Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə143/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   139   140   141   142   143   144   145   146   ...   151

446 

 

Qorqud”  bu  dildə  yaranıb  ərsəyə  gəlib,  yazıya  alınıb. 



Xalqımızın  başdan-başa  qanla  yazılmış  şanlı  səhifələrlə  dolu 

qəhrəmanlıq  tarixini  bu  dildə  oxuyub  mənimsəmişik.  Babək 

dönməzliyi,  Koroğlu  mərdliyi,  Nəbi  qeyrəti,  Həcər  dözümü, 

Beyrək  sədaqəti,  Banuçiçək  isməti  bu  dildə  aşılanıb  bizə.  Bu 

dildə  öyrənmişik  Şah  İsmayıl  Xətai  uzaqgörənliyini,  Heydər 

Əliyev  zəkasını  və  müdrikliyini.  Azərbaycan  dili  ən  azı 

dəyişikliyə  uğrayan  dillərdəndir.  Az  dəyişilən  dillər 

uzunömürlü  olur.  Yaranmasından  1300  il  keçməsinə 

baxmayaraq, biz “Kitabi-Dədə-Qorqud” dastanının əlyazmasını 

orijinaldan  oxuyub  başa  düşə  bilirik.  Ancaq  ingilis  dili  400  il 

ərzində  o  qədər  dəyişikliyə  uğrayıb  ki,  bugünkü  ingilis 

Şekspirin  əsərlərinin  XVI  əsrə  aid  əlyazmasını  tərcüməsiz 

oxuya bilmir. 

Dil milli mədəniyyətin təzahürüdür. Hər bir vətəndaş öz 

doğma dilini dərindən bilməli,  onun incəliklərinə  yiyələnməli, 

özündə  nitq  mədəniyyəti  tərbiyə  etməlidir.  Öz  ana  dilini 

bilməyən  adam  mədəni  adam  sayıla  bilməz.  Çalışmalıyıq  ki, 

şifahi və yazılı nitqimiz gözəl olsun. Bunun üçün də dilimizin 

qayda-qanunlarını,  normalarını  mükəmməl  bilməliyik.  Harada 

oluruqsa  olaq,  unutmamalıyıq  ki,  biz  Azərbaycanı  təmsil 

edirik. 

Dil  elə  bir  sərvətdir  ki,  onu  itirmək  faciədir,  dəhşətdir. 

Millətin  dilini  əlindən  almaq  onu  ölümə  məhkum  etmək 

deməkdir.  Görkəmli  rus  ədibi  və  pedaqoqu  Uşinski  demişdir: 

“Bir  millətin  mal-dövlətini  və  hətta  vətənini  əlindən  alsan, 

ölüb-itməz,  amma  dilini  alsan,  fövt  olar  və  ondan  bir  nişan 

qalmaz.  Bu  sözdə  böyük  həqiqət  var.  Doğrudan  da,  dövlət 

olmasa  dil  olmaz,  dil  olmasa  cəmiyyət  olmaz.  Bu  məvhumlar 

bir-biri  ilə  bir  başa  əlaqəlidir.  Dil  inkişaf  etdikcə  cəmiyyət 

inkişaf edir, cəmiyyət inkişaf etdikcə də dil inkişaf edir. 

Firudin  bəy  Köçərli  “Ana  dili  haqqında”  adlı 

məqaləsində  yazırdı:  “Hər  bir  millətin  özünə  məxsus  ana  dili 

var  ki,  onun  məxsusi  malıdır.  Ana  dili  millətin  mənəvi 



447 

 

diriliyidir,  həyatının  mayəsi  mənziləsindəndir.  Ananın  südü 



bədənin  mayəsi  olduğu  kimi,  ananın  dili  də  ruhun  qidasıdır. 

Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir. 

Bu  Allahın  bizə  bəxş  etdiyi  gözəl  nemətlərindən  biridir, 

onu əziz və möhtərəm tutmaq hər kəsin borcudur. 

 

MÜASİRLİK VƏ MİLLİ DƏYƏRLƏR  

(DİL BAXIMINDAN)     

                                                                  

Tələbə:                                               Elmi rəhbər:      

Əliyev İlkin Vüqar oğlu                    Abdullayeva Könül                                                                                              

II kurs 733.6 qrup                     

 

Dil  xalqın  ruhunun  təzahürüdür:  dil  onun  ruhu,ruh  isə 



onun dilidir.(Humbolt) 

Hər  bir  xalq  öz  dili  ilə  yaranır.  Ancaq  xalqın  dilini 

yaşatmaq,  inkişaf  etdirmək  və  dünya  mədəniyyəti  səviyyəsinə 

qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin 

fəaliyyəti nəticəsində mümkün olur. (Heydər Əliyev) 

Azərbaycan  xalqının  dili  onun  milli  varlığını  müəyyən 

edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi 

mərhələlərdə  onunla  birgə  olmuş,  onun  taleyini  yaşamış, 

üzləşdiyi  problemlərlə  qarşılaşmışdır.  O,  xalqın  ən  ağır 

günlərində  belə  onun  milli  mənliyini,  xoşbəxt  gələcəyə  olan 

inamını qoruyub möhkəmləndirmişdir.  

XIX əsrdən müşahidə olunmağa başlayan ilk qloballaşma 

elementləri  millətçiliyin  güclənməsinə  yol  açdı.Millətlərin  bir 

kökdən törəməsi  doktrinası  hakim nəzəriyyəyə  çevrilsə də, bu 

yöndə  inteqrasiyanın  reallaşması  dil  müxtəlifliyi  ucbatından 

uğur 


qazana 

bilmədi. 

Dünya 

nəinki 


vahid 

oldu, 


özünəvurğunların  əlində  daha  da  parçalandı.  Latın  və  fransız 

dillərinə söykənən humanizm və kosmopolitizmlə səciyyələnən 

maarifçiliyin  yerinə hər bir xalqın özünəməxsusluq ideyası ilə 

milli  birliyə  çağıran  romantika  gəldi.  Bu  da  hər  xalqın  dilinin 




448 

 

çiçəklənməsi üçün geniş yollar açdı.  



Azərbaycan 

dilinin  dövlət  dili  kimi  yaşaması, 

möhkəmlənməsi,  inkişaf  etməsi  də  bizim  ən  böyük 

nailiyyətlərimizdən biridir. Bu, təkçə dil məsələsi deyil, həm də 

azərbaycançılıq məsələsidir”.

 

Milli  ideologiya,  milli  tarix,  milli  dil,  din,  milli 



mədəniyyət  və  incəsənət,  milli  özünüdərk  bizim  milli-mənəvi 

dəyərlərimizdir. 

..Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur 

hissi  keçirməlidir  və  biz  azərbaycançılığı-Azərbaycan  dilini, 

mədəniyyətini, 

milli-mənəvidəyərlərini, 

adət-ənənələrini 

yaşatmalıyıq" (H.Əliyev). 

Hər  bir  xalqın  mənəvi  sərvətləri  sırasında  həmin  xalqın 

ana  dilinin  heç  bir  dəyərlə  müqayisəyə  gəlməyən  müstəsna 

əhəmiyyəti  vardır.  Ana  dili  xalqın  varlığını  təmin  edən  ən 

dəyərli amildir. Xalq bütün maddi və mənəvi sərvətlərini, hətta 

torpaqlarını  itirib  yalnız  dilini  saxlasa,  öz  varlığını  qoruyub 

mühafizə  edə  bilər.  Lakin,  tarixin  də  dəfələrlə  sübut  etdiyi 

kimi,  bütün  sərvətlərini  saxlayıb,  dilini  itirən  xalq  məhvə 

məhkumdur.  Ana  dili  yalnız  sadəcə  ünsiyyət  vasitəsi  deyil, 

xalqın  dünyagörüşünün,  düşüncə  tərzinin,  ümumən  mənəvi 

varlığının  ifadə  vasitəsidir.  Buna  görə  də  müasir  beynəlxalq 

inteqrasiya  şəraitində  ana  dilimizin  qorunması,  əsas  mənəvi 

dəyər  kimi  onun  toxunulmazlığının  və  işləkliyinin  təmin 

edilməsi  bir  millət  və  dövlət  olaraq  bizim  ən  başlıca 

vəzifəmizdir.

 

İnkişaf  etmiş  zəngin  dil  mədəniyyətinə  sahib  olan  xalq 



əyilməzdir,  ölməzdir,  böyük  gələcəyə  malikdir.  Ona  görə  də 

xalqımıza  ulu  babalardan  miras  qalan  bu  ən  qiymətli  milli 

sərvəti  hər  bir  Azərbaycan  övladı  göz  bəbəyi  kimi  qorumalı, 

daim  qayğı  ilə  əhatə  etməlidir.  Biz  fəxr  edirik  ki,  kökləri  çox 

qədim  dövrlərə  bağlanan  dilimiz  müstəqillik  əldə  etmiş 

xalqımızın əsas ünsiyyət vasitəsidir. 

Hər  bir  xalqın  milliliyini,  mənəvi  dəyərlərini  yaşadan, 



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə