Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə3/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   2   3   4   5   6   7   8   9   ...   151

 

seysmik  sərhədlərin  və  ya  seysmik  dalğaların  sürətinin  dəyiş-



məsidir.  Dərinlik  qırılmalarının  öyrənilməsində  sedimentasiya 

nişanələrinin də əhəmiyyəti vardır. 

Yer  qabığının  üst  hissəsində  yayılmış  qırılmalar,  qırılma 

müstəvisi üzrə gedən nisbi hərəkətin istiqamətindən asılı olaraq 

bir  sıra  növlərə  ayrılır.  V.V.Belousova  dərinlik  qırılmalarını 

dərinlik  kəsimləri;  üfüqi  yerdəyişmə  tipli  dərinlik  qırılmaları; 

dərinlik üstəgəlmələri; fay tipli dərinlik qırılmaları; əks fay tipli 

dərinlik qırılmaları; dərinlik aralanmaları kimi növlərə ayırır. 

V.Y.Xain  dərinlik  qırılmalarını  nüfuz  etmə  dərinliyinə 

görə üç əsas tipə- həddindən çox böyük (400-700 km); orta də-

rinliyə (100-300 km) davam edən və qabıqaltı dərinlik qırılma-

larına ayırır.  

Litosfer tavalarının plitələrinin sərhəddində baş verən en-

dogen  geodinamik  proseslərlə,  yer  qabığının  dartılması  şərait-

ində  əmələ  gələn  qırılmalar  arasında  sıx  əlaqələr  vardır.  İlkin 

geotektonik  mərhələdə,  mütəhərrik  qurşaqlar  okean  tipli  yer 

qabığıda, yaxud qitə və okean qabığı arası zonada əmələ gəlir.  

Faydalı qazıntı yataqlarının, xüsusən də filiz yataqlarının 

Yer  qabığında  paylanması  dərinlik  qırılmaları  ilə  əlaqədar  ol-

duğu elmi məlumatlar əsasında sübut olunmuşdur. Filiz yataq-

larının axtarışında regional dərinlik qırılmaları ilə əlaqəli olan, 

hazırki dövrdə isə transform dərinlik qırılmaları boyu müxtəlif 

formalı  və  tərkibcə  bir-birindən  fərqlənən  maqmatik  kütlələr 

əsas axtarış amili sayılır. 

Sakit okean metallogenik qurşağında, San-Andreas trans-

form  dərinlik  qırılması  boyu  maqmatik  kütlələrlə  genetik  əla-

qəsi  olan,  unikal  ehtiyata  malik  olan  bir  çox  mis-porfir,  qızıl-

porfir,  polimetal  dəmir-manqan  filizi  yataqları  yerləşir.  Aralıq 

dənizi metallogenik qurşağında Palmir-Abşeron regional dərin-

lik  qırılması  boyu  kolliziya  maqmatizmi  ilə  genetik  əlaqəsi 

olan bir çox filiz yataqları yerləşir. Kiçik Qafqazın Azərbaycan 

hissəsində  isə  Ordubad-Dəlidağ-Gədəbəy  dərinlik  qırılması 

boyu bir-birindən həm forma, həm də tərkibcə fərqlənən Meri-



10 

 

Ordubad,  Dəlidağ,  Gədəbəy  və  Qaradağ  intruzivlərində  mis-



porfir,  qızıllı-mis-porfir,  mis-molibden-porfir,  qızıl,  polimetal, 

dəmir filizi yataqları yerləşir. 

Çökmə  süxurlarla  əlaqədar  olan  faydalı  qazıntı  yataqla-

rının,  o  cümlədən,  neft  və  qaz  yataqlarının  transform  dərinlik 

qırılmaları ilə sıx əlaqəsi vardır. 

 

MÜASİR  MƏDƏNÇİLİK  VƏ ONUN 



QARŞISINDA  DURAN  MƏSƏLƏLƏR 

 

Tələbə: 


 

 

 



Elmi rəhbər: 

Qasımov Elbrus Şahmirzə o. 

ass. M.Y.Ağaməmmədova 

IV kurs, qrup 179.4 

 

Yataqların  işlənməsində  iqtisadiyyatın  intensiv  inkişaf 



yoluna  keçirilməsi,  bütün  növ  ehtiyatlardan  istifadə  edilməsi, 

işlərin keyfiyyətinin artırılması, ətraf mühitin mühafizəsi və s. 

müasir mədənçinin qarşısında duran əsas məsələlərdəndir.  

Hazırda  mədənlərdə  əsas  texnoloji  proseslər  tam, 

köməkçi proseslər isə, yalnız qismən mexanikləşdirilmişlər.  

Elmi-texniki  tərəqqinin  əsas  istiqamətləri  özühərəkət-

edən  avadanlığın  və  vibrotexnikanın  geniş  tətbiqini,  kasıb  və 

mürəkkəb  yataqların  işlənməsi  üçün  texniki  vasitələrin  və 

texnologiyaların  yaradılmasını  və  geniş  tətbiqini,  köməkçi 

proseslərin  effektiv  mexanikləşdirilməsini  nəzərdə  tutmalıdır. 

Yaxın gələcək üçün qarşıda duran məsələlər aşağıdakılardır: 

1.  Əsas  proseslərin  məhsuldarlığının  artırılması  və 

əmək şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların mexanik-

ləşdirilməsinin təkmilləşdirilməsi və avtomatlaşdırılması. 

2. Köməkçi əməliyyatların və köməkçi proseslərin tam 

avtomatlaşdırılması. 

3.  İşlərin  təhlükəsizliyini  artırmaq  və  yüksək 

məhsuldarlıqlı  işlənmə  sistemlərinin  tətbiqini  genişləndirmək 

məqsədi ilə təmizləmə işlərində məsafədən və proqramla idarə 



11 

 

olunan avadanlığın tətbiqi. 



4. Robot texnikası sahəsində axtarış işlərinin aparılması 

adamlar  üçün  təhlükəli  olan  qazmalarda  maşınların  işinin 

mümkünlüyünü daha da genişləndirər. 

5. Təmizləmə işləri proseslərinin avtomatlaşdırılması və 

faydalı  qazıntının  nəqliyyatının  avtomatlaşdırılmasının  başa 

çatdırılması.  

6.  Texnoloji  proseslərin,  proseslərin  komplekslərini  və 

bütövlükdə  mədəni  idarə  etmək  üçün  avtomatlaşdırılmış  idarə 

sistemlərinin işlənib hazırlanması. 

Mexanikləşdirmənin  və  avtomatlaşdırmanın  təkmilləş-

dirilməsində 

məqsəd 


müəssisənin  işinin  effektivliyini, 

keyfiyyətini  və  blokların  işlənməsinin  intensivliyini  yüksəlt-

mək,  əmək  şəraitini  yaxşılaşdırmaq,  diblərdə  minimal  vaxtda 

minimal  sayda  fəhlə  saxlamaqdan  ibarətdir.  Komfort  iş 

şəraitinin  yaxşılaşdırılmasına  böyük  diqqət  yetirilir.  Belə  ki, 

güclü  özühərəkətedən  maşınlarda  kabinələr  qoyulur,  səsin 

səviyyəsi,  tozluluq,  titrəyiş  yükləri  azaldılır,  məsafədən  və 

proqramla idarəolunma tətbiq edilir. 

Çıxarılma  texnologiyasının  təkmilləşdirilməsində  robot 

texnikası sahəsində aparılan axtarış tədqiqatları maraq doğurur. 

Bu  işlərin  gələcəkdə  yekunu  fasiləsiz  avtomatik  hasilat  işləri 

üçün  xüsusi  proqramlarla  idarə  olunan  maşınlar  və  robotlar 

kompleksinin  yaradılması ola bilər. 

 

 



 

 

 



 

 

 



 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə