Qədim Azərbaycan eraziləri olan indiki Ermənistan
əraziləri son iki əsrdə tamamilə ermənilərin əlinə keçdi və
indi orada bir nəfər də olsa azərbaycanlı yaşamır. 1960-cı
ildə Ermənistan KP MK-nm ikinci katibi işləyən Hrand
Martirosyan (bu illərdə SSRİ-nin bütün respublikalarında
MK-nm ikinci katibləri ruslardan ibarət olardı) həmin 1960-
cı ildə nəşr etdirdiyi «SSRİ və Kommunist partiyası erməni
lərə nə verdi?» adlı kitabında etiraf edir ki, 1829-cu ildə in
diki Ermənistanda olan kənd və şəhərlərin 95 faizində azər
baycanlılar yaşayırdı.
Rusiya imperatorunun Gürcüstan çarlığında nümayən
dəsi Bumaşovun 1793-cü ildə nəşr etdiyi «Azərbaycan vi
layətləri haqqında məlumat kitab»mda 1786-cı ile aid m ə
lumatlarda göstərilir ki, Xəzər dənizi ilo Türkiyə arasındakı
bütün ərazilər - Dərbənd (Quba), Şəki, Şirvan, Şuşa, Gəncə,
İrəvan, Talış xanlıqları, Qarabağ, Naxçıvan, Ərdəbil, Təbriz,
Urmiya torpaqları Azərbaycana mənsub ərazilərdir.
1813-cü ildən sonrakı 185 ildə ermənilər Azəri türklə
rinə qarşı dəfələrlə soyqırım təşkil etmişlər: bunlardan en
dəhşətliləri və genişmiqyaslıları 1905-ci ildə Bakıda, 1918-
ci ildə Bakıda, Şamaxıda və Qubada; 1920-ci ilin may ayın
da Gəncədə, 1988-ci ilin noyabr-dekabrında Ermənistanda,
1992-ci ildə Xocalıda həyata keçirilmişdir.
Bu soyqırımların birincisi ilə ikincisi arasında 13-15 il,
ikincilərlə sonuncular arasında orfhesabla 70 il keçmişdir.
1918-ci ildə ermənilər tərəfindən Azərbaycan türklə
rinə qarşı vəhşilik səviyyəsində aparılan soyqırım dövrü
xalqımızı bu bəlanın daha əhatəli və dəhşətli caynağından
Osmanlı Türkiyəsi ordu hissələrinin Azərbaycana daxil ol
ması xilas etdi. Həmin ordunun geniş miqyaslı köməyi ilə
(Azərbaycanın hərbi hissələrinin də geniş iştirakı olmuşdur)
Bakı şəhəri 1918-ci ilin 15 sentyabrında erməni-bolşevik
ordu hissələrindən azad edildi.
Rusiyanın XI ordusunun Azərbaycanı 1920-ci ilin ap
106
rel-maymda işğal etməsi nəticəsində sovet üsul-idarəsi yara
dıldı və 1922-ci ilin sonunda Azərbaycan da Sovetlər İttifaqı
adlanan federativ ittifaq dövləti tərkibinə qatıldı.
Sovetlər İttifaqında əvvəlki dövrlərdən qalmış milli
ədavətlərə qarşı aparılan qadağanlar əsasında milli məsələ
ölkədə «həll edildi» və xalqlar dostluğu siyasəti elan edildi.
Ermənilər isə bu qadağalara məhəl qoymayaraq hakim
rus şovinizminin gizli köməyi və bəzən də bizim biganəliy
imiz şəraitində özlərinin köhnə antitürk siyasətini bütün er
mənilər arasında təbliğ etməyi davam etdirdilər.
Türklərə qarşı geniş terror hərəkatının təşkilatçıların
dan olan Akop Ter-Hakopyan (Şaxan Natan) 1912-ci ildə
ABŞ-da nəşr olunan «Hayrenik» adlı məcmuədə çap etdir
diyi «Türklər və biz» adlı məqalədə yazmışdı: «Erməninin
türkdən başqa düşməni yoxdur». 1918-1919-cu illərdə Qar-
sda yerləşən rus ordusu alayının zabiti Ovanes Apresyan eti
raf edir ki, «biz, ermənilər, bacardığımız qədər türkləri qır
dıq. Ancaq bu elə bir sonsuz kin və intiqam zənciridir ki,
get-gedə daha dərin şəkildə insanın varlığına hakim kəsilir1.
Göründüyü kimi, bütün tükrləri özlərinin qəddar düş
məni hesab edərək, onlara qarşı açıqcasına geniş soyqırım
siyasəti yeridən ermənilər, faşistlərdən qat-qat qəddar və
vəhşidirlər. XX əsrdə Almaniyada yetişdirilmiş faşistlər
SSRİ ərazilərini 1941-42-ci illərdə zəbt edərkən dinc əhalini
öz yaşayış yerlərindən çıxartmırdılar. Erməni faşistləri isə
Ermənistanda yaşayan bütün azərbaycanlıları, eləcə də
Azərbaycanda zəbt etdikləri bütün ərazilərdə yaşayan əhali
nin hamısını qəddar vəhşiliklə öz doğma yurdlarından qov
dular.
Bütün bunlar xalqımız tərəfindən nə üçün unudulmuş
dur və unudulur?
Görkəmli publisist Ömər Faiq Nemanzado hələ 1915-
Bax.\ «Xalq qəzeti», 27 aprel 1997
107
ci ildə nəşr etdiyi «İmtahan» adlı məqaləsində yazır ki, bir
çox xalqlar kimi biz, azərilər də, birinci cahan müharibəsi
kimi imtahana hazır deyildik; bizdə qardaşlıq, birlik hissi
batıb getmişdir». Göründüyü kimi, milli mentalitetimizə xas
olan bu naqis cəhət hələ XX əsrin əvvəllərində var idi və
davam edir.
XX əsrin 70 illik Sovet üsul idarəsi dövründə təsərrü
fat, elm və mədəniyyət sahəsində eldə edilmiş danılmaz nai
liyyətlərlə yanaşı Azərbaycan xalqının mənəviyyatına, dini
ruhuna və milli hissiyyətinə böyük zərbələr endirilmişdir və
bütün bunlar mentalitetimizdə yuxarıda deyilən aqressivsiz-
liyi, mübarizsizliyi tərbiyə etmişdir.
Biz, tolerantlılığımızm (dözümlülüyümüzün) nəticə
sində hələlik Azerbaycan mədəniyyətinə erməni təcavüzü
nə de biganəyik. Xalqımızın ayrı-ayrı musiqi incilərini, milli
xörəklərimizi, milli xalçalarımızı ermənilər xarici ölkələrdə
erməni mədəniyyəti inciləri kimi təbliğ edirlər. Bunlara qar
şı-da bizim əks tədbirlərimiz çox zəifdir.
Beynəlmiləlçilik şüarı altında ümumi Sovet mənafeyi
nə milli mənafelərdən üstün yer verən Sovet rəhbərliyi fak
tiki olaraq milli mədəniyyətlərin ümumi sovet mədəniyyəti
içərisində əriməsi siyasətini bütün gücü ilə həyata keçirirdi.
Bu isə milli mənsubiyyət əhval-ruhiyyəsinin sıxışdırılması
üçün siyasi əsaslar verirdi.
Tarixi ərazilərimizə göz tikmiş və zaman-zaman bu
ərazilərimizin müəyyən his'klərini cürbəcür yollarla zəbt et
məyə nail olmuş faşist xislətli erməni millətçiləri milli var
lığımıza böyük zərbələr vurmuşlar. Bu müvəqqəti uğursuz
luqlarımız xoşbəxtlikdən həm gənclərimizdə, həm də yaşlı
nəsildə ümidsizlik yaratmadı. Əksinə, xalqımızda milli ruh
getdikcə yüksəlir və bu da Dağlıq Qarabağ və ətraf ərazilə
rin erməni işğalından azad edilməsi üçün böyük ümidlər ya
radır.
Azərbaycan 2000-ci ildə Avropa Şurasına qəbul olun
108
muşdur və bu qitənin xalqları ilə daha sıx mədəni əlaqələr
də olacağımız şəraitdə qədim Şərq mədəniyyəti ilə bağlı
milli mentalitetimizdə olan «Şərq köklərimiz»den ayrılma
maq qayğısı bizi həmişə düşündürməlidir.
Məsələnin belə qoyuluşu heç kəsi qıcıqlandırmamalı
dır. Biz hamımız öz millətimizin övladlanyıq və mədəniyyə
timiz də milli mədəniyyət kimi yaşamalı və inkişaf etməli
dir.
Bakımızın konsert salonlarında və şadlıq evlərində ve
rilən müsamirələrin (bu üslüb 30-cu illərdə çox uğurla işlə
nirdi) məzmunu bunu deməyə haqq verir ki, bizim gənc
müsiqi ifaçılarımızın böyük bir hissəsi Qərb meyllidir və be
lə davam edərsə, Azərbaycan xalqının musiqi mədəniyyəti
nin «Şərq kökü» çox zəifləyəcəkdir.
Muğam ifaçılarımızın ara-sıra ekranda səslənən gileyə-
rinə və etirazlarına məhəl qoyan yoxdur. Bunun üçün Dövlət
siyasəti səviyyəsində tədbir görülməsə, bu prosesin qarşısını
almaq mümkün olmayacaqdır. Bu işə milli siyasətin bir sa
həsi kimi rəhbərlik və nəzarət edən bir idarə yaradılmalıdır.
Eyni sözləri də doğma Azərbaycan dilimizin rusdilli
gənclərimiz tərəfindən hörmətsizliklə korlanması haqqında
demək olar. Azərbaycan Prezidenti Heydər Əliyevin 2001-ci
ilin avqustunda milli-mənəvi dəyərlərimizi qorumaq haq
qında xalqa müraciəti böyük siyasəti əhəmiyyəti olan bir
tədbirdir; milli qeyrəti, namusu və vicdanı olan hər bir azər
baycanlı milli-mənəvi dəyərlərimizin əxlaq normaları çərçi
vəsində saxlanılmasına və inkişafına çalışmalıdır. Bu iş isə
ilk növbədə ailələrdən başlanmalıdır.
109