Azərbaycan döVLƏt pedaqoji universiteti Kİmya və Bİologiya faküLTƏSİ TƏSDİq ediRƏM ­­­­­­­­Ümumi kimya və ktm kafedrasının



Yüklə 301,31 Kb.
səhifə1/26
tarix05.04.2022
ölçüsü301,31 Kb.
#85056
  1   2   3   4   5   6   7   8   9   ...   26
Rumiyyə KTM Sillabus KB 2022




AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

KİMYA VƏ BİOLOGİYA FAKÜLTƏSİ
TƏSDİQ EDİRƏM

­­­­­­­­Ümumi kimya və KTM kafedrasının

Müdiri dos. R.M.Ağayeva

PROTOKOL № 11

14” fevral 2022- ci il



FƏNN SİLLABUSU

(İşçi tədris proqramı)

İxtisasın kodu və adı: 050112_ Kimya və biologiya müəllimiyi

Kafedra: Ümumi kimya və kimyanın tədrisi texnologiyası
Fənn haqqında məlumat:
Fənnin kodu və adı: IPF-B04 Kimyanın tədrisi metodikası

Kredit sayı: 6

Təhsil səviyyəsi: ali

Tədris yükü (saat) cəmi: 209, mühazirə 90, məşğələ , praktik (laboratoriya) 60

Tədris ili: 2021/2022 Semestr: 8- yaz Bölmə: Azərbaycan

Müəllim haqqında məlumat:

Camalova Rumiyyə İnşad, baş müəllim

(soyadı, adı, atasının adı, elmi adı və dərəcəsi)
Məsləhət günləri və saatları: V- gün, saat 1200

E-mail ünvanı: rumiyye.camalova_82@mail.ru

İşçi telefon nömrəsi:

Mobil: (077) 320 25 70

İş telefonu: (012) 498 18 05
Fənnin öyrənilməsi üçün materiallar:

Zəruri ədəbiyyatlar:

Əsas:


  1. Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı, 2009

  2. Azərbaycan respublikasinin ümumtəhsil məktəbləri üçün kimya fənni üzrə təhsil proqrami (kurikulumu) (VII-XI siniflər)

  3. Z.Veysova. Fəal/interaktiv təlim. Bakı 2007

  4. Kimya fənn kurikulumu. VII_XI siniflər üçün, Bakı 2013, 2018

  5. R.Y.Əliyev, Ə.T.Əzizov. Kimyanın tədrisi metodikası. I,II hissə, Bakı 2005, 2006

  6. Z.B.Muradova, Azərbaycanda kimyanın tədrisi metodikasının problemləri, Bakı- 2007

  7. A.Z.Məmmədova. Kimyanın tədrisində müasir təlim texnologiyaları, Bakı 2012

  8. A.Z.Məmmədova. Kimyanın tədrisi metodikası. Proqram. Bakı 2012

  9. Ə.N.Qurbanov, A.Z.Məmmədova, G.V.Şadlinskaya, Kimyanın tədrisi metodikası. Bakı 2014

  10. A.H.Əliyev. Müasir pedaqoji texnologiyalar və onlardan kimyanın tədrisində istifadə. Bakı 2009

  11. Ə.N.Xəlilov, Ə.Əzizov. Kimya tədrisi üsulu praktikumu. Bakı 1972

  12. A.H.Əliyev və başqaları. Kimya tədrisi üsulu praktikumu. Bakı 2000

  13. Orta məktəbə aid kimyadan dərsliklər. VIII-XI siniflər,Bakı 2004,2006,2012

  14. A.Əliyev. Orta məktəblərdə kimyanın tədrisi. Bakı 2004,2006,2015

  15. Z.B.Muradova, Azərbaycanda kimyanın tədrisi metodikasının inkişafı və elmi əsasları, Bakı-2018

Əlavə tövsiyyə olunan ədəbiyyatlar:


  1. Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı, 2009

  2. Kurikulum ” jurnalları. Bakı.2008-2019

  3. Г.М.Чернобельская. Методика обучения химии в средном школе. Москва.2000

  4. П.И.Беспалов и др. Практикум по методике обучения химии в средней школе. Москва,2007

  5. С.С.Космедемянская.С.И.Гильманшина.Методика овучения химии.Казань.2011

  6. Э.Ф.Матвеева.Методика преродавание химии (инновационный курс) Астархань 2015

Fənnin təsviri:

KTM fənni kimyanın tədrisinin ümumi məsələləri və ümumi təhsil məktəblərində məktəb kimya kursunun ayrı-ayrı bölmə, fəsil, tədris vahidi və mövzularının tədris üsulunu, bir sözlə, kimya dərslərinin düzgün təşkil edilib keçirilməsi yollarını öyrənir.

Fənnin hədəf və məqsədi:

  1. KTM fənni tələbələrin kimyadan orta məktəblərdə dərs demələri üçün bir müəllim kimi formalaşmasını təmin edir.

  2. Fənnin qısa məzmunu:Kimyanın tədrisimetodikası fənninin müasir məzmunu Azərbaycan Respublikasının Təhsil qanununa əsaslanaraq təhsilin məqsədində nəzərdə tutulan məsələləri ümumi təhsil məktəblərində nəzərə almaqla kimyanın bir elm kimi deyil, bir fənn olaraq tədrisini ehtiva edir. Kimyanın tədrisi metodikası fənninin məzmunu həmçinin kimya fənni üzrə təhsil proqramı olan Kimya fənn kurikulumu sənədinin tələblərinə cavab verir. Ümumi təhsil məktəblərində kimya tədrisi metodikasının ümumi məsələlərini, məktəb kimya kursunun ayrı-ayrı bölmələrinin və ya mövzularının tədrisi metodikasını, məktəb kimya eksperimenti üzrə praktikumu (eksperimentin texnikası və metodikası: laborator məşğələ və pedaqoji qrafika), məktəbdə pedaqoji praktikanı (Ümumtəhsil məktəblərində kimya eksperimentinin metodikası və texnikası ) əhatə edir.


Fənnin təlim nəticələri:
- Bilməlidir: Kimya eksperimentinin texnikası və metodikası üzrə laborator kursunun vəzifələri, Məktəb kimya kabinetinin təşkili, təchizi və orada işləmək qaydaları, İlk kimyəvi anlayışlar və qanunlara aid təcrübələrin aparılması metodikası,Kimyadan təlim-tərbiyə işlərinin planlaşdırılması, sınaq dərslərinin aparılmasına hazırlıq, Oksigen, ozon və oksidlərin öyrənilməsi zamanı kimya eksperimenti, Hidrogen və əsaslara aid təcrübələrin aparılması metodikası, Turşu və duzlara aid təcrübələrin aparılması metodikası, Su və məhlulların öyrədilmısi zamanı kimya eksperimenti, Elektrolitik dissosiasiya prosesinin öyrədilməsi zamanı kimya eksperimenti, I-III qrupun əsas yarımqrup metallarının öyrədilməsi zamanı kimya eksperimenti, Əlavə yarımqrup metallarınin öyrədilməsi zamanı kimya eksperimenti, Halogenlərə aid təcrübələrin aparılması metodikası, Kükürd və onun birləşmələrinin öyrədilməsi zamanı kimya eksperimenti, Azot və onun birləşmələrinə aid təcrübələrin aparılması metodikası, Fosfor və onun birləşmələrinə aid təcrübələrin aparılması metodikası, Karbon və onun birləşmələrinin öyrədilməsi zamanı kimya eksperimenti, Silisium və onun birləşmələrinə aid təcrübələrin aparılması metodikası, Karbohidrogenlərin tədrisi zamanı kimya eksperimenti, Oksigenli üzvi birləşmələrə aid təcrübələrin aparılması metodikası, Azotlu üzvi birləşmələrin tədrisi zamanı kimya eksperimenti, Zülallara aid təcrübələrin aparılması metodikası, Yüksək molekullu birləşmələrə aid təcrübələrin aparılması metodikası.
Bilməlidir – Kimya təliminin məzmunu və kimya təlimi prosesinin mahiyyətini , təlimin qanunauyğunluqlarını , prinsiplərini, metodlarını, vasitələrini, texnologiyalarını, təşkili formalarını.

Bacarmalıdır – Kimyanın tədrisinin metod və vasitələrini, yeni təlim texnologiyalarından istifadə imkanlarını


Yüklə 301,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə