Azərbaycan Dövlət Neft və Sənaye Universiteti



Yüklə 55,11 Kb.
Pdf görüntüsü
tarix02.04.2018
ölçüsü55,11 Kb.
#35719


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

 

                                                          «Təsdiq edirəm» 

                                                              ADNSU-nun  rektoru, professor 

                                                                   __________________  Mustafa  Babanlı 

                      

«

 05


»

   iyul          2016-cı    il  

 

 

 



 

 

 



 

 

3338.01 - “Sistemli təhlil, idarəetmə və informasiyanın emalı” ixtisası üzrə 



doktoranturaya qəbul imtahanının  

 

P R O Q R A M I 



 

 

 



 

 

 



 

 

 



 

BAKI - 2016 




Tərtib edənlər: texnika elmləri doktoru, professor Yusifov Səlahəddin İmaməli oğlu 

  texnika elmləri doktoru, dosent Qardaşova Lətafət Abbas qızı 



 

Redaktor: texnika elmləri namizədi, dosent Akif Vəli oğlu Əlizadə 

 

Rəyçilər:   texnika elmləri namizədi, dosent Əliyev Arif Muxtar oğlu, 

texnika elmləri doktoru, professor Cəfərov Səyyəddin Məşədi oğlu 



 


İxtisasın formulu: 

"Sistemli  analiz,  informasiyanın  idarə  edilməsi  və  emalı  (sahələr  üzrə)"  -  mürəkkəb  tətbiqi 

tədqiqat obyektlərinin sistemli analizi üsullarının işlənib hazırlanması və tətbiqi, informasiyanın 

emalı,  insanın  tədqiqat  obyektlərinə  məqsədyönlü  təsiri  problemlərini  əhatə  edən  ixtisasdır. 

Buraya tədqiqat obyektlərinin işləmə prosesinə təsirin artırılması məqsədilə idarəetmənin təhlili, 

modelləşdirilməsi,  optimallaşdırılması,  təkmilləşdirilməsi  və  qərarların  qəbulu  məsələləri 

daxildir.  Bu  ixtisas  onunla  fərqlənir  ki,  onun  əsas  məzmunu,  müəyyən  sahələrə  aid  olan  - 

informasiya emalının müasir üsullarından istifadə etməklə onların idarə edilməsi səmərəliliyinin 

artırılmasına  yönəldilmiş  -  xüsusiyyətlər  nəzərə  alınmaqla,  həm  fəaliyyətinin  qanunauyğun-

luğunun, həm obyekt və proseslərin inkişafının sistemli əlaqələrinin nəzəri və tətbiqi tədqiqatıdır. 

Xalq  təsərrüfatı  üçün  bu  ixtisasın  elmi-texniki  problemlərinin  həlli  əhəmiyyəti  informasiya 

emalının  və  mürəkkəb  sistemlərdə  idarəetmənin  təhlilinin  mövcud  üsulları  və  vasitələrinin 

təkmilləşdirilməsi  və  yenilərinin  işlənilməsindən,  texniki,  iqtisadi,  bioloji,  tibbi  və  sosial 

sistemlərin fəaliyyət keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsindən ibarətdir. 



 


Tədqiqat sahələri: 

1. Sistemli analizin, optimallaşdırılmanın, idarəetmənin, qərarların qəbulunun və informasiya 

emalının nəzəri əsasları və üsulları. 

2. Sistemli analizin, optimallaşdırılmanın, idarəetmənin, qərarların qəbulunun və informasiya 

emalı məsələlərinin formalizasiyası və qoyuluşu. 

3. Təsvirin meyarlarının və modellərinin işlənib hazırlanması və sistemli analizin, 

optimallaşdırılmanın, idarəetmənin, qərarların qəbulunun və informasiya emalı məsələləri 

həllinin səmərəliliyinin dəyərləndirilməsi. 

4. Sistemli analizin, optimallaşdırılmanın, idarəetmənin, qərarların qəbulunun və informasiya 

emalı məsələlərinin həlli üsulları və alqoritmlərinin işlənib hazırlanması. 

5. Sistemli analizin, optimallaşdırılmanın, idarəetmənin, qərarların qəbulunun və informasiya 

emalının xüsusi riyazi və proqram təminatının işlənib hazırlanması. 

6. Keçmişə aid, cari və ekspert informasiya əsasında idarəetmə sistemlərinin identifikasiya 

üsulları. 

7. Struktur-parametrik sintezin və mürəkkəb sistemlərin identifikasiyası üsulları və alqoritmləri. 

8. Mürəkkəb sistemlərin nəzəri-çoxluq və nəzəri-informasiya analizi. 

9. Problemyönümlü idarəetmə sistemlərinin, texniki, iqtisadi, bioloji, tibbi və sosial obyektlər 

üçün, qərarların qəbulu və optimallaşdırılmasının işlənməsi. 

10. Texniki, iqtisadi, bioloji, tibbi və sosial sistemlərdə idarəetmə qərarlarının qəbulu zamanı 

intellektual dəstək üsulları və alqoritmləri. 

11. Mürəkkəb sistemlərin keyfiyyət və səmərəliliyinin proqnozlaşdırılması və 

qiymətləndirilməsinin üsul və alqoritmləri. 

12. İnformasiyanın emalı üsullarının vizuallaşdırılması, transformasiyası və təhlili. 

13. Ekspert informasiyasının alınması, təhlili və emalı üsulları. 

 



I. 

SİSTEMLİ TƏHLİL 

Sistem:  onun  tərifi,  təsnifatı  əlamətləri,  əsas  xassələri.  Süni  və  təbii  sistemlər.  Böyük  və      

mürəkkəb  sistemlər.  Sistemin  analitik  və  qrafik  təsviri.  Sistemli  yanaşmanın  əsas  mahiyyəti.  

Sistemli yanaşmanın metodologiyası və reallaşdırılması prosedurları. Sistemli təhlilin obyektləri: 

xidmət  sahələri, müəssisə, təşkilat,  korporasiya, şirkət və s. Sistemin dekompoziyası və sintezi. 

Dekompoziya  prosesinin  alqoritmləşdirilməsi.  Aqreqatlaşdırmanın  növləri.  Sistemli  təhlilin 

istiqamətləri  və  mərhələləri.  Müəssisənin  fəaliyyətinin  sistemli  təhlilinin  tipik  məsələləri.  Sis-

temli  təhlil  məsələlərinin  həll  metodları:  metodların  inteqrasiyası.  Sistemin  ekspert  təhlilinin  

metodları:  informasiya–funksional  təhlil,  təşkilati-funksional  təhlil,  mövqeləşdirmə  metodları. 

Analitik  modelləşdirmə metodları və  onların sistemli  təhlildə tətbiqi. İmitasiya  sistemləşdirmə  

metodları və onların  sistemli  təhlildə tətbiqi. Obyektlərin  idarə olunması məsələlərinin həllində  

sistemli  təhlilin  yeri.  Statistikanın  sistemli  təhlildə  yeri.  Mürəkkəb  sistemlərin    layihələndiril-

məsinin  mərhələləri.  Sistemli təhlilin  layihələndirilmədə  yeri. 

 

II. QƏRARQƏBULETMƏ PROSESLƏRİ 



Qərarqəbuletmə məsələlərinin qoyuluşu. Ekspert metodları. Qərarqəbuletmə məsələlərinin 

əsas  təsnifatı  və  həll  mərhələləri.  Ekspert  prosedurları  və  ekspert  məlumatlarının  alınması. 

Ekspert  məlumatlarının  alınması  və  işlənilməsi  metodları.  Statistik  qərarqəbuletmə  modelləri. 

Risk  şəraitində  qərarqəbuletmə.  Uduş  cədvəli  və  qərar  qəbuletmə  ağacı.  Qeyrimüəyyənlik 

şəraitində  qərarqəbuletmə:  Laplas,  maksimin,  maksimax  və  peşmançılıq  meyarları.  Qeyrisəlis 

informasiya şəraitində qərarqəbuletmə. Qeyri səlis çoxluqlar və onlar üzərində əsas əməliyyatlar. 

Qeyrisəlis  buraxılabilən  şərtlər  şəraitində  optimallaşdırma  məsələsi.  Qeyrisəlis  nisbətlərin 

xüsusiyyətləri  və  onların  üzərində  əməliyyatlar.  Alternativ  çoxluqlarda,  qeyrisəlis  üstünlüklər 

şəraitində qərarqəbuletmə. 

 

III. İDARƏETMƏNİN ƏSASLARI 



İdarəetmənin əsas anlayışları və kateqoriyaları. İdarəetmə sistemlərinin strukturası.  İdarə-

etmə  obyektləri:    müəsisə,  təşkilat,    korporasiya.    İdarəetmənin  məqsədi  və  əsas  prinsipləri. 

İdarəetmə obyektlərinin riyazi yazılışı: ötürmə funksiyası, vəziyyət dəyişənləri metodu və struk-

tur  sxemlər.  İdarəetmə  sistemlərinin  təsnifatı.  Tipik  dinamik  manqalar  və  onların  xarak-

teristikaları.  İdarəetmə  sistemlərinin  dayanıqlığı  anlayışı  və  metodları.    İdarəetmənin    funksi-

yaları.    Müəssisənin    idarəetmə    strukturu.  İdarəetmə  prosesi.  İdarəetmənin  metodları.  Strateji 

idarəetmə. İdarəolunan obyektin   fəaliyyət strategiyasının planlaşdırılması. Proqramlı - məqsədli  

planlaşdırmanın  problemi  və metodik  əsasları. Proqramlı  məqsədli planlaşdırmanın  metodları 

və  əsas  texnologiyası.  Layihələrin  idarə  olunması.  Obyektin  fəaliyyət  strategiyasının  reallaş-



dırılmasının idarə olunması.  Obyektin idarə olunmasında monitorinq. İdarəetmənin səmərəlilik 

anlayışı,  göstəriciləri  və  meyarları.  İdarəetmə  qərarlarının  qəbulu  metodları.  Risklərin  idarə 

olunması. İdarəetmənin avtomatlaşdırılması. Funksional və təminedici sistemlər. Planlaşdırma və 

idarəetmə  məsələlərinin  həllinin  riyazi  metodları:  optimallaşdırma  məsələləri,  xətti,  qeyri-xətti 

və  dinamiki  proqramlaşdırma,  şəbəkə  qrafikləri  və  oyunlar  nəzəriyyəsi.  Dinamiki  sistemlərdə 

idarəetmə.  Müəssisənin  idarəetmə  sisteminin  qurulmasının  müasir  üsulları  və  konsepsiyaları: 

material  tələbatının  planlaşdırılması  (MRP),  müəssisənin  resurslarının  planlaşdırılması  (ERP), 

idarəetmənin  təkmilləşdirilmiş  sistemi  (APS).  İntellektual  idarəetmə  sistemləri  və  onların 

struktur təhlili. 

 

IV.



 

İNFORMASİYANIN  EMALI 

İnformasiya  texnologiyaları və sistemləri: əsas anlayışlar, təriflər. İnformasiya  texnologi-

yaları və sistemlərinin təsnifatı. İnformasiya-idarəetmə texnologiyaları və sistemləri. İnformasiya  

sisteminin  arxitekturası.  Lokal  və  paylanmış  sistemlər.  İnformasiya  sistemlərinin  texniki 

proqram  mühiti,  informasiya,  linqvistik,  metodik  və  təşkilati  təminatı.  Müasir  kompüter  texni-

kası. Kompüterlərin təsnifatı. Müasir fərdi kompüterlərin arxitekturası, əsas modelləri,  qurğuları  

və  xarakteristikaları.  Kompüterlərin  proqram  təminati.  Sistem  və  tətbiqi    proqram  təminatı.  

Əməliyyat sistemləri, texniki xidmət proqramları, servis proqramları, proqramlaşdırma  sistem-

ləri. Mətn və cədvəl  prossesorları. Qrafik redaktorları. Riyazi proqram paketləri. Müasir proq-

ramlaşdırma  texnologiyaları.  Sturuktur  proqramlaşdırma.  Funksional  və  məntiqi  proqramlaş-

dırma. Obyektyönlü proqramlaşdırma. Vizual proqramlaşdırma. Verilənlər bazaları və bankları.   

Verilənlər  bazası  konsepsiyası.  Verilənlərin  modelləri.  Relyasiya  modeli.  Normallaşdırma  for-

maları. Nisbətlər üzərində əməliyyatlar. Verilənlərin və sorğuların təsviri dilləri. SQL dili.  Onun   

standart  versiyaları.  Əsas  bölmələri,  operatorları  və  təlimatları.  Verilənlər  bazaları  idarəetmə   

sistemi  (VBİS).  Müasir  fərdi  kompüterlər  üçün  VBİS-lər.  Səpələnmiş  verilənlər  bazaları  və 

onların idarəetmə sistemləri. Kompüter şəbəkələri. Şəbəkə texnologiyaları və  protokolları. Lokal 

və  qlobal  şəbəkələr  və  onların  təminatı.  İnternet  şəbəkəsi:  arxitekturası,  xidmətləri,  mübadilə 

protokolları,  ünvanlaşdırma.  İnternet  bələdçi  proqramlar.  İnternetdə  informasiya  axtarışı.  Tele-

kommunikasiya  vasitələri.  İnformasiyanın  mühafizəsi  problemi  və  onun  həlli  yolları.  İnfor-

masiya sistemlərinin layihələndirilməsi. Layihələndirilmənin əsas mərhələləri və onların xarak-

teristikaları.  İdarəolunan  obyektin  fəaliyyətinin  təhlilində  və  qərarların  qəbulunda  informasiya 

texnologiyalarının  tətbiqi.  İntellektual  informasiya  texnologiyaları:  intellektual  informasiya  

sistemləri, ekspert sistemləri, surətlərin tanınması sistemləri.  Biliklərin  təsviri  üsulları. Məntiqi  

çıxarış metodları. 

 

 




 

Ə D Ə B İ Y Y A T 

1.

 



Перегудов  Ф.И., Тарасенко  Ф.П.   Введение в системнъ анализ. –М.:  «Высшая       

Школа», 1989. 

2.

 

Съедин  С.И.  Основы   управления.  – М.:PHO,  1996. 



3.

 

 Баранов   В.В.,  Колянов  Г.Н.  и  др.  Автоматизация   управлнения   цредпритием.  



–М.: «Инфра  -М», 2000. 

4.

 



R.Ə.Əliyev, R.R.Əliyev. Soft  Kompütinq (nəzəriyyə, texnologiya və praktika). Ali 

məktəblərin “İnformasiya emalı  və  idarəetmənin avtomatlaşdırılmış  sistemləri”  ixtisası 

üçün dərs  vəsaiti. Bakı: Çaşıoğlu, 2003. -624 səh. 

5.

 



 Артаманов  Б.Н.  и  др. Основы  совроменных   технологий.  –С.П.: «Корина   

Принт» », 1998. 

6.

 

Информатика. Учебник  под  ред.  Н.Б. Макоровой. – М., 1999. 



7.

 

Информатика.  Базовый  курс. Под  ред.  – С.В.  Симоновича – С.П.  «Питер»,   



2001. 

8.

 



Петров  В.Н. Информационые   системы.  – С.П.  «Питер»,   2002. 

9.

 



Дейт К. Введение  в  системы  баз  данных.   6-е  изд.- Киев:  Диалектика,1998. 

10.


 

Уотерман   Д. Руководство  по экспертним   системам. – М. : «Мир», 1989. 

11.

 

«



İnformatika» . TQDK .2015.

  

12.



 

 Алексеев Александр Петрович. Информатика 2015,Издательство: Солон-пресс, 

2015 г. http://www.labirint.ru/books/477039/ 

13.


 

В.С. Анфилатов, А.А. Емельянов, А.А.Кукушкин. Системный анализ в управлении. 

Москва, «Финансы и статистика», 2002, -368 стр. 

14.


 

Реклейтис Г., Рейвиндран А., Речсдел К. Оптимизация в технике. Т. 1, 2, М., Мир, 

1986. 

15.


 

Юсупбеков Н.Р., Алиев Р.А. и другие Интеллектуальные системы управления и 

принятия решений. «Узбекистан милли энциклопедиясы», Ташкент, 2014 

16.


 

Ларичев О.И. Теория и методы принятия решений., М., Логос, 2000.  

 

 



İmtahan sualları 

1. Sistem: onun tərifi, təsnifat əlamətləri, əsas xassələri. Süni və təbii sistemlər. Böyük və 

mürəkkəb sistemlər. 

2. Sistemin analitik və qrafik təsviri. 

3. Sistemli yanaşmanın əsas mahiyyəti. 

4. Sistemli analizin obyektləri:  xidmət sahələri, müəssisə, təşkilat, korporasiya, şirkət və 

sair. 

5. Sistemin dekompozisiyası və sintezi. Dekompozisiya prosesinin alqoritmləşdirilməsi. 



Aqreqatlaşmanın növləri. Emercentlik və daxili tamlıq. 

6. Sistemli analizin istiqamətləri və mərhələləri. 

7. Sistemli analiz məsələlərinin həll metodları; metodların inteqrasiyası. 

8. Əhatə mühitinin analizi metodları. İmkanlar və təhlükələr matrisləri. Keyfiyyət və 

kəmiyyətin balla qiymətləndirilməsi.  

9. Sistemin ekspert analizinin metodları: informasiya-funksional analiz, təşkilatı-

funksional analiz, mövqeləşdirmə metodları. 

10. Analitik modelləşdirmə metodları və onların sistemli analizdə tətbiqi. 

11. İmitasiya modelləşdirmə metodları və onların sistemli analizdə tətbiqi. 

12. Obyektlərin idarə olunması məsələlərinin həllində sistemli analizin yeri. 

13. Statistikanın sistemli analizdə yeri. 

14. Mürəkkəb sistemlərin informasiya baxımından tədqiqi. 

15. Mürəkkəb sistemlərin layihələndirilmə mərhələləri. Sistemli analizin 

layihələndirmədə yeri. 

16. İdarəetmənin əsas anlayışları və kateqoriyaları. 

17. İdarəetmə obyektləri: təşkilat, müəssisə, korporasiya. İdarəetmə obyektinin modeli. 

18. İdarəetmənin məqsədi və funksiyaları. 

19. Müəssisənin idarəetmə strukturu. İdarəetmə prosesi. İdarəetmə metodları. 

20.İdarəolunan obyektin fəaliyyət strategiyasının planlaşdırılması. Proqram-məqsədli 

planlaşdırmanın problemi və metodik əsasları. 

21. İnnovasiya menecmenti. 

22. Obyektin idarə olunmasında monitorinq. 

23. İdarəetmənin səmərəliliyi anlayışı, göstəriciləri və meyarları. 

24. İdarəetmə qərarlarının qəbulu metodları. 

25. Risklərin idarə olunması. 

26. İdarəetmə sistemində rəhbərin rolu. 

27. İdarəetmənin avtomatlaşdırılması. Funksional və təminedici altsistemlər. 



28. Planlaşdırma və idarəetmə məsələlərinin həllinin riyazi metodları: optimallaşdırma 

məsələləri, xətti və dinamiki proqramlaşdırma, şəbəkə qrafiklari. 

29. Dinamiki sistemlərdə idarəetmə. 

30. Pontryaqinin maksimum prinsipi. 

31. İdarəetmənin səmərəliliyinin artırılmasında informasiyalaşdırmanın rolu. 

32. İnformasiya texnologiyaları və sistemləri: Əsas anlayışlar, təriflər. 

33. İnformasiya texnologiyalarının və sistemlərinin təsnifatı. İnformasiya-idarəetmə 

texnologiyaları və sistemləri. 

34. İnformasiya sisteminin arxitekturası. Lokal və paylanmış sistemlər. 

35. Müasir kompyuter texnikası. Kompyuterlərin təsnifatı. Müasir fərdi kompyuterlərin 

arxitekturası, əsas modelləri, qurğuları və xarakteristikaları. Multimediya vasitələri. 

36.Kompyuterlərin proqram təminatı. Sistem və tətbiqi proqram təminatı. Əməliyyat 

sistemləri, texniki xidmət proqramları, servis proqramları, proqramlaşdırma sistemləri. 

Mətn və cədvəl prosessorları. Qrafik redaktorları. Riyazi proqram paketləri. 

37.Müasir proqramlaşdırma texnologiyaları. Struktur proqramlaşdırma.  

38.Funksional və məntiqi proqramlaşdırma. Obyektyönlü proqramlaşdırma. Vizual 

proqramlaşdırma. 

39. Verilənlər bazaları və bankları. Verilənlər bazası konsepsiyası. Verilənlərin 

modelləri. Relyasiya modeli.  

40.Normallaşdırma formaları. Nisbətlər üzərində  əməliyyatlar. 

41. Verilənlər bazasının idarəetmə sistemi(VBİS). Müasir fərdi kompüterlər üçün VBİS-

lər. 


42. Kompüter şəbəkələri. Şəbəkə topologiyaları və protokolları. Lokal və qlobal 

şəbəkələr və onların proqram təminatı.  

43. İnternet şəbəkəsi: arxitekturası, xidmətləri, mübadilə protokolları, ünvanlaşdırma. 

İnternet-bələdçi proqramlar. İnternetdə informasiya axtarışı. 

44. İnformasiya sistemlərinin təkmilləşdirilməsi və inkişafı. Korporativ informasiya 

texnologiyaları və sistemləri konsepsiyası və onun inkişafı. 

45. İnformasiyanın mühafizəsi problemi və onun həll yolları. 

46.İnformasiya sistemlərinin layihələndirilməsi. Layihələndirmənin əsas mərhələləri və 

onların xarakteristikaları. 

47.İntellektual informasiya texnologiyaları: intellektual informasiya sistemləri.  

48.Ekspert sistemləri, surətlərin tanınması sistemləri.  

49.Biliklərin təsviri üsulları.  



50.Məntiqi çıxarış metodları.

 

Yüklə 55,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə