Azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix14.09.2018
ölçüsü0,89 Mb.
#68610
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

 
52
tının ümumi miqyasda tarazlı inkişafi həmçinin  «görülmə» əmə-
liyyatlar  balansının  (nəqliyyat,  sığorta,  mənfəətin  xaricə  köçü-
rülməsi, investisiyadan mənfəət və s.) vəziyyətində də əks olunur. 
Son dövrlərdə neft ixracatçıları olan ölkələr qızıl-valyuta 
ehtiyatından istifadə edərək, müəyyən irəliləyişə nail olmuşlar. 
Məsələn, Səudiyyə Ərəbistanı turizm üzrə böyük müsbət saldo-
ya malikdir. Neft ixracatçıları olan ölkələrin tədiyyə balansının 
vəziyyəti dünya bazarında neftə olan tələbdən və neftin qiymə-
tindən bilavasitə asılıdır. Neftin qiyməti artdıqda əsas neft ixra-
catçıları  sayılan,  inkişaf  etməkdə  olan  ölkələrin  sənaye  cəhət-
dən inkişaf etmiş ölkələrin banklarındakı pul vəsaitlərinin miq-
darı  artır.  Əksinə,  dünya  bazarında  neftin  qiyməti  aşağı  düş-
dükdə, neft ixrac edən ölkələr öz pul vəsaitlərinin əhəmiyyətli 
hissəsini  həmin  banklardan  götünəyə  məcbur  olurlar.  Bu  isə  bir 
çox ölkələrin tədiyyə balanslarında tarazlığı pozur və beynəlxalq 
maliyyə bazarında gərginliyin səbəblərindən birinə çevrilir. 
Dünya təsərrüfatı ilə əlaqələr və borclarına müasir dünya-
da  güclənınəkdə  olan  və  heç  də  birmənalı  qarşılanmayan  qlo-
ballaşma  meyilləri,  dünya  təsərrüfatı  ilə  əlaqələrə  daha  dərin-
dən  nüfuz  edərək,  tarazlaşdırılmış  qərarlar  qəbul  etməyi  tələb 
edir. Bu baxımdan borclanma zamanı bütün əsas amilləri nəzə-
rə alaraq fəaliyyət variantlarının qiymətləndirilməsi xüsusi əhə-
miyyət  kəsb  edir.  Başlıca  meyar  isə,  əlbəttə,  iqtisadi  fəallığın 
dəstəklənməsi üçün əlverişli şərait yaratmaqdır. 
Milli iqtisadiyyatın xarici kapitala tələbatını müəyyənləş-
dirərkən tədiyyə balansında ciddi problem yaratmadan ölkənin 
xidmət edə biləcəyi xarici borcunu nəzərə almaq lazım gəlir. 
qtisadi təhlükəsizlik problemi borclanma prosesindən ay-
rı  deyildir.  Milli  iqtisadiyyatın  dünya  təsərrüfatı  ilə  əlaqələri 
genişləndikcə  onun  müstəqil  fəaliyyətinə  nail  olmaq  daha  bö-
yük hazırlıq və çevik yanaşma tələb olunur. 
Dövlət  xarici  borclarının  yuxarı  həddi,  ölkənin  dönərli 
valyuta  ilə  qaytarmalı  olduğu  məbləğ  dünya  təsərrüfatı  ilə  in-
teqrasiya  prosesinin  səmərəliliyini  şərtləndirən  mühüm  para-


 
53
metrdir. Başqa sözlə, özlüyündə xarici borc deyil, onun həddən 
çoxluğu ciddi narahatlığa səbəb ola bilər. 
Dövlət  borc  böhranı  səviyyəsini  müəyyənləşdirməyi, 
borclanma  və  xarici  investisiyalar  arasında  nisbətlərin  tənzim-
lənməsini  nəzərdə  tutur.  Böhran  səviyyəsi  borcların  ixracatın 
artım  tempinə  və  ya  ÜDM-in  həcminə  nisbətən  hesablanaraq 
qiymətləndirilə bilər. Əlbəttə, bu balda ixracatın həcmi və bor-
ca xidmət imkanları müqayisəli təhlil edilir. 
Borclanma  və  iqtisadi  təhlükəsizlik  məsələləri  öyrənilər-
kən, onun mənbələrinə fərqli yanaşma olmalıdır, məlumdur ki, 
borcların tədiyyə balansına təsiri daha böyükdür. 
Qeyd  edək  ki,  son  illər  xarici  borcların  ÜDM-də  xüsusi 
çəkisinin azalması meyili müşahidə olunur. 
Azərbaycan Respublikasında tədiyyə balansının işlənmə-
sinin  ilkin  cəhdləri  90-cı  illərin  əvvəllərindən  başlamışdır.  Bir 
neçə il ərzində informasiya təminatı problemləri və cari meto-
doloji məsələlər həll edilərək, tədiyyə balansının tərtibi prosesi 
lazımi səviyyədə təmin olunmuşdur. 
Ölkənin  valyuta  daxilolmalarının  mənbələri  əsasən  neft 
və  neft  məhsullarının  ixracıdır.  Ölkəmizin  xarici  ticarət  part-
nyorları  içərisində  yaxın  qonşularımız,  bir  sıra  Qərbi  Avropa 
ölkələri  və  əlbəttə  bəzi  MDB  ölkələrıni  qeyd  etmək  lazımdır. 
Rusiya  ilə  xarici  ticarətin  intensivliyi  kifayət  qədər  yüksəkdir. 
Müstəqilliyin  on  ili  ərzində  ixracın  strukturunda  müsbət  də-
yişikliklər baş vermişdir. Xəzərin karbohidrogen ehtiyatlarının 
tənzimsənməsində, neft və neft məhsullarının ixracında irəlilə-
yişlərlə  yanaşı,  ixrac  yönümlü  qeyri-neft  sektorlarında  isteh-
salın tempi və miqyası stimullaşdırılmışdır. 
Xarici  ticarət  balansı  1995-ci  ildə  373,1  milyon  dollar, 
1996-ci  ildə  693,9  milyon  dollar,  1997-ci  ildə  566,9  milyon 
dollar,  1998-ci  ildə  1046,2  milyon  dollar,  1999-cu  ildə  408,2 
milyon dollar və 2000-ci ildə 319,2 milyon dollar mənfi saldo 
ilə  icra  olunmuşdur,  2001-ci  ilin  doqquz  ayının  yekunlarına 


 
54
görə  isə  bu  balans  533,9  milyon  dollar  müsbət  saldo  ilə  icra 
olunmuşdur. 
1995-2000-ci  illər  üzrə  Azərbaycanın  tədiyyə  balansının 
xidmətlər balansı daim kəsir ilə icra olunmuşdur. 
«Cari  əməliyyatlar  hesabı»nın  təhlili  göstərir  ki,  (Milli 
Bankın  hesabatı  üzrə)  2002-ci  ilin  yanvar-sentyabr  ayları  ər-
zində  cari  əməliyyatlar  hesabının  saldosu  bir  sıra  müsbət  fak-
torlar  əsasında  kəsirlə  (519,1  mln.  ABŞ  dolları)  nəticə-lən-
mişdir. Belə ki, hesabat dövrü ərzində ölkəyə cəlb olunmuş xa-
rici kapitalın artması hesabına investisiya yönümlü malların və 
xidmətlərin idxalı çoxalmışdır. 
Xarici ticarət balansı2002-ci ilin yanvar-sentyabr ayla-
rının  yekunlarına  görə  xarici  ticarət  dövriyyəsi  2830,4  mln. 
ABŞ  dolları  təşkil  etmiş  və  2001-ci  ilin  yanvar-sentyabr  ay-
larının  müvafiq  göstəricisindən  6,3%  çox  olmuşdur.  Ölkəyə 
idxal olunan məhsulların həcmi 1260,1 mln. ABŞ dolları təşkil et-
diyi halda, ixracın həcmi 1570,3 mln. ABŞ dolları təşkil etmişdir. 
Nəticədə xarici ticarət balansının saldosu müsbət 3102 mln. ABŞ 
dolları səviyyəsində olmuşdur. 
xrac. 
Ölkədən  ixrac  olunmuş  malların  strukturunda  neft 
məhsulları  mühüm  yer  tutur  və  onların  payına  ümumi  ixracın 
89,0%-i düşür. Hesabat dövründə xarici dövlətlərə 1397,6 mln. 
ABŞ  dollarlıq  neft  məbsulları  ixrac  olunmuşdur  ki,  bunun  da 
1094,3  mln-  ABŞ  dollarlığını  xam  neft  təşkil  etmişdir.  xrac 
olunmuş  xam  neftin  790,2  mln.  ABŞ  dollarlığı  Azərbaycan 
Beynəlxalq  Əməliyyat  Şirkəti  (konsorsium)  tərəfindən  ixrac 
edilmişdir.  Konsorsium  tərəfındən  ixrac  olunmuş  xam  neftin 
425,4  mln,  ABŞ  dollarlığı  «Əsrin  müqaviləsi»  ilə  bağlı  xarici 
ölkələrin iri neft şirkətləri tərəfındən Azərbaycana yönəldilmiş 
birbaşa  investisiyaların  repatriasiyası  kimi,  yəni  neft  sektoru-
nun  xarici  öhdəliklərinin  azalması  hesabına  227,3  mln.  və 
137,5 mln. ABŞ dollarlığı isə müvafiq olaraq konsorsium payçı 
xarici şirkətlərinin və Azərbaycanın paylarına düşən  gəlir neft 
kimi  ixrac  edilmişdir.  xrac  olunmuş  bütün  xam  neftin  304,1 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə