Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 76,22 Kb.

tarix24.04.2018
ölçüsü76,22 Kb.


AZƏRBAYCAN DÖVLƏT NEFT və SƏNAYE UNİVERSİTETİ 

 

 

 

                                                               «Təsdiq edirəm» 

                                                              ADNSU-nun  rektoru, professor 

                                                                        __________________  Mustafa  Babanlı 

                      

«

 05


»

   iyul          2016-cı    il  



 

 

“2513.01 - Dağ-mədən işi, geotexnologiyalar”  

ixtisası üzrə  doktoranturaya qəbul imtahanının  



  

P R O Q R A M I 

 

 

 

 

 

 

 

 

BAKI -  2016 

 

 


      Proqramı tərtib etdi:                         

“FQYGİ”   kafedrasının  dosenti                                             İbrahimov H.M. 



 

Redaktor: 

“FQYGİ”   kafedrasının müdiri                                               İsmayılov R.T. 

 

Rəy verənlər: 

Azərbaycan Kooperasiya Universitetinin doseni, t.e.n. C.İ.İsmayılov 

T.e.n., dosent C.İ.İsmayılovun imzasını tədiq edirəm: 

ELmi katib, dosent E.N.Kərimov 



                               

                                  



                                                                                 

                                                                                       

                                                                                       

 

 

 

    

 

 

 

 

 

 


Ümumi müddəalar 

 

Dağ-mədən  sənayesinin  respublika  iqtisadiyyatında  rolu.  Faydalı  qazıntı 



yataqlarının xarakteri, dağ-mədən sənayesinin xammal bazası, ölkənin əsas dağ-mədən 

istehsalı rayonları. Yerin təkinin və ətraf mühitin qorunması problemləri. 

 

Mineral xammaldan kompleks istifadə. Qara, əlvan, nəcib metal filizlərinin, tikinti 



materiallarının və digər faydalı qazıntıların işlənməsinin xüsusiyyətləri. Yataqların açıq 

və  yeraltı  işlənmə  üsulunun  seçilməsinin  əsas  dağ-mədən  işlərinin  texnoloji 

proseslərinin  kompleks  mexanikləşdirilməsinin  və  mədən  müəssisəsinin  idarə 

olunmasının əmək məhsuldarlığının yüksəldilməsində rolu. 

 

Əməyin mühafizəsi tədbirləri.  



1.

 

Dağ-mədən müəssisəsinin (karyerin, şaxtanın) miqyası və onun 

inkişafında ümumi məsələlər 

Yatağın  ehtiyatı,  onun  təyini  və  hesabatının  prinsipi,  yatım  şəraitinin 

mürəkkəbliyinə  və  kəşfiyyat  dərəcəsinə  görə  kateqoriyaları.  Ehtiyatların  kateqoriyalar 

üzrə  etibarlılığı.  Faydalı  qazıntıların  kondisiyasının  sənaye  minimumunun,  yan  (bort) 

tərkibinin  müəyyən  edilməsi  prinsipləri.  Filizin  hasilatı  zamanı  yaranan  itgilər  və 

kasıblaşmalar. Cıxarıla bilən ehtiyatlar. Karyer və şaxta sahəsinin çıxarılma ardıcıllığı. 

Karyer  sahəsinin  pillələrə  (horizontlara),  şaxta  sahəsinin  mərtəbələrə  bölünməsi. 

Mərtəbələrin çıxarılma ardıcıllığı. Mərtəbədə filizin çıxarılma istiqamətləri. Dağ-mədən 

müəssisəsinin  illik  məhsuldarlığının  təyini  üsulları.  Filiz  ehtiyatlarının  açılmış, 

hazırlanmış  və  çıxarılmaya  hazır  ehtiyatların  yerinə  yetirilməsinin  təqvim  planının 

tərtibi. Müəssisənin iş rejiminin seçilməsi. 

 

2.



 

Yatağın açılması və hazırlanması 

 

Faydalı  qazıntı  yataqlarının  açılması  və  işlənməyə  hazırlanması.  Əsas  açılış  və 



hazırlıq  qazmalarının  yerləşmə  prinsipi.  Dağ-geoloji  şəraitin  yatağın  açılmasına  və 

hazırlanmasına təsiri. Havadəyişmənin və yük axınlarının sxemi. Filizin çıxarılmasının 

yan  süxurlarının  yerdəyişməsinə  (sürüşməsinə)  təsiri.  Qoruyucu  və  mühafizəedici 

bütövlərin  saxlanma  qaydası  və  dağ  qazmalarının  təsir  zonasının  sərhədləndirilməsi. 

Süxurların gərginlikli vəziyyətinin açılış və hazırlıq sxemlərinə təsiri. 

Yataqların  şaxta  lüləsi  ilə  açılma  xüsusiyyətləri.  Özüyeriyən  avadanlıqlardan 

istifadə etdikdə açılış və hazırlıq işlərinin xüsusiyyətləri. Yataqların qrup kverşlaqlar və 

konsentrasiya  horizontları  ilə  açılması  və  hazırlanmasının  tətbiq  şəraiti,  üstünlükləri. 

Hazırlıq  qazmalarının  filiz  daxilində  və  boş  süxurlarla  keçilməsinin  üstünlükləri  və 

çatışmamazlıqları.  Mədənin  sənaye  meydançası.  Binaların  ,  qurğuların    və  yolların 

yerləşdirilmə  prinsipi.  Mədən  sahəsi  üçün  torpaq  sahəsinin  formalaşdırılması  və 

sərhədləri. Yatağın açılmasının və hazırlanmasının müxtəlif variantlarının riyazi-iqtisadi 




üsullarla  təyini.  Yatağın  açılmasının  birinci  mərhələsinin  dərinliyinin  seçilməsi. 

Dərinlikdə  yerləşən  yataqların  açılmasının,  filizin  yer  səthinə  qaldırılmasının,  dağ 

təzyiqinin  özəllikləri,  rahat  iş  şəraitinin  yaradılması.  Layların  hazırlanmasında  qəfil 

tullamaların, dağ zərbəsinin və faydalı qazıntının öz-özünə yanmasının xüsusiyyətləri. 

Dünya  miqyasında  yataqların  açılması  və  hazırlanmasında  əsas  məsələlərin 

həllinin müasir vəziyyəti. 

 

3.

 

Dağ qazmaları və onların keçilmə üsulları 

 

Açılış  və  hazırlıq  qazmalarının  forması,  en  kəsik  ölçüləri  və  konstruksiyası. 



Lüləyanı həyətdəki qazmalar. Dağ  qazmalarının en kəsik sahəsinin hesabatının prinsipi. 

Müxtəlif  formalı  qazmaların  ətrafında  yaranan  gərginlikli  vəziyyət.  Qazmaların 

bərkidilmə  üsulları.  Əhatə  edən  süxurlarla  bağların  qarşılıqlı  təsiri.  Kapital  qazmaların 

bərkidilmə  üsullarının  hesabatı.  Şaxta  lülələrinin,  kapital  horizontal  qazmaların  və 

kamera  qazmalarının  keçilməsinin  prinsipal  sxemi  və  keçilmənin  texniki-iqtisadi 

göstəriciləri.  Özüyeriyən  avadanlıqlarla  qazmaların  keçilməsinin  xüsusiyyətləri. 

Qazmaların  sürətlə  keçilməsi  üsulları.  Qazıma  və  yükləyici  maşınlarının 

konstruksiyaları  və  texniki  xarakteristikaları.  Kombaynla  qazmaların  keçilməsi. 

Yüksələn qazmaların keçilməsi. Geniş və dar diblərlə qazmaların keçilməsinin texnoloji 

sxemləri.  Qazmaların  keçilməsində  tətbiq  edilən  texnika  və  texnologiyaların  müasir 

inkişaf istiqamətləri.  

Karyerlərdə  açılış  və  kəsmə  xəndəklərin  keçilməsi.  Nəqliyyatlı  və  nəqliyyatsız 

keçilmə  üsulları.  Xəndəklərin  mailliyinin  və  parametrlərinin  təyini.  Xəndəklərin 

keçilməsi üçün avadanlıqların seçilməsi. 

 

4.

 

İşlənmə sistemləri 

 

Işlənmə  sistemlərinin  təsnifatı.  Sistemlərin  təsnifata  ayrılması  üçün  qəbul  edilən 

əsas meyar. Ayrı-ayrı sistemlərin konstruktiv xüsusiyyətləri, parametrləri,onların tətbiq 

şəraiti, üstünlükləri, çatışmamazlıqları, əsas göstəriciləri.  

Konkret  dağ-geoloji  şərait  üçün  tətbiq  ediləcək  işlənmə  sisteminin  seçilməsinin 

prinsipi.  Sistemlərin  seçilməsinin  mühəndisi  və  texniki-iqtisadi  müqayisə  metodu. 

Sistemin  əsas  parametrlərinin-blokun  uzunluğunun,  eninin,  mərtəbənin  hündürlüyünün 

və s. təyini. 

Faydalı  qazıntıların  geotexnoloji  üsullarla  işlənməsi,  metal  filizlərinin 

aşındırılması,  duzların  həll  edilməsi,  kükürdün  əridilməsi,  kömürün  qazlaşdırılması. 

Açıq  və  yeraltı  işlənmənin  birgə  aparılması.  Yataqların  təkrar  işlənməsinin 

xüsusiyyətləri. 

Açıq üsulla yataqların işlənməsində tətbiq olunan sistemlər. Işlənmə sistemlərinin 

təsnifatı.  Nəqliyyatlı  işlənmə  sistemləri,  nəqliyyatsız  işlənmə  sistemləri,  kombinasiyalı 




işlənmə  sistemləri.  Işlənmə  sistemlərinin  elementləri.  Işlənmə  sistemlərinin  texniki-

iqtisadi göstəriciləri. 

 

5.

 

Dağ təzyiqinin idarə olunması 

 

Dağ  təzyiqinin  idarə  olunmasının  mahiyyəti.  Dağ  təzyiqinin  düzgün    idarə 

olunmasının əhəmiyyəti. Dağ təzyiqi haqda əsas nəzəriyyələr. Bu nəzəriyyələrin elmi və 

təcrübi  əhəmiyyəti.  Dağ  təzyiqinin  ölcülməsinin  əsas  üsulu.  Müxtəlif  işlənmə 

sistemlərində  dağ  təzyiqinin  təzahürünün  xüsusiyyətləri:  başdan  başa  işlənmə 

sistemlərində, kamera sütun sistemlərində, qat uçulma sistemlərində. 

Filiz  yataqlarının  işlənməsində  saxlanılan  filiz  bütövlərinin  ölçülərinin  hesabatı. 

Dərindəki  yataqların  işlənməsində  yerinə  yetirilən  işlərin  planlaşdırılmasının 

xüsusiyyətləri. 

 

6.



 

Faydalı qazıntıların yeraltı və açıq üsulla çıxarılmasında yerinə yetirilən 

əsas istehsalat prosesləri 

 

Faydalı  qazıntıların  qoparılma  üsulları,  onların  tətbiq  şəraiti  və  məhsuldarlığını 

müəyyən  edən  amillər.  Texnologiyanın  əsasları,  lağımlarla,  quyularla,  minalarla, 

partlayışla  qoparma  ilə  parametrlərin  seçilməsi  və  hesabatı.  Qazıma  və  doldurma 

işlərinin  mexanikləşdirilməsi  üçün  mexanikləşdirmə  vasitələri.  Tətbiq  edilən  burğular, 

perforatorlar,  onları  saxlayan  qurğular,  özüyeriyən  qazıma  karetkaları,  şaroşkalı  və 

pnevmozərbə  qazıma  maşınları,  onların  konstruksiyası  və  texniki  xarakteristikası. 

Doldurma maşınlarının növləri, konstruksiyası və texniki xarakteristikası. 

Təkrar xırdalama üsulları və onların mexanikləşdirmə vasitələri. 

Faydalı 


qazıntını 

dibdən 


öz 

ağırlığı 

ilə, 

partlayışla, 



skreperlə, 

konveyerlə,mexaniki  yükləməklə  özüyeriyən  avadanlıqla  gətirmə,  konstruksiyası  və 

onların texniki xarakteristikası. Bacalardan yükləmə və vibroburaxılış qurğuları. Kəsmə 

və 


təmizləmə 

qazmalarının 

saxlanmasının 

əsasları, 

parametrləri, 

ayrıca 


mexanikləşdirilmiş    bağlarla,  ştanqlarla,  betonla,  çiləməbetonla  bərkidilməsi.  Işin 

texnologiyası, avadanlığın seçilmə prinsipi, hesabatı. 

Köməkçi  işlər  və  onların  mexanikləşdirmə  vasitələri:  material  və  avadanlıqların 

gətirilməsi, quraşdırma və sökmə işləri. 

Karyerlərdə  filizin  qoparılması  üsulları.  Qazıma  partlayış  işləri,  quyuların 

qazılması  üçün  dəzgahlar,  onların  növünün  seçilməsi,  məhsuldarlığı,  texniki 

göstəriciləri, tətbiq şəraiti. Qazıma-partlayış işlərininm keyfiyyətinin qiymətləndirilməsi. 

Işin təşkili və təhlükəsizliyi. Selektiv çıxarmada qazıma-partlayış işləri. 

Dağ süxurlarının çıxarılması və yüklənməsi üçün maşınlar, ekskavatorlar, növləri, 

tətbiq  şəraitləri,  konstruksiyaları,  texniki  göstəriciləri,  buldozerlər,  skreperlər 

göstəriciləri, məhsuldarlıqları. 

 



7.

 

Mədənlərdə havanın dəyişilməsi, qazsızlaşdırılması, toza və yanğına qarşı 

mübarizə 

 

Mədən havasının tərkibi, zərərli qarışıqlar, onların buraxıla bilən normaları. Təbii 

mədən  qazlarının  əmələ  gəlməsi,  tərkibi,  xüsusiyyəti,  faydalı  qazıntı  yataqlarının 

qazlılığı.  Texnoloji  qazların  ayrılma  mənbələri,  tərkibi.  Mədən  tozunun  fiziki-kimyəvi 

xüsusiyyətləri,  onların  zəhərliliyi  və  alışma  xüsusiyyəti.  Mədən  havasında  onun  təyin 

edilmə üsulları, hərəkət sürəti. Havanın qazmalarda hərəkət sürətinin normaları. Havanın 

hərəkətinin  əsas  qanunları,  dağ  qazmalarının  aerodinamik  müqaviməti,  təbii  və  süni 

havadəyişmə.  Qazmalar  üzrə  havanın  paylanması  və  nizamlanması.  Ventilyasiya 

qurğuları. Mədənə verilən havanın miqdarının hesablanması. Mədən havasının dəyişilmə 

üsulu və sxemi. 

Endogen  yanğınların  baş  verməsinin  fiziki-kimyəvi  şəraitləri,  faydalı  qazıntının 

öz-özünə  yanma,  mexanizmi.  Endoğen  yanğınların  qarşısının    alınması  və  yanğınla 

mübarizə tədbirləri. 

Yataqların  açıq  üsulla  işlənməsində  yerinə  yetirilən  texnoloji  proseslər  zamanı 

ətraf  mühitin  çirklənmə  mənbələri.  Karyerlərdə  atmosfer  havasının    tozla  çirklənmə 

mənbələri:  partlayış  quyularının  qazılması  zamanı,  kütləvi  partlayış  zamanı,  dağ- 

kütləsinin  çıxarılması  və  yüklənməsi  zamanı,  ağır  tonnajlı  avtomobillərin  karyer 

yollarında hərəkəti zamanı(küləkli havalarda,karyerlərdə tozluluğun artması baş verir ). 

Dağ-mədən işlərinin aparılması nəticəsində torpaqların korlanması. 

Karyerdə  yaranan  tullantıların  ətraf  mühitə  təsiri,  zərərli  (zəhərli)  tullantıların  

yaratdığı ekoloji problemlər, bu problemlərin həlli üçün görüləcək tədbirlər. Cirklənmiş 

torpaqların rekultivasiya məsələləri: texniki rekultivasiya, bioloji rekultivasiya. 

Karyerlərdə  yaranan  səsin,  vibrasiyanın,  elektromaqnit  dalğalarının  insanlara 

təsirini azaltmaq üçün görüləcək tədbirlər. 

 

 

 

 

 

 

 

 



ƏDƏBİYYAT  

1.

 



Ш.Н.  Мамедов.  Основы  выбора  подземной  разработки  рудных 

месторождений. Баку., Изд-во «Элм», 1962 г. 

2.

 

Ш.Н. Мамедов. Разработка рудных месторождений. Баку., Изд-во «Элм», 



1980 г. 

3.

 



М.И.  Агошков.  Разработка  месторождений  полезных  ископаемых.  М. 

Недра., 1986 г. 

4.

 

H.H.  Muxtarov.,  A.M.  Əzizov  və  b.  Yeraltı  mədən  işləri.  Bakı  “Nasir” 



nəşriyyatı. 2001  

5.

 



A.M. Əzizov, H.H. Muxtarov və b. Açıq mədən işləri. Bakı “Elm” nəşriyyatı. 

2003 


6.

 

R.T. İsmayılov. Açıq mədən işlərinin prosesləri. Bakı. “Turxan” NPB MMC, 



2015 

7.

 



A.M.  Əzizov.,  Z.C.  Əfəndiyeva.  Dağ  mədən  işlərinin  əsasları,  Bakı.  ADNA-

nın mətbəəsi. 2010 

8.

 

 A.M.  Əzizov,  H.H.  Muxtarov  və  b.  Süxurların  partlayışla  dağıdılması.  Bakı, 



“Nurlan” nəşriyyatı. 2007. 

 

 

          “FQYGİ”   kafedrasının müdiri                                               İsmayılov R.T. 

 

 

 

 

 

 

 

 

 

 

 

 



2513.01 – “Dağ-mədən işi, geotexnologiyalar” ixtisası üzrə  

doktoranturaya qəbul  

İMTAHANININ SUALLARI 

1.

 



Dağ-mədən işləri haqda ümumi məlumat 

2.

 



Faydalı qazıntı yataqları və onların işlənmə üsulları 

3.

 



Faydalı qazıntı yataqlarının açıq üsulla işlənməsi 

4.

 



Faydalı qazıntı yataqlarının geotexnoloji üsullarla  işlənməsi 

5.

 



Faydalı qazıntı yataqlarının açılması 

6.

 



Açıq üsulla işlənmədə yerinə yetirilən hazırlıq işləri 

7.

 



Karyerin parametrləri və elementləri 

8.

 



Açıq üsulla işlənmədə tətbiq edilən qazıma-partlayış işləri 

9.

 



Partladılmış filizin çıxarılması və yüklənməsi 

10.


 

Dağ kütləsinin daşınması üçün nəqliyyat vasitələri 

11.

 

Dəmir yolu nəqliyyat növü tətbiq şəraiti 



12.

 

Karyerlərdə avtomobil nəqliyyatı növü 



13.

 

Açıq üsulla işlənmədə istifadə edilən dağ-mədən maşınları 



14.

 

Açıq mədən işlərində tətbiq edilən işlənmə sistemləri 



15.

 

Yataqların açıq üsulla işlənməsinin ətraf mühitə təsiri 



16.

 

Faydalı qazıntı yataqlarının yeraltı üsulla işlənməsi 



17.

 

Yeraltı mədən qazmalarının keçilməsi və bağlanıb bərkidilməsi 



18.

 

Yeraltı üsulla yataqların açılma sxemləri 



19.

 

Yeraltı işlənmə sistemlərinin tətbiq şəraiti, təsnifatı 



20.

 

Çıxarılmış  sahənin  təbii üsullarla saxlanılması ilə işlənmə sistemləri 



21.

 

Çıxarılmış  sahənin bağlayıb bərkitməklə  işlənmə sistemləri 



22.

 

Çıxarılmış  sahənin doldurulması ilə işlənmə sistemləri 



23.

 

Çıxarılmış  sahənin uçurulması ilə işlənmə sistemləri 



24.

 

Yeraltı mədənlərdə filizin dibdən gətirilməsi, yer səthinə daşınması üçün 



avadanlıqlar 

25.


 

Yeraltı mədənlərdə filizlərin qoparılma texnologiyası 



 

 

 


Экзаменационные вопросы для поступления в докторантуру  

по специальности  

2513.01 - ГОРНОРУДНОЕ ДЕЛО, ГЕОТЕХНОЛОГИИ 

1.

 



Общие сведения о горнорудном деле 

2.

 



Месторождения полезных ископаемых и способы их разработки 

3.

 



Открытый способ разработки месторождений полезных ископаемых 

4.

 



Геотехнологические способы разработки месторождений полезных 

ископаемых 

5.

 

Вскрытие месторождений полезных ископаемых 



6.

 

Выполнение подготовительных работ при открытом способе разработки 



7.

 

Параметры и элементы карьеров 



8.

 

Буровзрывные работы, применяемые при открытом способе разработки 



9.

 

Способы отбойки руды на карьерах и подземных рудниках 



10.

 

Выемка и погрузка взорванных руд 



11.

 

Способы доставки, подъем руды на поверхность. Системы разработки с 



обрушением руды и вмещающих пород  

12.


 

Транспортные средства для перевозки горной массы 

13.

 

Условия применения железнодорожного транспорта 



14.

 

Автомобильный транспорт в карьерах 



15.

 

Горные машины, применяемые при открытой разработке месторождений 



16.

 

Системы разработки, применяемые при открытой разработке 



месторождений 

17.


 

Влияние открытого способа разработки месторождений на окружающую 

среду 

18.


 

Разработка месторождений полезных ископаемых подземных способом 

19.

 

Проведение и крепление подземных горных выработок 



20.

 

Системы вскрытия месторождений подземным способом 




21.

 

Условия применения систем подземной разработки, принципы 



построения  классификаций систем разработки 

22.


 

Системы разработки с поддержанием выработанного пространства 

естественным способом 

23.


 

Системы разработки с креплением выработанного пространства 

24.

 

Системы разработки с закладкой выработанного пространства 



25.

 

Системы разработки с обрушением вмещающих пород 



 

          “FQYGİ”   kafedrasının müdiri                                               İsmayılov R.T. 



 

 

 

 

 

 

 

 

 

 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə