Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə17/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   13   14   15   16   17   18   19   20   ...   151

55 

 

Xəzər dənizində su heyvanları və balıqların bəzən kütləvi 



surətdə  məhv  olmasını  mütəxəssislər  dəniz  dibində  qaz-

hidratların dağılması ilə əlaqələndirirlər. Belə ki, son illər kilkə 

balıqlarının  məhvində  texnogen  amil  aşkarlanmamış  onların 

qəlsəmələrində  və  əzələlərində  qazabənzər  maddələr  aşkar 

edilmişdir.  

Dənizdə  mühəndis-texniki  işlərin  təhlükəsiz  aparılması 

qəza  hallarının  qarşısının  alınması  üçün  Xəzər  dənizinin  dib 

çöküntülərinin  daha  ətraflı  öyrənilməsi  çox  vacibdir.  Bu  hal 

Xəzər  dənizində  o  cümlədən  Azərbaycan  sektorunda  qaz-

hidratların planlı şəkildə öyrənilməsi zərurətini yaradır.  

 

ŞAMAXI-QOBUSTAN ÇÖKƏKLİYİNDƏ 

TEMPERATURUN PAYLANMASINDA PALÇIQ 

VULKANİZMİNİN ROLU 

 

Tələbə:                                                  Elmi rəhbər: 

Mejdunov Sadiq Vahid oğlu                dos. G.C.Nəsibova                                                         

III kurs, qrup 103.5                  

 

Şamaxı-Qobustan  sinklinoriumu    palçıq  vulkanlarının 



geniş  inkişaf  etdiyi  çökəkliklərdən  biridir.  Böyük  Qafqazın 

cənub-şərq  batımının  cənub-qərb  yamacında  yerləşən  Şamaxı 

Qobustan çökəkliyi mürəkkəb struktur-tektonik quruluşa malik 

olması  ilə  səciyyələnir.      Çökəklik  geomorfoloji,  tektonik,  

litoloji-stratiqrafik xüsusiyyətlərinə və həmçinin neftqazlılığına 

görə  Şamaxı,  Şimali  Qobustan,  Mərkəzi  Qobustan,  Cənub-

Qərbi  Qobustan,  Cənub-şərqi  Qobustan  və  Ələt  tektonik 

zonalarına  ayrılır.    Şimal  zonada  Astraxanka,  Kürdəmiç, 

Nabur,  Qaracüzlü  və  s.  palçıq  vulkanlarının  ayrı-ayrı  kiçik 

konusları  müşahidə  edilir  ki,  bunlar  da  morfoloji  cəhətdən 

cənuba doğru böyüyürlər. Mərkəzi zonada Şıxzəyirli, Şıxıqaya, 

Qırqışlak  və  s.  palçıq  vulkanlarının  konusları  qeyd  edilir  ki, 

bunlar da morfoloji cəhətdən cənuba doğru böyüyürlər.  Cənub 



56 

 

zonada Toraqay, Kənizədağ, Dəvəlidağ, Ütəlgi, Çapılmış və s.  



bu  kimi,  yüksəkliyi  150-250  m  arasında  dəyişən    palçıq 

vulkanları 

vardır. 

Cənubi 


Qobustanın 

cənub-qərb 

yarımzonasında  Nardaranaxtarma,  Zəgirdağ,  Ayazaxtarma, 

Çeyildağ,  bu  zonanın  cənub  sərhəddi  boyu  uzanan  Ələt 

tektonik  zonasında  Daşmərdan,  Solaxay,  Ayrantökən, 

Qoturdağ,  Qırdağ  palçıq  vulkanları  var.  Qeyd  etmək  lazımdır 

ki , baxmayaraq ki, şimal tektonik zona sıxılma gərginliklərinin 

intensiv  olduğu  məkanda  yerləşir,  burada  inkişaf  edən  palçıq 

vulkanlarının  konusları  ölçülərinə  görə  nisbətən  kiçikdir.  

Mərkəzi  tektonik  zonada  inkişaf  etmiş  palçıq  vulkanlarının 

konuslarının  morfologiyası  və  ölçüləri  şimal  zonadakı  palçıq 

vulkanlarına  nisbətən  böyuk,  cənub  zonada  yerləşən  palçıq 

vulkanlarının  konuslarının  morfoloji  quruluşu  və  ölçüləri    isə 

daha böyükdür, baxmayaraq ki bu zona sıxılma gərginliklərinin 

intensiv  olduğu  ərazidən  nisbətən  uzaqda  yerləşir.  Beləliklə, 

Şamaxı-Qobustan  çökəkliyinin  palçıq  vulkanları  şimaldan 

cənuba  doğru  morfoloji  cəhətdən  dəyişirlər  və  böyüyürlər.  Bu 

hal  palçıq  vulkanlarının  əmələ  gəlməsi  üçün  əsas  amillərdən 

olan  çökmə  qatın    litofasial  tərkibinin  və  süxurların  sərtlik 

dərəcəsinin  həmin  istiqamətdə  dəyişməsi  ilə  də  əlaqədardır. 

Yəni  bu  istiqamətdə  kəsilişin  gillilik  faizinin  48%-dən 

(Mezozoyda)  71%-ə  (MQ-da)  arması  iri  konuslu  palçıq 

vulkanlarının əmələ gəlməsində əsas rol oynamışdır.  

Litoloji  amil  və  uyğun  olaraq  neftli-qazlı  çöküntülərin 

kəsilişinin  müxtəlif  istilik  fiziki  xüsusiyyətləri  yerin  istilik 

xarakteristikasını  əks  etdirir.  Kəsilişin  çox  gilli  lay  dəstələri 

temperaturun  nisbətən  kəskin  artması  ilə  xarakterizə  olunur. 

Cənub Qobustan istiqamətdə temperaturun armasının başqa bir 

səbəbi də  kəsilişin gilliliyinin çox olmasıdır.  

Palçıq vulkanları Yer təkinin geotermik şəraitinə təsir edən 

əsas  amillərdən  biridir.  Azərbaycan  neft-qaz  yataqlarının 

geotermik  tədqiqinə  həsr  olunmuş    bir  çox  əsərlərdə  palçıq 

vulkanlarının  Yer  təkinin  geotermik  şəraitinə  olan  təsiri  qeyd 



57 

 

edilmişdir. Öyrənilmiş yataqların tədqiqi göstərir ki, geotermik 



pillələrin  anomal  yüksək  temperatur  zonası    bir  qayda  olaraq 

palçıq  vulkanları  ilə  mürəkkəbləşmiş  sahələrə  uyğun  gəlir. 

Palçıq  vulkanlarının  fəaliyyəti  uyğun  istilik  anomaliyalı 

sahələrə  səbəb  olur.  Şamaxı-Qobustan  çökəkliyində  müxtəlif 

dərinlik  intervalları  üçün  qurulmuş  geotermik  xəritələrdən 

görünür  ki,  temperatur  qiymətləri  şimal  zonadan  cənub,  yəni 

daha  böyük  konuslu    palçıq  vulkanlarının  olduğu    zonaya 

doğru  artır.  Temperaturun  artması  qazın  tərkibində  metanın 

miqdarının  armasına  tamamilə    uyğundur.  Belə  ki,  neft 

yataqları  neftqaz  və  kondensat  yaxud  qaz  yatağı  ilə  əvəz 

olunur.  

 

UZUN MÜDDƏT İŞLƏNİLMƏDƏ OLAN                    



PİRALLAHI YATAĞININ  

GEOLOJİ-MƏDƏN SƏCİYYƏSİ 

 

Magistr:                  

 

    Elmi rəhbər:  



Şabanova Şəlalə İlqar qızı             dos. L.Ə.Abdullayeva 

II kurs, qrup A1116 



 

Pirallahı  yatağı  Bakı  şəhərinin  mərkəzindən  60  km 

məsafədə yerləşir. Yatağın bir qismi Pirallahı adasına düşür, bir 

qismi  isə  Xəzər  dənizinin  nisbətən  dayaz  (15-m  qədər) 

hissəsində yerləşir. 

Stratiqrafik cəhətdən yatağın geoloji quruluşunda ümumi 

qalınlığı  1500  m.  çatan  orta  miosen-müasir  xəzər  yaşlı 

çöküntülər  iştirak  edir.  Şimal-Şimali  qərb  istiqamətdə  uzanan 

braxiantiklinalın  şimal  qırışığı  tektonik  qırılmalarla  3  bloka 

bölünmüşdür.   

İşlənilmənin  səmərəli  başa  çatdırılması  və  quyuların 

istismar müddətini uzatmaq məqsədilə onların vaxtından əvvəl 

sıradan  çıxmasına  təsir  edən  amillərin  kəmiyyət  və  keyfiyyət 

baxımından  tədqiq  edilməsi  mühüm  əhəmiyyət  kəsb  edir. 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə