Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə16/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   12   13   14   15   16   17   18   19   ...   151

52 

 

proqradasiyanı  istinad  horizontu  kimi  götürə  bilərik.  Qala 



dövrünün ÇTŞ-nin təhlilini bir antiklinal xətt üzrə beş yataq – 

Çilov,  Həzi  Aslanov,  Palçıq  Pilpiləsi,  Neft  daşları,  Günəşli 

(dayaz  sulu)  və  Neft  daşları  ilə  Günəli  yataqları  arasındakı 

Oğuz strukturunda apardıq.  

 

 CƏNUBİ XƏZƏR HÖVZƏSİNİN QƏRB YAMACININ 



FORMALAŞMASINDA GEODİNAMİKİ                         

REJİMİN ROLU 

Tələbə:                                                 Elmi rəhbər:                     

İsgəndərov Orxan Tahir oğlu               dos. N.R. Nərimanov       

IV kur, qrup 173.4 

 

Cənubi  Xəzər  meqaçökəkliyinin  əhatəsinin  müasir 



geodinamik  rejimi  əsasən  İran-Əfqan  plitəsi  ilə  Avrasiya 

qitəsinin  qarşılıqlı  təsiri  nəticəsində  formalaşmıçdır.  Bu 

baxımdan,  Qırmızı  dəniz  riftinin    Miosendə  açılması  ilə 

əlaqədar  Böyük  və  Kiçik  Qafqaz  silsilələrinin  intensiv 

qalxması  başlamışdır.  Kiçik  və  Böyük  Qafqazın  yerində 

mövcud  olan  subdiksiya  zonalarında  Qafqazarxası  aralıq 

massivi şimalda Avrasiyanın altına şimal istiqamətdə, cənubda 

isə İran-Əfqan plitəsinin altına cənub istiqamətdə udulması baş 

verir.  Bu  hal,  formalaşmaqda  olan  Böyük  və  Kiçik  Qafqaz 

kolliziyalarının  yaxınlaşmasına  səbəb  olur.  Bu  proses  Qırmızı 

dəniz  riftinin  açılması  ilə  əlaqədar  indi  də  davam  etməkdədir 

və Ərəbistan plitəsinin şimala doğru hərəkəti ilə tənzimlənir. 

Bununla əlaqədar qeyd etmək lazımdır ki , Cənubi Xəzər 

hövzəsinin  indiyədək  qalmasına  səbəb  İran-Əfqan  plitəsinin 

həndəsi forması olmuşdur. Beləki, sonuncunun enli cənub-şərq 

hissəsi,  yəni  cənub-şərqində  olan  şimal  çıxıntısı,  Avrasiya  ilə  

birinci  toqquşduğundan  onun  ensiz  şimal  qərb  davamında 

subduksiya proses indiyə kimi tamamlanmayıb və əvvəlkindən 

daha kiçik sürətlə baş verməkdə davam edir.  

İran-Əfqan plitəsinin qonşu plitələr arasında vəziyyəti ilə 




53 

 

əlaqədar  şərqdə  Hindistan  plitəsinə  söykənib,  Ərəbistan 



çıxıntısı    isə  onu  cənub-şərqə  doğru  sıxışdırlır.  Bu  səbəbdən 

İran-Əfqan  plitəsinin  ensiz  şimal-qərb    hissəsi    sıxılma 

gərginliklərinin təsiri altında şimal-şərq istiqamətində əyilməyə 

məruz qalır.  

Nəticədə  İran-Əfqan  plitəsinin  ensiz  şimal-qərb  hissəsinin 

şimal-şərq  istiqamətində  əyilmə  deformasiyasına  məruz 

qalması  Cənubi  Xəzər  çökəkliyinin  qərb  yamacının 

formalaşmasına  və  bununla  əlaqədar  onun  Küryanı 

çökəkliyindən  coğrafi  cəhətdən  təcrid  olunmasına  şərait 

yaratmışdır. 

  

XƏZƏRİN AZƏRBAYCAN SEKTORUNDA                

QAZ-HİDRATLARIN MÖVCUDLUĞU BARƏDƏ 

 

Tələbə:                                                        Elmi rəhbər: 

Məhərrəmov Ramil Şahin oğlu                  dos. S.M.Rzayeva 

IV kurs, qrup 173.4 

 

XX  əsrin  ikinci  yarısından  başlayaraq  qaz  yataqlarının 



intensiv  istismarı  nəticəsində  təbii  qaz  ehtiyatları  kəskin 

surətdə  azalmağa  başlamış  və  qaza  olan  tələbatı  ödəmək  üçün  

digər  alternativ  resurs  mənbələrinin  axtarışına  başlanmışdır. 

Belə təbii resurslardan biri də qaz-hidratlardır.  

Qaz-hidratlar  həlilik  geniş  istismar  olunmayan  təbii  qaz 

mənbəyi  olub  öz  ehtiyatına,  geniş  sahələrdə  və  dayaz 

dərinliklərdə  yayılmasına,  eyni  zamanda,  həcmcə  çox  sıx 

olmasına  görə  təbii  qazdan  fərqlənir  və  onun  alternativi  ola 

bilər.  Qaz-hidratlar  müəyyən  termobarik  şəraitdə  qazın  su  ilə 

molekulyar  qarışığından  ibarət  halıdır  .Belə  birləşmələr  sabit 

şəraitdə  özünün  bərk  aqreqat  halını  saxlayır-qarı  və  ya  buzu 

xatırladır. 

Dünya  okeanın  dibində  olan  qaz-hidratların  proqnoz  

ehtiyatı təbii qaz ehtiyatlarından dəfələrlə çoxdur. Tədqiqatlara 




54 

 

görə  qaz-hidrat  ehtiyatlarının  cəmi  10%-i  çıxarıla  bilərsə  bu 



miqdar  bütün  dünya  üzrə  neft,  kömür  və  qazın  cəm 

ehtiyatından  ekvivalent  ölçüdə  2  dəfə  çox  ola  bilər.  Hələlik 

qaz-hidratların  istismar  texnologiyası  mövcud  deyildir.  Lakin 

Yaponiya  hazırda  Yapon  dənizi  dibindən  7  trln  m3  –dən  çox 

həcmdə qaz-hidratın sınaq istismarına başlamağı planlaşdırır və 

belə  bir  texnologiya  artıq  yaradılmaqdadır.  Mütəxəsislərin 

fikrincə,  Tokio  şəhəri  yaxınlığındakı  bir  qaz-hidrat  yatağının 

ehtiyatı  Yaponiyanın  müasir  səviyyəli  qaz  tələbatını  100  il 

ödəyir.  

Orta  və  Cənubi  Xəzərin  dənizdibi  çöküntülərində 

müşahidə edilən qaz çıxışları da qaz-hidratların mövcudluğu ilə 

izah edilir. 

Xəzər  dənizinin    Azərbaycan  sektorundakı  neft-qaz 

yataqlarında  və  bir  sıra  perspektivli  sahələrdə  aparılan 

kompleks  mühəndisi-geoloji  tədqiqat  işləri  zamanı  müəyyən 

edilmişdir  ki,  əksər  sahələrdə  kəşlişin  üst  hissələrində    və  ya 

dənizdibi  zonalarda  qaz  yığımları  mövcuddur.  Bundan  əlavə 

müxtəlif sahələrdə qazılmış quyularda kəslişin üst hissələrində 

baş  verən  qaz  təzahürləri  və  qrifonlarda  az  dərinliklərdə  qaz 

yığımların olmasına dəlalət edir.  

Neftçala-dəniz,  Bahar,  Pirallahı-dəniz,  Abşeron  bankası, 

İnam  sahələrində  aparılmış  seysmoakustik  profilləmə  işləri 

zamanı  dənizdə  çoxsaylı  qaz  çıxışları  qeydə  alınmışdır. 

Lənkəran-dəniz,  Çıraq  ,Azəri,  Kəpəz,    Şahdəniz  ,Abşeron  və 

digər  strukturlarda  da  kəslişin  üst  hissələrində  qaz  yığımları 

müşahidə olunur.  

Xəzər  dənizində  müşahidə  olunan  çoxsaylı  qaz  çıxışları 

əksərən  palçıq  vulkanları  bəzən  isə  qaz  yataqları  ilə 

əlaqədardır.  Bu  sahələrdən  götürülmüş  kern  və  dənizdibi  su 

nümunələrində qazla doyumluluq çox yüksəkdir. 

Qaz-hidrat  baxımından  ən  əlverişli  termodinamik  və 

geoloji  şərait  Cənubi  Xəzərin  qərbində  mövcuddur:  Dənizin 

dərinliyi 300-1000 m dənizdibi temperatur 6

0

C-dən aşağı və s. 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə