Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 332,19 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix26.09.2017
ölçüsü332,19 Kb.
#1494
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 

Məhsuldar  qüvvələr  və  istehsal  münasibətlərinin  dialektikası.  Məhsuldar 



qüvvələr və istehsal münasibətləri arasında ziddiyyətlər ictimai inkişafın mənbəyi və 

hərəkətverici  qüvvəsidir,  ictimai  inqilabın  iqtisadi  əsasıdır.  Cəmiyyət  və  ictimai 

münasibətlər. Maddi və ideoloji münasibətlər.  

Bazis və üstqurum. Üstqurumun bazisə fəal təsiri. Bazisin müəyyənedici rolu, 

üstqurumun nisbi müstəqilliyi. İnsanların sosial-tarixi birlik formaları: qəbilə, tayfa, 

xalq,  millət.  Qəbilə  və  tayfa  insanların  sürü  halından  sonrakı  ilk  birlik  formalarıdır. 

Xalq anlayışı, onun xarakteri, etnik və sosial-fəlsəfi mənası. Xalqın tarixin yaradıcısı 

olmasını şərtləndirən amillər. Xalq maddi nemətlərin yaradıcısıdır.  

Tarix  xalqın  öz  məqsədini  həyata  keçirmək  ffəaliyyətidir.  Sosial  tələbatlar  və 

mənafelər  ictimai  inkişafın  əsas  mənbələridir.  Təbii-bioloji  və  sosial  tələbatlar. 

Mənafelər  fəaliyyətə  sövqedici  güclü  motivlərdir.  Mənafelərin  təsnifatı:  şəxsi 

mənafelər,    qrup  mənafeləri  və  ictimai  mənafelər.  Tarixi  hadisələr  və  proseslərdə 

xalqın rolu. Xalq mənəvi mədəniyyətin, elmin və incəsənətin yaradıcısıdır.  Xalq və 

kütlə. Kütlə psixologiyası, onun kortəbiiliyi. Xalq və görkəmli şəxsiyyətlər.  

Millətin mahiyyəti və səciyyəvi əlamətləri. Azərbaycanın mili müstəqilliyi və 

xalqın tarixi müqəddəratında onun rolu. Milli keçmişimizə və milli ənənələrə hörmət 

inkişafın əsas şərtidir. Azərbaycan xalqının mili mənlik şüuru və onun inkişafı. Milli 

mənlik və millətçilik.  Müasir dünyada gedən mili proseslər.  



 

M ö v z u 14.   Cəmiyyətin sosial və siyasi həyatı 

 

Cəmiyyətin  sosial  strukturu.  Sinif,  sosial  qrup  və  sosial  təbəqə  anlayışları. 

Siniflərin yaranması haqqında müxtəlif baxışlar.  Müasir dövrdə sosial struktda olan 

dəyişikliklər:  sosial  təbəqələşmənin  dərinləşməsi,  fermerlər,  kooperatorlar, 

biznesmenlər,  sahibkarlar  və  başqa  qrupların  yaranması.  Ziyalılar  və  qulluqçuların 

sosial  həyatında  yeniliklər.  Sosial  strukturda  sosial-ərazi  birliklərinin  rolu.  Müasir 

urbanizasiya prosesləri, cəmiyyətin sosial-ərazi strukturunda dəyişikliklər.  

Cəmiyyətin  sosial  strukturunda  ailənin  yeri.  Ailə  cəmiyyətin  və  sosial 

strukturun  təkrar  istehsalının  mənbəyidir.  Ailənin  tarixi  inkişafı.  Müasir  cəmiyyətdə  

ailənin funksiyaları. Ailə, nigah və sevgi münasibətləri. 

Müasir  cəmiyyətin  siyasi  strukturu.  Cəmiyyətin  siyasi  təşkili.  Fəlsəfə  siyasi 

həyatın  dərk  olunması  metodologiyasıdır.  Siyasi  sistemdə  dövlətin  yeri  və  rolu. 

Dövlətin mənşəyi haqqında müxtəlif nəzəriyyələr. Dövlətin tarixi tipləri, əlamətləri, 

funksiyaları və idarəetmə formaları.  

Siyasi rejim anlayışı. Totalitar, avtoritar, liberal və demokraptik siyasi rejimlər. 

Demokratik  cəmiyyətin  siyasi  quruluşu.  Müasir  Azərbaycan  cəmiyyətində 

demokratikləşmənin inkişafı.  

Hüquq  anlayışı.  Hüquq  və  sosial  ədalət  prinsipi.  Vətəndaşların  hüquqları, 

vəzifələri və məsuliyyəti.  Hüquqi dövlət, demokratizm, qanunun aliliyi və şəxsiyyət 

azadlığı dövlətin əsasıdır. Müasir Azərbaycan və hüquqi dövlət quruculuğu.  

Siyasi hakimiyyət anlayışı. Hakimiyyətin bölünməsi ideyası. Qanunverici, icra 

və  məhkəmə  hakimiyyəti,  partiyalar,  ictimai-siyasi  hərəkatlar  və  təşkilatlar,  onların 

demokratikləşmə  prosesində  iştirakı.  Siyasi  aksiologiya.  Siyasi  fəaliyyətdə  mənəvi 



 

 

əxlaqi  və  ümumbəşəri  normalara  riayət  etməyin  zəruriliyi.    Müasir  Azərbaycan 



cəmiyyətində siyasi sistemin təkmilləşməsinin əsas istiqamətləri. 

İctimai-iqtisadi  formasiya  anlayışı.  İctimai-iqtisadi  formasiyalar  haqqında 

müxtəlif  baxışlar.  İctimai-iqtisadi  formasiyayanın  strukturu.  İctimai-iqtisadi 

formasiyaların tipləri: ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm və kommunizm 

ictimai-iqtisadi formasiyaları. 

İctimai  tərəqqi  anlayışı  cəmiyyətin  inkişaf  istiqamətlərinin  fəlsəfi  fikirdə 

müxtəlif izahı.  İctimai tərəqqinin obyektiv meyarı və tipləri. Bəşər tarixinin mənası 

və  istiqamətinə  dair  müasir  konsepsiyalar:  kulturoloji  yanaşma,  ekzistensial  baxış, 

antitarixilik. 

Sosial  həyatın  ayrı-ayrı  tərəflərində  inkişafın  qeyri-bərabərliyi  və  tərəqqinin 

ümumi  meyarını  müəyyənləşdirməyin  çətinliyi.  Azadlıq  ictimai  tərəqqinin  ümumi 

meyarı  və  məhsuludur.  Dünya  tarixi  prosesinin  vəhdəti  və  rəngarəngliyi.  Müasir 

dövrdə  ictimai  tərəqqidə  ümumbəşəri  inteqrativ  keyfiyyətlərin  artması  meyli.  Elmi-

texniki, ictimai və mənəvi tərəqqi arasında qarşılıqlı əlaqə.  

 

 

M ö v z u  15.  Cəmiyyətin iqtisadi həyatının fəlsəfi problemləri 



 

      Cəmiyyətin  iqtisadi  həyatının  əsas  təzahürləri.  Fəlsəfi  iqtisadi  təfəkkür  tərzi. 

İqtisadiyyat  və  iqtisadi  münasibətlərin  əsasında  dayanan  insan  tələbatı.    İnsanın 

təsərrüfat  həyatı  və  siyasi  iqtisad.  İqtisadiyyat  və  siyasətin  əlaqəsi.  İqtisadi  fəlsəfə 

sosial  fəlsəfənin  tərkib  hissəsidir.  A.Smit  siyasi  iqtisadiın  banisidir.  K.Marksın 

iqtisadi təlimi. İstehsal və istehlak, insanlar arasındakı mübadilə münasibətləri.  

 

Cəmiyyətin  həyatında  istehsal  üsulunun  rolu.  Cəmiyyətin  inkişafı  və  onun 



iqtisadi həyatı. İctimai istehsal, ictimai tələbat, iqtisadi tələbat.  İstehsal üsulunun iki 

tərəfi: məhsuldar qüvvələr və istehsal münasibətləri. 

 

Obyektiv  iqtisadi  qanunlar.  Əmək  və  cəmiyyət  həyatı,  əqli  və  fiziki  əmək. 



Obyektiv  iqtisadi  qanunların  təbiəti.  Mülkiyyət  münasibətlərinin  yenidən  quluması. 

Yeni texnoloji istehsal üsuluna keçid. 

 

İqtisadi  münasibətlər  və  iqtisadi  maraqlar.  Texnika  anlayışı.  Texnikanın 



məqsədi və funksiyaları. İnsan fəlsəfəsi və texnikanın fəlsəfəsi. Cəmiyyətin iqtisadi 

və hüquqi problemləri.  

Cəmiyyətin  iqtisadi  həyatının  obyektiv  və  subyektiv  tərəflərinin  qarşılıqlı 

fəaliyyəti. Cəmiyyət tarixində idarəçilik mexanizmi. İdarəetmənin tətbiqi: təsərrüfat, 

ictimai-siyasi və  sosial-psixoloji.  İqtisadi informasiyaların  vertikal  və  üfiqi  hərəkəti. 

Cəmiyyətin  iqtisadi  həyatının  subyektiv  tərəfi.  İqtisadi  şüur.  İqtisadiyyatın  idarə 

olunmasında dövlət siyasəti. 

 

M ö v z u  16.  Şüurun ideal varlığı 



 

Şüur, onun mənşəyi və mahiyyəti. Şüurun ictimai təbiəti. Şüurun yaranmasının 

ilkin bioloji şərtləri. Şüurun mənbələri. Fəlsəfədə şüur probleminin qoyuluşu və onun 

həllinin  çətinlikləri.  Fəlsəfə  şüuru  öyrənən  digər  elmlər.  Şüurun  materiya  ilə 

münasibətinin tarixi, qnoseoloji, ontoloji və praksioloji aspektləri.  



Yüklə 332,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə