Azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 2,8 Kb.

səhifə15/35
tarix14.09.2018
ölçüsü2,8 Kb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

 
46
Tədiyyə balansının bir hissəsi də ehtiyat aktivləridir. Eh-
tiyat  aktivləri  dedikdə,  dövlətin  rəsmi  qızıl-valyuta  ehtiyatları 
nəzərdə  tutulur.  Qızıl-valyuta  ehtiyatlarının  həcmi  tədiyyə  ba-
lansının cari vəziyyətindən birbaşa asılıdır. 
1998-ci  ildə  Azərbaycan  Milli  Bankının  Rusiya  böhranı 
fonunda  manatın  ucuzlaşmasının  qarşısını  almaq  üçün,  gördü-
yü tədbirlər beynəlxalq ehtiyatların 74,8 milyon dollar azalma-
sına səbəb olmuşdur. 1999-cu ilin iyulundan Azərbaycan Milli 
Bankının valyuta bazarına müdaxiləsinin azalması, həmin ildə 
beynəlxalq  ehtiyatları  143,7  milyon  dollar  artırmağa  imkan  ver-
mişdir.  Digər  tərəfdən  manatın  real  məzənnəsinin  əsas  ticarət 
tərəf-müqabilləri  ilə  müqayisədə  azalması  daxili  istehsalçılar 
üçün maneəyə çevrilmişdir. 
Hesablaşma balansı ölkənin xarici ölkələrə müəyyən tari-
xə və ya müəyyən müddət üzrə tələblərin və öhdəliklərin nisbə-
tidir.  Hesablaşma  və  tədiyyə  balansları  arasında  fərqlər  aşağı-
dakılardır: 
- hesablaşma balansında ölkənin xaricə olan bütün tələb-
ləri  və  öhdəlikləri  əks  olunur.  Tədiyyə  balansında  isə  yalnız 
faktiki daxilolmalar və ödəmələr əks olunur; 
- hesablaşma balansında bütün alınmış və verilmiş kredit-
lər  əks  olunur.  Tədiyyə  balansında  isə  yalınz  haqqı  ödənilmiş 
kreditlər əks olunur; 
- tədiyyə balansında yalnız haqqı ödənilmiş idxal və ixrac 
ə
ks  olunursa;  hesablaşma  balansında  mal  dövriyyəsinin  ödən-
məyən (kredit hesabına) hissəsi də əks olunur; 
- bu balansların son saldosu (aktiv və ya passiv) üst-üstə 
düşmür. 
Tədiyyə balansına təsir edən amillər aşağıdakılardır:
 
- ölkələrın iqtisadi inkişafınının qeyri-bərabərliyi; 
- iqtisadiyyatın dövrü tərəddüdü; 
- xaricdə dövlət xərclərinin artması; 
- iqtisadiyyatın hərbiləşdirilməsi və silahlanma; 
- kapitalın hərəkətinin miqyası və əhəmiyyətinin artması; 


 
47
- beynəlxalq ticərətdəki dəyişikliklər; 
- valyuta-maliyyə amilləri; 
- inflyasiya. 
 
3. 2. Tədiyyə balansının tarazlandırılması üsulları 
 
Formal  olaraq  tədiyyə  balansı  tarazlıdır.  Əgər  ödəmələr 
ə
sas maddələr üzrə daxilolmalardan artıqdırsa, onda kəsir xari-
ci borclar və sahibkarlıq kapitalının hesabına aradan qaldırılır. 
Bu müvəqqəti üsuldur.
  
Balansın passiv saldosunun ödənməsinin yeni qaydası ra-
zılaşma  üzrə  qısamüddətli  kreditlərdir.  Bu  razılaşma  zamanı 
mərkəzi  banklar  bir-birinə  qarşılıqlı  milli  valyutada  ifadə  olu-
nan kreditlər verir. 
Tədiyyə  balansının  müvəqqəti  kəsirinin  ödənməsi  üçün 
BVF ehtiyat (şərtsiz) kredit verir. Bu kreditin həcmi böyük de-
yil və ölkələr arasında onların kvotasının (üzvlük haqqı 25%-i) 
həddində bölüşdürülür. 
Tədiyyə  balansının  kəsirinin  ödənməsinin  müvəqqəti 
üsullarından biri də güzəştli kreditlərdir. Tədiyyə balansının ta-
razlaşdırılmasının əsaslı üsulu rəsmi qızıl-valyuta ehtiyatlarının 
istifadə edilməsidir. 
Tədiyyə balansı dövlət tənzimlənməsi obyektlərindən bi-
ridir. Bunun aşağıdakı səbəbləri vardır: 
- tədiyyə  balanslarında xroniki qeyri-tarazlığın müşahidə 
olunması; 
-  qızıl  standartının  ləğv  edilməsindən  sonra,  avtomatik 
qiymət tənzimlənməsi prosesinin zəiflənməsi. 
Tədiyyə  balansının  tənzimlənməsinin  maddi  əsasını  aşa-
ğ
ıdakılar təşkil edir: 
- dövlət mülkiyyəti, o cümlədən rəsmi qızıl-valyuta ehtiyatı; 
- dövlət büdcəsi vasitəsilə yenidən bölüşdürülən milli gə-
lirin xüsusi çəkisinin artması; 


 
48
- kapital ixracatçısı, kreditor, zəmanət və borcverən kimi 
dövlətin beynəlxalq iqtisadi münasibətlərdə bilavasitə iştirakı; 
- normativ aktlar və nəzarət orqanları vasitəsilə xarici iq-
tisadi əməliyyatların reqlamentləşdirilməsi. 
Tədiyyə balansında kəsiri olan ölkələr əmtəə ixracının sti-
mullaşdırılması,  idxalatın  məhdudlaşdırılması,  xarici  kapitalın 
cəlb  edilməsi,  kapital  ixracının  məhdudlaşdırılması  məqsədilə 
aşağıdakı tədbirləri həyata keçirirlər: 
- deflyasiya siyasəti;  
- valyuta məhdudiyyətləri; 
- maliyyə və pul-kredit siyasəti; 
- dövlətin xüsusi tədbirləri. 
Deflyasiya  siyasəti  daxili  tələbin  azaldılmasına,  qiymət-
lərin və əməkhaqqının dondurulmasına, mülki məqsədlərə büd-
cə məsrəflərinin məhdudlaşdırılmasına yönəldilmişdir. Deflya-
siya siyasətinin əsas məqsədləri aşağıdakılardır: 
- Mərkəzi Bankın ucot dərəcələrinin dəyişdirilməsi; 
- kreditə məhdudiyyət; 
-  pul  kütləsinin  artımına  hədd  qoyulması.  Deflyasiya-ix-
racın stimullaşdırılması və əmtəə idxalının məhdudlaşdırılması 
üçün  milli  valyuta  məzənnəsinin  aşağı  salınmasıdır.  Lakin  tə-
diyyə balansının tənzimlənməsində devalvasiyanın rolu birmə-
nalı deyildir, ümumi iqtisadi və maliyyə siyasətindən asılıdır. 
Devalvasiya  tədiyyə  balansının  kəsirinin  aradan  qaldırıl-
masının  müvəqqəti  üsuludur.  Onun  mənfı  nəticələrinə  aşağı-
dakılar aid edilir: 
- daxili əmtəələrin istehsal xərclərinin artması; 
- xarici bazarda rəqabət imkanlarının azalması. Devalva-
siya  ölçüsünün  müəyyən  edilməsi  mühüm  əhəmiyyətə  malik-
dir. Bu ölçünü əldə etmək üçün bir çox ölkələrdə valyuta mə-
zənnələrinin tərəddüd etməsi rejimi tətbiq olunur. Bu isə idxal 
və ixrac mallarının qiymətləri nisbətini dəyişməsinin mənfı tə-
sirini azaldır. 




Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə