azərbaycan (Bakı  quberniyası)  1918-ci  ilin apre­

lindən  Sovet  Rusiyanın  mandatı  ilə  buraya  gəlmiş  Stepan 

Şaumyanın  başçılıq  etdiyi  Bakı  Kommunasını  təmsil  edən 

bolşevik-daşnak  hökuməti  tərəfindən  zəbt  edilmişdi  və 

Azerbaycanın  digər  hissəsinin  müstəqilliyini  böyük  qorxu 

altında  saxlayırdı.  Ölkənin  müstəqilliyini  öz  milli  sərhedlə-

~  



17

Azərbaycan  Respublikası Prezidentinin 

işlar İdarəsi

PREZİDENT KİTABXANASI



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə