Azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix14.09.2018
ölçüsü0,89 Mb.
#68610
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

 
27
giyasını  yekunlaşdırmış  və  gömrük,  vergilərin  idarəolunması, 
maliyyə  sektoru,  Dövlət  Neft  Fondunun  yaradılması  və  ida-
rəolunması, enerji sektoru, idarəetmə, büdcə siyasəti və ticarət 
siyasəti  sahələrində  islahatlar  həyata  keçirmişdir.  2004-cü  ilin 
noyabrında Azərbaycan VIII Maddənin 2, 3 və 4-cü tələblərini 
qəbul edərək cari beynəlxalq əməliyyatlar üçün ödənişlərin və 
pul  köçürmələrinin  həyata  keçirilməsi  zamanı  məhdudiyyətsiz 
valyuta kursu təmin etmək öhdəliyini öz üzərinə götürmüşdür. 
Nəhayət,  22  dekabr  2004-cü  ildə  BVF-nin  Direktorlar  Şurası 
Yoxsulluğun  Aradan  Qaldırılması  və  nkişaf  Proqramı  çərçi-
vəsində dördüncü və sonuncu təhlili tamamlamışdır. 
slam  nkişaf Bankı ( B) 
Azərbaycan  B-yə1992-də  qoşulmuşdur.  B-nin  fəaliy-
yətləri  kanal  və  drenaj  sistemlərinin  bərpası,  enerji  istehsalının 
artırılması  və  mühüm  yolun  inşası  vasitəsilə  kənd  təsərrüfatının 
inkişaf  etdirilməsinin  təkmilləşdirilməsinə  yönəldilmişdir.  Bank 
infrastrukturun  və  aqro  sənaye  sahələrinin  qurulması  ilə  bağlı 
texniki yardım fəaliyyətlərini maliyyələşdirmişdir.  B-nin həyata 
keçirdiyi  investisiyalara  AY B  ilə  birlikdə  Mingəçevir  Enerji 
Layihəsinin  maliyyələşdirilməsi  (bunun  üçün  12,5  milyon  ABŞ 
dolları  məbləğində  kredit  ayırmışdır)  daxildir.  Bu  layihəyə 
Mingəçevir  Su  Elektrik  Stansiyasının  avadanlıqlarla  təchizatı, 
habelə 110 kv-lıq ötürücü xəttin və yeni stansiyanın qurulması 
daxildir. 
BMT-nin  nkişaf Proqramı (UNDP) 
BMT-nin  nkişaf  Proqramı  Azərbaycanda  1993-cü  ildən 
təmsil  olunur.  Bu  günə  kimi  UNDP  ümumi  dəyəri  31  milyon 
ABŞ dollarından çox olan 60-dan artıq proqram  və layihə hə-
yata  keçirmişdir.  lk  dövrdə  qurumun  fəaliyyətləri  əsasən  mü-
naqişədən sonrakı dövrdə yardım, fövqəladə hallarda xilasetmə 
və  yenidənqurma  sahələrinə  yönəldilmişdir.  UNDP  Dünya 
Bankı  və  UNHCR  ilə  birlikdə  müharibənin  təsirlərinə  məruz 
qalmış ərazilərdə həyata keçirilən tədbirlərin əlaqələndirilməsi, 
milyona yaxın qaçqın və köçkün kateqoriyasından olan insanın 


 
28
müvəqqəti  yerləşməsinə  dəstək  verilməsi  və  əhalinin  zəif  ka-
teqoriyaları üçün gəlir gətirən fəaliyyətlərin təşkili üçün məsul 
olan  Azərbaycan  Yenidənqurma  və  Bərpa  Agentliyini  təsis 
etmişdir. UNDP həmçinin Azərbaycanda Minalara Qarşı Milli 
Agentliyin  (ANAMA)  təsis  edilməsinə  şərait  yaratmış  Mina-
lara  qarşı  Milli  fəaliyyət  Proqramının  hazırlanmasında  aparıcı 
rolu  öz  üzərinə  götürmüşdür.  Bu  gün  UNDP-nin  Azərbaycan-
dakı fəaliyyətlərinin əsas məqsədləri yoxsulluğun aradan qaldı-
rılmasına  köməklik  etmək,  fərdi  insan  hüquqlarına  ehtiram 
olunmasını  dəstəkləmək,  təbii  ehtiyatları  mühafizə  etmək,  ha-
belə  ölkə  miqyasında  müvafiq  islahatların  keçirilməsi  yolu  ilə 
ölkədə demokratik idarəçiliyin BMT Xartiyasının prinsiplərinə 
uyğun həyata keçirilməsini təmin etməkdir. 
Dünya Bankı  
Azərbaycan Respublikası 1992-ci ilin sentyabrında Dün-
ya  Bankının, 1995-ci ilin martında isə Beynəlxalq  nkişaf As-
sosiasiyasının  üzvü  olmuşdur.  Azərbaycan  həmçinin  1992-ci 
və  1995-ci  illərdə  müvafiq  olaraq  Çoxtərəfli  nvestisiyaların 
Təminatı  Agentliyinin  (MIGA)  və  BMK-nın  üzvü  olmuşdur. 
Dünya  Bankının  Azərbaycanda  bu  günə  kimi  həyata  keçirmiş 
olduğu fəaliyyətlərin əsas diqqət mərkəzində strateji məsləhət-
lərin  verilməsi,  həm  investisiyaların,  həm  də  Hökumətin  büd-
cəsinin  maliyyələşdirilməsi  və  yardımların  əlaqələndirilməsi 
olmuşdur. Dünya Bankı xüsusi olaraq Hökumətin öz neft ehti-
yatlarını idarə etməsi və həyata keçirdiyi islahatları sürətləndir-
mək məqsədilə fəaliyyət kursunda müvafiq dəyişikliklər etməsi 
üçün müvafiq institusional bazanın möhkəmləndirilməsi istiqa-
mətində hökumət orqanları ilə birgə işləyir. 
Dünya  Bankı  Azərbaycanda  nisbətən  fəaldır  və  bu  günə 
kimi həyata keçirilən 25 əməliyyat üçün 622 milyon ABŞ dolları 
ayırmışdır. Bu layihələrdən on yeddisi hazırda da davam edir. 
Yaponiya  
2005-ci  ilin  mart-aprel  aylarında  Yaponiyanın  Azərbay-
canın inkişafına rəsmi ikitərəfli  yardımlarının cəmi 404,3 mil-


 
29
yon ABŞ dollarına bərabər olmuşdur (texniki yardımlar istisna 
olmaqla).  qtisadi Əməkdaşlıq və  nkişaf Təşkilatının məlumat-
larına  əsasən  Yaponiya  2000-  2001-ci  ildə  ən  iri  ikitərəfli  do-
nor, 1997-ci və 1998/99-cu illərdə isə müvafiq olara ikinci və 
üçüncü ən iri donor olmuşdur. 
Yaponiyanın ən iri layihəsi Severnaya Qarışıq Qaz Enerji 
Stansiyası layihəsidir. 1998-ci və 1999-cu illərdə müvafiq ola-
raq 193 milyon və 153 milyon ABŞ dollarına bərabər məbləğ-
də  (yenlə)  kreditlər  ayrılmışdır.  Eyni  zamanda  müxtəlif  məq-
sədlər üçün, o cümlədən torpaq və irriqasiyanın inkişaf etdiril-
məsi, tibbi ocaqlar, qida istehsalı, iqtisadi struktur dəyişiklikləri 
və mədəni məqsədlər üçün də qrant şəklində vəsaitlər ayrılmış-
dır.  Yerlərdə  nsan  Təhlükəsizliyi  qrant  mexanizmi  vasitəsilə      
66 layihə üçün cəmi 3,9 milyon ABŞ dolları məbləğində vəsaitlər 
ayrılmışdır. Eyni zamanda ICRC və UNCHR vasitəsilə də hu-
manitar  yardımlar,  Dünya  Qida  Proqramı  vasitəsilə  isə  qida 
təmin edilmişdir. 
Texniki yardımlara isə 1993-2004-cü illərdə Yaponiyada 
164  nəfərin  təlim  keçməsi  və  beş  mütəxəssisin  Azərbaycana 
göndərilməsi  daxildir.  2002-ci  ilin  sonlarında  aparılmış  yardı-
ma dair məsləhətləşmələr çərçivəsində aşağıdakı sahələr priori-
tet kimi müəyyən edilmişdir: (1) iqtisadi infrastrukturun inkişa-
fı, (2) sosial sektor və (3) insan resurslarının inkişafı. 
Almaniya 
Almaniya Kreditanstalt fur Wiederaufbau (KfW) vasitəsi-
lə həyata keçirdiyi maliyyə əməkdaşlığı çərçivəsində Azərbay-
cana təqribən 72 milyon avro dəyərində investisiya qoymuşdur 
və növbəti iki il ərzində bu məbləği 90 milyona artırmaq niyyə-
tindədir.  Texniki  yardım  sahəsində  isə  Almaniyanın  Gesel-
lschaft fuer Technische Zusammenarbeit (GTZ) təşkilatı bu gü-
nə  kimi  9  milyon  avro  dəyərində  treyninq  və  məsləhətçi  xid-
mətləri  göstərmişdir  və  növbəti  iki  il  ərzində  bu  məbləği  14 
milyon avroya çatdırmaq niyyətindədir. 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə