Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Neft-mexanika fakultəsi “Sənaye maşınları” kafedrası İxtisas: 050638 «Sənaye mühəndisliyi»



Yüklə 296,34 Kb.
səhifə4/7
tarix21.05.2023
ölçüsü296,34 Kb.
#111789
növüReferat
1   2   3   4   5   6   7
Kurs isi prototip 2

1.4. Aparatın quraşdırılması

İstilikdəyişdiricini quraşdırma meydançasının yaxınlığında yerləşdirilir sonmra aparata travers kanat vasitəsi ilə bağlanır və kranın qarmağı traversə bağlanılır daha sonra aparatın qaldırılmasına başlanılır. Bu halda aparatın alt hissəsinə müəyyən bir altlıq qoyulur ki, ştuserlər yerdə maneə yaratmasın. Aparat qaldırılan zaman ləngər vurmaması üçün onun aşağı ştuserinə kanat bağlanılır o kanat isə bucurqada bağlanılır və aparat yavaş-yavaş yerdən qaldırıldıqda artıq aparatın havada ləngər vurmasının qarşısı alınır. Beləliklə istilikdəyişdirici lazımi səviyyəyə qaldırılır. Lazımi səviyyəyə qaldırıldıqda dartqı vasitəsilə aparat tarazlaşdırılır və beton özülün üzərinə qoyulur.


Vəziyyət yoxlanılandan sonra boltla aparat beton özülə bərkidilir. Ştuserǝ keçirdilmiş kanatlar azad olur.
Tərpənən dayağın özül boltları bərk bağlanılmamalıdır. Bir qayda olaraq, boru kəmərləri aparata tərpənməz dayaq tərəfdən birləşdirilir. İstilikdəyişdirici aparatların üfqililiyi səviyyölçənlə, şaquliliyi isə şaqul və ya səviyyəölçənlə yoxlanılıb düzəldilir. Aparatın layihə vəziyyəti dayağının altına pazlar və ya polad lövhəciklər yerləşdirilməklə düzəldilir. Daha sonra özüllər sement məhlulu ilə doldurulur.


Aparatın quraşdırılma üsulunun təsviri

Şəkil 1.2.
1-aparat; 2-kanat asqısı; 3-travers; 4-dayaq; 5-kran; 6-postament


2. TAKELAJ TƏRTİBATLARININ HESABI VƏ SEÇİLMƏSİ

U-şəkilli borulu istilikdəyişdirici kranın qarmağına travers vasitəsilə bağlanır. Bu zaman aparatı traversə bağlayan və traversi kranın qarmağı ilə əlaqələndirən kanatları hesablayıb seçmək zərurəti yaranır. Bağlamanın hesabi sxemi sǝk.2.2-də verilmişdir.




2.1. Kranın seçilməsi

Qaynadıcının kütləsi G= 14.6t (14600 Kn) dur. Yük hündürlük xarakteristikalarına görə istehsalatda geniş yayılmış qolunun uzunluğu 30 m olan CKГ- 63 kranını seçirik. Həmin kranın qolunun çıxımı lk=6 m olduqda, yük qaldırma qabiliyyəti Gk=35t və qarmağının qalxma hündürlüyü hk=29 m təşkil edir. Bu göstəricilər layihələndirilən aparatın CKГ- 63 kranı ilə quraşdırılmasını təmin edir. Kranı elə yerləşdirmək lazımdır ki, onun qarmağının çıxımı mümkün qədər az olsun.





Yüklə 296,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə