Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə144/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   140   141   142   143   144   145   146   147   ...   151

449 

 

inkişaf etdirən onun dilidir. (H.Əliyev)



 

                                                                                                               



ORTAQ TÜRK DİLİ MƏSƏLƏSİ 

 

Tələbə:                                                      Elmi rəhbər 

Həsənov Elşad                                         dos.Abbasov Ə. 

II kurs, qrup 277.6S                              



 

Qədim  türk  dillərinin  bir  olması,  türk  dövlətlərinin 

tarixinə,  zamanın  sınaqlarından  bu  günümüzə  gəlib  çıxmış 

adət-ənənələrinə,  ədəbiyyatına,  incəsənətinə  qayıtması  hazırki 

dövrün  ən  aktual  məsələlərindəndir.  Bunun  üçün  türkçülük 

dəyərlərinin  bütöv  bir  sistem  halında  yaradılması  və 

araşdırılması vacibdir. 

Elə türk dilləri var ki, onların qohumluq dərəcəsi arasında 

bir  çox  fərqlər  var.  Məsələn,  Azərbaycan  dili  ilə  çuvaş  və  ya 

şor  dilləri  kimi.  Amma  bəzi  türk  dilləri  arasında  bu  fərq  az 

müşahidə  edilir.  Məsələn,  Azərbaycan  dili  ilə  türk    dili 

arasında. 

Çağdaş  dövrdə  ümumtürk  xalqları  arasında  vahid  bir 

dilin-“Ümumtürk  ədəbi  dili”nin    yaradılmasına  həddindən  çox 

ehtiyac  duyulur.  Əgər  ümumtürk  ədəbi  dili  yaransa,    türk 

xalqları  arasında  əlaqə  möhkəmlənəcək  və  bunun  nəticəsi 

olaraq  onlar  birlikdə  inkşaf  edəcək,  bir-birinə  inteqrasiya 

olacaqlar. 

Əlbəttə,  belə  bir  dili  yaratmaq  o  qədər  də  asan  deyil. 

Bunun  üçün  ilk  öncə  hər  bir  türkdilli  xalqlar  bu  istiqamətə 

köklənməlidir. 

1.

 



Ümumtürk  əlifbasının  olması:  Yəni  əlifba-yazı    bir 

növ ümumtürk ədəbi dilin in təməlidir. Bu təməli də qoyarkən 

diqqətli  olmalıyıq.  Çünki    əlifba-yazı  hər  hansı  bir  dram  əsəri 

deyil  ki,  onu  istədiyimiz  vaxt  səhnədə  nümayiş  etdirib, 

istədiyimiz  vaxt  teatrın  repertuarından  çıxaraq.  Əlifba-yazı  bir 



450 

 

tarixdir,  bir  incidir.  Elə  bir  tarix  ki,  xalqın  tarixi  hər  şeydən 



öncə,  onun əlifba-yazısı ilə formalaşır, dünyaya yayılır.  

Ümumtürk  ədəbi  dilinin  yaranmasında    latın  qrafikalı 

əlifbanın yaranması daha məqsədəuyğundur.  

2.

 



Ümumtürk  sözlüyünün    olması:  Hər  bir  ədəbi  dildə 

sözlərin  zəngin  olması,  bu  dildən  istifadə  edənlərin 

ünsiyyətinin asanlaşması deməkdir. 

Bir söz və  ya ifadə müxtəlif türk dillərində müxtəlif cür 

olur.  Məhz  ümumtürk  lüğətinin  də  yaradılmasında  məqsəd  bu 

müxtəlifliyi  minimuma  endirmək  və  qarşılıqlı  anlaşmanı 

asanlaşdırmaqdır. 

3.Türk  dillərinin  öyrənilməsi:Ümumtürk    ədəbi  dilinin 

yaranmasında  və  formalaşmasında  xüsusi  yer  tutan 

məsələlərdən  biri  də  budur.  Hər  bir  türkdilli  dövlətin 

ümumtəhsil  və  ali  məktəblərində  “Türk  dilləri”  fənninin 

tədrisini  genişləndirmək  vacibdir.  Nəticədə  hər  bir  türkdilli 

vətəndaş orta məktəbi bitirdikdən sonra ən azından türk dilləri 

haqqında  məlumatlı  olacaq.  Ali  təhsil  müəsisələrində  isə  bu 

fənn daha dərindən öyrənilməlidir.

          

               

    MÜASİR TEXNOLOJİ İNKİŞAFIN DİLİMİZDƏ 



YARATDIĞI PROBLEMLƏR     

 

Tələbə:                                                           Elmi rəhbər: 



Məmmədova Nazənin Fədai                         Abdullayeva K. 

II kurs,  qrup 519.6                                          



 

Bu gün texnologiyanın inkişafı cəmiyyətimizin kompleks 

tərəqqisində  bizə  böyük  kömək  edir.İşlərimizin  asan  və 

rahatlaşmağı  baxımından  müsbət  olsa  da,  eyni  zamanda,  bu 

təkamülün mənfi cəhətləri də çoxdur. İnternetin,texnologiyanın 

bu  əsrdə  necə  mühüm  olduğu  hamımıza  məlumdur.Bu  inkişaf 

əsasən  dillərə  mənfi    təsir  edir.İnternetin  hər  dil  üzərində  bir 

təsiri vardır. Bildiyimiz kimi, ingilis dili və dünya xalqları üçün 




451 

 

beynəlmiləl  missiyanı  yerinə  yetirdiyi  üçün,sözsüz  ki,  bu 



inkişaf  ingilis  dilinə  də  təsirsiz  ötüşmür.Yeni  texnalogiya 

həyatımıza 

girdikcə  onunla  bağlı  sözlərdən  istifadə 

olunur.Modernizm  cərəyanının  nəticəsində  yeni  terminlər,yeni 

sözlər əmələ gəlir. Bu məsələlər daha çox dilçiləri narahat edir. 

Çünki  yeni sözlərin  yaranması dilin lügət tərkibini o qədər də 

zənginləşdirmir,əksinə  artıq  söz  yığını  dildə  daha  da  çaşqınlıq 

yaradır.  İnternetdə  daha  çox  yazılı  ünsiyyətdən  istifadə 

olunur.İstər  asudə  vaxtlarımızda,  istər  hər  hansı  axtarışlar 

zamanı, istərsə də işdə bu ünsiyyətdən istifadə edirik. Gündəlik 

yazışmlar  zamanı  etdiyimiz  qrammatik  səhvlər  dilimizə 

uyğunlaşır.  Saytlarda  oxuduğumuz  xəbərlərə  baxsaq  və  ya 

yolda  gördüyümüz  elanlara  diqqqət  etsək,  nə  cür  səhvlər 

etdiyimizi acıq-aydın görə bilərik.  

Sözlərdəki hərflərin yeyilməsi, sözün qısaldılması, sözün 

deyildiyi  kimi  yazılması,  normalara  tabe  olmaması  və  s.    bu 

kimi  səhvlər artıq  vərdişə  çevrilir. Oxuduğumuz  məqalə və  ya 

hər  hansı  bir  mətndə  sözlərin  səhv  yazıldığının  fərqində  belə 

olmuruq.  

İnternet 

dilinin 

inkişafı 

insanları 

bir-birindən  

uzaqlaşdırır. 

Getdikcə 

insanlar 

bir-birinə 

yadlaşmağa 

başlayır.Keçmişdə  insanlar  bayramlarda,ad  günlərində  tez-tez 

görüşüb bir-birlərini ziyarət edirdilərsə, artıq bunu bir mesaj və 

ya bir zənglə əvəz etmişik. 

Yazılarda qısalmalara daha çox rast gəlirik. “Salam” sözü 

“slm”,  “necəsən?”  yerinə  “ncs?”,  “yaxşı”  yerinə  “yxs”,  

“canım”  “cnm”  və  başqa  sözləri  qısaldaraq  oradakı  saitləri 

çıxardırıq. ”ş” hərfinin yerinə “w” , “b” hərfinin yerinə “p” və 

xəbərlərdə  sözlərdəki  hərf  səhvlərini  daha  aydın  görə  bilərik. 

Və  ya  digər  dillərdə  olan  ifadələr  “ok”,  “tamam”,  “bye”  tipli 

sözlər  daha  çox  işlədirik  Müasir  gənclər  müvəffəqiyyətlərini 

yazılan 


belə 

kəlimələrlə 

deyil, 

işlərində,uğurlarında 



göstərməlidirlər. Çünki belə ifadələr müasirlik deyil, dilimizin 

korlanmasına  gətirib  çıxardır.  İnternet  mühitində  olan  belə 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə