Azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix14.09.2018
ölçüsü0,89 Mb.
#68610
1   2   3   4   5   6   7   8   9   ...   35

 
6
yəti,  aparılan  dünya  dövlətlərinin  və  regionlarının  inkişaf  mo-
dellərinin təsiri artdıqda ciddi dəyişikliklərə məruz qalır. 
Qlobal maliyyə mühitinə aşağıdakılar daxildir: 
1.
  Beynəlxalq maliyyə bazarlarının mövcud vəziyyəti; 
2.
  Beynəlxalq bank işinin mövcud durumu; 
3.
  Beynəlxalq  maliyyə  korporasiyalarında,  institutların-
da və beynəlxalq portdal investisiyalarında mövzu olan şərait.  
Beynəlxalq maliyyə idxal-ixrac əməliyyatlarının ödənmə-
si, beynəlxalq kreditin verilməsi və investisiya qoyuluşu, bey-
nəlxalq  sosial  müdafiənin  qorunması  və  sair  bu  kimi  sferada 
dünya valyutasının hərəkəti ilə bağlı maliyyə münasibətlərinin 
məcmusudur. Lakin, valyuta münasibətləri maliyyə münasibət-
ləri  demək  deyil  və  bunları  fərqləndirmək  gərəkdir.  Belə  ki, 
valyuta idxal-ixrac əməliyyatlarının, kredit və investisiya qoyu-
luşlarının, dövlətlərarası borcvermə və s. əməliyyatların həyata 
keçirilməsi üçün istifadə olunan ödəniş vasitələrinin məcmusu-
dur. Qısa desək beynəlxalq maliyyə isə həmin valyuta ehtiyat-
larının  səfərbərə  alınması,  valyuta  fondlarının  yaradılması  və 
bölgüsündəki  meydana  gələn  maliyyə  münasibətlərin  məcmu-
sudur.  Bu  münasibətlər  dünya  ölkələri  və  beynəlxalq  maliyyə 
qrumları  arasında  formalaşır,  inkişaf  edir.  Beynəlxalq  iqtisadi 
münasibətlərin  aparıcı  sistemi  kimi  çıxış  edən  beynəlxalq  ma-
liyyənin sərhədləri təkcə ayrı-ayrı ölkələrin sərhədləri ilə məhdud-
laşmır. Bu münasibət dünya iqtisadiyyatının əsasını təşkil edir. 
  Beynəlxalq  maliyyənin  ən  mühüm  təzahür  formaların-
dan  biri  beynəlxalq  kreditdir.  Beynəlxalq  kredit  borc  kapitalı-
nın  faizlə  birgə  qaytarılmaq  şərti  ilə  hərəkətidir.  Beynəlxalq 
kreditin subyekti kimi dövlət, beynəlxalq maliyyə institutu, xü-
susi banklar, beynəlxalq və regional valyuta kredit təşkilatları, 
müstəqil  investorlar  qismində  hüquqi  və  fiziki  şəxslər  çıxış 
edir. Beynəlxalq kredit münasibətlərinin yaranması və inkişafı 
ə
sasında  müxtəlif  subyektlər  tərəfindən  iri  həcmdə  əmtəə  və 
valyuta ehtiyatlarının yığımı, eləcə də kapital vasitələrinə ölkə 
sərhədlərindən  kənarında  yaranan  tələb  çıxış  edir.  Beynəlxalq 


 
7
maliyyənin  təzahür  forması  kimi  çıxış  edən  beynəlxalq  kredit 
milli  iqtisadi  sərhədləri  aşır.  Beynəlxalq  kreditin  mənbəələri 
müxtəlif  ola  bilər.  Bura  bankların  cəlb  etdikləri  vəsaitləri,  hö-
kumətin sərancamında olan vəsaitləri və s. aid etmək olar. Bey-
nəlxalq  kredit  müxtəlif  məqsədlərə  xidmət  edir.  Bu  borc  alan 
tərəfin  ehtiyacları  ilə  bağlıdır.  Hazırda  beynəlxalq  kredit  daha 
çox  istehsal  prosesinə  yönəldilir.  Eyni  zamanda,  bura  iqtisadi 
islahatların  dəstəklənməsi,  iqtisadi  təhkükəsizliyin  aradan  qal-
dırılması, eləcə də digər məqsədlər daxildir.  
  Hər bir iqtisadi kateqoriya kimi beynəlxalq kredit də bir 
sıra funksiyaları  yerinə yetirir. Bu funksiyalar borc kapitalının 
beynəlxalq  sferada  hərəkətinin  xüsusi  cəhətlərini  göstərir. 
Bunlar aşağıdakılardır: 
-  istehsalın  genişləndirilməsi,  eləcə  də  borc  kapitalının 
ölkələr arasında təkrar bölgüsü; 
- kapitalın birləşdirilməsi və mərkəzləşdirilməsi; 
- ölkə iqtisadiyyatının tənzimlənməsi. 
Yüksək kapital ehtiyatlarına malik ölkələrdə istehsal pro-
sesinin kapitallaşdırılması və sürətləndirilməsi beynəlxalq kre-
ditin  əsas  müsbət  rolu  kimi  çıxış  edir.  Bu  yolla  istehsalın  fa-
siləsizliyi təmin edilmiş olur. Eyni zamanda beynəlxalq kredit 
istehsal  prosesinin  halqaları  arasında  sıx  əlaqə  yaradır.  Bey-
nəlxalq kredit istehsalın beynəlmiləlləşməsi, mübadilə prosesi-
nin  genişlənməsi,  əməyin  beynəlxalq  bölgüsünün  həyata  keçi-
rilməsi və bununla da vahid dünya bazarının formalaşmasında 
mühüm rola malikdir. Digər tərəfdən, beynəlxalq kredit vəsait-
ləri hökumətin üzərinə düşən funksiyaların icrası zamanı mey-
dana  çıxan  maliyyə  boşluqlarını  aradan  qaldırır.  Bura  dövlət 
büdcəsinin  ehtiyaclarının  ödənməsi  məqsədi  ilə  cəlb  edilən 
xarici  kreditlər  aiddir.  Bu  kreditlərə  aşağı  inkişaf  səviyyəsinə 
malik ölkələrdə daha çox ehtiyac yaranır. Həmçinin beynəlxalq 
kredit  tədiyyə  balansında  əmələ  gələn  kəsirin  aradan  qaldırıl-
masına  xidmət  edir.  Bu  dövlətin  pul-kredit  siyasətinə  xidmət 
etməklə yanaşı beynəlxalq ticarətin normal inkişafına şərait ya-


 
8
radır. Beynəlxalq kredit münasibətləri məhsulların dünya baza-
rında reallaşmasını sürətləndirir. Belə ki, müasir şəraitdə idxal-
ixrac  əməliyyatlarının  böyük  hissəsi  kredit  münasibətləri  əsa-
sında həyata keçirilir. Beynəlxalq kreditin müsbət cəhətləri ilə 
yanaşı  mənfi  təsirləri  də  mövcuddur.  Bu  baxımdan  onun  iqti-
sadiyyatda  dərin  disporsiyalara  gətirib  çıxarmasını  göstərmək 
olar. Belə ki, ölkə iqtisadiyyatının daha güclü, yəni, yüksək im-
kanlara,  gəlirə malik sahələri beynəlxalq kredit vasitəsilə güc-
ləndiyi  halda,  digər  sahələr  inkişafdan  geri  qalmış  olur.  Məs., 
bu  gün  daha  çox  ölkəmizin  neft  sektoru  kreditləşdirilir.  Buna 
ə
sas səbəb isə daha çox gəlir, risklərin az, dünya bazarında neft 
məhsullarına daha çox tələbin olmasıdır. Həmçinin iqtisadiyya-
tın zəif sahələrinin beynəlxalq kredit bazarına çıxışı mümkün-
süzdür. Bu halların qarşısını almaq üçün beynəlxalq kredit sər-
hədlərinin gözlənilməsi çox vacibdir. Beynəlxalq kredit sərhəd-
ləri ölkənin xarici borc vəsaitinə olan borcun həcmindən, kredi-
tin müddətindən, faiz dərəcələrindən və s. asılıdır. Bu obyektiv 
sərhədin  pozulması  ölkədə  dərin  xarici  borc  böhranına  yol 
açmış olur.  
Beynəlxalq  kredit  münasibətlərinin  müxtəlif  formaları 
mövcuddur.  Bu  baxımdan  beynəlxalq  kredit  bir  neçə  xüsusiy-
yətinə  görə  təsnifatlaşdırılır.  Müddətinə  görə:  qısamüddətli    
(18 aya qədər); ortamüddətli (18 aydan 7 ilə qədər); uzunmüd-
dətli (7 ildən yuxarı). Təyinatına görə: maliyyə kreditləri, kom-
mersiya kreditləri, aralıq kredit. Növünə görə: əmtəə krediti və 
valyuta  krediti.  Təqdim  edilən  borcun  valyuta  növünə  görə: 
kreditor ölkənin valyutası ilə verilən kredit, borcalanın ölkəsi-
nin milli valyutası ilə verilən kredit, qeyri-iştirakçı ölkənin val-
yutası  ilə  verilən  kredit,  valyuta  səbəti  əsasında  formalaşan 
beynəlxalq valyuta vahidləri ilə verilən kreditlər (SDR). Təmi-
natlığına görə: təminatlı kredit, blank kreditləri. Texniki təqdi-
matına görə: borcalanın hesabına köçürülən nağd kreditlər: de-
posit sertifikatları, aksept formasında kreditlər, borc istiqrazları 
və s. Kreditor subyektin müxtəlifliyi baxımından: bank kreditləri, 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə