Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə6/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   2   3   4   5   6   7   8   9   ...   71

Azərbaycanın  Milli  Şurası  1919-cu  ilin  29  mayında 

İrəvan şəhərinin Ermənistanın paytaxtı  olmasına razılıq ver­

disə  də,  daşnak Ermənistanı  ilə  mübahisələri  dinc  yolla həll 

etmək mümkün olmadı.

Ermənistan  azərbaycanlılara  qarşı  Naxçıvanda,  Zən­

gəzurda və Qarabağda etnik təmizləmə  siyasətini  keçirmək­

də  davam edirdi.  1918-ci ilin mart ayına qədər İrəvan quber­

niyasında  198  kənd,  1919-cu  ilin  son iki  aymda isə  Eçmiəd- 

zin və Sürməli uyezdlərində 34 azərbaycanlı kəndi talan edi­

lərək dağıdılmışdı'.

1989-cu  ilin  sonunda  Azərbaycan  ziyalılarından  Ə. 

Haqverdiyev  Ermənistanda,  Y.V.Çəmenzəminli  Türkiyədə, 

M.Y.Cəfərov  və  F.Vəkilov Gürcüstanda  dövlətimizin diplo­

matik nümayəndəsi rütbəsində işləyirdilər.

Naxçıvanda  (1918-ci  ilin  iyul-avqustunda),  Zəngəzu­

run  Sisian  bölməsində  (1918-ci  ilin  may-avqust  aylyrmda), 

Qarabağda  Andronikin,  Dronun  və  Njdenin  silahlı  quldur 

dəstələri  yerli  azərbaycanlılara  qarşı  terror  əməliyyatlarım 

davam  etdirərək,  qədim  Azərbaycan  torpaqlarında  azərbay­

canlıların  soyqırımını  həyata keçirirdilər.  Andronikin  quldur 

dəstələri  tərəfindən  1918-ci  ilin  yayında  və  payızında  Zə­

ngəzurda  10068  nəfər  azərbaycanlı  qətlə  yetirilmiş,  115 

kənd viran edilmişdi2.

Türkiyə  silahlı  qüvvələrinin  böyük köməyi  ilə  Bakının 

Stepan  Şaumyan  güruhundan  azad  edilməsi  (15/1X.18) 

Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinə  ölkənin  ərazi 

bütövlüyü  istiqamətində  te’sirli  tədbirlər  görmək  üçün  im­

kan yaratdı.  Lakin Mudros müqaviləsinə  (30/X.1918) əsasən 

Türkiyə  silahlı  qüvvələrinin  Qafqazdan  (o  cümlədən  də 

Azərbaycandan)  geriyə  çəkilməsi  erməni-daşnak silahlı qul­

2

22

Bax:  «Xalq» qəzeti,  13  yanvar  1998-ci  il.

Azərbaycan  demoktarik  Respublikası  (1918-1920),  B,  1998,  s.  165 

(rus dilində).

dur  dəstələrinin  yeni  hücumları  üçün  şərait  yaratdı.  Andro­

nikin  quldur  dəstələri  1918-ci  ilin  22  noyabrında Zəngəzu­

run  Gorus  hissəsində  30-dan  çox  Azərbaycanlı  kəndlərinin 

bütün əhalisini məhv etdilər'.

Azərbaycan  Parlamanı  1918-ci  ilin 20  dekabrında  Qa­

rabağda  general-qubematorluq  yaradılması  haqqında  qərar 

qəbul  etdi.  Bu  qubematorluğun  tərkibinə  Cavanşir,  Şuşa, 

Cəbrayıl  və Zəngəzur dairələri daxil edildi  və ərazidə gene­

ral-qubernator vəzifəsinə general Xosrov bəy Sultanov təyin 

edildi.

1919-cu  ilin  yazından  başlayaraq  Zəngəzur  bölgəsin­



dən  və  ümumiyyətlə  Ermənistandan  150  min  azərbaycanlı 

erməni-daşnaklar  tərəfindən  vəhşicəsinə  qovulmuşdu.  Tam 

olmayan rəsmi  məlumata görə  isə 7729 nəfər öldürülmüşdü 

ki,  bunlardan  da  3257  nəfəri  kişi,  2276  nəfəri  qadın,  2196 

nəfəri uşaq olmuşdur2.

1919-cu  ilin  15  mayında  Sovet  Rusiyasının  gizli  kö­

məyi  ilə  Muğan-Lənkəran zonasında yaşayan rus  kəndliləri­

nin  (molokanlar)  guya  tələbi  ilə  «Muğan  Sovet  Respublika­

sı»  yaradılmışdı.  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti 

general  X.Sultanovun komandası altında buraya 4 min nəfər­

lik  ordu  hissəsi  göndərdi  və  iyulun  25-də  süni  olaraq  yara­

dılmış «Muğan Sovet Respublikası» ləğv edildi.

1919-cu  ilin  mayının  ortalarında Denikinin  ordu hissə­

ləri  Petrovski  (indiki  Mahaçqala)  və  Dərbəndi  işğal  etdi. 

Azərbaycana  qarşı  bilavasitə  yönəldilmiş  bu  təcavüz  1919- 

cu  ilin 26 mayında Azərbaycan Parlamanında müzakirə  edil­

di  və görülən konkret tədbirlərdən biri  iyunun  14-də  Dövlət 

Müdafiə  Komitəsinin yaradılması  oldu.  Komitənin sədri  Baş 

Nazir  N.Usubbəyov,  üzvləri  isə  hökumətin  nazirlərindən

Azerbaycan  demoktarik  Respublikası  (1918-1920),  B,  1998,  s.171 

(rus dilində).

Balayev A.  1917-1920-ci  illərdə  Azərbaycan  milli  azadlıq  hərəkatı. 

B.,  1990, s.505.

23



A.Safikürdski,  X.Melik-Aslanov,  M.Cəfərov və  S.Mehman- 

darov təsdiq edildi.  Ölkədə hərbi vəziyyət e’lan edildi.

Kaspi  dənizində  (Bakı  limanında) İngiltərə  ordu hissə­

lərinin  mövcudluğu  (1918-ci  ilin  noyabrından  1919-cu  ilin 

avqustuna  qədər)  Denikinin  ordu  hissələrinin  Azerbaycan 

sərheddini  (Dağıstandan)  keçməsinə  müəyyən  dərəcədə 

mane olurdu.

U.Çerçill  «Dünya böhranı»  adlı əsərində bu haqda belə 

yazır:  «Qara  dənizdən  Kaspi  dənizinə  qədər  uzanan  bütün 

cənubi Qafqazda yerləşmiş Britaniya diviziyaları, bu region­

da  bir-birinə  düşmən  olan  xalqlar  arasında  sülhə  zəmanət 

idi»’.


İngilis  hərbi  hissələri  Azərbaycandan  getdikdən  sonra 

ABŞ  Naxçıvanda  öz  təsiri  altında  general-qubematorluq  ya­

ratmaq istədisə də bu məqsədinə nail  ola bilmədi2.

1920-ci  ilin  19-25  yanvarında  erməni  hərbi  dəstələri 

Zəngəzurda  51  Azərbaycan  kəndini  talan  edərək  əhalisini 

qovdular.  Erməni  hərbi  dəstələrinin  növbəti  hücumları

1920-ci  ilin  martın  əvvəlində  Şərur  və  Ordubad  üzərinə 

edildi  və  Kəlbalı  xanın  hərbi  dəstələri  qonşu  Türkiyədən 

köməyə  gəlmiş  hərbi  dəstələrlə  birlikdə  ermənilərə  öl­

dürücü  zərbə  endirdilər.  Və  nəhayət,  1920-ci  ilin  novruz 

bayramı  axşamı,  martın  22-də  ermənilər  Qarabağa  keçid 

olan yeganə  Əskəran keçidini  zəbt edərək,  qorxulu vəziyyət 

yaratdıqda  Azərbaycan  ordusunun  bir  korpusu  general- 

mayor  Həbib  bəy  Səlimovun  başçılığı  altında  daşnakları 

darmadağın edərək, Şuşa və Xankəndini  azad etdi. 1

 2



U.Çerçill,  «Dünya  böhranı»  (ingiliscodən  tərcümə)  rus  dilində.  M, 

1932, səh.105.



Azərbaycan Demoktarik Respublikası  (1918-1920), B.,  1998, səh.  175-

176 (rus dilində).

24

Azərbaycan Xalq Cümhuriyyəti 

parlamanının siyasi fəaliyyəti

Parlamanın  ilk iclasında (1918-i ilin 7 dekabn) sədrliyə 

Əli  Mərdan  bəy  Topçubaşov  seçildikdən  sonra  Parlamanın 

açılması  münasibətilə  məhbuslara  amnistiya  verilməsi  haq­

qında qərar qəbul  edildi.

Parlamanm-  birinci  iclasında  qəbul  edilmiş  «Bəyanna- 

mə»də  Türkmənçay  müqaviləsinin  (1828)  Azərbaycana  aid 

hissəsinin öz qüvvəsini itirdiyi e’lan edildi.

Müvəqqəti  hökumətin  Baş  Naziri  Fətəli  xan  Xoyski 

hökumətin  daxili  və  xarici  siyasəti  haqqında  Parlamana  he­

sabat  verdikdən  sonra  hökumətin  səlahiyyətlərinin  Parlama­

na təhvil verildiyini e ’lan etdi.

Parlamanın  ilk  iclasında 9 fraksiya və qrup  iştirak  edir­

di:


1)  «Müsavat» fraksiyası 

-3 3   nəfər;

2)  «İttihad» 

-   11  nəfər;

3)  «Əhrar» 

-  9 nəfər;

4)  «Hümmət» 

-  5 nəfər;

5)  «Müsəlman  sosialist bloku»  -  5 nəfər;

6)  «Bitərəflər» 

-   15 nəfər;

7)  «Milli azlıqlar» 

-  4 nəfər;

8)  «Rus-slavyan cəmiyyəti» 

-  3 nəfər;

9)  «Erməni  fraksiyası» 

-  4 üzv ilə təmsil olun­

muşdu1.


Azərbaycan  Xalq  Cümhuriyyəti  özünün  yarandığı  döv­

rdə  ən  demoktarik  parlaman  modelinə  malik  idi.  Belə  ki,  o, 

ölkədə  yaşayan  bütün  vətəndaşların  bərabər  hüquqluluğu 

əsasında  qurulmuşdu.  M.Ə.Rəsulzadə  «Əsrimizin  səyauşu» 

(1923-cü  ildə  nəşr  olunmuşdur)  əsərində  «Biz  nə  qazan­

dıq?» sualına belə cavab vermişdir:



Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920).  B.,  1998,  s. 134.

25


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə