Azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix14.09.2018
ölçüsü0,89 Mb.
#68610
1   2   3   4   5   6   7   8   9   ...   35

 
15
Valyuta məhdudiyyəti siyasətini həyata keçirən digər bir 
orqan gömrük oraqanıdır. Gömrük orqanı ölkədən çıxarılan və 
ölkəyə  gətirilən  bütün  valyutalara,  məhsullara  nəzarəti  həyata 
keçirir.  Bu  nəzarətin  həyata  keçirilməsi  üçün  2  cür  gömrük 
rejimindən  istifadə  edilir.  Sadə  gömrük  rejimi  gömrük  rejimi-
nin sadələşdirilmiş formasıdır ki, bu da, müasir şəraitdə inteq-
rasiyanın əsasını təşkil edir. Sərt gömrük rejimi zamanı dövlət 
güclü proteksionizm rejimindən istifadə edir.  
ndi  isə  2006-cı  ildə  ölkəmizdə  aparılan  valyuta  siyasəti 
və struktur tədbirlər haqqında danışaq. 2006-cı il üçün pul siya-
sətinin təqdim olunmuş istiqamətləri hökumətin 2006-cı il üçün 
formalaşdırdığı  büdcə  siyasətinə,  iqtisadi  artım  proqnozlarına, 
makroiqtisadi  sabitliyin  qorunması  üzrə  müəyyən  olunmuş  ori-
yentirlərə (birrəqəmli inflyasiya) və qeyri-neft sektorunun inki-
ş
af  prioritetlərinə  əsaslanır.  2006-cı  ildə  ölkə  iqtisadiyyatında 
sıçrayışlı  inkişaf  dinamikası  davam  etmişdir,  iqtisadi  artım 
tempi  30%-i  ötmüş,  təkcə  neft  sektorunda  artımın  55%  təşkil 
etmişdir, onun ÜDM-də payının 43%-ə çatmışdır.  
Yüksək  inkişaf  dinamikası  şəraitində  büdcə  gəlirlərinin 
70%-dək artımı olmuşdur. Bu il büdcəyə əsasən gələn neft gə-
lirlərinin  əhəmiyyətli  hissəsi  sosial-iqtisadi  inkişaf  məqsədlə-
rinə istifadə olunmuş və bu pul kütləsinə, məzənnəyə təsir edən 
ə
sas  faktor  olmuşdur.  2006-cı  ildə  dövlət  büdcəsi  xərclərinin 
təqribən 60%-i xarici valyutada olan neft gəlirləri hesabına ma-
liyyələşmişdir.  Bu  isə  böyük  həcmdə  xarici  valyuta  kütləsinin 
valyuta  bazarına  daxil  olmasını  təsdiq  edir.  Nəticədə  pula 
tələbin əhəmiyyətli artmasına şərait  yaranmış, bu isə məzənnə 
və qiymətlərə təzyiqə səbəb olur.  
2006-cı  ilə  nəzərdə  tutulan  iqtisadi  siyasət,  ilk  növbədə 
isə fiskal siyasət məcmu tələbin bütün komponentləri (istehlak, 
investisiya, xalis ixrac) üzrə pula tələbın genişlənməsinə şərait 
yaratsa  da,  Milli  Bank  təkrəqəmli  inflyasiya  hədəfinə  uyğun 
olaraq bu tələbin yüksək inflyasiya doğurmayan hissəsini ödə-
məyə çalışmışdı.  


 
16
Makroiqtisadi  sabitliyi  qorumaq  üçün  Milli  Bank  pul 
emissiyasının məqbul həddini müəyyən etmişdir. Bu hədd qey-
ri-neft  sektorunun  artımına  əsaslanır.  Eyni  zamanda,  denomi-
nasiyanı  həyata  keçirən  ölkələrin  təcrübəsi  göstərir  ki,  milli 
valyutaya inamın güclənməsi dollarlaşma səviyyəsinin azalma-
sı ilə müşahidə olunur.  
  Fiskal  ekspansiya  ilə  yanaşı,  2006-cı  ildə  xarici  inves-
tisiyaların böyük həcmli axınları, dövlət təminatlı və dövlət tə-
minatı olmadan xarici kreditlərin cəlb olunması, daxili maliyyə 
bazarında faiz dərəcəsinin yüksək olması ilə bağlı qısamüddətli 
xarici kapitalın axını ehtimalı valyuta bazarına təzyiqi daha da 
artırmış və manatın möhkəmlənməsini şərtləndirmişdi. 
  Eyni  zamanda,  belə  şəraitdə  inflyasiya  üzrə  hökumətin 
nəzərdə tutduğu hədəfin reallaşması 2006-cı ildə daxili tələbin 
idarə  olunması  siyasətində  əhəmiyyətli  korreksiyaların  həyata 
keçirilməsini  zəruri  etmişdir.  Bu  ilk  növbədə  makroiqtisadi 
siyasətin, büdcə siyasətinin, xüsusilə cari büdcə xərclərinin və 
büdcənin  qeyri-neft  kəsirinin  ciddi  monitorinqini,  bu  kəsirin 
limitinin neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüd-
dətli strategiyadan irəli gələn prinsiplər əsasında gözlənilməsini 
tələb  etmişdi,  büdcə  xərclərinin  keyfiyyətinin  daha  da  artırıl-
masını şərtləndirmişdir.  
  2006-cı  ilə  Milli  Bank  pul  kütləsinin  artım  tempi  ilə 
məzənnənin  dəyişməsini  effektiv  balanslaşdırmağa  çalışmışdı. 
Bu  məqsədlə  2005-ci  ildə  olduğu  kimi  məzənnə  siyasətində 
“üzən-tənzimlənən məzənnə rejimi”nə üstünlük vermişdir.  
Bütün  bunlar  2006-cı  ildə  büdcə  siyasətinin  məqsədləri 
ilə pul siyasətinin məqsədlərinin effektiv uzlaşdırılması imkan-
larını artırmış, pul siyasətinin “inflyasiyanın hədəflənməsi reji-
mi”nə keçirilməsi üçün ilkin şəraiti təmin etmişdi.  
Milli  Bank  pul  kütləsinə  nəzarəti  gücləndirmək  üçün  öz 
notlarının emissiyasını genişləndirmişdi. Başqa neft ixracatçısı 
olan ölkələrinin təcrübəsində olduğu kimi, neft bumunun erkən 
dövrünün  “kredit  bumu”  ilə  müşahidə  olunacağı  ehtimallarını 


 
17
nəzərə alaraq Milli Bank bank sistemində risklərin minimallaş-
dırılması məqsədilə prudensial monitorinqi daha da gücləndir-
mişdi. Ümumiyyətlə Milli Bankın monetar siyasətinə və 2007-
ci  il  üçün  proqnozuna  aşağıdakı  cədvəldən  daha  aydın  nəzər 
yetirmək olar: 
 
2008-2011 (proqnoz)-ci illər üzrə monetar  
proqnozlar (ilin sonuna) 
 
2008* 
2009 
2010 
2011 (proqnoz) 
Baza inflyasiya, % 
6 
5-7 
5-7 
5-7 
Valyuta ehtiyatları, mln. $-la 
880 
1000 
1100 
1200 
Geniş pul kütləsi, (M-3 pul 
aqreqatı), mlrd. manatla 
artım tempi, %-lə
 
7200 
41
 
9600 
33
 
12500 
30
 
16200 
30
 
Manatla pul kütləsi, (M-2 pul 
aqreqatı), mlrd. manatla 
artım tempi, %-lə
 
3250 
25
 
4500 
38
 
5800 
29
 
7300 
26
 
Bank sistemində cəmi 
depozitlər, mlrd. manatla 
artım tempi, %-lə
 
5100 
67
 
6600 
30
 
8800 
33
 
12000 
36
 
Ə
halinin əmanətləri, mlrd. 
manatla 
artım tempi, %-lə
 
2000 
59
 
3200 
60
 
5400 
69
 
9000 
67
 
Kredit qoyuluşları, 
mlrd.manatla 
artım tempi, %-lə
 
4700 
40
 
6100 
30
 
8200 
34
 
11000 
34
 
*Gözlənilən  
 
  Struktur tədbirlər. Təhlillər göstərir ki, cari ildə Azər-
baycanda inflyasiyanın yalnız 40%-i monetar faktorlar ilə izah 
olunur. Ötən ilə nisbətən monetar amillərin təsirinin artmasına 
baxmayaraq inflyasiyaya təsir göstərən qeyri-monetar amillərin 
xüsusi  çəkisi  əhəmiyyətli  olaraq  qalmaqdadır.  Qeyri-monetar 
faktorlar  inzibati  qaydada  tənzimlənən  qiymətlərin  təsirini  və 
mövcud rəqabət şəraitinin çatışmazlıqlarını özündə əks etdirir.  
  Bu baxımdan makroiqtisadi sabitlik üzrə təyin olunmuş 
hədəflərə  nail  olmaq  üçün  2006-cı  ildə  bir  sıra  struktur  prob-
lemlərin həlli mühüm rol oynamışdı:  
- Ölkədən maliyyə kapitalının çıxması rejiminin müəyyən 
dərəcədə  sərbəstləşdirilməsi,  bu  məqsədlə  fiziki  və  hüquqi 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə