Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə2/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   2   3   4   5   6   7   8   9   ...   151

 

mexanizmlərin tətbiqi, 



4.Karyerdə  işçilərin  əmək  məhsuldarlığının  yeraltı 

mədənlərdəkindən 3-7 dəfə yüksək olması və məhsulun maya 

dəyərinin 2-3 dəfə aşağı olması, 

5.Karyerin  inşasının  1.5-2  dəfə  yeraltı  mədənlərin 

tikilməsindən  tez  tikilməsi  və  karyerlərin  tikilmə  xərclərinin 

2-3 dəfə aşağı olması, 

6.Karyerin layihə gücünün 1-2 il ərzində əldə edilməsi

7.Yeraltı  mədən  qazmalarının  keçirilməsi  zamanı 

bağlayıb-bərkitmə materiallarına çəkilən xərclərin açıq üsulla 

çıxartmada olmaması və s. 

Açıq üsulla işləmənin çatışmayan cəhətləri bunlardır: 

1.İşin iqlim şəraitindən asılı olmaması, 

2.Açıq üsulla işlənmə zamanı ətraf mühitə böyük mənfi 

təsir  göstərilir;  hava  qatlı  toz,  qaz  və  s.  ilə  çirkləndirlir; 

karyer  və  açılış  süxurları  üçün  böyük  torpaq  sahələri  ayrılır; 

karyer  ərazisinə  yaxın  ərazilərdə  qrunt  sularının  səviyyəsi 

dəyişir. 

Qeyd  etmək  lazımdır  ki,  açıq  üsulun  çatışmayan 

cəhətlərini kəskin azaltmaq imkanı vardır. 

 

DAĞ-MƏDƏN SƏNAYESİNDƏ  QAZMA İŞLƏRİ 



ZAMANI ƏTRAF MÜHİTİN QORUNMASI 

 

Tələbə:                                                       Elmi rəhbər: 

Cəfərli Rüfət İntizam oğlu 

 

  dos.M.H.Əliyeva                           



IV kurs, 179.4 qrup 

 

 

Tədqiqat  işi  dağ-mədən  sənayesinin  ətraf  mühitə 

təsirinin  tədqiqinə  həsr  olunmuşdur.  Bu  işdə  faydalı 

qazıntıların  çıxarılan  ərazilərdə  təbii  mühit  davamlı  olaraq 

dəyişikliklərə  məruz  qalır  və  nəticədə  təbiətə  xeyli  ziyan 

vurulur,  istehsalat  sahələri  üçün  ayrılan  kənd  təsərrüfatı  üçün 

yararlı  torpaqlar  tutulur,  ərazidə  ekoloji,  geoekoloji  və 



 

geokimyəvi dəyişikliklər baş verir. Bəzən zərərli maddələrlə və 



kimyəvi  elementlərlə  torpaqlar,  su  hövzələri  çirklənir. 

Yuxarıda  deyilənləri  nəzərə  alsaq  dağ-mədən  işləri  aparılan 

sahələrdə ətraf mühitin qorunması, pozulmuş torpaqların bərpa 

olunması, səmərəli istifadəsi əsas məsələlərdəndir. 

 

Dünya  əhalisinin  sayının  artımı,  mineral  xammal 



ehtiyatlarından  istifadənin  durmadan  çoxalması,  sənaye 

sahələrində 

yeni 

texnologiyanın 



tətbiqi  və  istehsalın 

genişlənməsində  ətraf  mühitə  təzyiqin  artmasına  səbəb  olur. 

Son  illər  yataqların  açıq  üsulla  işlənməsi  ətraf  mühitə  ciddi 

təsir göstərən sahələrdəndir. Bu halda təbii sərvətlərdən istifadə 

etmək,  həm  də  ətraf  mühitin  qorunmasını  təmin  etmək  üçün 

mühafizə tədbirləri görülməsi əsas məsələlərdən biridir. 

Belə  tədbirlərə  tullantılardan  istifadə,  pozulmuş 

torpaqların  bərpası,  dağ-mədən  işlərindən  sonra  yaranan 

boşluqların  müxtəlif  məqsədlər  üçün  istifadə  olunmasını  aid 

etmək  olar.  Burada  rekultivasiya  işlərinin  aparılması  əsas 

məsələlərdəndir. 

Məqsədindən  asılı  olaraq  aşağıdakı  əsas  rekultivasiya 

istiqamətləri məlumdur. 

1.  Kənd  təsərrüfatı  istiqaməti  üzrə  pozulmuş  ərazidə 

əkin (səpin) aparmaq, bağ salmaq, çəmən və otlaq kimi istifadə 

etmək ;  

2.Meşə  təsərrüfatı  istiqaməti  üzrə:    məqsədyönlü  və 

istismar əhəmiyyətli meşəliklər salmaq;  



 3.Yaşıllaşdırma  və  səhiyyə-gigiyena  istiqaməti  üzrə: 

istirahət  zonası  yaratmaq,  park  yaşıllığı  salmaq,  ətraf  mühiti 

çirkləndirən 

tullantı 

layların 

konservasiyası 

və 

ya 


yaşıllaşdırılması;  

4. Müxtəlif təyinatlı su hövzələri yaratmaq;  

5. Pozulmuş ərazidə yaşayış və digər tikililər yaratmaq

6.Xammalların 

istifadəsinə  iqtisadi  və  ekoloji 

səmərənin  əldə  edilməsi  üçün  kompleksliliyin  optimal 

səviyyəyə  qaldırılması,  təbii  sərvətlərin  təkrar  istehsalının 



 

təmini və ətraf mühitin mühafizəsi



 7.Mədən sənayesi tullantılarının kəmiyyət və keyfiyyət 

baxımından pasportlaşdırılması; 

8.Polimetal  filizlərinin  tərkibindəki  zərərli  elementlərin 

ətraf  mühitə  yayılmasının  qarşısının  alınması.  İstehsal 

tullantılarını  zərərsizləşdirən  və  təkrar  emal  sexlərinin 

yaradılması  tədbirlərinin  həyata  keçirilməsi  dağ-mədən 

sənayesinin 

ətraf 


mühitə 

mənfi 


təsirini 

azaldacağı 

qənaitindəyik. 

 

DƏRİNLİK QIRILMALARI, ONLARIN ƏSAS 

XÜSUSİYYƏTLƏRİ VƏ ƏLAMƏTLƏRİ 

 

  Tələbə:                                               Elmi rəhbər: 

  İsmayılov İsmayıl Həsən o.               dos.Abbasov A.Q                     

  III kurs, qrup   

 

Dərinlik  qırılmaları  haqqında  ilk  mülahizə  hələ  1904-cü 



ildə  amerikan  geoloqu  U.Xobbe  tərəfindən  söylənilmişdir.  O, 

bu  qırılmaları  Yer  qabığında  və  onun  relyef  quruluşunda  əsas 

struktur elementi hesab edərək onları lineamentlər adlandırmış-

dır. Sonralar dərinlik qırılmaları haqqında elmi təsəvvür 1940-

cı  ildə  A.V.Peyve,  A.D.Arxangelski  və  b.  tərəfindən  inkişaf 

etdirilmişdir.  A.V.Peyve  göstərmişdir  ki,  dərinlik  qırılmaları 

uzun  inkişaf  dövrü  keçirirlər,  çöküntü  toplanmada,  struktur-

fasial zonallığın yaranmasında onlar həlledici rol oynayırlar.  

Dərinlik qırılmaları  yer qabığında böyük məsafələrdə iz-

lənilir, uzun sürən geoloji dövr ərzində inkişaf edir və yerləşmə 

istiqamətinin əksər hallarda tez-tez dəyişilməsi ilə səciyyələnir. 

Onların ən əsas struktur əlamətlərindən biri Yer üzərində ensiz 

zolaq şəklində böyük məsafələrdə uzanmasıdır.  

Dərinlik  qırılmalarının  müəyyən  edilməsində  geofiziki 

kəşfiyyat  üsulları  xüsusi  yer tutur.  Qırılmaların  varlığını təstiq 

edən əlamətlərdən biri qırılmaların dərinliklərindən asılı olaraq 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə