Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə8/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   4   5   6   7   8   9   10   11   ...   71

sialistlər  blokundan  Camo  bəy  Hacmskiyə  tapşırıldı.  C.Ha- 

cınski isə yeni hökumətin təşkilini  ləngidirdi və az sonra özü 

bolşeviklər tərəfinə keçdi.

Beləliklə  1920-ci  ilin  26  aprelində  Rusiyanın XI  ordu­

su  iki  zirehli  qatarla  Azərbaycan  sərhədlərini  keçərək  Ba­

kıya doğru  irəliləməyə başladı.  Belə  bir  şəraitdə  aprelin  27- 

də axşam saat 2045  dəqiqədə  Azərbaycan Parlamanının təcili 

və  sonuncu  iclası  keçirildi.  Parlamanın  sosialistlər  blokuna 

mənsub  olan  Əliheydər  Qarayev  və  digər  deputatlar  haki­

miyyətin bolşeviklərə  verilməsi haqqında Parlamana ultima­

tum  təqdim  etdilər.  Geniş  və  gərgəin  müzakirələrdən  sonra 

7  maddədən  ibarət  qərar qəbul  edildi.  Bu  qərarda göstərilir­

di  ki,  1)  XI  ordu Bakıya  girməyəcək;  2)  İste’fa verən Azər­

baycan  milli  hökuməti  üzvlərinə  toxunulmayacaqdır;  3) 

Azərbaycan ordusu buraxılmayacaqdır.

Parlaman,  ölkədə  vətəndaş  qırğını  olmaması  naminə 

hakimiyyətin  yerli  bolşeviklərə  verilməsi  haqqında  qərar 

qəbul  etdi.  Lakin yuxarıda göstərilən qərarın heç bir maddə­

si yerinə yetirilmədi.

XI 


ordu  Bakıya daxil olan kimi Anastas Mikoyanın gö­

stərişi  ilə Bakıda  «talan həftəsi»  keçirildi  (Azərbaycanlı var­

lıların  evləri  zəbt edilərək  talan  edildi).  May  ayının  ilk gün­

lərində  Nargin  adasında  Azərbaycanın  12  generalı  və  460 

zabiti  e’dam  edildi.  Gəncə  uğrunda  qanlı  döyüşlər  oldu  və 

şəhəri XI ordu yalnız may ayının 5-də zəbt edə bildi.

Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  üzvlərinə 

qarşı  terror başlandı.  Hökumətin sonuncu kabinəsinin başçısı 

Nəsib bəy  Usubbəyli  1920-ci  ilin  mayında Tiflisdə iki nəfər 

erməni  terrorçusu  tərəfindən  qətlə  yetirildi.  Parlamanın  və 

Milli  hökumətin  üzvlərinin  böyük bir hissəsi  xarici  ölkələrə 

mühacirətə getməyə məcbur oldular.

Azərbaycan  Parlamanın bir il  dörd  ay və 20 gün ərzin­

dəki (7/XII-18 -  27/1V-20) fəaliyyəti xalqımızın parlamançı- 

lıq,  qanunvericilik  orqanı  tarixində  ilk  təcrübə  kimi  xüsusi

30

əhəmiyyət  kəsb  edir:  ə w əla Parlamanın təsdiq  etdiyi  höku­

mətin  3  kabinəsinin  tərkibi  (həm  də  əvvəlki  dövrdəki 

müvəqqəti  hökumətin  iki  kabinəsi)  əsas  etibarilə  milli  hö­

kumət olmuşdur.

Tarixin təzadına və  talenin qəribəliyinə bax ki, «Hüm­

mət» sosial-demoktarik qrupunun (1904-cü ildən) yaradıcıla­

rı  və  fəal  üzvləri  olan  Nəriman  Nərimanov  və  Məhəmməd 

Əmin  Rəsulzadə  olduğu  halda,  Azərbaycan  Parlamanında 

«Sosialistlər  bloku»na  daxil  olan  «Hümmət»çi  deputatlar 

sırasında  Əliheydər  Qarayevin  və  digərlərinin  adları  hüm- 

mətçi  kimi  çəkilirdi.  Parlamanın  sonuncu  iclasında  da  Par­

lamana  hakimiyyəti  təhvil  vermək  haqda  ultimatumu  bolşe­

vik qrupunun adından Əliheydər Qarayev vermişdi.

Parlamanın  həmin  sonuncu  iclasında  Məhəmməd 

Əmin  Rəsulzadə  demişdi:  «Əliheydər  Qarayev  kimi  «özü­

müzünkülər»  bizi  üsyanla  qorxudaraq,  içərimizdən  bizə  ul­

timatum  verir».  Sözünə  davam  edərək  o,  belə  «Xalq  nüma­

yəndəsinin saxta vətənpərvərliyini  ifşa etdi.

Azərbaycan  Xalq  Cümhuriyyətinin  Parlamanı  çox  gə­

rgin  beynəlxalq  və  daxili  mübarizələr  şəraitində  işləmişdir. 

Buna  görədir  ki,  parlamançılıq  təcrübəsi  m ə’nasında  Azer­

baycan  Xalq  Cümhuriyyətinin  Parlamamnnın  təcrübəsi  indi 

də  xüsusi  əhəmiyyət  kəsb  edir.  Xüsusilə  Parlamanın  milli 

tərkibinin  Azərbaycanın  əhalisinin  tərkibinə  uyğunluğu  nü­

munə idi.

Müqayisə  üçün qeyd  edək ki,  1918-ci  ilin yazında  daş­

nak  Stepan  Şaumyanın  sədr  olduğu  Bakı  kommunası  haki­

miyyətinin  tərkibində  cəmisi  3  nəfər  azərbaycanlı,  özü  də 

ikinci  dərəcəli  vəzifələrə  cəlb  edilmişdilər.  Kommuna  döv­

ründə  (25/1V—31 /VIII—1918)  Bakıda  hərbi  polis  vəzifələri­

nin  hamısı  (Bakı  komendantı,  hərbi  ştab  rəisi,  fovqəl’adə 

komissar  və  hərbi  qüvvələrin  rəisləri)  daşnakların  elində 

olmuşdur.



31


ULfəsil

AZƏBAYCANDA SOVET ÜSUL-İDARƏÇİLİYİNİN 

İLK DÖVRÜNDƏ (may 1920-dekabr  1922) XALQIN 

SİYASİ MƏDƏNİYYƏTİ

Dövlətin əsası 

mədəniyyətdir.

ATATÜRK


Rusiyanın  XI  ordusu  tərəfindən  Azərbaycanda  Sovet 

üsul-idarəsi  yaradıldıqdan  (28  aprel  1920)  sonrakı  1921 - 

1922-ci  illərdə  Azərbaycanın  müstəqilliyi  həmin  ordunun 

burada  olması  ilə  xeyli  məhdud  səviyyədə  idi.  Bu  ümumi 

vəziyyətdən  əlavə  XI ordunun hərbi tribunallarında özlərinə 

yuva  salmış  ermənilər  Bakıda  yaşayan  ermənilərin  gizli 

ötürdükləri  məlumatlara  uyğun  olaraq  müsəlman  əhalinin, 

xüsuilə  varlı  azərbaycanlıların  evlərini  zəbt  edərək  avadan­

lıqlarını qarət edir, özlərini məhv edirdilər.

Bakı  zəbt  ediləndən  sonra,  XI  ordunun  1920-ci  ilin 

mayının  ilk  günlərində  Gəncədə  törətdiyi  vəhşiliklər  daha 

dəhşətli  olmuşdur.  O  günlərin  şahidi  bu  hadisələri  belə 

xatırlayır:  «Bolşevik  ordusu  vağzal  tərəfdən,  ermənilər  isə 

Bağmanlardan  şəhəri  güclü  top  atəşinə  tutdular.  Şəhərin 

bütün  küçələri  meyit  ilə  dolu  idi,  su  quyularına  da meyit at­

mışdılar.  Ermənilər  bunu  qəsdən  etmişdilər ki,  şəhərin  mü­

səlman  əhalisi  içməyə  su  tapmasın.  Meyitləri  basdırmağa 

imkan  vermirdilər.  Camaata  acıq  verərək  meyitləri  ata  və 

camışa qoşub şəhərin kənarına atırdılar»1.

Bax: Xalq qəzeti, 28  iyun  1992.

32

Bütün  bu  hadisələr  göstərir  ki,  Azərbaycanda  Sovet 

üsul  idarəsi xalqda zor gücünə qəbul etdirilmişdi.

XX  əsrin  20-ci illərinin əvvəllərində Qafqazda, o cüm­

lədən  Azərbaycanda,  sosialist çevrilişi  etmək üçün  ölkə  da­

xilində  kifayət qədər gücü olan və maraqlı olan heç bir qüv­

və  olmamışdır.  Amerikaya  mühacirət  etmiş  professor  Firuz 

Kazımzadə  1951-ci  ildə  Nyu-Yorkda  nəşr  etdirdiyi  «Zaqaf­

qaziya  uğrunda  mübarizə  (1917-1921-ci  illər)»  adlı  kitabın­

da  yazır  ki,  Azərbaycanda  milli  qüvvələrin  təsiri  o  qədər 

güclü  idi  ki,  ölkə  daxilində  heç bir qüvvə ona  qarşı  çıxa bil­

məzdi.  Yalnız  xarici  qüvvə  yerli  milli  qüvvələri  devirib  on­

ların  yerinə  kommunistləri  gətirə bilərdi  (bax, göstərilən  ki­

tabın  23-cü  səhifəsi).  Bu  fikri  faktlar da təsdiq  edir:  1917-ci 

ilin  22  oktyabrında  Bakı  Sovetinə  keçirilən  seçkilərin  yeku­

nu  göstərmişdi  ki,  Azərbaycan  milli  partiyası  olan  «Müsa­

vat»  səslərin  40  faizini  toplayaraq  bütün  partiyalar  arasında 

birinci yeri tutmuşdu. Bu seçkilərdə Bakı bolşevikləri isə səs­

lərin  yalnız  15  faizini  yığa  bilmişdi.  Aydındır ki,  bu  səslərin 

əksəriyyəti  rus  və  erməni  millətindən  olan  bolşeviklərə  tə­

rəfdar  olanların  səsləri  olmuşdu.  Beləliklo  qüvvələr  nisbəti 

F.Kazımzadonin gəldiyi nəticənin doğruluğunu təsdiq edir.

Beləliklə  Azərbaycınan  Rusiyanın  XI  ordusu  tərəfin­

dən  işğalı  faktdır  və  mərkəz  (Moskva)  Azərbaycan  Respub­

likasına  rəhbərliyə  Nəriman  Nərimanovu  göndərmək  qəra­

rına  gəldi.  1920-ci  ilin  may  ayının  18-də  «Kommunist»  qə­

zeti  N.Nərimanovun  işə  başlaması  ilə  əlaqədar  olaraq  yaz­

mışdı:  «...  Onun adı  Azərbaycan  fəhlələrinə və kəndlilərinə 

yaxşıca  məlumdur.  Böyük  biliyə  və  geniş  məlumata  malik 

olub,  Şərq  işlərinə  yaxşıca  bələd  olan  Nərimanov  yoldaş 

Müsəlman  (Azərbaycan)  Sovet  Sosialist  Respublikasının 

rəhbəri  sifətilə  yeni  vəzifədə  şübhəsiz  ki,  işə  çox  xeyir  ve­

rəcəkdir...»1

«Kommunist» qəzeti,  18  may  1920-ci  il, №14.

33



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə