Azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix14.09.2018
ölçüsü0,89 Mb.
#68610
1   2   3   4   5   6   7   8   9   10   ...   35

 
21
keçirmək üçün onların qarşısında bir sıra şərtlər qoyulmuşdur. 
Kredit  vəsaitləri  yalnız  bu  şərtlərin  reallaşmasından  sonra  hə-
yata  keçirilir.  Üzv  ölkələrin  qarşısında  duran  şərtlər  aşağı-
dakılardır: beynəlxalq ticarət fəaliyyətində valyuta məhdudlaş-
dırılmalarına,  hissə-hissə  üzən  valyuta  sisteminin  tətbiq  edil-
məsinə, eləcə də möhtəkir xarakterli kapital hərəkətinə yol ver-
məmək, dövri olaraq ölkənin maliyyə və iqtisadi durumu haq-
qında fonda məlumat vermək, məqsədli devalvasiya siyasətinə 
zəruriyyət  yarandıqda,  devalvasiya  dərəcəsini  fonda  bildirmək 
və  s.  Fonda  üzv  olan  ölkələr  üzərinə  götürdükləri  məsuliyyəti 
yerinə  yetirmədikdə,  bir  sıra  cəza  tədbirlərinə  məruz  qalırlar. 
Belə ki, bu maliyyə qurumu həmin ölkələrə kredit verilişini da-
yandıra, hətta onları üzvlükdən uzaqlaşdıra bilər. Ümumiyyətlə 
tətbiq edilən cəzaların ağırlığı öhdəliklərdən yayınmanın səviy-
yəsindən asılıdır. 
  Beynəlxalq  maliyyənin  daha  bir  mühüm  təşkilatı  Bey-
nəlxalq  nkişaf  və  Yenidənqurma  Bankıdır.  B YB  1944-cü  ildə 
Beynəlxalq Valyuta Fondu ilə bir vaxtda yaradılmışdı. BY B-nın 
ali rəhbər orqanı  darəedicilər Şurasıdır və onun Direktorluğu-
dur. Bura üzv olan ölkələr BVF-nun üzvü olmalıdırlar. Bu şu-
rada hər bir üzv ölkə idarəedici və onun müavini qismində təm-
sil  olunur.  Bunlar  adətən  maliyyə  naziri  və  Mərkəzi  Bankın 
sədrindən təyin olunur. Bundan sonrakı orqan  darəedici Şura-
dır. Bu bank Dünya Bankı da adlandırılır. Bankın ümümi kapi-
talının 20%-dən çox hissəsi ABŞ-ın payına düşür. Dünya Ban-
kının  qərargahı  Vaşinqtonda  yerləşir.  Əsasən  Dünya  Bankının 
məqsədi aşağıdakıları əhatə edir: 
a)
 üzv ölkələrin iqtisadi maliyyə islahatlarına yardımçı olmaq; 
b)
 xarici  maliyyə  qaynaqlarından  daxil  olan  investisiya 
vəsaitləri ilə üzv ölkəri təmin etmək;
 
c)
  ölkələrin xarici dövlət borcu mexanizmni normal hala 
gətirmək və bu yöndə meydana çıxan əsaslı çətinlikləri aradan 
qaldırmaq;
 


 
22
d)
 ölkələr  üçün  daha  sərfəli  investisiya  mənbələrini  müəy-
yən etmək və beynəlxalq iqtisadi tarazlığı təmin etmək;
 
e)
 üzv  ölkələrin  yerli  şirkətlərinin  maliyyə  mənbələrinə 
yaranan ehtiyacın aradan qaldırılması və s.
 
  Bu maliyyə qurumu öz tərkibində Beynəlxalq Yenidən-
qurma və  nkişaf Bankı (BY B); Beynəlxalq  nkişaf Assosiasi-
yası (B A); Beynəlxalq Maliyyə Korporasiyası (BMK);  nves-
tisiya Zəmanəti üzrə Çoxtərəfli Agentlik ( ZÇA)-yi birləşdirir.  
  Beynəlxalq  nkişaf  Assosiasiyası  (B A)  1960-cı  ildə 
yaradılmışdır.  Əsas  məqsədi  Dünya  Bankının  fəaliyyətini  ta-
mamlamaq və çox zəif inkişaf etmiş ölkələrə 50-illik müddəti-
nə faizsiz olaraq (ancaq illik 0.75% həcmində komisyon haqqı 
alınır) kreditlər təqdim etməkdir. Əsasən Assosiasiya illik gəliri 
390  $-dan  çox  olmayan  və  ya  adambaşına  düşən  ümumi  milli 
məhsulun səviyyəsi 790 $-dan çox olmayan ölkələrə kredit verir. 
  Beynəlxalq Maliyyə Korporasiyası 1956-cı ildə  yara-
dılıb və məqsədi gənc dövlətlərin sənayelərində özəl investisi-
yaları stimullaşdırmaq, həmin dövlətlərdə xüsusi bölməni təşkil 
etmək və genişləndirməkdir. BMK ancaq azad olmuş və bir qə-
dər inkişaf etmiş ölkələrdə yüksək səmərəli müəssisələri kredit-
ləşdirir.  Bu  ilk  növbədə  onun  yüksək  faizli  borclarını  qaytar-
maq məqsədi güdür. Korporasiya krediti bir qayda olaraq 15-il 
müddətinə  verilir.  BMk-nın  əsas  xüsusiyyəti  ondadır  ki,  onun 
vəsaitlərinin  üzv  ölkələrdə  investisiyalaşdırılması  üçün  dünya 
Bankının  və  nkişaf  Assosiasiyasının  tələb  etdiyi  hökumət 
zəmanəti tələb olunmur.  
  nvestisiya Zəmanəti Üzrə Çoxtərəfli Agentliyi 1988-ci 
ildə  Dünya  Bankı  Qrupunun  tərkib  hissəsi  kimi  üzv  ölkələrdə 
birbaşa  investisiyaların  stimullaşdırılması  məqsədilə  yaradılan 
beynəlxalq  maliyyə-kredit  institutudur.  Bu  qrum  investisiya-
ların  qeyri-kommersiya  risklərdən  sığortalanmasını  həyata  ke-
çirir.  nvestisiyaların 90%-ə qədərini əhatə edən zəmanətin orta 
müddəti  15-ili  (bəzi  hallarda  20  il)  əhatə  edir.  ZÇA  özünün 
fəaliyyətini milli sığorta şirkətləri ilə istiqamətləndirir. Hazırda 


 
23
agentliyin 145-dən çox üzvü vardır.  ZÇA-nın fəaliyyəti təkcə 
qeyd  olunan  istiqamətlə  məhdudlaşmır.  Qurum  eyni  zamanda 
üzv  ölkələrin  hökumət  dairələrilə  xarici  investisiya  siyasəti, 
eləcə də onun proqram və proseduraları haqqında məsləhətləş-
mələr aparır.    
  Haqqında  danışdığımız  beynəlxalq  maliyyə  kredit  qu-
rumları ilə yanaşı regional maliyyə qrumları da, o cümlədən  s-
lam  nkişaf  Bankı,  Asiya  nkişaf  Bankı,  Afrika  nkişaf  Bankı 
da fəaliyyət göstərir.  
  Beynəlxalq maliyyə təşkilatları bir neçə valyuta əməliy-
yatları  həyata  keçirir.  Bu  əməliyyatlardan  ən  geniş  yayılmışı 
təcili  göndəriş  üzrə  valyuta  əməliyyatlarıdır.  Bu  əməliyyatlar 
valyuta  sövdələşmələrinin  90%-ni  əhatə  edir.  Bu  əməliyyat 
spot  əməliyyat  adlanır  və  onun  mahiyyəti  ondan  ibarətdir  ki, 
valyuta  alqı-satqısında  müqavilə  o,  şərtə  bağlanır  ki,  müqavi-
lədə nəzərdə tutulmuş məbləğ imzalanma anında qəti müəyyən 
olunmuş  kurs  üzrə  imzalanma  günündən  başlamaqla  ikinci  iş 
gününün sonuna qədər müxbir banklara göndərilməlidir.  
  Valyuta  əməliyyatlarının  digər  qismini  valyuta  sövdə-
ləşmələri  təşkil  edir.  Bu  sövdələşmələrə  forvard,  fyuçers  və 
svop sövdələşmələri aiddir.  
  Forvard  müqavilə  bağlanandan  bir  neçə  gün  ərzində 
aparılan  (reallaşdırılan)  qabaqcadan  ödəniş  formasıdır.  Əsas 
etibarilə forvard əməliyyatları müqavilə üzrə valyuta məzənnə-
sinin  tərəddüdündən  (qalxıb-enməsindən)  qaçmaq  məqsədi  ilə 
bank və digər kredit təşkilatları tərəfindən aparılır. 
  Fyuçers əmtəə, valyuta,  qızıl və qiymətli kağızların al-
qı-satqısı  üçün  pul  məbləğinin  müqavilə  bağlandıqdan  sonra 
müqaviləyə  uyğun  məbləğdə  ödəniş  formasıdır.  Bu  sazişdə 
başlıca məqsəd müqavilə müddətindən sonra alqı-satqı obyekti-
nin müqavilə qiyməti ilə faktiki məzənnə arasındakı fərqin əldə 
edilməsidir.  Fyuçers  münasibətlərində  uduzan  tərəf  hazırkı 
birja qiymətləri arasında əmtəənin, valyutanın və s.-nin məzən-
nə fərqi məbləğində alışını, yaxud satışını həyata keçirir. Udan 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə