Azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix14.09.2018
ölçüsü0,89 Mb.
#68610
1   2   3   4   5   6   7   8   9   ...   35

 
9
broker kreditləri, hökumət kreditləri, beynəlxalq maliyyə institutla-
rının dövlətlərarası kreditləri, ixrac kreditləri, qarışıq kreditlər və s.  
Beynəlxalq əmtəə və xidmət bazarının inteqrasiyası kimi 
təzahür  edən  qloballaşma  hal-hazırda  inkişaf  edən  proseslərin 
mərkəzindədir və ölkələr bu prosesdən qaçılmazdır. Qlobal ma-
liyyə  inteqrasiyası  dünya  maliyyə  bazarının  inteqrasiyasıdır. 
Bir çox  EOÖ-in bu prosesdən uzaqlaşmağa can atmasına bax-
mayaraq,  həqiqətən  inkişaf  edən  kommunikasiya  və  maliyyə 
münasibətləri  bu  inteqrasiyanı  zəruriləşdirir.  Önəmli  deyil  ki, 
ölkə qlobal kapital qoyuluşunda iştirak etsin, lakin yetər ki, bir 
çox neqativ halların qarşısını alan və inanılmaz dərəcədə mən-
fəətli  olan  maliyyə  inteqrasiyasının  nümayəndəsi  olsun.  Məhz 
düzgün makroiqtisadi mühitin yaranması üçün əsas amillərdən 
biri effektiv maliyyə inteqrasiyasıdır.  
Beynəlxalq  maliyyə  və  maliyyə  qloballaşması  son  onil-
likdə  dünya  iqtisadiyyatında  ən  vacib  istiqamətlərdən  biri  ol-
muşdur.  Bu  proses  yüksələn  aktiv  və  passivdə  baş  verməklə, 
ölkənin ÜDM  ya da maliyyə dəyərlərində əks olunur. Bundan 
başqa ümumdaxilolmaların genişlənməsi üçün beynəlxalq ma-
liyyə  və  maliyyə  qloballaşması  xarici  xalis  aktivlərin  diffuzi-
yazı üçün şərait yaradır. Geniş mənada beynəlxalq maliyyə və 
maliyyə  qloballaşması  əsası  1944-cü  ildə  qoyulmuş  Bretton-
Vudz  sisteminin  yaradıcılarının  ifadə  etdikləri  mühitə  yaxın 
qlobal  iqtisadiyyatı  formalaşdırıb  və  makroiqtisadiyyata  təsiri 
yeni  bir  beynəlxalq  valyuta  sisteminin  formalaşdırılması  zəru-
riyyətinə uyğun başa düşülür.  
Ümumiyyətlə  maliyyə  qloballaşması  haqqında  aşağıdakı 
sualları cavablandırsaq onun mahiyyətinə varmaq olar: 
I.
  Maliyyə  qloballaşması  bizim  idarəmiz  altında  olan  bir 
prosesdirmi? 
  Beynəlxalq  maliyyənin  nəticəsi  kimi  təzahür  edən  ma-
liyyə  qloballaşması  bu  gün  elə  bir  səviyyəyə  çatıb  ki,  bu 
prosesdə  iştirak  etmək  artıq  zəruri  hala  gəlib.  Bu,  xüsusilə  də 
bizim kimi kiçik ölkələr üçün daha böyük bir məna kəsb edir. 


 
10
Ə
lbəttə ki, hər hansı bir ölkənin hökuməti tək tərəfli olaraq bu 
prosesdə  iştirak  etməyi  rədd  edə  bilər.  Ancaq  iqtisadi  olaraq 
belə bir qərardan doğacaq daxili və xarici təzyiqlərə tab gətirə 
bilmək  çox  çətindir.  Həmçinin  belə  bir  siyasət  bugünkü  dün-
yada rasional deyildir. 
II.
  Maliyyə qloballaşmasının potensial faydaları nələrdir? 
Bu potensial faydaları aşağıdakı kimi cəmləyə bilərik: 
‐  Beynəlxalq  kapital  bazarlarına  daxil  olma  ölkələrə,  is-
tehlaklarını zaman boyunca hamarlaşdırma fürsəti verir. 
‐  Ölkələr  ehtiyac  duyduqları  kapitalı  cəlb  edərək  daha 
yüksək investisiya səviyyəsinə və iqtisadi artıma nail ola bilərlər. 
Bundan başqa cəlb  edilən kapitalla birlikdə ölkələrə tex-
noloji  “know
‐how”  da  daxil  olmaqdadır.  Bunun  nəticəsində 
də ölkədə məhsuldarlıq artmaqdadır. 
‐  Sərbəst  kapital  hərəkətləri  hökumətləri  makro  iqtisa-
diyyatı daha səriştəli idarə etməyə təşviq və məcbur edir. 
‐  Sərbəst  kapital  hərəkətləri  ölkənin  daxili  maliyyə 
bazarlarının dərinliyini və genişliyini artırır. 
III.
  Maliyyə qloballaşmasının görünən mənfi təsirləri nələrdir? 
Bu mənfi təsirlərin ən önəmlilərini aşağıdakı kimi cəmlə-
yə bilərik: 
‐  Böyük  miqyaslı  kapital  hərəkətləri  ölkədə  makroiqti-
sadi natarazlıq yarada bilər. 
‐ Qısamüddətli kapital hərəkətlərinin köçəri olması ölkə 
iqtisadiyyatını kövrək vəziyyətə gətirə bilər. 
‐ 
Kapital  marketlərindəki  asimmetrik  informasiya 
nəticəsində kapital effektli bir şəkildə hərəkət etməyə bilər. 
IV.
  Bütün  bunlara  baxmayaraq,  bir  ölkə  kapital  hərəkətlə-
rinin  müsbət  təsirlərindən  maksimum  səviyyədə  faydalanmaq 
və mənfi təsirlərini minimumda tutmaq üçün nələr etməlidir? 
Bu prosesində iştirak etmək ən rasional variantdırsa, ölkə 
aşağıdakı islahatları aparmağa məcburdur: 


 
11
‐  Makro  iqtisadi  sabitliyi  təmin  eləmək  üçün,  həm  dün-
yadakı, həm də ölkə daxilindəki vəziyyəti nəzərə alan məntiqli 
maliyyə və pul siyasəti tətbiq eləmək; 
‐  Daxili  maliyyə  sisteminin  effektli  işləməsini  təmin  elə-
mək; 
‐ Lazım olan hüquqi və struktur islahatları aparmaq. 
 
Maliyyə  qloballaşmasının  bir  nəticə  də  aktivlərin  qiy-
məti və valyuta hərəkəti ilə əlaqədər olan maliyyə münasibətlə-
rinin təkmilləşməsidir. Bundan başqa aktivlərin qiyməti inves-
tisiya fondunun dəyərindəki dəyişiklikləri dinamikləşdirir. Mə-
sələn,ölkəmizdə xalis passivlərin dəyəri uyğun hərəkətləri tam 
dərəcədə  intensivləşdirir,  səhm  bazarına  heç  bir  mənfi  təsir 
göstərmir və valyutamızı elastikləşdirir.  
  Əlbəttə,  aktivlərin  qiyməti  və  valyutaların  beynəlxalq 
investisiyada hərəkəti, müxtəlif aktiv və passivlərə olan tələbin 
maliyyə gəlirlərinin və valyuta dərəcələrinin ən vacib hərəkət-
verici  amili  olana  qədər  görünməyəcək.  Bundan  başqa  burada 
maliyyə və ticarət arasında qarışıqlı təsir var ki, bu da xalis xarici 
aktiv və valyuta məzənnələri arasındakı əlaqələri təmin edir. 
II.
  Beynəlxalq maliyyə və valyuta siyasəti. 
  Beynəlxalq  pul  axını  bizim  dünyanın  digər  ölkələri  ilə 
beynəlxalq  maliyyə  əlaqələrimizi  daha  da  mürəkkəbləşdirir. 
Pul axını əmtəə və xidmətlərin hərəkəti kimi asanlıqla beynəl-
xalq sərhədləri aşır. Faktdır ki, pul idxal və ixracı ödəmək üçün 
sərhədləri  keçməlidir.  Bundan  başqa  adamlar  daha  çox  mən-
fəət,  yüksək  faiz  dərəcəsi  və  qiymətli  kağız  əldə  etmək  üçün 
pullarını  sərhədlərdən  keçirir.  Əmtəə  və  xidmət  ticarəti  kimi 
pul axını da makrogəlirləri dəyişdirir. 
  Ölkədə real faiz dərəcələri yüksək olanda ora pul axını 
da sürətli olur və xarici investorları cəlb edir. Digər ölkələr ilə 
müqayisədə  daha  stabil  inkişaf  siyasətinə  malik  ölkələrə  pul 
yönləndirilir. Həmçinin ölkədən pulun sərhədləri aşmasına əsas 
amil  idxalın  ödənilməsi,  investisiya  qoyuluşu,  torpaq,  kapital, 
işçi alınması və s. bu kimi xərclərdir.  


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə