Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə15/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   11   12   13   14   15   16   17   18   ...   151

49 

 

nəticəsində strukturun tağ hissəsində toplanmışdır.  



Balaxanı  lay  dəstəsində  neft  yığını  əsasən  tağ  tiplidir  və 

daha  aşağıda  formalaşmış  lay  dəstələrinə  nisbətən  az  sahəni 

əhatə  edir.  QÜG  lay  dəstəsindən  (XVI  təbəqənin  lay  dəstəsi) 

başlamış  QA  lay  dəstəsi  də  daxil  olmaqla  stratiqrafik  dərinlik 

artdıqca, neftlilik sahəsi genişlənir. Ən böyük neftli sahə QD-

də  müşahidə  olunur.  QA  lay  dəstəsində  neft  yığını  geniş  qaz 

«papağına»  malikdir.  Qalınlığı  250  m-dən  çox  olan  QD-nin 

kəsilişində  5  istismar  obyekti  (I-V  QLD)  qaz  «papaqlı»  neft 

yığımları ilə əlaqədardır. 

MQ-nin  üst  şöbəsində  ən  çox  ilkin  neft  ehtiyatına  və  

neftli  sahəyə  malik  Sabunçu  lay  dəstəsinin  V  horizontu,  alt 

şöbədə  isə  ən  çox  neft  və  qaz  ehtiyatı  olan  QLD-dir.  Neft-su 

konturları  QA  və  QÜG  lay  dəstələri  istisna  olmaqla  struktur 

xəritənin izohipsinə uyğundur. 

Stratiqrafik    dərinlik  artdıqca    neftin  sıxlığı  Suraxanı  lay 

dəstəsində 840-860 kq/m

3

-dən, QA lay dəstəsində isə 875-900 



kq/m

3

-a qədər artır. MQ-ın üst şöbəsinin horizontlarında  neftin  



sıxlığı  qırışığın  tağından  qanadlarına  doğru  artır. 

Yatağın perspektivliyi onun cənub-şərq qanadının dənizə 

gömülən QaLD və Miosen çöküntüləri ilə əlaqədardır. Belə ki, 

burada  QaLD-ni  açmış  bir  quyudan  neftlə  birlikdə  (10-12 

t/gün)  su axını alınmışdır. 

 

ATƏŞGAH STRUKTURUNUN GEOLOJİ İNKİŞAF 

TARİXİ İLƏ ƏLAQƏDAR NEFT-QAZ 

PERSPEKTİVLİYİ 

 

Magistr:                                                       Elmi rəhbər: 

Əliyev Nazim Elşad oğlu                           dos. M.S.Babayev 

II kurs, qr. A1136  

 

Atəşgah qalxımı, açıq dənizdə, Bakı arxipelaqının şelf 



hissəsinin  mərkəzində,  yəni  Bəndovan  qalxımından  30  km 


50 

 

cənub-cənubi  şərqdə,  Kür  çayının  mənsəbindən  isə  15  km 



şərqdə,  Cənubi  Xəzərin  qərb  şelfinin  qitə  yamacına  yaxın 

hissəsində yerləşir. 

Öz forma və ölçülərinə görə Atəşgah küpəsi strukturu, 

Küryanı  çökəkliyi  və  Bakı  arxipelaqında  inkişaf  etmiş 

qırışıqlara  oxşayır  və  qısa  braxi  qırışıq  növünə  aid  edilə 

bilər. Morfoloji cəhətdən həmin konusların altında yerləşən 

müsbət  işarəli  strukturlara,  yəni  lokal  qalxımlara  uyğun 

olması  ümumilikdə  Bakı  arxipelaqı  akvatoriyasında  hövzə 

dibi  relyefinin  uyğun  olmasını  söyləməyə  əsas  verir.  Bu 

hal,  lokal  qalxımların  axtarış  –  kəşfiyyat  işlərində  müsbət 

rol oynaya bilər. 

Tədqiq  etdiyimiz  ərazinin  çöküntü  kompleksinin 

formalaşmasının  bəzi  paleocoğrafi  və  paleotektonik  şərait-

lərini araşdırmaq məqsədilə biz normal litoloji – stratiqrafik 

kəsiliş  əsasında  paleocoğrafi  əyri  və  çöküntütoplanmanın 

sürət qrafikini quraraq onların təhlilini vermişik.  

Beləliklə,  qurduğumuz paleocoğrafi  əyridən  göründü-

yü kimi Paleosendən IV dövrün sonuna

 

kimi geoloji zaman 



intervalında öyrənilən ərazidə  çöküntütoplanma  hövzəsinin 

dərinliyi  nisbətən  böyük  intervalda  dəyişirdi.  Bu  baxımdan 

Paleosen  dövründə  çöküntütoplanma  əsasən  dayaz  və  orta 

dərinlikdə

 

getdiyindən  burada  kəsilişin  psammit  və  pelit 



fasiyasından  təşkil  olunmasına  səbəb  olmuşdur.

 

Beləliklə, 



paleocoğrafi  əyrinin  və  çöküntütoplanmanın  sürət  qrafiki-

nin təhlilindən göründüyü kimi öyrənilən ərazidə üzvi mad-

dənin tələb olunan miqdarda, hətta bir qədər ondan da artıq 

toplanıb saxlanması üçün həm paleocoğrafi, həm də paleo-

tektonik şərait kifayət qədər əlverişli idi. 

Beləliklə, Atəşgah qalxımının tağyanı zonasından eni-

nə  keçən  seysmogeoloji  profil  əsasında  erkən  Məhsuldar 

qat  yarıməsrinin  sonuna  qurulmuş  paleoprofilə  görə  deyə 

bilərik  ki, Atəşgah qalxımı Pliosenin  əvvəlindən  gec  olma-

yaraq  inkişafa  başlamışdır.  Yəni  çox  ehtimal ki, strukturun 




51 

 

meydana  gəlməsi  Miosen  yarımdövrilə  əlaqədardır.



 

Belə-


liklə,  aparılan  paleotəhlildən  göründüyü  kimi  Atəşgah 

qalxımı  əmələ  gəldikdən  sonra  baxılan  ümumi  geoloji 

zaman  kəsilişində  çöküntütoplanma  ilə  eyni  vaxtda  inkişaf 

edirdi.  Lakin  Abşeron  əsrinin  sonuna  qədər  onun  inkişaf 

sürətinin  artmasına  baxmayaraq  bu  göstərici  çöküntütop-

lanma  sürətindən  aşağı  olmuşdur.  Yalnız  Ağcagil  əsrində 

qırışığın  inkişaf  sürəti  bir  qədər  çöküntütoplanmanın 

sürətindən üstün idi. IV dövrdə isə bu üstünlük daha kəskin 

hal  almışdır və bu  səbəbdən  də tağ  hissəsində də  Abşeron, 

Ağcagil


 

və  bir  qədər  də  MQ  çöküntüləri  aşınmaya  məruz 

qalmışdır. Deyilənlərdən  bir  nəticə olaraq qeyd  edə bilərik 

ki, Atəşgah qalxımı konsedimentasyon mənşəli strukturdur.  



 

ABŞERON-BALXANYANI ZONASINDA QALA LAY 

DƏSTƏSİNİN ÇTŞ-NİN TƏHLİLİ 

Tələbə:                                     Elmi rəhbər: 

Əliyeva Xanım Rəfail qızı      ARDNŞ Geologiya və Geofizika    

IV kurs, qrup 173.4                 üzrə vitse-prezidentin müşaviri                

                                                 E.B.Bağırov 

 

İşin əsas məqsədi Qala dövrü ərzində çöküntütoplanma 



şəraitinin  ərazi  üzrə  paylanmasını  izləmək  və  onun  əsasındə 

çöküntütoplama  şəraiti  xəritəsini  qurmaqdır.  Qala  dövrünün 

davametmə  müddəti  çox  deyildir,  lakin  bu  kiçik  geoloji  dövr 

ərzində öyrənilən zonada bir neçə şərait eyni zamanda mövcud 

olub:  laqun,  tək  kanallı  çaylar,  şaxələnmiş  kanallı  çaylar, 

sahilyanı, bar və baryer adaları. Abşeron-Balxanyanı zonasında 

Qala lay dəstəsinin ÇTŞ-nin təhlili biostratiqrafiya ilə mümkün 

deyil.  Buna  səbəb,  baxılan  zonada  Qala  dövründə  iqlimin  tez-

tez  dəyişməsidir.  Lakin  ÇTŞ-ni  təhlil  etmək  üçün  başlıca  şərt 

istinad  horizontunu  təyin  etməkdir.  Öyrənilən  ərazidə  Qala 

dövrü  ərzində  bir  neçə  proqradasiya  müşahidə  edilir  və  biz 



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə