Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 115,5 Kb.
Pdf görüntüsü
tarix08.10.2017
ölçüsü115,5 Kb.
#3650


 

 

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ 

 

www.aak.gov.az

           



www.edu.gov.az

        

www.asoi.edu.az

  

 

 



 

 

 

 

 

 

 

DOKTORANT VƏ DİSSERTANTLAR 

ÜÇÜN   YADDAŞ KITABÇASI 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2016 

 


DOKTORANTURA TƏHSİLİ ALMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ 

 

Doktorantura  hazırlığı  ali  təhsilin  üçüncü  səviyyəsidir  və  Azərbaycan 

Respublikasının    Nazirlər  Kabineti  tərəfindən  təsdiq  edilmiş  doktorantura 

ixtisaslarının  (proqramlarının)  təsnifatına    uyğun  müvafiq  ixtisaslar  üzrə  geniş 

profilli alim və mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir.  

 

Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata 



keçirilir. 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada  əyani təhsil müddəti 3 il, qiyabi 4 il, 

dissertantlıq yolu ilə 4 ildir.  

Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, 

dissertantlıq yolu ilə 5 ildir. 

 

FƏLSƏFƏ DOKTORU PROQRAMI ÜZRƏ  DOKTORANTURAYA 



QƏBUL  

 

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:  

•  ərizə (rektorun adına);   

•  kadrların şəxsi-qeydiyyat vərəqi;   

 tərcümeyi-hal;   

•  2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);   

 iş yerindən xasiyyətnamə;   

•  iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;   

•  çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;   

•    ali  təhsil  müəssisəsini  bitirmək  haqqında  diplomun  müvafiq  qaydada  təsdiq 

edilmiş  surəti  (xarici  ölkələrdə  təhsil  almış  Azərbaycan  Respublikasının 

vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);   

•  şəxsiyyəti təsdiq edən sənədin surəti. 

 

Doktoranturaya  qəbul  ali  təhsil  müəssisələri  tərəfindən  müəyyən  edilən 



müddətlərdə hər il keçirilir. 


Doktoranturaya  qəbul  olmaq  istəyən    şəxslərin  ixtisas  uyğunluğu  qəbul 

komissiyası tərəfindən müəyyən edilir.  

 



Doktoranturaya  qəbul  olmaq  istəyən  şəxslə  nəzərdə  tutulan  elmi  rəhbər 

müsahibə keçirir və rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina 

qərarını  yazılı  surətdə  qəbul  komissiyasına  təqdim  edir.  İmtina  olunduğu 

halda digər elmi rəhbər təklif edilir.  

 

Qəbul  komissiyası  nəzərdə  tutulan  rəhbərin  rəyi  və  təqdim  edilən  digər 



sənədlər  əsasında  imtahanlara  buraxılmaq  haqqında  qərar  qəbul  edir  və  bu 

barədə bir həftədən gec olmayaraq iddiaçıya bildiriş göndərir.  

 

Bildiriş  doktoranturanın  fəaliyyət  göstərdiyi  ali  təhsil  müəssisəsi  və  elmi 



təşkilat rəhbərləri tərəfindən imzalanır və bu bildiriş iş yerindən məzuniyyət 

almaq hüququ verir.  



İMTAHANLAR 

 

Doktoranturaya  qəbul  olmaq  istəyənlər  aşağıdakı  fənlər  üzrə  qəbul  imtahanları 

verirlər:   

• İxtisas fənni; 

• Xarici dili (rus dili istisna olmaqla, seçim sərbəstdir);  

• Fəlsəfə (magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində).   

 

İxtisas  fənnindən  qəbul  imtahanını  doktoranturanın  fəaliyyət  göstərdiyi  ali  təhsil 



müəssisəsinin Rektoru tərəfindən yaradılan komissiya həyata keçirir. Komissiyanın 

tərkibində müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. 

Nəzərdə tutulan rəhbərlər  komissiyanın üzvü ola bilərlər.  

 

Bərabər  ballar  toplandığı  halda,  müsabiqədə  ixtisas  fənnindən  daha  yüksək 

qiymət alan və çap  edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.  

 

 




DISSERTASIYA MÖVZULARI VƏ ELMI RƏHBƏRLƏR 

HAQQINDA 

Ali  təhsil  müəssisələri  və  elmi  təşkilatların  elmi    şuraları  doktorantların 

dissertasiya mövzularını və elmi rəhbərlərini onların qəbul komissiyaları tərəfindən 

doktoranturaya  qəbul  olunmaları  haqqında  qərar  qəbul  etdikləri  gündən  1  aydan 

gec olmamaq şərtilə təsdiq edir. 

 



Doktoranturaya  qəbul  haqqında  qərarın  (əmrin)  surəti  doktoranturaya 

istehsalatdan  ayrılmaqla  qəbul  olunmuş    şəxs  ilə  işəgötürən  arasında  olan  

əmək müqaviləsinə xitam vermək üçün əsasdır.  

 



Doktoranturaya  istehsalatdan  ayrılmaqla  qəbul  olunan    şəxslərin    əmək 

kitabçası  doktoranturaya  qəbul  olunduğu  müəssisəyə  və  ya  elmi  təşkilata 

təqdim edilir.  

 



Müxtəlif  ixtisasları    əhatə  edən  mövzular  üzrə  elmi  tədqiqatlar  apararkən 

doktoranta  iki  elmi  rəhbər,  yaxud  rəhbər  və  məsləhətçi  təyin  oluna  bilər. 

Onlardan biri fəlsəfə doktoru (elmlər namizədi) ola bilər.  

 



Bir  elmi  rəhbərə  təhkim  olunan  doktorantların  sayı  5  nəfərdən  artıq 

olmamaq  şərtilə,  ali  təhsil  müəssisəsi  və  elmi  təşkilatların  elmi  şuraları 

tərəfindən müəyyən olunur və rəsmiləşdirilir.  

 



Doktoranturada  təhsil  müddətində  doktorant  ali  təhsil  müəssisəsinin  elmi 

şurası tərəfindən təsdiq edilmiş fərdi iş planı əsasında fəaliyyət göstərir.  

 

DOKTORANTIN  TƏHSIL MÜDDƏTINDƏ VƏZİFƏLƏRİ 



 

•  Peşə biliklərinə dərindən yiyələnməli;   

•  Müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli;   

•  Elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli;   

•  Fərdi iş planını tam yerinə yetirməli;   

•  İxtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla  digər fəndən),  

informatikadan və xarici dildən doktorluq imtahanlarını verməli;   

•  Elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli;   

•  Elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli;   



•  Elmi tədqiqat işini bitirməlidir. 

 

ELMLƏR DOKTORU PROQRAMI ÜZRƏ 



 

 Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və  ya 

elmi-pedaqoji  nailiyyəti  olan,  fundamental  tədqiqatları  yüksək  səviyyədə 

aparmağa  qadir  və  “Fəlsəfə  doktoru”  (elmlər  namizədi)  elmi  (alimlik) 

dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.  

 

 Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:  



•  ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın 

rəhbərinin adına);   

•  kadrların şəxsi-qeydiyyat vərəqi;   

•  tərcümeyi-hal;   

•  2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);   

•  iş yerindən xasiyyətnamə;   

•  əmək kitabçasından çıxarış;   

•  çap olunmuş elmi işlərin siyahısı;   

•    “Fəlsəfə  doktoru”  və  ya  “Elmlər  namizədi”  elmi  (alimlik)  dərəcəsi 

diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;   

•    ali  təhsil  müəssisəsini  bitirmək  haqqında  diplomun  müvafiq  qaydada 

təsdiq  edilmiş  surəti  (xarici  ölkələrdə  təhsil  almış  Azərbaycan 

Respublikasının  vətəndaşları  üçün  təhsil  haqqında  sənədlərinin  tanınması 

haqqında şəhadətnamə);   

•  şəxsiyyəti təsdiq edən sənədin surəti.  

 

Ali  təhsil  müəssisəsinin,  elmi  təşkilatın  elmi    şurası  “Elmlər  doktoru”  elmi 



dərəcəsinə  iddiaçı  haqqında  müvafiq    şöbə,  bölmə,  kafedra  və  ya 

laboratoriyanın  təqdimatı    əsasında  doktoranturaya  qəbul,  dissertasiyanın 

mövzusu, fərdi iş planı və elmi məsləhətçisi (məsləhətçilər) haqqında qərar 



qəbul  edir.  Həmin  qərar  ali  təhsil  müəssisələrinin  və  elmi  təşkilatların 

fəaliyyətini  tənzimləyən  nizamnaməyə  (əsasnaməyə)  uyğun  olaraq 

rəsmiləşdirilir.  

 

 Elmi  məsləhətçiyə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  əməkhaqqı 



ödənilir. 

 

 Zəruri  hallarda  doktorantlar  aparıcı  elmi  mərkəzlərə  (o  cümlədən,  xaricdə 



yerləşən) ezam oluna bilərlər. Ezamiyyət xərcləri qanunvericiliklə müəyyən 

edilmiş qaydada ödənilir.  

 

Doktorantlar hər il ali təhsil müəssisəsi və elmi təşkilatın elmi  şurasına fərdi 



iş  planının  yerinə  yetirilməsi  haqqında  hesabat  verir  və  həmin  hesabat 

əsasında onun doktoranturada təhsilini davam etdirməsi barədə qərar qəbul 

olunur.  

 

Doktorant  təhsil  müddəti    ərzində  dissertasiya  işini  başa  çatdırmalı, 



aprobasiyasını  keçirməli  və  müəyyən  olunmuş  qaydada  onu  müdafiəyə 

təqdim etməlidir.  

  

Dövlət  hesabına    əyani  təhsil  alan  doktorantlara  qanunvericiliklə  müəyyən 



olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir.  

 

DİSSERTANTLIQ YOLU İLƏ FƏLSƏFƏ DOKTORU VƏ ELMLƏR 



DOKTORU  HAZIRLIĞI 

  

Dissertantlıq  yolu  ilə  yüksək  ixtisaslı  elmi  və  elmi-pedaqoji  kadrların 



hazırlanması  ali  təhsil  müəssisələrində,  elmi  və  digər  təşkilatlarda  çalışan 

mütəxəssislərin  istehsalatdan  ayrılmamaqla  elmi  dərəcənin  alınması  üçün 

təhkim olunmaqla dissertasiya işinin yerinə yetirilməsini təmin edir.  



Dissertantlıq  yolu  ilə  “Fəlsəfə  doktoru”  elmi  dərəcəsi  almaq  hüququna  ali 

təhsilli  (ali  təhsil  pilləsinin  magistratura  səviyyəsini  bitirən,  yaxud  təhsili 

ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri 

olan  ali  təhsil  müəssisələrinin,  elmi  və  digər  təşkilatların  elmi  və  elmi-

pedaqoji kadrları malikdirlər.   

 

«Elmlər  doktoru»  elmi  dərəcəsinin  dissertantlıq  yolu  ilə  alınması  üçün 



«Fəlsəfə doktoru» (elmlər namizədi) elmi dərəcəsinin olması əsas şərtdir.   

 

 Dissertantlıq  yolu  ilə  təhsil  müddətini  başa  vuran  şəxslər  eyni  ixtisas  üzrə 



təkrar dissertant olmaq hüququna malik deyillər.  

 

Doktoranturada tam təhsil müddətini başa vurmuş  şəxslər eyni ixtisas üzrə 



dissertantlıq yolu ilə təhsil almaq hüququna malik deyillər.  

 

Dissertant  kimi  təhkim  olunmaq  istəyən  şəxslər,  bir  qayda  olaraq,  elmi  və 



elmi-pedaqoji iş stajına malik olmalıdırlar.  

 

 Dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilir:  



•    ərizə  (dissertantura  təhsilini  həyata  keçirən  müəssisənin  və  yaxud 

təşkilatın rəhbərinin adına);  

•  kadrların şəxsi-qeydiyyat vərəqi;  

•  tərcümeyi-hal;  

•  2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);  

•  iş yerindən xasiyyətnamə;  

•  əmək kitabçasından çıxarış;  

•  çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə 

doktoru hazırlığı üzrə); 

 •    ali  təhsil  müəssisəsini  bitirmək  haqqında  diplomun  müvafiq  qaydada 

təsdiq edilmiş surəti  



(xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün 

təhsil  


haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);  

•    «Elmlər  doktoru»  elmi  dərəcəsi  iddiaçısı  üçün  fəlsəfə  doktoru  (elmlər 

namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;  

•  çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);  

•  şəxsiyyəti təsdiq edən sənədin surəti.  

  

Ali təhsil müəssisəsinin və elmi təşkilatın elmi şurası müvafiq şöbə, bölmə, 



kafedra  və  ya  laboratoriyanın  təqdimatı    əsasında  iddiaçının  dissertant 

təhkim  olunması,  onun  dissertasiya  mövzusu,  fərdi  iş  planı  və  elmi  rəhbəri 

(məsləhətçisi) haqqında qərar qəbul edir. Rektorun razılığı əsasında ali təhsil 

müəssisəsi və ya elmi təşkilatın rəhbəri iddiaçının təhkim olunması haqqında  

əmr verir.  

«Fəlsəfə  doktoru»  və  «Elmlər  doktoru»  elmi  dərəcəsi  üzrə  doktoranturada 

təhsil  alan  şəxslərin  hüquq  və  vəzifələri  dissertantlıq  yoluilə  təhsilalan 

şəxslərə (doktorantlara) də şamiledilir.  

«Fəlsəfə doktoru» elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə təhsil alan  şəxslər 

müəyyən olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, informatika və xarici 

dildən,  həmçinin  ixtisas  uyğunluğu  nəzərə  alınmaqla,  digər  fəndən  də 

doktorluq imtahanları verirlər.  

Dissertantlıq  yolu  ilə  təhsilalan  hər  bir    şəxsin  elmi  rəhbərlərinə  və 

məsləhətçilərinə  qanunvericiliklə  müəyyənedilmiş  qaydada  əmək  haqqı 

ödənilir.  

Dissertasiya işini tamamlamaq məqsədi ilə fəlsəfə doktoru və elmlər doktoru 

proqramları üzrə dissertant təhkim olunmuş  şəxslərə Elmi  Şuranın qərarına  

əsasən  iş  yerindən  qanunvericilikdə  müəyyən  edilmiş  müddətə  yaradıcılıq 

məzuniyyəti verilir.  

 

 




DOKTORANTLARIN VƏ DISSERTANTLARIN ATTESTASIYASI 

 

Doktorantlar  və  dissertantlar  ildə  bir  dəfədən  az  olmamaq  şərtilə,  ali  təhsil 

müəssisələri  və  elmi  təşkilatlar  tərəfindən  təsdiq  olunmuş  attestasiya  haqqında  

əsasnamələrə uyğun olaraq, attestasiyadan keçməlidirlər. Attestasiyanın keçirilmə 

müddəti  ali  təhsil  müəssisəsi  və  elmi  təşkilatların  rəhbərləri  tərəfindən  müəyyən 

edilir.  Doktorantın  növbəti  tədris  ilində  təhsilini  davam  etdirməsi  attestasiyanın 

nəticəsinə əsasən müəyyən edilir.  

 



Ali  təhsil  müəssisələrinin  elmi    şuralarında  doktorantların  elmi 

rəhbərlərinin vaxtaşırı hesabatları dinlənilir. 

Doktoranturada  fərdi  iş  planını  yerinə  yetirən  və  elmi-tədqiqat  işini  bitirən  

şəxslər  “Fəlsəfə  doktoru”  elmi  dərəcəsi  almaq  üçün  dissertasiya  işinin 

müdafiəsinə buraxılırlar.  

 

 Doktoranturada  təhsil  doktorantın  (dissertantın)  fərdi  iş  planı  əsasında 



həyata  keçirilir.  Bu  planın  nümunəsi  Doktorantura  şöbəsi  tərəfindən  verilir 

və  üç  aydan  gec  olmayan  müddət  ərzində  doktorant  (dissertant)  və  onun 

elmi  rəhbəri  tərəfindən  bütöv  təhsil  müddəti  üçün  tərtib  edilir  və  lazımi 

imzalar təmin edilərək Doktorantura şöbəsinə verilir.  

 

 Doktorant və dissertantların attestasiyası ildə bir dəfə dekabr ayında kafedra 



və fakültənin Elmi Şurası  tərəfindən keçirilir.  

 



Attestasiyanın  keçirilməsində  məqsəd  doktorant  və  dissertantın  fərdi  iş 

planında cari il üçün nəzərdə tutulmuş fəaliyyətinin dəyərləndirilməsidir.  

 

 Attestasiyanın  keçirilməsi  üçün  doktorant  (dissertant)  Doktorantura  



şöbəsindən  Fərdi  iş  planını  götürür,  attestasiya  olunan  il  üçün  yerinə 

yetirdiyi işlər haqqında lazımi qeydləri aparır və kafedraya təqdim edir.  İllik 

təhsil haqqını ödəməyən doktorant və dissertantlar attestasiyaya buraxılmır. 

Bu haqqda kafedralar doktorantura şöbəsi tərəfindən məlumatlandırılır.  

 

 Doktorant (dissertant) elmi rəhbərinin də iştirak etdiyi kafedra iclasında cari 



il    ərzində  yerinə  yetirdiyi  işlər  haqqında  hesabat  verir  və  fərdi  iş  planında 


nəzərdə  tutulan  işlərin  nəticələrini  təqdim  edir.  Doktorant  (dissertant)  eyni 

zamanda sonrakı il üçün iş planı haqqında məlumat verir.  

 

Elmi  rəhbər  isə  hesabat  müddəti  ərzində  doktorantın  (dissertantın) 



fəaliyyətinə qiymət verməlidir.  

 



Attestasiya  keçirildikdən  sonra  fərdi  iş  planı  imzalanır  və  kafedranın 

müzakirə  protokolundan  çıxarışla  birlikdə  Doktorantura    şöbəsinə  təqdim 

edilir.  

Kafedra və fakültə tərəfindən attestasiya aşağıdakı kimi qəbul edilir:  

 

  Attestasiya  olunsun (nəzərdə tutulan işlər tam həcmdə  yerinə  yetirilib və 



növbəti ildə təhsilini davam etdirməsi tövsiyə olunur).  

 



  Şərti olaraq attestasiya olunsun (nəzərdə tutulan işlərin müəyyən hissəsi 

yerinə yetirilib və kafedra tərəfindən müəyyən edilmiş müddət  ərzində tam 

həcmdə yerinə yetirilməsi tələb edilir).  

 



  Attestasiya  olunmasın  (üzürlü  olmayan  səbəbdən  nəzərdə  tutulan  işlər 

yerinə yetirilməmişdir).  

 Doktorantın  (dissertantın)  fərdi  iş  planının  yerinə  yetrilməsinə  kafedra, 

fakültə    və  doktorantura  şöbəsi  tərəfindən  müntəzəm  olaraq  nəzarət  edilir. 

Attestasiyanın  keçirilmə  qrafiki  kafedra  rəhbərliyi  və  dekan  ilə 

razılaşdırılaraq  doktorantura  şöbəsi  tərəfindən  hazırlanır  və  doktorant  və 

dissertantlara qabaqcadan bildirilir. 

 

DOKTORANTLARIN MÜKAFATLANDIRILMASI VƏ ELMİ-



PEDAQOJİ İŞLƏRƏ CƏLB OLUNMASI 

 

Dövlət  hesabına    əyani  təhsil  alan  doktorantlara  qanunvericiliklə  müəyyən 

olunmuş  məbləğdə  təqaüd  ödənilir  və  hər  il  məzuniyyət  verilir.  Fərdi  iş 

planını müvəffəqiyyətlə yerinə yetirən doktorantlara müxtəlif adlı təqaüdlər 

və ya ali təhsil müəssisələrinin və elmi təşkilatların daxili imkanları hesabına 

əlavə  ödənişlər  təyin  oluna  bilər.    Əyani  təhsil  alan  doktorantlar  elmi 




rəhbərin razılığı ilə təhsil aldıqları ali təhsil müəssisəsində 0,5 ştat vahidi ilə 

müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər. 

 

  FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ ALMAQ ÜÇÜN TƏQDİM 



EDİLMİŞ DİSSERTASİYA İŞLƏRİNƏ QOYULAN TƏLƏBLƏR 

  

Fəlsəfə  doktoru  elmi  dərəcəsi  almaq  üçün  təqdim  edilmiş  dissertasiya 



iddiaçının  müstəqil  elmi  işi  olaraq  aşağıdakı  tələblərdən  birinə  cavab 

verməlidir:  

 

Dissertasiyada  müvafiq  elm  sahəsi  üçün  böyük  əhəmiyyət  kəsb  edən  hər 



hansı məsələnin yeni həlli təklif olunur;  

 



Böyük  tətbiqi    əhəmiyyəti  olan  iqtisadi,  texniki  və  texnoloji  işləmələrin 

təkmilləşdirilmiş elmi şərhi verilir.  

 

 

ELMLƏR DOKTORU ELMİ DƏRƏCƏSİ ALMAQ ÜÇÜN TƏQDİM 



EDİLMİŞ DİSSERTASİYA İŞLƏRİNƏ QOYULAN TƏLƏBLƏR 

  

Elmlər  doktoru  elmi  dərəcəsi  almaq  üçün  təqdim  edilmiş  elmlər  doktoru 



dissertasiyası iddiaçının müstəqil elmi işi olaraq aşağıdakı tələblərdən birinə 

cavab verməlidir: 

 

İddiaçının  apardığı  elmi-tədqiqatlar  və  araşdırmalar  mühüm  sosial-



mədəni  və  ya  iqtisadi  əhəmiyyət  kəsb  edən  yeni  və  böyük  elmi 

problemin həllini təmin edir;  

 

Dissertasiya  işində  müvafiq  elmi  sahənin  perspektiv  inkişafı  üçün 



böyük  nailiyyət  hesab  edilə  bilən  yeni  nəzəri  müddəalar  işlənib 

hazırlanır;  

 

Elmi-texniki tərəqqini sürətləndirməyə  əhəmiyyətli töhfə verən, elmi 



cəhətdən  əsaslandırılmış  iqtisadi,  texniki  və  texnoloji  işləmələr  həll 

olunur;  




 

İddiaçı  fəlsəfə  doktoru  dissertasiyasının  müdafiəsinə  çıxardığı  elmi 



müddəaları və nəticələri elmlər doktoru dissertasiyasının müdafiəsinə 

çıxara bilməz. 

 

DİSSERTASİYALARIN ƏSAS ELMİ NƏTİCƏLƏRİNİN NƏŞRİ 

 

Dissertasiyaların  əsas elmi nəticələri onun ilkin ekspertizasına qədər Azərbaycan 

Respublikasının  elmi  nəşrlərində  və  xarici  ölkələrin  nüfuzlu  (beynəlxalq  elmi 

ictimaiyyət  tərəfindən  birmənalı  olaraq  qəbul  olunmuş  elmi-  praktiki)  elmi 

nəşrlərində dərc olunmalıdır.  

İddiaçıların  fəlsəfə  doktoru  dissertasiyalarının  nəticələrinə  dair  ən  azı  beş,  o 



cümlədən  xarici  ölkələrdə  nəşr  olunan  nüfuzlu  jurnallarda  bir,  elmlər 

doktoru  dissertasiyalarının  nəticələrinə  dair  isə  ən  azı  iyirmi,  o  cümlədən 

xarici ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda humanitar və ictimai elmlər 

üzrə  üç,  təbiət  elmləri  üzrə  isə  altı  məqaləsi  dərc  edilməlidir. Elmlər doktoru 

dissertasiyalarının müdafiəsi üçün iddiaçıların ümumiləşdirici işlərinin, humanitar 

və ictimai elmlər üzrə isə monoqrafiyanın olması zəruridir.   

 Dissertasiyanın    əsas  elmi  nəticələrini    əks  etdirən  dərc  olunmuş  işlərə,    əlavə 

olaraq  ixtiralar  haqqında  müəlliflik    şəhadətnamələri,  sənaye  nümunələri  və 

patentlər,  ümumrespublika  və  beynəlxalq  konfrans  və  simpoziumların  nəticələri 

üzrə  dərc  olunmuş  məruzə  və  tezislər,  elektronelmi  nəşrlər  də 

aiddir.Ümumrespublika konfrans və simpoziumlarının nəticələri üzrə dərc olunmuş 

məruzə  və  tezislərə,  habelə  elektron  nəşrlərə  dair  tələblər  komissiya  tərəfindən 

müəyyən edilir.  

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 



Web  of  Science  bazasının  (www.thomsonreuters.com)  üç  sitatgətirmə 

sistemindən  hər  hansı  birinə  daxil  olan  jurnalları  birmənalı  şəkildə  nüfuzlu 

xarici elmi jurnallar hesab edir:  

 



 

Science  Citation  Index  Expanded  (dəqiq,  təbiət  və  texniki 



elmlər üzrə baza);  

 



Social Science Citation Index (sosial elmlər üzrə baza);  

 



Arts  and  Humanities  Citation  Index  (incəsənət  və  humanitar 

elmlər üzrə baza). 

 

Dərc  olunmuş  məqalələr  elm  sahələrinə  uyğun  olaraq  aşağıdakı  beynəlxalq 



xülasələndirmə və indeksləndirmə sistemlərindən ən azı birinə daxil olmalıdır:  

 

Web of Science, Web of Knowledge, Chemical Abstracts, Current Abstracts, 



CAB  Abstracts,  Computer  2  and  Control  Abstracts,  Physics  Abstracts, 

BIOSIS/Biological  Abstracts,  Historical  Abstracts,  Sociological  Abstracts, 

Geological  Abstracts,  Astrophysics,  Pub  Med,  Mathematics,  Springer,  Agris, 

Index  Copernicus,  AGRICOLA,  GEOBASE,  EBSCOhost,  Mathematical 

Reviews,  Zentralblatt  Math,  Index  Veterinarius,  ABI/Inform,  ANBAR, 

COREJ,  SCOPUS,  Business  Periodical  Index,  Philosopher’s  Index,  Science 

Citation  Index  Expanded,  Arts  and  Humanities  Citation  Index,  Social 

Sciences Citation Index, INSPEC, EMBASE, SPIN, Electrical and Electronics 

Index, Energy Research Abstracts, Current Physics Index, GeoRef və s. 

 

Qeyd:  Ali  Attestasiya  Komissiyası  sədrinin  elmi  müəssisələrin,  ali  təhsil 

müəssisələrinin  və  dissertasiya  şuralarının  rəhbərlərinə  ünvanlanan  aşağıdakı 

məktubda  göstərilən  nəşrlərə  qoyulan  tələblər  AAK-da  sənədlərin  qəbulu 

prosesində ilk növbədə yoxlanılır. Bu şərtlər ödənilmədikdə sənədlər qəbul edilmir.   

 


 

 

 



 


Azərbaycan Respublikasında texnika elmləri üzrə dissertasiyaların əsas 

nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin 

siyahısı(http://aak.gov.az/jurnals/jurnals.php) 

  

№  Elmi nəşrlərin adı 



Nəşr orqanı və ya təşkilat 

AMEA-nın Məruzələri



 

AMEA


 

AMEA-nın xəbərləri. Fizika-texnika və 



Riyaziyyat Elmləri Seriyası. İnformatika 

və İdarəetmə Problemləri Buraxılışı 

(informatika və idarəetmə üzrə)

 

AMEA



 

Azərbaycan Dövlət Aqrar Universitetinin 



Elmi Əsərləri (kənd təsərrüfatının 

mexanikləşdirilməsi, elektrikləşdirilməsi 

və texniki xidməti sahələri üzrə)

 

Azərbaycan Dövlət Aqrar Universiteti



 

Nəzəri və Tətbiqi Mexanika



 

Azərbaycan Respublikası Təhsil 

Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat 

Universiteti

 



Azərbaycan Memarlıq və İnşaat 



Universitetinin Elmi əsərləri

 

Azərbaycan Memarlıq və İnşaat 



Universiteti

 



AMEA Gəncə Regional Elmi Mərkəzin 

Xəbərlər Məcmuəsi

 

AMEA Gəncə Regional Elmi Mərkəz



 

Azərbaycan Ali Texniki Məktəblərinin 



Xəbərləri

 

Azərbaycan Dövlət Neft Akademiyası



 

Azərbaycan Neft Təsərrüfatı



 

Azərbaycan Respublikası Dövlət Neft 

Şirkəti

 



Azərbaycan Milli Aerokosmik 

Agentliyinin Xəbərləri

 

Azərbaycan Milli Aerokosmik Agentliyi



 

10  Elmi Əsərlər

 

Azərbaycan Texniki Universiteti



 

11  Mexanika və Maşınqayırma

 

Azərbaycan Texniki Universiteti



 

12  Milli Aviasiya Akademiyasının Elmi 

Əsərləri

 

Milli Aviasiya Akademiyası



 

13  Milli Aviasiya Akademiyasının Elmi 

Məcmuələri

 

Milli Aviasiya Akademiyası



 

14  Проблемы энергетики

 

AMEA Fizika İnstitutu, Energetika 



İnstitutu

 

15  Sumqayıt Dövlət Universiteti. Elmi 



Xəbərlər

 

Sumqayıt Dövlət Universiteti



 

16  Neft Kimyası və Neft Emalı Prosesləri

 

AMEA Neft-Kimya Prosesləri İnstitutu



 

17  Bakı Universitetinin Xəbərləri. Təbiət 

Bakı Dövlət Universiteti

 



Elmləri Seriyası

 

18  Heydər Əliyev adına Azərbaycan Ali 



Hərbi Məktəbi. Elmi Əsərlər Məcmuəsi

 

Heydər Əliyev adına Azərbaycan Ali 



Hərbi Məktəbi

 

19  Azərbaycan Dövlət Dəniz Akademiyasının 



Elmi Əsərləri

 

Azərbaycan Dövlət Dəniz Akademiyası



 

20  Экоэнергетика

 

Международная Экоэнергетическая 



Академия

 

21  Azərbaycan Mühəndislik Akademiyasının 



Xəbərləri

 

"Azərbaycan Mühəndislik Akademiyası” 



İctimai Birliyi

 

22  AMEA-nın Xəbərləri. Elm və İnnovasiya 



Seriyası

 

AMEA



 

23  İpək Yolu (nəqliyyat üzrə)

 

Azərbaycan Universiteti



 

24  Journal of Qafqaz University. Science 

(informatika üzrə)

 

Qafqaz Universiteti



 

25  Azərbaycan Aqrar Elmi

 

Azərbaycan Respublikası Kənd 



Təsərrüfatı Nazirliyi

 

26  İnformasiya Cəmiyyəti Problemləri 



(informatika, hesablama texnikası, 

idarəetmə və informasiya sistemləri üzrə)

 

AMEA İnformasiya Texnologiyaları 



İnstitutu

 

27  İnformasiya Texnologiyaları Problemləri 



(informatika, hesablama texnikası, 

idarəetmə və informasiya sistemləri üzrə)

 

AMEA İnformasiya Texnologiyaları 



İnstitutu

 

28  Elmi Əsərlər



 

Azərbaycan Respublikası Dövlət Neft 

Şirkəti "Neftqazelmitədqiqatlayihə” 

İnstitutu

 

29  Applied and Computational Mathematics



 

AMEA, Rabitə və İnformasiya 

Texnologiyaları Nazirliyi, Bakı Dövlət 

Universiteti Tətbiqi Riyaziyyat İnstitutu

 

30  Elmi Əsərlər (kitabxanaşünaslıq və 



biblioqrafiyaşünaslıq; kitabşünaslıq üzrə)

 

AMEA Mərkəzi Elmi Kitabxanası



 

 

  



DİSSERTASİYALARIN TƏRTİBİ QAYDALARI 

 

Dissertasiyanın strukturu:  

•  Üz vərəqi;  

 Mündəricat;  

•  İxtisarların siyahısı (dissertasiyada varsa);  

•  Giriş;  

•  Əsas hissə (dissertasiyanın məzmunu);   

•  Nəticə;  




•  İstifadə edilmiş ədəbiyyat;  

•  Əlavələr.  

Dissertasiya  çap  olunarkən  qeyd  olunan  ardıcıllıq  gözlənilməlidir.  

Kompyuterdə dissertasiyaların mətni Times New Roman -14 şriftləri ilə çap 

olunmalıdır.  Dissertasiyanın  mətni    boş  sahələrin  göstərilən  ölçüləri 

gözlənilməklə  çap  edilir:  sol  boş  sahə  –  30  mm,  sağ  –  10  mm,  yuxarı  və 

aşağı  –20  mm.  Elmlər  doktoru  dissertasiyasının  həcmi  200-250  səhifə, 

fəlsəfə  doktoru  dissertasiyasının  həcmi  100-150  səhifə  (şəkillər,  cədvəllər, 

qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna olmaqla) olmalıdır.  

 

DİSSERTASİYANIN AVTOREFERATI 



 

Avtoreferatda  dissertasiyanın  əsas  ideyaları  və  nəticələri  şərh  olunmalı,  onun 

yenilik  dərəcəsi,    tədqiqatın  nəticələrinin  elmi  və  praktiki    əhəmiyyəti,  aparılan 

tədqiqatlarda müəllifin  şəxsi töhfəsi göstərilməlidir.      



Elmlər  doktoru  dissertasiyasının  avtoreferatı  iki  çap  vərəqi  (32  səhifə),  fəlsəfə 

doktoru  dissertasiyasının  avtoreferatı  isə  bir  çap  vərəqi  (16  səhifə)  həcmində 

(əsərlərin siyahısı və xülasələr istisna olmaqla), mətni A5 formatda (210x148 mm) 

boş sahələrin ölçüləri gözlənilməklə çap edilir: sol, sağ, yuxarı – 15 mm, aşağı boş 

sahə – 20 mm; sətirlərarası interval – 1,  şriftin çüsü – 11 olmalıdır. Avtoreferatın 

çapı  zamanı  “Dissertasiyaların  tərtibi  qaydaları”nda  nəzərdə  tutulmuş  şriftlərdən 

istifadə olunmalıdır. 

 

İstifadə olunan mənbələr: 

 

1.



 

www.aak.gov.az

 saytı 

2.

 



http://www.cabmin.gov.az/?/az/pressreliz/view/340

 

Doktoranturaların  yaradılması  və  doktoranturaya  qəbul  qaydaları 



haqqında  Azərbaycan    Respublikası  Nazirlər  Kabinetinin  2010-cu  il  01 

iyul tarixli 129 nömrəli qərarı 

3.

 

www.edu.gov.az



 saytı 

 

 



 

 

Yüklə 115,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə