Azərbaycan Dövlət Pedaqoji Universiteti Fakültə: İbtidai təhsil İxtisas: İbtidai sinif Müəllimliyi Kurs: 3 Qrup: 2008 Tələbə



Yüklə 58,5 Kb.
səhifə1/5
tarix11.05.2023
ölçüsü58,5 Kb.
#109722
  1   2   3   4   5
Səttar Bəhlulzadə


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Fakültə: İbtidai təhsil
İxtisas: İbtidai sinif Müəllimliyi
Kurs: 3
Qrup: 2008
Tələbə: Yusibzadə Cəmilə
Fənn: Təsviri sənət və onun tədrisi metodikası
Mövzu: Səttar bəhlulzadənin həyat və yaradıcılığı.
Məişət əşyalarından ibarət Natürmortun mərhələlərlə işlənmə prossesi
Müəllim: dos.Rəfail Cəfərov


Bakı- 20203

Səttar Bəhlulzadənin Həyat və yaradıcıllığı
Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində çörəyi torpaqdan çıxan Bəhlul kişinin ailəsində dünyaya göz açmışdı. Ata iki qız övladının ardınca ona sonsuz sevinc bəxş edən ilk oğlan uşağının ona tezliklə ev-eşik işlərində dəstək olacağına çox ümidliydi. Lakin bu oğul payı Bəhlul kişinin istəyinin əksinə olaraq çörək pulunu torpaqdan, əkib-becərməkdən yox, torpağa sonsuz sevgidən çıxaran oldu. Sonda da təkcə ata-anaya, qohum-əqrəbaya yox, bütün millətə qürurverici övlad oldu, sənətinin qüdrəti ilə başqa xalqlara da doğmalaşdı.
Ən böyük qazancı da yəqin ki, bir vaxtlar saç-saqqalını ağartdığı atasının üzünü ağartması, xalqına başucalığı bəxş etməsi oldu. Doğma Azərbaycanı başdan-başa böyük məhəbbətlə dolaşıb onun təbiətinə, sayagəlməz nemətlərinə vurğunluğunu bənzərsiz bir bədii biçimdə dünyaya göstərdi.
"Ömür qatarı«ndan „ölüm qatarı“na minəndə də dünyanı öz boyaları, öz cizgiləri, bənzərsiz və əlçatmaz „Səttar görümü“ ilə tərk etdi, ecazkar rənglərində „əriyib“ əbədiyyətə qovuşdu, adını sənət tarixinə yazdı. Rəssamlıq tarixində isə oxşarı olmayan „Sənətin Məcnunu“ ayamasını qazandı.Məcnunluğu müəyyən səbəblərdən özünə həm də kədərə bələnmiş sevinc gətirsə də, başqalarına „Səttar dünyası“ adlı qeyri-adi, nəhayətsiz bir gözəllik qaynağı bağışladı.
Səttar Bəhlulzadə 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub.
1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q.M. Şaqalın tələbəsi olub. Yaradıcılığa “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb.
1931–1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib.
Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur.
Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında, eləcə də Moskva və s. Şəhərlərin muzeylərində saxlanılır.
Səttar Bəhlulzadə çox məhsuldar işləyən sənətkarlarımızdandır. Onun rəngkarlıq və qrafik irsini saya gətirmək sadəcə mümkünsüzdü. Dövlət statuslu muzeylərdə yüz əlliyə yaxın rəngkarliq, otuza qədər qrafik işi vardır. Son araşdırmalar nəticəsində onun 600-a qədər müxtəlif ölçülü tablo, 200-ə qədər qrafika nümunəsi yaratdığını müəyyən etmək mümkün olmuşdur.
Onların da çoxunun saxlandığı dəqiq ünvan məlum deyil. Bu vaxta qədər izinə düşülməyən əsərlər də çoxdur.
Nəzərə alsaq ki, Səttar çox əliaçıq idi və əsərlərini də təmənnasız olaraq ürəyinə yatan insanlara ərməğan verərdi, onda bu naməlum ünvanların sayagəlməz olduğnu söyləmək olar. Onun əsərlərinə müxtəlif yollarla sahib olanların bir qismi çox qəribə olsa da onlarda S.Bəhlulzadənin tablosunun olduğunu inkar edirlər.
Moskvadan qayıtdıqdan sonra Bəhlulzadənin yaradıcılığında tarixi mövzülar və tarixi şəxsiyyətlərin təsviri (“Babək üsyanı”, “Fətəli xan”, “Xəttat Mir Əli” və s. əsas yer tutmuşdu.
Onun yaradıcılıq üslubu impressionizm olub. Rəssamın özünəməxsus qeyri-adi yaradıcılıq xüsusiyyəti vardı. Rəssamlıq məktəbində S.Bəhlulzadə yaradıcılığı ilə yeni səhifə, yeni üslub açılmışdı. Səttar yaradıcılığında əsasən peyzaj, mənzərə, natürmort janrları üstünlük təşkil edir.
Müharibədən sonrakı illərdə Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaratmışdır.
Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənmiş, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlamışdır. 1946–1947-ci illərdə Respublika bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri (“Buzovna neft mədənləri”, “Əmircan” və s.) nümayiş etdirilmişdir.
“Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir”. Bu Səttar Bəhlulzadənin yaradıcılığını səciyyələndirən və doğma Azərbaycan torpağına sevgisini əks etdirən öz sözləridir.
Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Əbədi məşəllər”, “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı” , “Əfsanəvi torpaq”, “Şahnabat”, “Naxçıvan”, “Axşamçağı Ordubad bağlarında”, “Vətənimin baharı”, “Bakıda atəşfəşanlıq”, “Qudyalçay vadisi”, “Qızılbənövşəyə gedən yol”, “Suraxanı atəşgahı”,”Əmircan”, “Neft daşları”, “Şamaxı üzümlükləri” və s. əsərləri əsas yer tutur.
Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir.

Xəzər Gözəli”- Əsərdə material olaraq kətandan, texnika olaraq yağlı boyadan istifadə olunub. Ölçüsü 134x200 sm nisbətindədir. Tablo romantik əhval ruhiyyədə işlənib. Rəssamın Xəzər obrazı lirik və romantik təəssürat bağışlayır. Azərbaycan təsviri sənətininin uzunmüddətli inkişafı ərzində Xəzər Səttar Bəhlulzadənin və digər rəssamların ilham mənbəyi olub. Səttarın vətənə olan sevgisi bu obrazın yaranma səbəbidir. Xəzərin emosionallığı, ekspressivliyi, dalğaların dramatik olması tabloda öz əksini tapıb. Əsərdə Səttarın manerasının ifadəliliyi, emosionallığı özünü aydın şəkildə büruzə vermişdi.


Ümumittifaq sərgisində əsəri görən Qazaxıstan Mədəniyyət Nazirliyinin əməkdaşları müəllifin ardınca Bakıya gəliblər. Onlar rəssamla görüşdükdən sonra həmin əsəri Qazaxıstan Dövlət Rəsm Qalereyası üçün almaq istədiklərini deyiblər. Səttar isə artıq əsərin Azərbaycan Dövlət İncəsənət Muzeyi üçün alındığını söyləyib. Qazaxıstanlılar əsərin geri alınmasının mümkünlüyünü dilə gətirməklə ona 25 min rubl verməyə hazır olduqlarını bildiriblər. Yenə də razılıq ala bilməyəndə rəssamdan heç olmasa ona əsər üçün verilən qonorarın miqdarını söyləməyi xahiş ediblər.
Səttarın “600 rubl” deməsi qonaqları xeyli təəccübləndirib. Ən sonda onlar heç olmazsa bu əsəri rəssamdan təkrar etməyi xahiş ediblər. Rəssamsa “Təkrarçılıqla məşğul olmuram” cavabını verib. Əsərə bu məbləğin verilməsi rəsmi dairələrin o vaxtlar Səttar Bəhlulzadəyə qarşı apardıqları mənəvi təzyiqlərin sınanılmış forması idi. Səttar Bəhlulzadənin bu möhtəşəm kompozisiyalı əsəri hazırda Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində qorunub saxlanılır.
Altmışıncı illərdə rəssamın – Göygöldə olması ona çox qısa müddətdə bir-birindən maraqlı əsərlər yaratmağa imkan verib. Onların arasında 1965-ci ildə yaradılan “Kəpəzin göz yaşları” əsəri bədii həllinə və məna-məzmun tutumuna görə başqalarından fərqlənir. Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş olunan mənzərənin maraqlı yaranma tarixçəsi var...

1962-ci ildə sənət dostları Tahir Salahov və Toğrul Nərimanbəyovla Qazaxdan Bakıya qayıdan rəssam Göygölə - onun tacı sayılan möhtəşəm Kəpəz dağına baş çəkmədən şəhərə getməyi özünə bağışlaya bilməyəcəyini söyləyir. Bakıya tələsən dostlarını yola gətirdikdən sonra birlikdə Göygölə tərəf qalxırlar...



Payızın sonları idi. Həmin gün sanki təbiət Səttarın etibarına qarşı çıxmışdı. Bir göz qırpımında buraların ab-havası dəyişmiş, Kəpəzin zirvəsini qatı duman bürümüşdü. Bu dumanın, çənin içərisində az-çox meşəni, bir az da suyu görmək mümkün idi. Səttarın çöhrəsi bulud kimi tutulur, yediyini-içdiyini bilmir. Elə siqareti siqaretə calayır. İki ayağını bir başmağa dirəyir ki, Kəpəzi görmədən Bakıya gedən deyiləm. Onun xasiyyətini yaxşı bilən Toğrul da, Tahir də “təslim” olub, hadisənin gedişini izləməyə üstünlük verirlər.
Yalnız... iki gündən sonra, sübh çağı Səttarın təşvişi və həyəcan dolu səsi otağın sakitliyini pozur: “Kəpəz! Kəpəz!” Doğrudan da, bulud tamam çəkilmiş, Kəpəz bütün gözəlliyi ilə göz önündə durmuşdu. Dağın döşü boyunca yayılmış meşənin qızılı rəngi gölün ayna sularında əks olunurdu. Sözlə ifadə olunmayan cazibədar bir mənzərə yaranmışdı. Səttarın üzü gülürdü.Bakıya qayıtdıqdan sonra rəssam gördükləri və çəkdiyi etüd əsasında “Kəpəzin göz yaşları” əsərini yaradır. Bu mənzərə, əslində, rəssamın müşahidəsi ilə heyrətinin fəlsəfi qayəyə köklənmiş nəticəsi idi...
Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.
Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat etmişdir. Əmircan kəndində dəfn olunmuş, qəbri üstündə ona abidə ucaldılmışdır.


Yüklə 58,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə