Azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix14.09.2018
ölçüsü0,89 Mb.
#68610
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

 
24
tərəf isə qarşı tərəfin ziyanı hesabına öz mənfəətini təmin edir. 
Bu əməliyyatda əsasən kontraktın baza aktivi kimi ABŞ dolları 
çıxış edir.  
  Svop müəyyən müddətdən sonra yenidən əksinə müba-
dilə edilməsi şərtilə milli valyutanın xarici valyutaya mübadilə 
edilməsidir.  Bu  əməliyyat  daha  çox  Mərkəzi  Bank  tərəfindən 
həyata  keçirilir.  Mərkəzi  Bank  tərəfindən  svop  əməliyyatları 
beynəlxalq  səviyyədə  likvidlik  böhranlarını  aradan  qaldırmaq 
məqsədilə çox zaman beynəlxalq maliyyə kredit institutları ilə 
ə
laqəli surətdə aparılır. Bura aşağıdakı əməliyyatlar daxildir: 
I.
  Aktivlərin sonradan satılması şərtilə alınması; 
II.
 Qarışılıqlı  şəkildə  mənfəət  əldə  edilməsi  məqsədilə 
aktivlərin, qiymətli kağızların, eləcə də maliyyə öhdəliklərinin 
mübadilə edilməsi; 
III.
  Öhdəlik  yükünün  qismən  yüngülləşdirilməsi  məqsədi 
ilə borc öhdəlikli qiymətli kağızların emitent tərəfindən başqa-
ları ilə əvəz olunması və s. 
IV.
  Azərbaycanın  beynəlxalq  maliyyə  əlaqələri  və  gələ-
cək inkişaf strategiyası. 
Azərbaycanın  konkret  aşağıdakı  beynəlxalq  maliyyə  təş-
kilatları ilə əməkdaşlığı haqqında danışaq:   
Asiya  nkişaf Bankı (A B) 
Azərbaycan  Asiya  nkişaf  Bankına  1999-cu  ilin  dekabrında 
qoşulmuş və 2002-ci ilin əvvəlində Bakıda Əlaqələndirmə Ofi-
si  təsis  edilmişdir.  Getdikcə  artan  yoxsul  insanlar  sayının,  xü-
susən  də  məcburi  köçkün  insanlara  yardım  göstərmək  zərurə-
tinin  mövcud  olduğu  şəraitdə  A B-in  Azərbaycandakı  fəaliy-
yəti əsasən sosial sektorun inkişaf etdirilməsinə yönəldilmişdir. 
Bu  vəzifə  A B-in  “aralıq  əməliyyat  strategiyasının”  əsasında 
durur və onun əsas məqsədləri insanların inkişafına dəstək ver-
mək,  idarəçiliyin  yaxşılaşdırılmasını  və  institusional  bazanın 
möhkəmləndirilməsini,  habelə  dayanıqlı  inkişafı  dəstəkləmək 
yolu ilə Azərbaycanda yoxsulluq səviyyəsini aradan qaldırmaq 
və  yaşayış  standartlarını  yüksəltməkdir.  A B-in  Azərbaycana 


 
25
yardım  strategiyası  ikili  xarakter  daşıyır:  ən  kəskin  ehtiyac 
içində yaşayanlar üçün mühüm ictimai ehtiyacların və xidmət-
lərin  təmin  edilməsinin  təkmilləşdirilməsində  Hökumətə  kö-
məklik  etmək;  rəqabətə  əsaslanan  özəl  investisiyaların  həyata 
keçirilməsi və yeni iş yerlərinin yaradılması üçün zəruri mühi-
tin yaradılmasına yardım etmək. A B-in strategiyaya əsaslanan 
bu əməliyyatları idarəçiliyin yaxşılaşdırılmasına və institutların 
möhkəmləndirilməsinə xüsusi təsir göstərəcəkdir. 
Qara Dəniz Ticarət və  nkişaf Bankı (QDT B) 
Azərbaycan  1997-ci  ildə  QDT B-nin  üzvü  olmuşdur.  Bu 
günə  kimi  onun  Azərbaycandakı  fəaliyyətlərinə  Azərbaycan 
Beynəlxalq  Bankı  ilə  bağlı  ticarət  xarakterli  maliyyələşdirmə-
dən, habelə yeni yaradılmış Azərbaycan Mikro Maliyyə Bankı-
na  AY B  ilə  yanaşı  olaraq  səhm  kapital  qoyuluşunun  həyata 
keçirilməsindən  ibarətdir.  QDT B-nin  Azərbaycandakı  fəaliy-
yətlərinin əsas məqsədləri üzv ölkələr arasında əməkdaşlığı ar-
tırmaq (regionlar arası layihələr); qeyri-neft sektorlarını inkişaf 
etdirmək; ölkə üçün böyük təsirləri ola biləcək layihələri, mə-
sələn enerji, sənaye, aqrobiznes, qida istehsalı sahələrində layi-
hələri inkişaf etdirməkdir. 
Avropa Birliyi 
2004-cü  il  mayın  1-də  AB-nin  genişlənməsindən  sonra 
Azərbaycana  Avropanın  Qonşuluq  Siyasətində  iştirak  etmək 
təklif  olunmuşdur.  Avropa  Komissiyasının  Azərbaycan  Höku-
məti ilə sıx əməkdaşlıq çərçivəsində hazırladığı Fəaliyyət Pla-
nının müəyyən edəcəyi vəzifələrin AY B-in investisiya mühiti 
ilə  əlaqədar  apardığı  strateji  dialoqla  uzlaşacağı  gözlənilir.  Bu 
siyasət  Azərbaycanın  beynəlxalq  birliklə  daha  geniş  əlaqələr 
qurması  üçün  imkanlar  təklif  edir.  1992-ci  ildən  2004-cü  ilə 
kimi olan müddətdə Avropa Komissiyası TACIS, ECHO, Qida 
Təhlükəsizliyi, FEOGA, Xüsusi Yardım, Bərpa və Xüsusi Hu-
manitar Yardım proqramları çərçivəsində ümumilikdə 400 mil-
yon  avro  dəyərində  qrant  əsaslı  yardımlar  etmişdir.  Azərbay-
canda həyata keçirilən TACIS proqramı çərçivəsində əsas məq-


 
26
səd bazar iqtisadiyyatına və insan hüquqlarına əsaslanan plüra-
list  demokratiya  keçidlə  bağlı  yardım  göstərməkdən  ibarətdir. 
Burada əsas diqqət institusional, hüquqi və inzibati islahatların 
həyata keçirilməsinə və özəl sektorun inkişaf etdirilməsinə yö-
nəldilir. TACIS-in növbəti üç il üçün büdcəsi 28 milyon avro-
dur və bu müddət ərzində özəl sektorun inkişaf etdirilməsi, tə-
qaüdlər, ekologiya, sosial təminat və ictimai idarəetmə sahələ-
rində islahatlar nəzərdə tutulmuşdur. 
Beynəlxalq Maliyyə Korporasiyası 
Beynəlxalq  Maliyyə  Korporasiyasının  Azərbaycandakı 
strategiyası əsas diqqəti yerli və xarici rəqabətin gücləndirilmə-
sinə, qeyri-bank sektorunda müştərək müəssisələrin yaradılma-
sına və yerli özəl banklara texniki yardımın təmin edilməsi va-
sitəsilə  maliyyə  sektorunun  dəstəklənməsinə;  mikro  müəssisə-
lərin,  kiçik  və  orta  sahibkarlığın  möhkəmləndirilməsinə;  kənd 
təsərrüfatında  və  sənaye  sektorlarında  investisiyaların  dəstək-
lənməsinə;  qeyri-neft  sektorlarına  birbaşa  xarici  investisiyala-
rın yönəldilməsinə, habelə neft, qaz və əlaqədar sektorlarda in-
vestisiyaların  dəstəklənməsinə  yönəldilmişdir.  Bu  qurum  doq-
quz layihəni maliyyələşdirmişdir. Eyni zamanda bu yaxınlarda 
AY B-lə  birlikdə  mikromaliyyə  bankının  maliyyələşdirilməsi 
üçün  lazımi  maliyyə  vəsaitləri  artıq  təsdiq  edilmişdir  və  bu 
vəsaitlərin ümumi dəyəri 134,6 milyon ABŞ dolları təşkil edir. 
Beynəlxalq Valyuta Fondu  
BVF-nin Direktorlar Şurası 2 iyul 2001-ci ildə Yoxsullu-
ğ
un  Aradan  Qaldırılması  və  nkişaf  Proqramı  çərçivəsində 
80,45 milyon SDR məbləğində (kvotanın 50 faizi) üç illik razı-
laşmanı təsdiq etmişdir. 2003-cü ilin dekabrına kimi bu razılaş-
ma  çərçivəsində  dörd  ödəniş  həyata  keçirilmişdir.  Proqramın 
üç əsas vəzifəsi aşağıdakılardır: makroiqtisadi sabitliyin təmin 
edilməsi, idarəetmənin təkmilləşdirilməsi və iqtisadiyyatın qey-
ri-neft  sektorlarının  inkişafı.  Hökumət  bu  günə  kimi  həmin 
proqramın həyata keçirilməsini təmin etmişdir. Proqramın nəti-
cəsi olaraq Hökumət Yoxsulluğun Aradan Qaldırılması Strate-


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə