Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


QUBA-XAÇMAZ ZONASININ TERMAL



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə13/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   9   10   11   12   13   14   15   16   ...   151

43 

 

 



 

QUBA-XAÇMAZ ZONASININ TERMAL 

 SULARI  VƏ ONLARDAN  

 İSTİFADƏ PERSPEKTİVLİYİ 

 

   Tələbə:                                                   Elmi rəhbər: 

   Abutalıblı Günay Şahin qızı                  dos. V.M. Kərimov 

   IV kurs, qrup 171.4 

 

Azərbaycan  Respublikasının  Şimal-Şərq  hissəsində 



yerləşən  bu  bölgədə  axtarış-kəşfiyyat  quyuları  ilə  termal  su 

yataqları aşkar edilib və bu sulardan müalicə komplekslərində 

balneoloji  cəhətdən  istifadə  edilməsi  ilə  yanaşı  alternativ 

enerji  mənbəyi  kimi  istifadə  edilməsinin  səmərəli  olması 

sübut  edilmişdir.  Bölgənin  geoloji  quruluşunda  Yura, 

Təbaşir,  Paleogen,  Miosen,  Pliosen  və  Dördüncü  dövr 

çöküntüləri geniş yayılmışdır.   

Termal 


sular 

müxtəlif  quyularla  720-3162  m 

intervalında, əsasən, Pliosen (Məhsuldar qat) və Təbaşir yaşlı 

süxurlarda aşkar edilmişdir. 

Yalama  sahəsində  1  nömrəli  quyu  (Təbaşir)  vasitəsilə 

3157-3162  m  intervalında,  quyunun  debiti  5000  m

3

/gün, 


suyun temperaturu  yer səthində 87°C, minerallaşma dərəcəsi 


44 

 

68,6  q/l,  suyun  kimyəvi  tərkibi  xlorlu-natriumlu,  tərkibində 



metan qazı (CH

4

), Br-118 mq/l müəyyən edilmişdir. 



12  nömrəli  quyu  (Nabran)  vasitəsilə  1648-1915  m 

intervalında, quyunun sərfi 117,7 m

3

/gün, suyun yer səthində 



temperaturu  39°C,  minerallaşma  dərəcəsi  21,4q/l,  xlorlu- 

natriumlu  tipli,  metan  (CH

4

)  qazlı,  yod(J)-9,03mq/l  təşkil 



etmişdir. 

130  nömrəli  quyu  (Xaçmaz)  vasitəsilə  1600-1800  m 

intervalında,  debiti  84,6  m

3

/gün,  suyun  yer  səthində 



temperaturu  41°C,  minerallaşma  dərəcəsi  13  q/l,  xlorlu-

sulfatlı-natriumlu tipli, tərkibində metan qazı (CH

4

), yod (J)-



17 mq/l iştrak etmişdir.  

Xəzəryanı-Quba  zonasında  dərinliyi  3000  m-dək  olan 

kəşfiyyat  quyuları  vasitəsilə  ümumi  sərfi  30000  m

3

/sutka 



hüdudlarında, yer səthində temperaturu 50-81 °C olan termal 

suların  dəqiq  kəşfiyyatı  aparılmış  və  istismar  ehtiyatları 

dövlət balansında qeydə alınmışdır.  

Böyük  Qafqazın  Şimali-Şərq  yamacında  flişli  gil 

sistemləri,  Yura  və  Təbaşir  yaşlı  qum  və  əhəngdaşları, 

relyefin  eniş  hissələrində  isə  Paleogen  və  Neogen  yaşlı  gilli 

süxurlar geniş yayılmışdır. 

Burada  hidrokarbonatlı  tip  mineral  suların  yayılması 

süxurların karbonatlılığının  yüksək olması ilə izah olunur. 

Ərazinin  termal  suları  vaxtilə  balneoloji  baxımdan 

hərtərəfli 

tədqiq 


olunmuş 

və 


üstünlükləri 

barədə 


respublikanın əlaqədar təşkilatlarında qeydlər aparılmışdır. 

Aparılmış  kompleks  tədqiqatlar  belə  nəticəyə  ğəlməyə 

əsas  verır  ki,  Quba-Xaçmaz  zonasının  termal  suları  sinir 

sistemi,  ürək-damar,  qara  ciyər,  öd  kisəsi,  mədə-bağırsaq 

xəstəlikləri  üçün  yüksək  dərəcədə  müalicəvi  əhəmiyyətə 

malikdir  və  alternativ  enerji  mənbəyi  kimi  də  istifadə 

edilməsi məqsədəuyğun hesab olunur. 

 



45 

 

ABŞERON–BALXANYANI ZONASINDA QALA LAY 



DƏSTƏSİNİN QUM FASİYALARININ 

KOLLEKTORLUQ XÜSUSİYYƏTLƏRİ  

Tələbə:                                     Elmi rəhbər: 

Cəfərov İlqar Əkbər oğlu        ARDNŞ Geologiya və Geofizika   

IV kurs, qrup 173.4                 üzrə vitse-prezidentin müşaviri  

                                                 E.B.Bağırov 

 

Hal-hazırda 



neftlilik-qazlılıq  cəhətdən  perspektivli 

horizontlardan  birinin  də  Qala  horizontu  olduğu  məlumdur. 

Həmin  dövrdə  mövcud  olmuş  fasiyaların  xüsusiyyətləri  və 

ərazi  üzrə  yayılması  ilə  yanaşı  onların  kollektor 

xüsusiyyətlərinin  öyrənilməsi  də  aktual  məsələlərdən  biridir. 

Bu məqsədlə müəyyən yataqlar üzrə araşdırma aparılmışdır. 

Araşdırma    Çilov,  Həzi  Aslanov,  Palçıq  Pilpiləsi,  Neft 

Daşları  və  Günəşli  yataqlarının,  həmçinin  Oğuz  strukturun  

müəyyən  quyuları  üzrə  aparıldı.  Seysmik  kəşfiyyatdan  əldə 

edilən  məlumatlara  əsasən  Qala  dövrünə  məxsus  fasiyaların 

kollektorluğu  analiz  edildi.  Müxtəlif  qum  fasiyaları  üzrə 

ümumi  məsaməlik,  effektiv  məsaməlik  və  gilliliyin  dəyişməsi 

izlənildi.  Bu  zaman  müəyyən  quyular  üzrə  bir  neçə  fasiyanın 

dəyişilməsinə baxıldı.  

Məlum  məsələdir  ki,  bütün  quyularda  fasiyalar  izlənilə 

bilmir.  Ona  görə  də,  fasiyaların  yaxşı  izlənildiyi  Çilov 

yatağının 8, 21 və 25 №-li, Neft Daşları  yatağının 1998, 2533 

və  2534  №-li,  Günəşli  yatağının  1  və  18  №-li  quyuları  üzrə 

qum  fasiyalarının  kollektor  xüsusiyyətləri  analiz  edildi.  Bu 

quyular üzrə “tək çay kanalı”, “şaxələnmiş çay kanalı”, “dərə”, 

“bar”, “laqun”, “proqradasiya” kimi fasiyalar müşahidə edildi.  

Quyular  üzrə  seçilmiş  fasiyaların  intervalları  müəyyən 

edildi.  Seysmik  kəşfiyyat  nəticəsində  əldə  olunmuş  effektiv 

məsaməlik,  ümumi  məsaməlik  və  gillilik  parametrlərinin  necə 

dəyişilməsini  öyrənmək  məqsədilə  paylanma  əyriləri  quruldu. 

Bu əyrilər hər parametr üzrə ayrılıqda qurulduqdan sonra, onlar 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə