Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 332,19 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix26.09.2017
ölçüsü332,19 Kb.
#1494
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 

T.Kompanella  və  başqalarının  baxışları.  İntibah  dövrü  ədəbiyyatında  (Dante, 



Petrarka, Bokkaço) fəlsəfi ideyaların əksi. 

 

M ö v z u:   5.     Yeni dövr fəlsəfəsi 



 

Yeni  dövr  fəlsəfəsi  burjua  fəlsəfi  təfəkkürünün  formalaşmasıdır.  Dinin, 

ehkamçılığın, orta əsrlər sxolastikasının tənqidi.  

XVII-XVIII  əsrlər  ingilis  fəlsəfəsi  –  F.Bekon,  T.Hobbs,  C.Lokk,  C.Berkli, 

D.Yum. 

Yeni  dövr  fransız  (R.Dekart,  B.Qassendi,  D.Didro,  J.Lametri,  P.Holbax, 



H.Helvetsi) maarifçilik fəlsəfəsi.  

B.Spinoza – dövrün böyük holland filosofudur. 

Q. Leybnits – yeni dövrün görkəmli alman filosofudur.  

Klassik  alman  fəlsəfəsinin  xarakterik  xüsusiyyətləri.  Bu  fəlsəfənin  yarandığı 

tarixi  şərait  və  sosial  kökləri.  İ.Kant  –  klassik  alman  idealist  fəlsəfəsinin  banisidir. 

Kantın idrak nəzəriyyəsi. Dərk edən subyektin spesifikliyi biliyin və idrakın başlıca 

amilidir. Subyektiv empirik və transendental səviyyələri. Kant öz fəlsəfəsinin iki əsas 

istiqamətləri və iki əsas mənbələri haqqında Kantın antropologiyası. Etik  və estetik 

baxışları. 

Fixtenin  fəlsəfi  təlimində  bütün  gerçəkliyin  iki  növ  reallıqdan  ibarət  olması 

problemi. Şelinqin fəlsəfəsində  idealist dialektika.  

Hegel  obyektiv  idealist  filosofdur.  Onun  idealist  sistemi  və  dialektik  metodu. 

Mütləq  ideya  anlayışı.  Dialektikanın  qanun  və  kateqoriyalarının  Hegel  tərəfindən 

sistemləşdirilməsi.  Triada  pirnsipi.  Hegelin  təlimində  əxlaq,  ailə,  dövlət  məsələləri. 

Onun estetik baxışları. Din və dinin müxtəlif formalarının Hegel tərəfindən təhlili.  

 Feyerbaxın  antropoloji  fəlsəfəsi.  Feyerbaxın  varlıq  və  insan,  idrak  haqqında 

təlimi.  Filosofun  cəmiyyətə  baxışı.  Onun  etikası.  İnsanların  qarşılıqlı  məhəbbətinə 

əsaslanan yeni dinin yaradılmasının zəruriliyi haqqında fikirləri. 

Rus  inqilabçı-demokratlarının  fəlsəfəsi.  Utopik  kəndli  sosializmi  ideyası. 

İnqilabi  demokratizm  və  utopik  sosializm  ideyalarının  vəhdəti.  İnqilabçı-

demokratların materialist fəlsəfəsi. Onların fəlsəfəsinin təbii-elmi biliklərlə bağlılığı. 

Belinski, 

Gertsen, 

Çernışevski, 

Dobrolyubovun 

maarifçilik 

ideyalarının 

xüsusiyyətləri. 

 

 Marksizm  fəlsəfəsi  –  fəlsəfə  tarixinin  inkişafında  yeni  bir  mərhələdir. 



Marksizmin  yaranmasının  tarixi  şəraiti  və  təbii-elmi,  elmi-nəzəri  mənbələri. 

Fəlsəfənin vəzifəsi – «dünyanın dəyişməsinə xidmət etməkdir» – müddəası. Marks və 

Engelsin  dünyagörüşünün  formalaşmasında  klassik  alman  fəlsəfəsinin  rolu. 

Marksizmin  kommunizm  təliminin  özünü  doğrultmaması.  Fəlsəfi    fikir  tarixində 

marksizmin  tutuduğu  yerə  münasibətin  müxtəlifliyi.    Marksizm  fəlsəfəsində  Lenin 

mərhələsi. Marks, Engels və Leninin fəlsəfə tarixinin inkişafında yeri və rolu. 



 

 

 

 

 


 

 

M ö v z u   6.    Qədim Azərbaycanda fəlsəfə 



 

Azərbaycan qədim ibadətgah məskənidir.   Qədim Azərbaycanda dini –idealist 

fəlsəfənin meydana gəldiyi tarixi şərait.  

Zərdüştlük – ilk  monoteist  dinlərdən biridir.  Zərdüşt təliminin əsas prinsipi – 

xeyir və şər başlanğıclarının mübarizəsidir.  Zərdütün əkinçi əməyi, oturaq maldarlıq 

və  güclü  hakimiyyət  ideyası.  «Doğru  fikir»,  «Doğru  söz»,  «Doğru  əməl»  amilləri. 

Zərdüştlükdə tarixin inkişaf xəttinin proses kimi qəbul edilməsi. Cənnət və cəhənnəm 

haqqında baxışlar. Oda pərəstiş.  

«Avesta»  kitabı  –  zərdüştlüyün  müqəddəs  kanonudur.  «Avesta»nın  strukturu 

və əsas müddəaları – «Avesta» dakı dualizm. Xeyir və ədalətin şər üzərində qələbəsi 

– «Avesta» nın ana xəttidir. Müasir dünyada zərdüştlük.  

Manilik  və  onun  dualist  xarakteri.  İşıq  və  qaranlığın  mübarizəsi  ideyası. 

Manilikdəki  asketizm.  Manilikdə  axirət  dünyası  ideyası.  «Üç  zaman»  sistemində 

inkişaf.  

 

Məzdəkilik və onun manilikdən fərqli cəhətləri. Məzdək sosial bərabərsizliyin 



kökləri  və  məhv  edilməsi  yolları  haqqında.  İşığın  zülmət  üzərində  qələbəsini  təmin 

etmək ideyası. Məzdəkilikdə utopik sosialzm ünsürləri.  

 

M ö v z u 7.     Orta əsrlər Azərbaycan fəlsəfəsi 

 

Azərbaycanda  islam    dinin  yayılması  mühüm  tarixi hadisədir.  «Quran»  islam 

dinin müqəddəs kitabı, orta əsrlərin ən böyük mədəniyyət abidəsidir. «Kitabi – Dədə 

Qorqud» Azərbaycanın qəhrəmanlıq epopeyasıdır.  

«Saflıq  qardaşları»  nın  fəlsəfəsi.  Onların  varlıq  təlimi,  idrak  nəzəriyyəsi  və 

sosial baxışları.  

Ə.Bəhmənyarın  fəlsəfəyə,  məntiqə,  metafizikaya  və  təbiətşünaslığa  dair 

traktatları  və bu traktatlardan  fəlsəfənin nəzəri məsələlərinin tədqiqi. Bəhmənyarın 

varlıq  təlimi.  Onun  kosmologiyası.  Bəhmənyarın  idrak  nəzəriyyəsi.  Bəhmənyarın 

məntiqi və etik baxışları.  

 

Eynəlquzat  Miyanəçi  dövrünün  panteist  filosofudur.    Onun  varlıq  haqqında 



təlimi  və  bu  təlimin  idrak  nəzəriyyəsi  ilə  bağlılığı.  Filosofun  fəlsəfəsində 

dialektikanın rüşeymləri. 

 

Şihabəddin  Sührəvərdi  işraqilik  fəlsəfəsinin  banisidir.  Varlıq  təlimi. 



Sührəvərdinin  fəlsəfəsində  emansipasiya  nəzəriyyəsi.  Psixika  məsələləri  və  idrak 

nəzəriyyəsi. Sührəvərdinin  ictimai-siyasi baxışları. 

Siracəddin Urməvinin varlıq təlimi. Onun fəlsəfəsində materiya, forma cisim, 

məkan,  zaman,  kəmiyyət  və  keyfiyyət  kateqoriyalarının  izahı.  Məntiq  təlimi. 

Urməvinin ictimai-siyasi baxışları. 

N.Tusi  –  böyük  ensiklopedik  alim,  görkəmli  filosofdur.  Tusinin  ədəbiyyat, 

onun  predmeti  və  cəmiyyətdə  yeri  haqqında  baxışları.  Tusinin  fəlsəfi  sistemində 

varlıq təlimi. Təbiətşünaslıq məsələləri. Tusinin fəlsəfəsində şüur problemi. Tusinin 

məntiqi.  «Əxlaqi-Nasiri»  əsərində  etik-əxlaqi  məsələlərin  tədqiqi.    Tusinin  ictimai-

siyasi baxışları. 




Yüklə 332,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə