Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 91,07 Kb.

tarix02.03.2018
ölçüsü91,07 Kb.


AZƏRBAYCAN DÖVLƏT NEFT və SƏNAYE UNİVERSİTETİ 

 

 



“Təsdiq edirəm” 

ADNSU-nun Rektoru, professor, 

 ____________ Mustafa Babanlı 

       


«

 05


»

   iyul          2016-cı    il  

 

 

 



2316.01 - “KİMYƏVİ KİNETİKA VƏ KATALİZ” 

İXTİSASI ÜZRƏ DOKTORANTURAYA QƏBUL 

İMTAHANININ 

PROQRAMI 

 

 



 

 

 



 

 

 



 

 

 



 

BAKI-2016 

 



Proqram ADNSU-nun Kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrası 

tərəfindən hazırlanmışdır. 

Proqram ADNSU-nun Kimya texnologiya fakültəsinin Elmi Şurasında təsdiq 

 

 



KTF- nin dekanı, dosent:F.A.Həşimov 

“Kimya və qeyri-üzvi maddələrin  

texnologiyası” kafedrasının müdiri, dosent: Y.N.Qəhrəmanlı 

 

 



 

Proqramı tərtib etdi  

professor: V.L.Bağıyev 

 

 



Rəy verənlər:                                                             prof. K.Y.Əcəmov 

k.e.d. S.Ə.Məmmədxanova 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

GİRİŞ 


Kimyəvi  kinetika  kimyəvi  reaksiyaların  surəti  və  mexanizmləri  haqda  elmdir. 

Kataliz - verilən şəraitdə katalizator iştirakı ilə reaksiyanın termodinamiki cəhətcə 

mümkün  olan  istiqamətlərindən  birinin  reaksiyanın  yeni  yolu  ilə  seçici  olaraq 

sürətləndirilməsidir. Sürət kimya sənayesində böyük iqtisadi faktordur. 

Kataliz  elminin  inkişafı  haqda  qısa  tarixi  məlumat.  Təbiətdə  kataliz  hadisələri. 

Katalizin  kimyada  və  ümumiyyətlə  xalq  təsərrüfatında  rolu.  Neft  və  neftkimya 

sənayelərində katalizatorların tətbiqi. 

I.

 



KİMYƏVİ KİNETİKA 

1.1.

 

Kimyəvi prosesdə iştirak edən hissəciklərin əsas tipləri. 

Atomlar. Molekullar. Sərbəst radikallar, onların əmələ gəlməsi və aktivliyi. İonlar. 

Metal kompleksləri, n- komplekslər və s. 

Molekullarda kimyəvi əlaqənin təbiəti. Homolitik və heterolitik proseslər. 



1.2.

 

Kimyəvi kinetikanın əsas anlayışları. 

Kimyəvi kinetikanın predmeti. Kimyəvi reaksiyanın mexanizmi. İlkin aralıq və son 

maddələr. Homogen və heterogen reaksiyalar. 

Kütlələrin təsiri qanunu və reaksiyaların sərbəst getmə prinsipi. 

Kimyəvi  reaksiyaların  sürəti.  Kimyəvi  reaksiyanın  sürətinin  temperaturdan 

asılılığı. Kinetik əyrilər. 

Fenomenoloji  kinetika.  Təcrübi  nəticələrə  görə  «fenomenoloji  kinetikanın» 

parametrlərinin təyini. Aralıq maddələrin əmələ gəlmə və sərf olunma sürətləri. 

Kimyəvi reaksiyaların kinetik təsnifatı. Reaksiyaların molekulyarlığı və tərtibi. 

Sürət  sabiti  və  onun  temperaturdan  asılılığı.  Aktivləşmə  enerjisi.  «Həqiqi»  və 

«zahiri»  aktivləşmə  enerjisi.  Arrenius  tənliyi.  Kinetik  əyrilərə  görə  aktivləşmə 

enerjisinin təyin edilməsi metodları. 

Açıq  və  qapalı  sistemlərdə  reaksiya  sürətinin  ifadələri.  Düzünə  və  tərsinə 

reaksiyalar. Kimyəvi tarazlıq. 



1.3.

 

Kimyəvi reaksiyaların elementar aktları. 


İkiatomlu  molekulların  potensial  əyriləri.  Frank  -  Kondon  prinsipi.  Əsas  və 

həyəcanlanmış  elektron  halları  üçün  potensial  əyrilərin  müqayisəsi.  Molekulların 

toqquşması  zamanı  enerji  mübadiləsi.  Elastik  və  qeyri  elastik  toqquşmalar. 

Kimyəvi  çevrilmələrdə  rəqsetmə  sərbəstlik  dərəcəsinin  rolu.  Sərbəst  atomların  və 

radikalların iştirakı ilə gedən reaksiyalar. 

1.4.

 

Sadə reaksiyaların kinetikası. 

Birtərtibli  biristiqamətli  reaksiyalar.  Bir  tərtibli  dönər  reaksiyalar.  İki  tərtibli 

biristiqamətli  reaksiyalar.  İki  tərtibli  dönər  reaksiyalar,  n  -  tərtibli  biristiqamətli 

reaksiyalar. Reaksiyanın tərtibinin təyin edilmə metodları. 



1.5

 

Mürəkkəb reaksiyaların sürəti. 

Ardıcıl  reaksiyalar.  Paralel  reaksiyalar.  Ardıcıl  -  paralel  reaksiyalar.  Mürəkkəb 

kimyəvi  proseslərdə  ardıcıl  və  paralel  mərhələlər.  Çox  mərhələli  proseslərdə 

mərhələlərin  sürətləri  nisbəti.  Stasionar  qatılıqlar  metodu.  Mürəkkəb  kimyəvi 

prosesin limitləyici mərhələsi. 

1.6

 

Açıq sistemlərdə reaksiyaların kinetikası. 

İdeal  qarışdırma  reaktorunda  kimyəvi  reaksiyaların  kinetikası.  İdeal  sıxışdırılma 

reaktorunda reaksiyaların kinetikası. Açıq sistemlərdə stasionar rejimin yaranması. 

Açıq sistemlərdə reaksiyaların çıxımı. 



1.7

 

Toqquşmalar nəzəriyyəsinin əsasları və bimolekulyar proseslər. 

Aktiv toqquşmalar anlayışı. Toqquşma kəsiyi, molekulun sərbəst qaçış uzunluğu, 

toqquşmaların  sayı,  sterik  faktor.  Adiabatik  yaxınlaşma.  Reaksiyanın  elementar 

aktı,  energetik  sədd.  Hidrogen  atomunun  reaksiyaları.  Oksigen  atomunun 

reaksiyaları.  Sərbəst  hidroksilin  reaksiyaları.  H0

2

  radikalı  və  onun  reaksiyaları 



haqda. 

1.8

 

Aktiv kompleks (keçid hal) nəzəriyyəsi. 

Potensial  enerji  səthi.  Aktiv  kompleks,  reaksiyanın  koordinatı  və  yolu.  Aktiv 

kompleks  nəzəriyyəsinin  əsas  tənliyinin  çıxarılışı.Aktivləşmənin  sərbəst  enerjisi. 

Eksperimental  aktivləşmə  enerjisi.  İki  atomun  qarşılıqlı  təsiri.  Toqquşmalar  və 

aktiv kompleks nəzəriyyələrinin müqayisəsi. 

1.9

 

Monomolekulyar və trimolekulyar reaksiyalar. 

Qaz  fazada  monomolekulyar  reaksiyaların  ilkin  nəzəriyyələri.  Monomolekulyar 

reaksiyaların  toqquşma  nəzəriyyəsi  əsasında  izahı.  Monomolekulyar  reaksiyanın 

bimolekulyar  reaksiyaya  cırlaşması  və  onun  kinetik  izahı.  Lindeman  sxemi  üzrə 




təcrübi nəticələrin hesablanması. Xinşelfud nəzəriyyəsi. Kassel nəzəriyyəsi. Sleter 

nəzəriyyəsi. Aktiv kompleks nəzəriyyəsi ilə monomolekulyar reaksiyaların izahı. 

Qaz  fazada  trimolekulyar  reaksiyalar.  Aktiv  kompleks  nəzəriyyəsi  ilə 

trimolekulyar  reaksiyaların  izahı.  Trimolekulyar  reaksiyalara  toqquşmalar 

nəzəriyyəsinin tətbiqi. 

1.10

 

Heterogen katalitik proseslərin kinetikası və onun spesifikası. 

Heterogen  kimyəvi  reaksiyaların  ümumi  qanunauyğunluqları.  Kütlələrin  və 

səthlərin  təsiri  qanunu.  İdeal  adsorbsiya  təbəqələrində  katalitik  proseslərin 

kinetikası. Keçid hal  metodunun səthdə gedən proseslərə tətbiqi. Real adsorbsiya 

təbəqələrində katalitik proseslərin kinetikası.  Reaksiyanın sürəti və  qapalı və  açıq 

sistemlərdə proseslərin kinetik tənlikləri. 



1.11

 

Reaksiyanın stasionar və kvazistasionar gedişi. 

Mərhələlərin sürətlərinin nisbəti. Mərhələlərin stexiometrik ədədləri və reaksiyanın 

marşrutları.  Limitləyici  mərhələnin  stexiometrik  ədədi  və  reaksiyanın  zahiri 

molekulyarlığı. Katalizdə qeyri - stasionar proseslər haqqında anlayış. 



1.12.  Zəncirvari reaksiyalar. 

Əsas anlayışlar, qeyri zəncirvari və zəncirvari reaksiyalar. Zəncirvari reaksiyalara 

misallar.  Kimyəvi  çevrilmələrin  və  onların  elementar  mərhələlərinin  zəncirvari 

mexanizmi.  Zəncirin  yaranması,  inkişafı,  ötürülməsi  və  qırılması.  Zəncirin  orta 

uzunluğu. Zəncirin şaxələnməsi. 

Zəncirvari reaksiyaların formal kinetikası. Zəncirin vaxta görə inkişafı. 

Şaxələnməmiş  zəncirvari  reaksiyaların  kinetikası.  Karbohidrogenlərin  termiki 

krekinqi. 

Şaxələnmiş zəncirvari reaksiyalar. Şaxələnmiş zəncirin uzunluğu. Hədd hadisələri. 

Zəncirvari reaksiyaların sürətinin temperaturdan asılılığı. 

Şaxələnmiş zəncirvari reaksiyaların kinetikası. Kvazistasionar qatılıqlar metodu. 

Hidrogenin yanma reaksiyası model reaksiya kimi. Reaksiyanın mexanizmi. Aşağı 

təzyiqlərdə  reaksiyanın  kinetikası.  İnduksiya  müddəti.  Alışmanm  yuxarı  və  aşağı 

hədləri. 

Öz - özünə yanmanın üç həddi nəzəriyyəsi. 

Karbohidrogenlərin oksidləşməsi və yanması. Yanma reaksiyası. Ləng oksidləşmə. 



1.13.  Fotokimyəvi reaksiyalar. 


Molekulun  fotokimyəvi  aktivləşməsi.  İşıqudmanın  miqdari  xarakteristikası. 

Lambert - Beer qanunu. İlkin fotokimyəvi akt. 

Fotokimyəvi  reaksiyalarda  ikicinsli  proseslər.  Atomların,  radikalların  və 

həyəcanlanmış  molekulların  iştirakı  ilə  gedən  ikicinsli  proseslər.  Flüoressensiya. 

Metastabil molekullar. 

Fotokimyəvi reaksiyaların kvant çıxımı. Əsas fotokimyəvi qanun. Kvant çıxımının 

dalğa uzunluğundan asılılığı. 

Fotokimyəvi  reaksiyaların  temperatur  əmsalı  və  mexanizmi.  Temperatur  əmsalı. 

H2 və Br2 - dan HBr - un alınması. Fotokimyəvi reaksiyaların həddi. 

Yüksək enerjili şüalanmanın kimyəvi təsiri. 



1.14.  Məhlullarda kimyəvi reaksiyaların kinetikası. 

Qaz  fazada  gedən  reaksiyalar  üçün  nəzəri  təsəvvürlərin  məhlulda  gedən 

reaksiyalara aid edilməsi. 

Məhlullarda Maksvell - Bolsmanpaylanmaları. Normal, sürətli və ləng reaksiyalar. 

Reaksiyanın  sürətinə  həlledicinin  təsiri.  Həlledicinin  dielektrik  sabitinin  rolu. 

Məhlulun özlülüyünə verilən düzəliş. 

Aktiv  kompleks  nəzəriyyəsinin  məhlullardakı  reaksiyalara  tətbiqi.  Brensted  - 

Berrüm tənliyi. 

Qaz fazada və məhlullarda reaksiyaların sürətlərinin müqayisəsi. 

Reaksiyaya  girən  maddələrin  müxtəlif  həllolma  qabiliyyətlərinə  malik  olmasının 

nəzərə alınması. 

Menşutkinin  reaksiya  mexanizminə  müasir  baxış.  İlkin  maddələrin  və  aktiv 

komplekslərin solvatlaşmasının təsiri. Sterik faktorun rolu. 

Qoşulmuş reaksiyalar. Qoşulmuş reaksiyaların kinetikası. 

Təzyiqin reaksiya sürətinə təsiri. 

Məhlullarda reaksiyaların tədqiqat metodları. 



1.15.  Kinetik  təcrübələrin  planlaşdırılması  və  riyazi  işlənmə  metodlarının 

əsasları. 

Tam  faktorlu  eksperiment.  Planlaşdırmanın  matrisi.  Kimyəvi  proseslərin 

modelləşdirilməsi. Fiziki və riyazi model. Optimallaşdırma. 

II. 

KİMYƏVİ TERMODİNAMİKANIN ELEMENTLƏRİ 



2.1.  Termodinamikanın birinci qanunu. 

Daxili  enerji,  entalpiya,  istilik  tutumu.  Hess  qanunu,  standart  hallar  və  standart 

əmələgəlmə  istilikləri.  Kimyəvi  rabitələrin  enerjisi.  Reaksiyanın  istilik  effekti  və 

onun temperaturdan asılılığı. Kirxhoff tənliyi. 



2.2.  Termodinamikanın ikinci qanunu. 

Entropiya  və  dönən  və  dönməyən  proseslərdə  onun  dəyişməsi.  Sərbəst  enerji. 

Hibbs - Helmholts tənlikləri və onların tətbiqi. İdeal və real qazlann termodinamiki 

potensialları.  Uçuculuq.  Klapeyron  -  Klauzius  tənliyi.  Fazalar  tarazlığı.  Kimyəvi 

tarazlıq. Vant - Hoff tənliyi. 

2.3.  Termodinamikanın üçüncü qanunu. 

Entropiyanın 

mütləq 

qiyməti. 



Kimyəvi 

tarazlığın 

hesablanmasında 

termodinamikanın üçüncü qanununun tətbiqi. Nemst tənliyi. 



2.4.  Statistik termodinamika haqqında məlumat. 

Hal  cəmi  anlayışının  fiziki  mənası.  Reaksiyaya  girən  molekullann  enerjisi.  Hal 

cəminin  irəliləmə,  rəqsetmə  və  fırlanmaya  aid  tərkib  hissələri.  Onlara  aid 

kəmiyyətlərin ölçüsü və qiyməti. Tarazlıq sabitinin hal cəmi vasitəsilə ifadəsi. 



III.  KATALİZ 

3.1.  Əsas anlayışlar. Katalitik təsirin prinsipləri. 

Kimyəvi proseslərin təsnifatı. Kataliz. Homogen və heterogen kataliz. Turşu - əsas 

və oksidləşmə reduksiya katalizi. Katalizatorun təsirinin təbiəti, kataliz və tarazlıq. 

Katalitik aktivlik, selektivlik və stereospesifıklik. Promotorlar və zəhərlər. 

Katalitik reaksiyaların kinetikasının xüsusiyyətləri. 

Katalitik reaksiyaların aktivləşmə enerjisi. 

Reagentlərin katalizatorla qarşılıqlı təsiri və katalitik təsirin prinsipləri. 

3.2.  Homogen kataliz. 

Qaz  və  maye  fazalarda  homogen  katalitik  reaksiyalar.  Katalizatorun  əsas 

xüsusiyyətləri.  Homogen  katalizdə  aralıq  maddələrin  alınması.  Hidrogen 

peroksidin homogen parçalanması. 

Qaz  fazada  və  məhlulda  homogen  reaksiyaların  kinetik  tənliklərininçıxarılışı  və 

analizi. 

Homogen katalizdə aralıq mərhələlər nəzəriyyəsinin əsas müddəaları. 



Metal  ionları  və  kompleksləri  ilə  kataliz.  Həlledicilərin  təsiri.  Solvatlaşma  və 

kompleksəmələgəlmə.  VIII  qrup  metallarının  katalitik  aktiv  komplekslərinin  əsas 

tipləri. Metal komplekslərinin hidrid formaları. Doymamış birləşmələrin məhlulda 

aktivləşdirilməsi.  CO,  CO2,  N2  və  alkan  molekullarının  məhlulda  komplekslərlə 

aktivləşməsi.  Katalitik  aktivliyin  komplekslərin  elektron  və  fəza  quruluşu  ilə 

əlaqəsi.  Asimmetrik  metalkompleks  katalizi.  Olefınlərin  hidrogenləşmə, 

izomerləşmə, metatezis, karbonilləşmə və oliqomerləşmə reaksiyaların mexanizmi. 

Turşu - əsas katalizi. Turşu - əsas tipli reaksiyaların təsnifatı. Məhlullarda turşu - 

əsas  katalizi.  Lüis  və  Brenstedə  görə  turşu  və  əsas  anlayışları.  Spesifik  turşu 

katalitik reaksiyaların mexanizmi və kinetikası. Qammetin turşuluq funksiyası və 

onun  kinetik  sabitlərin  hesablanmasında  istifadə  edilməsi.  Ümumi  turşu  katalitik 

reaksiyaların  kinetikası  və  mexanizmi.Brensted  tənliyi  və  katalitik  reaksiyaların 

kinetikasında onun istifadə edilməsi. Spesifik və ümumi əsas katalizi. Nukleofıl və 

elektrofıl kataliz. 



3.3.  Fermentativ kataliz. 

Fermentlərin  katalitik  təsir  xüsusiyyətləri  və  onların  spesifikliyi.  Fermentativ 

katalizin  polifunksionallığı.  Prostetik  qruplar,  kofermentlər,  aktiv  mərkəzlər. 

Fermentlərin  kimyəvi  modelləri.  Fermentativ  reaksiyaların  kinetikası  və 

mexanizmi haqda ümumi məlumatlar. Kinetik sabitlərin pH - dan asılılığı. Kinetik 

sabitlərin temperaturdan asılılığı. Fermentativ katalizin mexanizmləri. 



3.4.  Heterogen kataliz. 

Heterogen katalitik prosesin xüsusiyyətləri. Heterogen - katalitik proseslərdə sürət 

sabiti, aktivləşmə enerjisi və reaksiyanın tərtibi. 

Adsorbsiya  heterogen  katalitik  reaksiyanın  mərhələsi  kimi.  Fiziki  adsorbsiya  və 

xemosorbsiya. Adsorbsiya tiplərinin meyarları. Adsorbsiyanın energetik aspektləri. 

Xemosorbsiya  istiliyi  və  onun  nəzəri  hesablanması.  Adsorbsiya  izotermləri. 

Ləngmür  izotermi.  Adsorbsiya  və  desorbsiyanın  sürəti,  adsorbsion  tarazlığın 

sabitləri.  BET  izotermi.  İdeal  və  real  adsorbsiya  qatı.  Aktivləşmiş  adsorbsiya. 

Qeyri  -  həmcins  səthlərdə  adsorbsiya  izotermləri.  Fiziki  adsorbsiya  və 

xemosorbsiya metodları ilə bərk maddələrin səthinin təyini. 

Qeyri -həmcins səthlərdə heterogen - katalitik proseslər. Qeyri - həmcins səthlərdə 

xemosorbsiya  təbəqəsində  heterogen  katalitik  proseslər.  Adsorbsiyon  və  katalitik 

nəticələrin korrelyasiyası haqda. 

3.5.  Statik şəraitdə və axında heterogen katalitik reaksiyaların kinetikası. 

Heterogen - katalitik reaksiyaların kinetikasının öyrənilməsinin çətinlikləri. 




«Ləngmyür» kinetikası. Makroskopik dönərlik prinsipi. Kinetikanınöyrənilməsinin 

statik və inteqral metodları. 

Axında kimyəvi reaksiyanın sürət tənliyi. 

Xromotoqrafık rejimdə katalitik reaksiyaların kinetikası. 

«Qaynar» rejimdə katalitik reaksiyaların kinetikası. 

Makrokinetika.  Bərabər  tutula  bilən  səth  metodu.  Daxili  və  xarici  diffuziya 

oblastlan. Daxili diffuziya oblastı üçün makrosürət tənliyi. 

3.6.  Heterogen katalizin nəzəriyyələri. 

Aktiv  mərkəz  anlayışı.  Katalizin  ilkin  nəzəriyyələri  və  Teylor  nəzəriyyəsi. 

Balandininmultiplet  nəzəriyyəsi.  Həndəsi  uyğunluq  prinsipi.  Energetik  uyğunluq 

prinsipi.  Kobozevin  aktiv  ansambllar  nəzəriyyəsi.  Roginskinin  aktiv  səthin 

kimyəvi  nəzəriyyəsi.  Katalizatorların  xususi  aktivliyi.  Boreskov  qaydası. 

Heterogen katalizdə elektron təsəvvürləri. Volkenşteynin elektron nəzəriyyəsi. 



3.7.  Metallar və ərintilər katalizator kimi. 

Keçid  elementlərinin  kristalloqrafık  və  elektron  quruluşu.  Metalın  d  -  xarakteri. 

Adsorbsion  və  katalitik  xassələrin  metalın  elektron  quruluşundan  asılılığı.  Sadə 

qazların (02, H2, CO, N2), olefinlərin və aromatik birləşmələrin metallar üzərində 

xemosorbsiyasının  mexanizmi.  Monokristalların  müxtəlif  üzlərinin  adsorbsion  və 

katalitik  xassələri  və  üzlərin  səthindəki  defektlərin  təbiəti.  Ərintilər  üzərində 

katalizdə Dauden konsepsiyası. Ərintinin real quruluşu və onun tədqiqi metodları. 

Ərintilər  üzərində  katalizdə  lokal  və  kollektiv  xassələr.  Hopdurulmuşmetallik 

katalizatorlar,  onların  alınma  və  tədqiqat  metodları.  Kiçik  kristalların  quruluş 

xüsusiyyətləri  və  hopdurulmuş  metalın  daşıyıcı  ilə  qarşılıqlı  təsirinin  təbiəti. 

Quruluşa həssas və quruşa qeyri - həssas reaksiyalar. 

3.8.  Oksid sistemləri üzərində kataliz. 

Keçid  elementlərinin  oksidlərinin  və  dövri  sistemin  II  -  IV  qrup  elementlərinin 

oksidlərinin kristalloqrafık və elektron xassələri. OH - qrupu tipdə səth quruluşları. 

Yarımkeçirici  oksidləri,  p  və  n  -  yarımkeçiriciləri,  zona  quruluşu,  donor  və 

akseptor  səviyyələri.  Mürəkkəb  oksid  katalizatorlarının  alınma  metodları  və 

quruluşu.  Kristallik  sahə  nəzəriyyəsi.  Liqand  sahəsi  nəzəriyyəsi  barədə  anlayış. 

Sadə  və  mürəkkəb  oksid  sistemləri  üzərində  sadə  qazların  (02,  H2,  CO,  C02), 

parafinlərin,  olefmlərin  və  aromatik  birləşmələrin  adsorbsiyasınm  mexanizmi. 

Oksid  katalizatorlarının  oksidləşmə  -  reduksiya  proseslərində  (oksidləşmə, 

dehidrogenləşmə,  hidrogenləşmə,  dehidrosiklləşmə,  metatezis,  polimerləşmə) 

katalitik xassələri, ayrı və birgə mexanizmlər. 



 

3.9.  Turşu - əsas katalizi. 

Sadə  və  mürəkkəb  oksid  sistemlərinin  turşu  -  əsas  xassələri.  Brensted  və  Lyüis 

mərkəzləri.  Amorf  alümosilikatların  quruluşu.  Bəzi  tip  seolitlərin  (fojazit, 

mordenit,  pentasil)  kristallik  quruluşunun  xüsusiyyətləri.  Dekationlaşma  zamanı 

turşuluq  xassələrinin  dəyişilməsi,  turşu  mərkəzlərinin  tipləri  və  kationlarm 

lokallaşma  yerləri.  Metal  sulfatlarının  və  fosfatlarının  turşu  -  əsas  xassələri. 

Superturşular. 

3.10.  Kimyəvi kinetikanın və katalizin eksperimental metodları. 

Statik,  axınlı  və  qradientsiz  metodlar.  Kimyəvi  reaksiyaların  mexanizminin  və 

kinetikasının  nişanlanmış  atomlar  metodu  ilə  öyrənilməsi.  Kimyəvi  reaksiyaların 

kinetikasının 

spektral 

tədqiqat 

metodları:  lüminessensiya,  infraqırmızı 

spektroskopiya, elektron paramaqnit rezonansı, nüvə maqnit rezonansı. Qaz - maye 

xromatoqrafıyası. Kalorimetriya. 

Xüsusi  səthin  və  məsaməli  quruluşun  təyini.  Səth  potensialı.  Ləngidilmiş 

elektronların  difraksiyası.  Adsorbsiya  olunmuş  molekulların  spektrləri.  Səthin 

turşuluğunun təyini. 



3.11.  Üzvi kimyada kataliz. Əsas sənaye katalitik prosesləri. 

Katalitik  oksidləşmə.  Tam  oksidləşmə  reaksiyası.  Qismən  oksidləşmə  reaksiyası. 

Destruktiv oksidləşmə. 

Katalitik  dehidrogenləşmə.  Oksigensaxlayan  birləşmələrin  dehidrogenləşməsi. 

Azotsaxlayan birləşmələrin dehidrogenləşməsi. 

Olefınlərin, 

dienlərin, 

dienlərinhidrogenləşdirilməsi. 

Parafinlərin 

dehidrosiklləşməsi.  Hidrogenoliz.  Piroliz.  Krekinq  və  hidrokükürdsüzləşdirmə. 

İzomerləşmə. Disproporsionallaşma. CO və H2, təbii qaz və neft xammalı əsasında 

sintezlər. 

Alkilləşmə. 

Polimerləşmə 

və 

oliqomerləşmə. 



Stereospesifık 

polimerləşmə.  Hidratlaşma  reaksiyaları.  Seolittərkibli  katalizatorların  istifadə 

olunması ilə sənaye prosesləri. 

 

 



 

 

 




 

ƏSAS ƏDƏBİYYAT 

1.

 



П.Ашьюр.  Катализ  и  ингибирование  химических  реакций.  М.,  Мир, 

1963. 


2.

 

А.А.Баландин.  Современное  состояние  мультиплетной  теории 



гетерогенного катализа. М., Наука, 1968. 

3.

 



Г.К.Боресков. Катализ. Новосибирск, Наука, 1977, 

4.

 



Б.Дельмон. Кинетика гетерогенных реакций. М., Мир, 1972. 

5.

 



Дж.Жермен.  Каталитические  превращения  углеводородов.  М.,  Мир, 

1972. 


6.

 

С.Л.Киперман. Основы химической кинетики в гетерогенном катализе. 



М., Химия, 1973. 

7.

 



В.Н.Кондратьев,  Е.Е.Никитин.  Кинетика  и  механизм  газофазных 

реакций. Москва, Наука, 1974. 

8.

 

О.В.Крылов. Катализ неметаллами. Л., Химия, 1967. 



9.

 

O.В.Крылов,  В.Ф.Киселев.  Адсорбция  и  катализ  на  переходных 



металлах и их оксидах. М., Химия, 1982. 

10.


 

 Н.Н. Лебедев. 

Химия  и  технология  основного  органического  и 

нефтехимического синтеза. М., Химия, 1981. 

11.

 

Х.М.Миначев,  Я.И.Исаков.  Металлосодержащие  цеолиты  в  катализе. 



М., Наука, 1976. 

12.


 

Г.М.Панченков, В.П.Лебедев. Химическая кинетика и катализ. М., Изд. 

МГУ, 1961. 

13.


 

13.Д.В.Сокольский,  В.А.Друзь.  Введение  в  теорию  гетерогенного 

катализа. М., Высшая школа, 1981. 

14.


 

К.Танабе. Твердые кислоты и основания. М., Мир, 1973. 

15.

 

Н.М.Эмануэль,  Р.Г.  Кнорре.  Курс  химической  кинетики.  М.,  Высшая 



школа, 1974. 

 

 



 

 



 

2316.01 - “KİMYƏVİ KİNETİKA VƏ KATALİZ” İXTİSASI ÜZRƏ 

DOKTORANTURAYA QƏBUL İMTAHANININ 

SUALLARI 

 

1.

 



Kimyəvi reaksiyaların kinetik təsnifatı.  

2.

 



Reaksiyaların molekulyarlığı və tərtibi. 

3.

 



Reaksiyanın tərtibinin təyin edilmə metodları. 

4.

 



Sürət sabiti və onun temperaturdan asılılığı. Aktivləşmə enerjisi.  

5.

 



Mürəkkəb reaksiyalar. 

6.

 



Toqquşmalar nəzəriyyəsinin əsasları 

7.

 



Aktiv kompleks (keçid hal) nəzəriyyəsi 

8.

 



Heterogen katalitik proseslərin kinetikası və onun spesifikası. 

9.

 



Reaksiyanın stasionar və kvazistasionar gedişi. 

10.


 

Zəncirvari reaksiyalar. 

11.

 

Termodinamikanın birinci qanunu. 



12.

 

Hess qanunu 



13.

 

Termodinamikanın ikinci qanunu. 



14.

 

Hibbs - Helmholts tənlikləri və onların tətbiqi. 



15.

 

Kimyəvi tarazlıq. Vant - Hoff tənliyi. 



16.

 

Kataliz.- 



17.

 

Homogen kataliz 



18.

 

Heterogen kataliz 



19.

 

Turşu - əsas kataliz 



20.

 

Oksidləşmə reduksiya katalizi. 



21.

 

Fermentativ kataliz. 



22.

 

Balandininmultiplet nəzəriyyəsi 



23.

 

Kobozevin aktiv ansambllar nəzəriyyəsi 



24.

 

Üzvi kimyada kataliz. Əsas sənaye katalitik prosesləri. 



25.

 

Kimyəvi kinetikanın və katalizin eksperimental metodları 



 

 

 



 

 



ВОПРОСЫ 

приемных экзаменов в докторантуру по специальности 2316,01 - 

"Химическая кинетика и катализ" 

 

1. Кинетическая классификация химических реакций. 



2. Молекулярность и порядок реакции. 

3. Методы определения порядка реакции. 

4. Скорость реакции и ее зависимость от температуры. Энергия активации. 

5. Сложные реакции. 

6. Основы теории столкновений. 

7. Теория активного комплекса (переходного состояния). 

8. Кинетика и специфика гетерогенных каталитических процессов. 

9. Стационарные и квазистационарные реакции. 

10. Цепные реакции. 

11. Первый закон термодинамики. 

12. Закон Гесса 

13. Второй закон термодинамики. 

14. Уравнения Гиббса и Гельмгольца и их применение. 

15. Химическое равновесие. Уравнение Вант - Гоффа. 

16. Катализ. 

17. Гомогенный катализ 

18. Гетерогенный катализ 

19. Кислотно - основной катализ 

20. Окислительно-восстановительный катализ. 

21. Ферментативный катализ. 

22. Мультиплетная теория Баландина. 

23. Теория активных ансамблей Кобозева 

24. Катализ в органической химии. Основные промышленные каталитические 

процессы. 

25.  Экспериментальные  методы  исследования  химической  кинетики  и 

катализа 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə