Millət vəkili akademik
TOFİQ İSMAYILOV
(1933-1991)
Tofiq Kazım oğlu İsmayılov Bakıda qulluqçu ailəsində
dünyaya göz açmışdır. Gənc yaşlarından texniki elmlərə ma
raq göstərmiş və qısa müddətdə görkəmli nailiyyətlər eldə
etmişdir.
Texnika elmləri doktoru, professor Tofiq İsmayılov
Ümumittifaq mühəndislik Akademiyasının (Moskva) aka
demiki seçilmişdir.
Professor T.İsmayılov Azərbaycanda kosmik tədqiqat
ların banisi hesab edilir. O, eyni zamanda dövləti idarəçilik
də fəal işləmişdir.
SSRİ Ali Sovetinə deputat seçilmiş Tofiq İsmayılov
Mixayıl Qorbaçovun xəyanətilə Bakıda 1990-cı ilin 20 yan
varında törədilmiş böyük faciədə onu taxsırkar sayaraq
1990-ci ilin 19 fevralında SSRİ Ali Sovetində etdiyi çıxışın
da demişdi: «Bütün bunlar üçün Mixayıl Sergeyeviç, hamı
dan əvvəl dövlətin və partiyanın başçısı kimi, Siz şəxsən
məsuliyyət daşıyırsınız». Etiraf edək ki, belə çıxış etməyə
siyasi cürət lazımdır.
1991-ci ilin əvvəlində T.İsmayılov Azərbaycan Res
publikasının dövlət katibi vəzifəsinə təyin edildi və bu işdə
böyük əzmlə çalışmışdır.
SSRİ Ali Sovetinin deputatı və Ali Sovetin üzvü olan
Tofiq İsmayılov Ali Sovetin sessiyasında və iclaslarında er
məni separatçılarının Azərbaycana qarşı ərazi iddialarının
tamamilə əsassız olduğunu özünün çoxsaylı kəskin çıxışla
rında sübut etmişdir.
Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi məsə
ləsi 1991-ci ildə Rusiya Dövləti nümayəndələrinin iştirakı
ile Jeleznovodskda müzakirə edilmişdi və orada qəbul edil
miş razılığa əsasən erməni separatistləri nümayəndələri ilə
148
görüşdə müzakirə edilməli idi. Bu məqsədlə 1991-ci ilin 20
noyabrında Azərbaycandan 22 nəfərdən ibarət vertolyotla
göndərilən mötəbər nümayəndə heyətinin hamısı Dağlıq
Qarabağın Xocavənd rayonunun Qarakənd kəndi üstündə er
məni terrorçular tərəfindən raket atəşilə vuruldu və nümay
əndə heyətinin hamısı vəhşicəsinə məhv edildi.
Beləliklə, alovlu vətənpərvər Tofiq İsmayılov ömrü
nün 58-ci ilində xain düşmən atəşi ilə əbədiyyata qoşuldu.
Ədliyyə generalı
İSMƏT QAYIBOV
(1942-1991)
Azərbaycanın qədim şəhəri olan Gəncədə dünyaya
göz açmışdır. İsmət İsmayıl oğlu Qayıbov Azərbaycan Döv
lət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra pro
kurorluq sistemində işləmiş, respublikanın İsmayıllı rayonu
nun və Sumqayıt şəhərinin prokuroru olmuşdur.
1989-cu ilin avqustunda respublikanın baş prokuroru
təyin edilən İsmət Qayıbov qısa bir müddətdə ağır iş şəraiti
nə baxmayaraq prokurorluq orqanlarına xalqın inamını ya
ratmaq işində dönüş yarada bildi. Baş prokurorun sadəliyi və
obyektivliyi, digər insani keyfiyyətləri bu dönüşdə həlledici
rol oynadı.
Dövlət xadimi səviyyəsinə yüksəlmiş İsmət Qayıbov
Respublikanın baş prokuroru işlədiyi 15 ay ərzində erməni
terrorizminə qarşı mübarizə xeyli güclənmişdi. Təəssüflər
olsun ki, baş prokurorun özü erməni terrorizminin 1991-ci
ilin 20 noyabrında təşkil etdiyi böyük bir cinayətin qurbanı
oldu.
Daşnak başkəsənlərin dığaları 80-ci illərin axırlarında
Azərbaycan türklərinə qarşı terrorçuluqda öz əjdadlarınm
vəhşiliklərini kölgədə qoydular: 1988-ci ilin noyabrında Er-
149
mənistamn azərbaycanlılar yaşayan 29 rayonunun hamısın
dan bütün azərbaycanlıları, 300 mindən çox əhalini öz doğ
ma yurdlarından vəhşicəsinə qovdular. Həmin əməliyyatlar
da 300 nəfərdən çox dinc ohali erməni faşistləri tərəfindən
güllələndilər.
1991-ci ildə erməni faşistləri Dağlıq Qarabağda yer
ləşdirilmiş rus ordusunun satqın komandirlərinin köməyi ilə
(silah vermə yolu ilə) Azərbaycan ərazisi olan Dağlıq Qara
bağdan azəri türklərinin daha vəhşi üsullarla qovulmasına
başladılar: iz qoymamaq üçün qətlə yetirdikləri azərbaycan
lıların meyidlərini yandırırdılar. Bundan başqa cavan qadın
ların və uşaqların kütləvi halda zorlanması, erməni qəbri
üstündə azəri türkünün başının kəsilməsi, əsirlərin gözləri
nin çıxarılması bu dövrdə erməni dığaları üçün adi mübarizə
üsulu idi. Bu hayasız vəhşilər indi Azərbaycanlılardan guya
müdafiə olunmaq üçün təhlükəsizlik haqqında öhdəçilik is
təyirlər.
Millət vəkili professor
VƏLİ MƏMMƏDOV
(1931-1991)
Lerikdə dünyaya göz açmış Vəli Hüseyn oğlu Məm
mədov Azərbaycan Dövlət Universitetini qurtardıqdan sonra
otuz ildən artıq bir dövrdə rəhbər partiya vəzifələrində uğur
larla işləmişdir.
Elmi fəaliyyətinin ilk illərində totalitar sovet idarəçili
yinin ğadağalanna baxmayaraq, Azərbaycan xalqının böyük
oğlu Nəriman Nərimanov haqqında arxiv sənədləri əsasında
elmi əsər və kinofılm çəkilməsinə böyük əmək sərf etmişdir
(filmin ssenarisini də o yazmışdır). Vəli Məmmədov hamı
dan əvvəl, 1957-ci ildə «Nəriman Nərimanov» adlı samballı
bir əsər nəşr etdirdi.
150
SSSRİ xalq deputatı olan Vəli Məmmədov erməni-
daşnak şovinistlərinin törətdikləri Dağlıq Qarabağ faciəsinin
dinc yolla həll edilməsi yolunda bütün imkanından istifadə
edirdi. Bakının mərkəz rayonu partiya təşkilatına rəhbərlik
edəndə də, Dağlıq Qarabağda Azərbaycanın məsul nümay
əndəsi kimi fəaliyyət göstərdikdə də, SSSRİ Ali Soveti ic
laslarında çıxış etdikdə də, o, həmişə bütün Qarabağın tari-
xinən Azərbaycana mənsubiyyəti ideyasını inadla müdafiə
etmişdir.
1990-cı ilin məşhur «meydan» hərəkatı günlərində
xalq qarşısına çıxaraq tutarlı söz demək bacarığına malik
olanlardan biri də professor Vəli Məmmədov olmuşdur.
Vəli Məmmədov 1990-cı ilin yanvarında Dağlıq Qara
bağ üzrə təşkilat komitəsinin (məıkəz Xankəndində idi)
rəhbəri təyin edilmişdi və bu gərgin və təhlükəli işdə o
özünün böyük vətənpərvər olduğunu bir daha göstərdi.
Belə gənc siyasi xadimlərin 1991-ci ildə erməni ter
rorçuları tərəfindən məhv edilmələri o dövür üçün böyük
itki idi, və bu itginin yaratdığı boşluq indi də hiss olunur.
General
MƏMMƏD ƏSƏDOV
(1941-1991)
Məmməd Nəbi oğlu Əsədov Zəngilan rayonunun Ba
harlı kəndində dünyaya göz açmışdır. Bakı Dövlət Universi
tetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Sumqayıtda,
Ağsuda və digər rayonlarda rəhbər sovet və partiya vəzifə
lərində işləmişdir.
1989-91 -ci illərdə general-mayor Məmməd Əsədov
Azərbaycan respublikasının Daxili İşlər naziri vəzifəsində
işləmişdir.
General Məmməd Əsədov 1991-ci ilin noyabrın əvvə
151