Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
  1   2   3   4   5   6   7   8   9   ...   47


Azərbaycan Dövlət  qtisad Universiteti
 
 
 
 
Ə
məyin iqtisadiyyatı və təşkili  kafedrası 
 
 
S.R.Bayramova, S.Ə.Qurbanova 
 
 
 
 
 
 
 
 
 
 
Gəlirlər və əmək haqqı siyasəti 
 
 
Dərslik 
 
 
 
 
 
Bakı-2009 
 
 
 
 


 
4
                                    GİRİŞ       
  _____________________________________________________________ 
 
 
Azərbaycanda  sosial  yönümlü  bazar  iqtisadiyyatının  yaradılması 
cəmiyyətdə  sosial  rifahın  təmin  olunmasına  zəmanət  kimi  dövlətin 
müəyyənedici rolunun gücləndirilməsi ilə şərtləşir. Belə ki, əhalinin həyat 
səviyyəsinin  yüksəlməsinə  gətirib  çıxaran  sosial-iqtisadi  strategiyanın 
həyata  keçirilməsi  nəticəsində  müstəqilliyimizin  möhkəm  iqtisadi  əsası 
yaradıldı. Həyata keçirilən siyasət iqtisadiyyatda keyfiyyət dəyişikliklərinə 
səbəb  oldu.  Bütün  makroiqtisadi  göstəricilərə  əsasən  Azərbaycan  ən 
yüksək iqtisadi artım səviyyəsinə nail olmuşdur. Sosial problemlərin həlli 
həyat  səviyyəsinin  sabitləşməsi  və  yüksəldilməsi,  əhalinin  adambaşına 
düşən  orta  gəlirlərin  artırılması,  ev  təsərrüfatlarının  tələbatlarının 
ödənilməsi imkanlarının genişləndirilməsi ilə qırılmaz şəkildə bağlıdır.  
Bazar  iqtisadiyyatı  ölkələrində  mövcud  olan  bazar  əlaqələrinin  ən 
ümumi  cəhəti  onların  dövlət  tərəfindən  makro  iqtisadiyyat  səviyyəsində 
bütünlüklə ictimai təkrar istehsal üçün əlverişli şərait yaratmaq məqsədi ilə 
tənzim  olunmasıdır.  Bu  baxımdan  dövlətin  iqtisadi  vəzifələri  özünü  bir 
neçə  istiqamətdə  həyata  keçirilən  iqtisadi  siyasətdə  tapır  ki,  bunlara 
daxildir:  sosial  siyasət,  fiskal  siyasət,  sahibkarlıq  siyasəti,  elmi-texniki 
siyasət,  xarici  iqtisadi  siyasət,  inhisarçılığa  qarşı  siyasət,  antiinflyasiya 
siyasəti və s. 
Bu  siyasətlərin  həyata  keçirilməsi  vahid  məqsədə  -  iqtisadiyyatın 
yüksək  səmərəliliyinin,  iqtisadi  həyatın  sabitliyinin  və  sosial  ədalətin 


 
5
bərqərar  olunmasının  təmin  edilməsi  yolu  ilə  ölkənin  sosial-iqtisadi 
həyatının tənzim edilməsinə yönəldildi.  
Sosial  sahədə  dövlət  tərəfindən  həyata  keçirilən  və  əhalinin  həyat 
səviyyəsinin yüksəldilməsinə xidmət  edən əsas tədbirlər sırasına daxildir: 
təhsil,  səhiyyə,  ekoloji  problemlərin  həllinə  yönəldilmiş  iri  həcmli 
proqramların  işlənib  hazırlanması,  işçilərin  sosial  müdafiəsi  və  sosial 
təminatı  (istehlak  büdcəsinə  uyğun  əmək  haqqının  və  təqaüdlərin 
minimum  səviyyəsinin  müəyyən  edilməsi,  inflyasiyanın  sürətinə  uyğun 
olaraq gəlirlərin indeksasiyası və s.) mexanizminin formalaşması. 
Sosial  siyasət  bilindiyi  kimi,  yalnız  sosial  müdafiəyə  ehtiyacı  olan 
əhalinin ayrı-ayrı kateqoriyalarına yardım göstərilməsi ilə aparılmır. Onun 
təsiri  və  səmərəliliyi  bir  çox  hallarda  dövlət  tərəfindən  əhalinin  müxtəlif 
sosial qrupları arasında münasibətlərin hansı metodlarla və hansı dərəcədə 
tənzimləməsindən, gəlirlərin bölüşdürülməsinə necə təsir göstərməsindən, 
vergi  sisteminin  necə  qurulmasından  və  s.-dən  asılıdır.  Bu  da  öz 
növbəsində  əhalinin  strukturu  və  onun  tərkibi  haqqında  informasiyanın 
həcmindən və etibarlılığından asılıdır. 
Sosial siyasətin vacib hissəsi gəlirlərin kəskin differensiyasının aradan 
qaldırılmasıdır.  Belə  ki,  yüksək  gəlirlərə  yüksək  vergilər  qoymaqla 
büdcəyə  cəlb  edilmiş  vəsaitin  xeyli  hissəsi  az  gəlirli  əhalinin  sosial 
problemlərinin  həllinə  yönəldilir.  Fiskal  siyasət  öz  nəzəri  əsasını  Keynsin 
nəzəriyyəsində tapmış və mahiyyət etibarı ilə dövlətin gəlir və xərclərinin 
tənzimləməsində  həyata  keçirdiyi  maliyyə  tədbirlərindən  ibarətdir.  Bu 
tədbirlərin  həyata  keçirilməsində  məqsəd  yüksək  iqtisadi  artımı  təmin 
etməkdən ibarətdir. Fiskal siyasət büdcə tənzimi, vergi, pul-kredit tənzimi 
və s. kimi iqtisadi tənzimetmə vasitələri ilə həyata keçirilir. 


 
6
  Dövlətin  gəlirlərin  yenidənbölgüsü  funksiyası  makroiqtisadi 
səviyyədə  həyata  keçirilir.  Dövlət  cəmiyyətdə  gəlirlərin  yenidən  bölgüsü 
yolu ilə sosial müdafiə və təminat fondlarını formalaşdırır. Bu yolla dövlət 
minimum  əmək  haqqı,  qocalığa  görə  təqaüd,  işsizliyə  görə  müavinat, 
aztəminatlı  ailələrə  müxtəlif  yardımlar  verilməsinin  maliyyə  əsasını 
yaratmaqla sosial proqramları reallaşdırır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
7
Fəsil 1 
 
“GƏLİRLƏR  VƏ  ƏMƏK  HAQQI  SİYASƏTİ”  FƏNNİNİN 
PREDMETİ, MƏZMUNU  VƏ  VƏZİFƏLƏRİ 
 
 
 
1.1. Gəlirlər və əmək haqqı siyasəti dövlətin sosial-iqtisadi 
siyasətinin tərkib hissəsi kimi. Dövlət siyasətinin gəlirlər 
və əmək haqqı sahəsində məqsədi və vəzifələri 
 
 
Dövlətin  sosial-iqtisadi  siyasətinin  əsasını  gəlirlər  və  əmək  haqqı 
siyasəti    təşkil  edir.  Bu  sahədə  fəaliyyət,  sərəncamda  olan  vəsaitlərə  və 
zərüri  hüquqi  bazaya  əsaslanaraq,  gəlirlərin  formalaşması  ilə  bağlı 
tədbirlər  sistemi  vasitəsilə  əhalinin  həyat  səviyyəsini  yüksəltməkdən 
ibarətdir.  
Dövlətin  gəlirlər  və  əmək  haqqı  sahəsində  apardığı  siyasətin  əsas 
mədsədi  əhalinin  rifah  halını  yüksəltməkdən,  sosial-iqsisadi  inkişafı,  eyni 
zamanda  sosial  tərəqqiyə  meyllənməni  stimullaşdırmaqdan  ibarətdir.  Bu 
məqsədə  nail  olmaq  üçün  gəlirlər  və  əmək  haqqı  siyasətin  qarşısında 
aşağıdakı vəzifələr durur: 

əhalinin orta təbəqələrinin həyat səviyyəsinin sabitləşməsi; 

əhali  gəlirlərində  mövcud  fərqlərin  artmasının  və  bununla  bağlı 
cəmiyyətin davam edən təbəqələşməsinin qarşısının alınması; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə