Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə7/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   2   3   4   5   6   7   8   9   10   ...   71

«Hər  şeydən  əvvəl  Azərbaycan  Cümhuriyyətinin  əsas 

idarəsi  bütün  vətəndaşların  bərabər  bir  hüquqda  yaşaması 

üzərində  qurulmuşdur.  Burada  hər  bir  insanın  möhtərəm 

şəxs,  Azerbaycan  vətəndaşı  olduğu üçün hüququ qorunurdu, 

erkək-qadm,  müsəlman-xristian,  türk-türk  olmayan,  cins  və 

milliyyət fərqi  gözləmədən,  zəngin-fəqir,  müdir-işçi,  torpaq 

sahibi-günemuzdlu,  öyrətmən-tələbə, möhtərəm-cahil, sinif, 

məslək,  təbəqə,  rütbə,  məqam,  nəsil,  bilgi  imtiyazı  arama­

dan bütün  vətəndaşlar məmləkət  idarəsində  iştirak edir,  qa­

nun yapan quruluşlara girmək haqqına dəxi  sahib idilər. Bu­

rada bir sinif diger sinfə hakim deyildir.  İnsan nə vanna görə 

haqlı,  nə  də  yoxsulluğuna  görə  haqsız  görünmürdü.  Bunun 

kimi ona nə yoxsulluğu üçün sayğı edilir, nə zənginliyi üçün 

aşağılanırdı...  Burada misli  Avropada  təqlid olunmayan hə­

qiqi bir Xalq Cümhuriyyəti qurulmuşdur».

1918- 


ci  ilin  6-14  dekabnnda  keçirilən  demoktarik 

müşavirələrdə  siyasi  partiyalann  gələcək  parlamana  müna­

sibəti məsələsi müzakirə  edildi.  Burada bolşeviklərdən baş­

qa digər partiyalann  hamısının nümayəndələri iştirak edirdi. 

Müşavirədə  kadetlər  və  menşeviklər  «Vahid  və  bölünməz 

Rusiya»  ideyası  ilə  çıxış  etdilər.  Buna  cavab  olaraq  Azər­

baycanın milli  partiyalan  «Müsavat»  və  «İttihad» Rusiya ilə 

yenidən birləşmək ideyası əleyhinə kəskin çıxışlar etdilər.

Parlamanda hökumətin  başçısı  te ’yin  edilmiş F.Xoyski 

dekabnn  28-de  (1918) koalisiya  əsasında təşkil  edilmiş yeni 

Nazirlər  Kabinəsinin  tərkibini  Parlamanm  təsdiqinə  təqdim 

etdi.  Sıra  ilə  bu,  hökumətin üçüncü Kabinəsi idi.  (Hökumə­

tin  I  və  II  kabinələri  «Müvəqqəti  hökumət»  kimi  fəaliyyət 

göstermişdir).  «Bitərəflər»  blokunun  nümayəndəsi  Fətəli 

xan  Xoyski  -   Baş  Nazir  və  Xarici  işlər Naziri  tə ’yin edildi. 

(6/X-19-dan  sonra  xarici  işlər  naziri  Ə.Topçubaşov  olmuş­

dur).

1919- 


cu  ilin  ikinci  yarısında  parlamanda  11  müxtəlif 

partiya fraksiyası  və qrupu tərkibində  cəmisi 96 deputat fəa­



26

liyyət göstərmişdir.

XX əsrin əvvəllərində müsəlman şərqində yeganə par- 

lamanlı  Cümhuriyyət  olan  Azərbaycanın  parlamanı  17  ay 

fəaliyyət  göstərmiş  və  bu  dövrdə  145  iclasını  keçirmişdir. 

Bu  iclaslarda 230-a yaxın qanun təsdiq edilmişdir:  vətəndaş­

lıq  haqqında,  ümumi  hərbi  mükəlləfiyyət  haqqında,  məh­

kəmə  qanunvericiliyi  haqqında,  Bakı  Dövlət  Universitetinin 

yaradılması  haqqında  qanunlar  xüsusi  əhəmiyyət  kəsb  edir­

di.


1919-cu  ilin  19  iyulunda  Azərbaycan parlamanmın  qə­

bul  etdiyi  qanuna  əsasən  Bakıda,  Qazaxda,  Şəkidə,  Şuşada, 

Qubada,  Gəncədə, Zakatalada və Salyanda iki  aylıq pedaqoji 

kurslar açıldı  və bu kurslarda dərs deyən müəllimlərin əksə­

riyyəti Türkiyədən də’vət edilmişdi.

1919-cu  ilin  1  sentyabrında  Parlamanm  70-ci  iclasında 

«Bakı  Dövlət  Universitetinin  təsis  olunması  haqqında  qa­

nun»  qəbul  olundu.  Universitetdə  dərslər  isə  həmin  ilin  15 

noyabrında  başlamışdır.  Birinci  tədris  ilində  Universitetdə 

877 nəfər tələbə və 217 nəfər azad dinləyici, 44 nəfər müəl­

lim  (onlardan  12  nəfəri  professor)  olmuşdur ki,  bu müəllim­

lərdən də yalnız 9 nəfəri azərbaycanlı idi.

Milli  müəllim  kadrları  kifayət  qədər  olmadığı  üçün 

Universitet  rus  dilində  işə  başlamışdı  və  sonrakı  illərdə 

Azərbaycan  dilində tədrisə keçildi.

Parlaman  eləcə  də  xarici  ölkələrdə  təhsil  almaq  üçün 

100  nəfər  azərbaycanlının  Azərbaycan  dövləti  hesabına  xa­

rici  ölkələrə təhsilə  göndərilməsi  haqqında qərar qəbul  etdi. 

Fransaya  -   45  nəfər,  İtaliyaya  -   23  nəfər,  İngiltərəyə 

10 


nəfər,  Türkiyəyə  -   9  nəfər.  Rusiyada  vətəndaş  müharibəsi 

davam  etdiyi  üçün  oraya  göndərilməsi  nəzərdə  tutulan  13 

nəfər gedə bilmədi.

Parlamanm əsas vəzifələrindən biri Azərbaycanın  müs­

təqilliyinin  beynəlxalq aləmdə tanınmasını  tə’min etmək  idi. 

Bu  məqsədlə  parlamanm  sədri  Ə.M.Topçubaşovun  sədrliyi



27


ilə  yaradılmış  xüsusi  komissiya  Paris  sülh konfransında  işti­

rak etmək üçün  göndərilmişdi ve  1920-ci ilin  12  yanvarında 

konfrans  tərəfindən  Azərbaycan  de-fakto  olaraq  tanınmışdı. 

Müstəqil  dövlətlərdən isə  Azərbaycan  Xalq Cümhuriyyətini 

hamıdan əvvəl Türkiyə dövləti tanımışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamanmm  1919- 

cu  il  29  may  tarixli  iclasında məlumat  verilmişdi  ki,  Deniki- 

nin  könüllülərdən  ibarət  ordusu  Dağıstanı  zəbt  etmişdir. 

Məmməd  Əmin  Rəsulzadə  bu  xəbər  haqqında  Parlamanda 

çıxışını  belə  başlamışdı:  «Xarici  təhlükə  qarşısında  fırqələr 

arasında  ixtilaf olmaz.  Hamısı  yekvücud  olaraq  istiqlal  yo­

lunda bir adam kimi hazır olacaqdır»1.

Parlamanın  müzakirə  etdiyi  mühüm  məsələlərdən  biri 

Zaqafqaziyanın  3  respublikası  arasında  sərhəd  mübahisələ­

rinin  həlli  olmuşdur.  1919-cu  ilin  sonunda  Azərbaycan  əra­

zisinin  (113,9  min  kv.  kilometr)  15,6  min  kv.  km-i  mübahi­

səli  ərazi  hesab  edilirdi  (Bunlar:  Borçalı,  Qarayazı,  Şərur- 

Dərələyəz və s.  ərazilər idi).

Azərbaycan Parlamam  torpaq islahatı haqqında qanunu 

nəinki  qəbul  etmədi,  hətta  bu  haqda  Zaqafqaziya  Seyminin 

qərarının icrası Xoyskinin  1918-ci ildə təşkil etdiyi hökumə­

tin  qərarı  ilə  dayandırıldı  və  həmin  məsələnin  həlli gələcək 

Müəssislər  Məclisinin  müzakirəsinə  keçirilməsi  müəyyən­

ləşdirildi.

Parlamanda  1920-ci  ilin  martında Azərbaycan  ilə  Gür­

cüstan  arasında iqtisadi  və  siyasi  əlaqələr haqqında müqavi­

lə  imzalanması  təsdiq  edildi.  Ermənistanla  isə  «mübahisəli 

ərazilər» haqqında danışıqlar nəticə vermədi.

Qonşu  İranın  Azerbaycan  Xalq  Cümhuriyyətinin  müs­

təqilliyini  tanıması  Paris  sülh  konfransından  iki  ay  sonra,

1920-ci  ilin  20  martında  olmuşdur.  Rusiya  isə  Azərbaycan

1

28



Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920),  Parlament  (Stenoqra- 

fık hesabatlar), I cild. B.,  1998, s.622.

Xalq Cümhuriyyətini  de-fakto tanımamışdı.

1920-ci  ilin  ilk  günlərindən  başlayaraq  Rusiya  Sovet 

hökuməti  Azərbaycan  Xalq  Cümhuriyyəti hökumətinə  qarşı 

diplomatik  hücumlarım  kəskinləşdirdi.  1920-ci  ilin  2  və  22 

yanvarında,  20-si  fevralında  Rusiyanın Xarici  İşlər Nazirliy­

inin  göndərdiyi  notalarda  Rusiyanın Denikinə  qarşı  mübari­

zəsində  Azərbaycanın  Rusiya  ilə  ittifaq  bağlamadığı  irad 

tutulur və  bəhanə  edilirdi.  Azərbaycan hökuməti  bu notalara 

cavabında  bildirmişdi  ki,  Azərbaycan  Rusiyanın  daxili  işlə­

rinə  qarışmır.  (Halbuki,  daşnak Ermənistanı  Denikin  ilə  itti­

faq  bağlamışdı,  və  Denikin  məğlub  olduqdan  sonra Erməni­

stan dərhal  Rusiya  Sovet  hökuməti  ilə ittifaq  bağladı.  Həmi­

şə  iki  əks  cəbhələrə  xidmət  etmək  erməni  diplomatiyasına 

xas  olmuşdur).

Rusiya  və  Ermənistanın  bolşevik-daşnak  rəhbərliyinin 

və  hökumətlərinin  gizli  danışıqları  əsasında  belə  bir  razılıq 

əldə  edilmişdi  ki,  Azərbaycana  şimaldan  ediləcək  hücum 

ərəfəsində  onun  hərbi  qüvvələrini  şimaldan  ölkənin  cənu­

buna  çəkmək üçün  Dağlıq  Qarabağda erməni  hücumları  təş­

kil  edilməlidir  ve  belə  də  edildi:  1920-ci  ilin  22  martında 

Novruz  bayramı  axşamı  Qarabağa  yeganə  keçid  olan  Əskə- 

ran  keçidini  daşnak  hərbi  dəstələri  zəbt  etdilər.  Azərbaycan 

hökuməti  general-mayor  Həbib  bəy  Səlimovun  komandan 

olduğu  ordu  korpusunu  Qarabağa  göndərməyə  məcbur  oldu 

və  aprelin  3-də  Azərbaycan  ordu  korpusunun  döyüşçüləri 

Şuşa və Xankəndinə daxil  oldular.

Rusiyanın  XI  ordusunun  Azərbaycana  dinc  yolla  daxil 

olmasına nail  olmaq  üçün  Rusiya  diplomatiyası  ikinci  bir al­

dadıcı  addıma  əl  atdı:  geniş  təbliğ  edilirdi  ki,  Rusiyanın  XI 

ordusu  Azərbaycandan  və  Ermənistandan  keçərək  Azər­

baycana qardaş olan  Türkiyəyə hərbi köməyə göndərilir.

Belə  bir şəraitdə  Azərbaycanda hökümət böhranı yara­

dıldı  və  hökümət  başçısı  Nəsib  bəy  Usubbəyli  1920-ci  ilin 

30  martında  iste’fa  verdi  və  yeni  hökuməti  təşkil  etmək  so­

29



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə