Azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix14.09.2018
ölçüsü0,89 Mb.
#68610
1   2   3   4   5   6   7   8   9   ...   35

 
12
  Bu gün azad kapital axını milli və regional iqtisadi hə-
yatda əsas rol oynayır.  nkişaf etmiş dünyanın beynəlxalq ma-
liyyə və kapital bazarı ilə bağlı manevr etməsi üçün üzən val-
yuta  məzənlərindən  yaxa  qurtarmasına  baxmayaraq,  valyuta 
məzənnə  siyasəti  bu  bazarla  əlaqəni  saxlayır.  Biz  valyuta  mə-
zənnə siyasətinin istiqamətlərinə və funksiyalarına yeni bir as-
pektdə  yanaşmalıyıq.  Valyuta  məzənnələri  milli  siyasətlərin 
ə
sas  punktudur.  Müasir  pul  iqtisadiyyatında  heç  kəs  gündəlik 
artan-azalan maliyyə ölçülərindən təcrübələnməyə bilməz, əha-
li hər gün məzənnəyə fikir verir və gələcəkdə baş verə biləcək 
neqativ halların qarşısını almaq üçün əvvəlcədən tədbir görür.  
  Valyuta  məzənnələrinin  hərəkətini  sözlə  izah  etmək  və 
proqnozlaşdırmaq  çətindir.  Təəccüblü  deyil  ki,  Mərkəzi  Bank 
valyuta məzənnələrinin hərəkətini modelləşdirmək üçün uyğun 
işlər aparır.
 Bu modellərə açıq faiz pariteti, uzunmüddətli tədiy-
yə pariteti, daxili və xarici balansı özündə birləşdirən balanslı val-
yuta məzənnələri,
 qısamüddətli valyuta məzənnə siyasəti, milli 
makroiqtisadi  modellər  (portfel  balans  modelləri  və  monetar 
model),  əmtəə  qiymətləri  ilə  bağlı  olan  modellər,  ümumi  açıq 
balanslı makroiqtisadi modeli misal göstərmək olar. 
  Paritetlik tez-tez açıq faiz pariteti kimi işlədilir. Bunun 
valyuta bazarına təsiri olduqca böyükdür. AFP gözlənilən mə-
zənnə  dəyişikliklərini  göstərir,  ancaq  onların  səviyyəsini  yox, 
AFP tələb edir ki, hər bir faiz dərəcəsi gözlənilən böhrana uy-
ğ
un  olsun.  Çox  vaxt  bu  model  inflyasiyanın  proqnozlaşdı-
rılmasında istifadə edilir. 
  Belə  bir  müzakirə  var  ki,  inflyasiya  ya  sabit  məzənnə 
fərziyyəsi, ya AFP, ya da Mərkəzi Bankın məzənnə hərəkətləri 
üzərində  proqnozlaşdırılsın.  Çünki,  faiz  dərəcələri  ilə  valyuta 
məzənnələri  arasında  böyük  əlaqə  var  ki,  bunlar  da  birbaşa 
inflyasiyaya  təsir  göstərir.  Tədiyyə  pariteti  də  valyuta  məzən-
nələrinin proqnozlaşdırılımasında istifadə edilir.  
  AFP həmçinin Mərkəzi Bank tərəfindən aparılan struk-
tur  makroiqtisadi  model  üçün  ən  optimal  siyasətdir.  Bununla 


 
13
belə Mərkəzi Bank valyuta məzənnələrinin cəmləndiyi struktur 
modeldən  istifadə  etməklə  xarici  borcların  ödəmə  risklərini 
azalda bilər. Bir çox ölkələrdə o, cümlədən Braziliyada bu mo-
deldən istifadə edilir və model özündə  S bərabərliyini, Philips 
ə
yrisini, Teylor qaydasını və AFP-ni birləşdirir. 
  Maliyyə siyasəti təkcə regional deyil, həm də beynəlxalq 
sferanı əhatə etməlidir. Ölkədəki sabit iqtisadi inkişaf (aşağı dərə-
cəli inflyasiya, elastik valyuta, real faiz dərəcələri və s.) maliyyə 
siyasətinin  beynəlxalq  maliyyədə  yerini  və  rolunu  müəyyən-
ləşdirir.  Bunun  üçün  önəmlidir  ki,  ölkədə  düzgün  valyuta 
siyasəti həyata keçirilsin.  
  Valyuta  siyasəti  dövlətin  daxili  valyuta  bazarında  hə-
yata keçirilən xarici valyuta ilə əməliyyatların və xarici valyuta 
məzənnəsinin  tənzimlənməsi  istiqamətində  apardığı  daxili  və 
xarici  iqtisadi  siyasətdir.  Valyuta  siyasəti  Mərkəzi  Bank  və 
digər maliyyə-kredit təşkilatları qismində mərkəzi hökumət or-
qanları  tərəfindən  həyata  keçirilir.  Mərkəzi  Bankın  yürütdüyü 
pul  siyasəti  ölkədə  makroiqtisadi  stabilliyin  təmin  olunmasına 
və  ölkənin  əlverişli  beynəlxalq  rəqabət  qabiliyyətinin  qorunub 
saxlanmasına  yönəldilir.  Dayanıqlı  makroiqtisadi  sabitlik  və 
aşağı inflyasiya davamlı iqtisadi artımın və əhalinin sosial rifa-
hının yüksəldilməsinin əsas şərtləridir. Valyuta siyasəti tədiyyə 
balansının  müsbət  saldoya  çatması  üçün  aparılan  beynəlxalq 
maliyyə siyasətinin tərkib hissəsidir. Dövlət valyuta siyasətinin 
ə
sas elementləri kimi, valyuta intervensiyasından və məhdudiy-
yətlərindən istifadə edir.  
  Valyuta  intervensiyası  dövlətin  bank  qismində  valyuta 
tənzimləməsi məqsədi ilə valyuta bazarına müdaxiləsidir. Mər-
kəzi Bank valyuta bazarında xarici valyutanın kütləvi təklifi və 
ya yığılması yolu ilə valyuta bazarını tənzimləyə bilir. Valyuta 
intervensiyasından çox vaxt ölkəyə mal və xidmətlər idxalının 
ixraca  nisbətdə  daha  sürətlə  artması  nəticəsində  milli  valyuta 
kursunun  xarici  valyuta  kursuna  nəzərən  aşağı  düşdüyü  şə-
raitdə valyuta kursunun stabilləşdirilməsi üçün istifadə olunur.  


 
14
Valyuta  məhdudiyyətləri  dövlətin  ölkədaxili  valyuta  ba-
zarındakı  əməliyyatların,  eləcə  də  ölkəyə  xarici  valyuta  daxil-
olmalarının  və  ölkədə  milli  və  xarici  valyuta  çıxarmalarının 
məhdudlaşdırılması istiqamətində həyata keçirdiyi valyuta tən-
zimlənməsi  siyasətidir.  Əsas  etibarilə  valyuta  məhdudiyyəti 
valyuta  bazarında  valyuta  məzənnəsinin  tənzimlənməsinə  xid-
mət edir. Valyuta məhdudiyyəti milli iqtisadiyyatın xarici təsir-
lərdən qorunması məqsədi güdür. 
Valyuta  məhdudiyyəti  konkret  məsələlər  üzrə  qərar  və 
göstərişlərə  xidmət  etməklə,  valyuta  qanunvericiliyinə  əsasla-
nır. Valyuta məhdudiyyəti konkret olaraq aşağıdakı məqsədlərə 
xidmət edir: 
I.
  Tədiyyə balansının tarazlaşdırılması; 
II.
  Valyuta kursunun sabitliyinin qorunması; 
III.
 Valyuta qiymətlilərinin dövlətin əlində cəmləndirilməsi 
və ondan valyutanın tənzimlənməsində istifadə. 
  Valyuta  məhdudiyyəti  aşağıdakı  məsələləri  özündə 
birləşdirir: 
a)
  beynəlxalq ödəniş və kapitalın hərəkətinin tənzimlən-
məsi, qızılın, pul nişanlarının və qiymətli kağızların hərəkətinin 
tənzimlənməsi; 
b)
  xarici  valyutaların  sərbəst  alqı-satqısının  qadağan 
olunması və aparılıb-gətirilməsinin məhdudiyyətləşdirilməsi; 
c)
  xarici  valyutanın  və  valyuta  dəyərlilərinin  dövlətin 
ə
lində cəmləndirilməsi. 
  Valyuta  məhdudiyyəti  beynəlxalq  iqtisadi  münasibət-
lərin müxtəlif sahələrində tətbiq edilir; xarici ticarətdə,  görün-
məyən əməliyyatlarda, kapitalın və kreditin hərəkətlərində, qı-
zıl və xarici valyutalarla aparılan əməliyyatlarda və s. 
  Tədiyyə  balansı  üzrə  valyuta  məhdudiyyətinin  2  əsas 
sahəsi ayrılır: cari əməliyyatlar (ticarət və qeyri-ticarət əməliy-
yatları);  maliyyə  əməliyyatları  (kapitalın  və  kreditin  hərəkəti, 
gəlirlərin köçürülməsi və vergilərin ödənilməsi). 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə