Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Təsdiq edirəm»


M ö v z u 13. Cəmiyyət idrakın obyektidir



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə10/20
tarix03.08.2023
ölçüsü443,72 Kb.
#120265
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
Az rbaycan d VL t neft v S naye universiteti

M ö v z u 13. Cəmiyyət idrakın obyektidir 
 
Cəmiyyət, birlik və sosial anlayışları. «Birlik» və «cəmiyyət» terminlərinin 
fərqi. Birlik insanların mənşəcə bir kökdən olması zəminində yaranan varlığıdır. 
Cəmiyyət insanların məqsədyönlü və mütəşəkkil xarakterli birgə fəaliyyətidir. Sosial 
anlayışın geniş və məhdud mənası. Cəmiyyət, xalq, millət və dövlət anlayışlarının 
münasibəti. Cəmiyyətə fəlsəfi və ümumsosioloji yanaşmanın fərqi. Adamları 
cəmiyyət halında birləşdirən əlaqə və qanunauyğunluğa yanaşma üsulları: naturalist, 
idealist, materialist. 
Sosial sistem anlayışı. Cəmiyyət özü inkişaf edən sistemdir, obyektiv reallığın 
bir hissəsidir: real cəmiyyət və onun ieallaşdırılmış modeli. Fəlsəfənin inkişafı 
tarixində cəmiyyət probleminə yanaşma üsulları. 
Cəmiyyət təkrar istehsaldır. Təkrar istehsalın növləri: maddi nemətlər istehsalı, 
insan nəslinin təkrar istehsalı, ictimai əlaqələrin və münasibətlərin təkrar istehsalı. 
Cəmiyyətdə maddi və mənəvi. «İctimai varlıq» və «ictimai şüur» kateqoriyaları və 
onların metodoloji rolu. 
Cəmiyyətin iqtisadi həyatı anlayışı. Maddi nemətlərin istehsalı, bölgüsü, 
mübadiləsi və istehlakı ictimai inkişafın əsasıdır. Mülkiyyət, istismar, əmək və 
kapital anlayışlarının fəlsəfi təhlili. Mülkiyyət növlərinin müxtəlifliyi. Mülkiyyətə 
sahiblik, ondan istifadə etmək və onun üzərində sərəcam vermə anlayışları. 
Mülkiyyət və insanın özünü reallaşdırması. Əmək və xüsusi mülkiyyət. Mülkiyyətin 
subyekti və obyekti. Müasir dövr və mülkiyyətin müxtəlif formaları. Xüsusi 
mülkiyyət, şəxsiyyətin fiziki və mənəvi bacarığı. 
«Maddi» və «praktiki» anlayışlar arasında əlaqə. «Obyektiv» və «subyektiv» 
kateqoriyaları, onların «maddi» və «mənəvi» kateqoriyalarla əlaqəsi. Tarixdə 
subyektiv amilin rolu. İctimai həyatın birinci və ikinci səviyyələri. İctimai 
münasibətlər anlayışı, onların mahiyyəti. İctimai münasibətlərin birinci və ikinci 
səviyyələri. İctimai inkişaf qanunlarının təbiət qanunlarından fərqi.n İctimai istehsal 
anlayışı. Maddi və mənəvi istehsal, onların əlaqəsi və qarşılıqlı təsiri. İstehsal üsulu 
cəmiyyətin konkret tarixi müəyyənliyinin əsasıdır.


Məhsuldar qüvvələr və istehsal münasibətlərinin dialektikası. Məhsuldar 
qüvvələr və istehsal münasibətləri arasında ziddiyyətlər ictimai inkişafın mənbəyi və 
hərəkətverici qüvvəsidir, ictimai inqilabın iqtisadi əsasıdır. Cəmiyyət və ictimai 
münasibətlər. Maddi və ideoloji münasibətlər.
Bazis və üstqurum. Üstqurumun bazisə fəal təsiri. Bazisin müəyyənedici rolu, 
üstqurumun nisbi müstəqilliyi. İnsanların sosial-tarixi birlik formaları: qəbilə, tayfa, 
xalq, millət. Qəbilə və tayfa insanların sürü halından sonrakı ilk birlik formalarıdır. 
Xalq anlayışı, onun xarakteri, etnik və sosial-fəlsəfi mənası. Xalqın tarixin yaradıcısı 
olmasını şərtləndirən amillər. Xalq maddi nemətlərin yaradıcısıdır.
Tarix xalqın öz məqsədini həyata keçirmək ffəaliyyətidir. Sosial tələbatlar və 
mənafelər ictimai inkişafın əsas mənbələridir. Təbii-bioloji və sosial tələbatlar. 
Mənafelər fəaliyyətə sövqedici güclü motivlərdir. Mənafelərin təsnifatı: şəxsi 
mənafelər, qrup mənafeləri və ictimai mənafelər. Tarixi hadisələr və proseslərdə 
xalqın rolu. Xalq mənəvi mədəniyyətin, elmin və incəsənətin yaradıcısıdır. Xalq və 
kütlə. Kütlə psixologiyası, onun kortəbiiliyi. Xalq və görkəmli şəxsiyyətlər.
Millətin mahiyyəti və səciyyəvi əlamətləri. Azərbaycanın mili müstəqilliyi və 
xalqın tarixi müqəddəratında onun rolu. Milli keçmişimizə və milli ənənələrə hörmət 
inkişafın əsas şərtidir. Azərbaycan xalqının mili mənlik şüuru və onun inkişafı. Milli 
mənlik və millətçilik. Müasir dünyada gedən mili proseslər.

Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə