Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Neft-mexanika fakultəsi “Sənaye maşınları” kafedrası İxtisas: 050638 «Sənaye mühəndisliyi»


Aparatı bağlamaq üçün kanatın hesabı və seçilməsi



Yüklə 296,34 Kb.
səhifə6/7
tarix21.05.2023
ölçüsü296,34 Kb.
#111789
növüReferat
1   2   3   4   5   6   7
Kurs isi prototip 2

2.4. Aparatı bağlamaq üçün kanatın hesabı və seçilməsi

Qollarının sayı m = 4 olan bağlanmanın bir qolundakı qüvvəni tapırıq:



Bağlanmanın bir qolundakı qırıcı qüvvəni tapırıq:

Hesabi qırıcı qüvvəyə görə poladdan düzəlmiş 6×36(1+7+7/7+14)+1 ü.ö. konstruksiyalı kanatı seçirik:
qırıcı qüvvə, kN...................................................352,5
qırılmada müvəqqəti müqavimət, kN/mm2...............1764
kanatın diametri, mm.............................................25,5
1000 m kanatın kütləsi, kq.....................................2495

3. APARATIN TƏMİR TEXNOLOGİYASI VƏ SINAĞI


3.1. Aparata texniki xidmət və onun təmiri

Gövdə-borulu istilikdəyişdirici aparatların təmiri aşağıdakıları işləri əhatə edir: hazırlıq işləri; sökmə; qüsurların aşkar edilməsi və aradan qaldırılması; boruların və gövdənin təmizlənməsi; boruların qismən dəyişdirilməsi; sökülən birləşmələrin araqatlarının dəyişdirilməsi; aparatın yığılması, möhkəmliyə və kipliyə sınaqdan çıxarılması.


Gövdə-borulu istilikdəyişdiricini təmirə hazırlayarkən görülən işlər bunlardır: izafi təzyiqi atmosfer təzyiqinə qədər aşağı salmalı, aparatdan məhsulu kənarlaşdırmalı və bütün kommunikasiyalarda tıxaclar quraşdırmalı; aparatı azotla və ya su buxarı ilə üfürməli, sonra su ilə yumalı, zəhərli və partlayış təhlükəli maddələrin konsentrasiyası analizdə qənaətbəxş səviyyədə olana qədər hava ilə üfürməli.
İstilikdəyişdiricilər uzun müddət işlədikdə çirklənməyə və yeyilmə məruz qalır. Onların səthləri duz, yağ və qətran çöküntüləri, oksidləşdirici qat və s. ilə örtülür. Çöküntünün artması ilə divarın termiki müqaviməti artır ki, bu da istilik mübadiləsini zəiflədir. Istismar nəticəsində istilikdəyişdiricilərdə baş verə bilərəcək aşağıdakı qüsurlardır:
- Gövdə, dib və boru şəbəkəsinin qalınlığının azalması;
- Gövdə və dibdə əzinti və qabarıqların yaranması;
- Boru şəbəkəsində borular üçün açılmış deşiklərin diametrinin böyüməsi;
- Boru şəbəkəsinin əyilməsi və boruların deformasiyası;
- Kipgǝc quruluşunun, diyirlənən və digər növ dayaqların zədələnməsi;
- Gövdə, borular və flǝnslərdə qat və yanıqların yaranması;
Müxtəlif qüsurların aşkar edilməsi texniki baxışlar və nəzarətlər nəticəsində müəyyənləşdirilir. Dəqiq istismar şəraitindən asılı olaraq, yoxlamaların və təmirlərin həcmi və müddəti müəyyənləşdirilir. Aparatı təmirə hazırlayarkən, aşağıdakı tədbirlərin yerinə yetirilməsi daxildir:

1. İzafi təzyiq atmosfer təzyiqinə qədər azaldılqraq,aparat məhsullardan azad edilir;


2. Armaturları bağlayaraq, bütün borulara tıxac qoyulur;
3. Azot və ya su ilə üfürülərək, su ilə yuyulur;
4. Zəhərli və yanğın təhlükəli məhsulun olmadığını müəyyən etmək üçün analiz aparılır;
5. Təmir planı tərtib edilir, əgər qaynaq işləri aparmaq lazımsa, icazə alınır;
6. Aparatın təmirə verilməsi üçün akt tərtib olunur.
Təmir zamanı isə aşağıdakı işlər yerinə yetirilir: Aparatın qapağı açılır, boru kəməri və armaturlar sökülür. İşçi təzyiq də hidravlik üsulla yoxlamaqla genəltmə və qaynağın qüsuru, həmçinin boruların bütövlüyü aşkar edilir. Qüsurlu borular dəyişilir və ya tıxanaraq sistemdən kənar edilir. Borular genəltmə və ya qaynaq üsulu ilə bərkidilir. Korroziyaya dayanıqlı örtük hissələri dəyişilərək, təmir edilir. Sıradan çıxmış boru kəməri və armaturlar dəyişdirilir və ya təmir olunur, qoruyucu klapanlar tənzimlənir. Sökülən hissələr kipləşdirilir. Boru dəsti çıxarılır, aparatın gövdəsinin və borularının daxili səthləri, boru şəbəkəsində boruların ucları təmizlənir. Yeni borular hazırlanır, sıradan çıxmış borular yenisi ilə əvəz edilir. Yivli birləşmələr quraşdırılır. Sınaq təzyiqində aparatın gövdəsi və borularının hidravlik sınağı aparılır.
Aparatın təmirində ən çətin və həcmli işlər yivli birləşmələrin sökülüb-yığılması, boru dəstəsin çıxarılması və təmiri istilikdəyişdiricinin təmizlənməsi, və yerinə qoyulması, istilikdəyişdiricinin sınağı sayılır
Yivli birləşmələrin açılıb-bağlanmasında pnevmatik və hidravlik qayka açanlardan istifadə edilir.
Boru dəstəsini gövdədən çıxartmaq üçün ekstraktor (çıxarıcı) adlanan maşından istifadə edirlər. Ekstraktor-istilikdəyişdiricinin flənsinə bərkidilən, domkrat və bucurqadın köməyilə boru dəstəsini itələyən quruluşdan ibarətdir. Çıxarılan boru dəstəsi, onun qabaq hissəsinə bərkidilmiş arabacıqla birlikdə hərəkət edir.

Boruların təmizlənməsi üçün kimyəvi, abraziv və xüsusi üsullardan istifadə edilir.


İstilikdəyişdirici aparatı sökülmədən kimyəvi üsulla təmizləmə yerinə yetirilir. Çöküntü təmizləmək üçün inhibitorlar əlavə olunmuş 5-15%-li xlorid turşusu məhlulundan istifadə edilir. Üzvi çöküntülərin təmizlənməsi üçün karbohidrogen həlledicilərdən istifadə edilir. Bərk çöküntülərdən təmizləmək üçün 5%-li xlorid turşusu məhluluna maye şüşə əlavə etməklə bir gün ərzində saxlamaq lazımdır. Bərk çöküntü bu halda yumşalaraq su ilə asanlıqla yuyulur.
Abraziv üsul ilə təmizləməyə mexaniki, hidropnevmatik, hidromexanik (yüksək təzyiqli su axını) və qum axını ilə təmizləmə aiddir. və sıxılmış hava verməklə təmizlənməsi,
Boruların eyni vaxtda su hidropnevmatik üsulla təmizləmə adlanır. Boruya su ilə birlikdə havanın verilməsi su- hava tapançası vasitəsilə əldə edilir. Hava 0,7÷0,8 MPa, su ilə 0,5÷0,6 MPa təzyiqlə 1:1 nisbətində şlanqla verilir.
Hidropnevmatik üsulla təmizləmədə, təmizləmə vaxtı mexaniki üsula nisbətən 8-10 dəfə az olur, deməli, məhsuldarlıq artır.
Hidromexaniki üsulda su nasos vasitəsilə yüksək təzyiq altında şlanqa (boruya) verilərək, onun uzuna bağlanmış ucluğun deşiyindən böyük sürətlə çıxaraq, borunun divarındakı çöküntünü təmizləyir. Bu üsulun təmizləmə dərəcəsi əvvəlki üsullara nisbətən yüksəkdir. Bir borunun təmizlənmə vaxtı 10÷15 saniyədir. Təzyiq 15+70 MPa olur.
Qum axını ilə təmizləmədə qum, su və ya hava vasitəsilə böyük sürətlə verilərək, təmizləmə aparılır. Bu üsulla təmizləmədə tam təmizləməyə nail olmaq olur.
Xüsusi üsulla təmizləməyə ultrasəs üsulu ilə təmizləmə aiddir.
U-tipli istilikdəyişdiricininin borularının təmizlənməsini daha səmərəli üsul olan hidropnevmatik üsuldan istifadə edəcəyik boruları təmizləyəcəyik.
Təmir prosesində aşkar edilmiş nasaz boruların sayı 15%-ə qədər olarsa, onları tıxacla tıxayaraq, sistemdən kənar etmək olar, nasaz boruların sayı 15%-dən artıq olduqda isə, onları yeni borularla əvəz etmək lazımdır. Beləliklə təmir sona çatır.



Yüklə 296,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə