Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda


 Bank bazarının müĢtəri qrupları və məkan üzrə



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

 

33 


 

2.2. Bank bazarının müĢtəri qrupları və məkan üzrə 

quruluĢu 

 

Bank bazarının strukturlaşdırılması üçün növbəti meyar bank xidmətlərinin 



istehlakçıları  (bankların  faktiki  və  potensial  müştərilərinin)  qruplarıdır.  Bank 

bazarının  müştəri  qrupları  üzrə  seqmentləşdirilməsi  ən  müxtəlif  əlamətlər  üzrə 

aparıla bilər: hüquqi, iqtisadi, coğrafi, demoqrafik, davranış əlamətləri və s. 

Müştərilərin hüquqi statusundan asılı olaraq bazarın seqmentlərə bölünməsi 

halında  bank  xidmətlərinin  müəssisələr  (hüquqi  şəxslər)  və  əhali  (fiziki  şəxslər) 

üçün bazarlarının fərqləndirilməsi nəzərdə tutulur. Amerika praktikasında bazarla-

rın bu iki növü, müvafiq sürətdə, topdansatış bank bazarı və pərakəndə bank bazarı 

adlanır. Bu təsnifat, öz növbəsində daha da detaliaşdınla bilər. Məsələn, Qərbi Av-

ropa kredit təsisatlarının çoxunda aşağıda göstərilən müştəri qrupları fərqləndirilir: 

 



əhali (ev təsərrüfatları); 

 



müəssisələr; 

 



ictimai təşkilatlar;  

 



maliyyə təsisatları. 

Həmin  bazarların  daha  xırda  seqmentlərə  bölünməsi  xeyli  dərəcədə  bank 

müəssisəsinin  öz  qarşısına  qoyduğu  konkret  məqsədlərdən  asılıdır.  Məsələn  özəl 

müştəriiər bazarını demoqrafik əlamət üzrə seqmentləşdirmək səmərəli ola bilər. 

 

gənclər (16-22 yaş); 



 

yaxın vaxtlarda ailə qurmuş gənclər (25-30 yaş); 



 

«stajlı» ailələr (25-45 yaş); 



 

«yetkin yaşda» olan şəxslər (40-55 yaş); 



 

pensiyaya çıxmağa hazırlaşan (yaşı 55 və daha artıq olan) şəxslər. 




 

34 


Bu  qruplardan  hər  birinin  nümayəndələrinin  bank  xidmətlərinə  təlabatına 

təsir göstərən səciyyəvi cizgiləri 2.1. saylı cədvəldə göstərilmişdir. 

Müəssisələr (işgüzar firmalar) bazarını onlarının ölçüsü əlamətinə görə seq-

mentlərə bölmək olar (bu məqsədlə satışın həcmi, işçiiərin sayı və başoqa meyar-

lardan  istifadə  etmək  olar).  Məsələn  Böyük  Britaniyada  müəssisələr  dövriyyənin 

həcminə görə 3 qrupa bölünür: xırda firmalar (dövriyyənin həcmi 0,5 milyon funt 

sterlinqə qədər), orta firmalar (dövriyyənin həcmi 0,5-4,9 milyon funt sterlinq), iri 

firmalar (dövriyyənin həcminə 5 milyon funt sterlinq və daha artıq). Seqmentləş-

dirmənin  digər  mühüm  əlaməti  firmanın  sahibkarlıq  fəaliyyətini  xarakteridir  (sə-

naye, kənd təsərrüfatı, ticarət, xidmətlər sahəsi və s.). Müştərilərin həmin iki əla-

mət üzrə qərb ölkələrinə tətbiqən fərqləndirilən qruplarının səciyyəvi cizgiləri 1.3. 

saylı cədvəldə göstərilmişdir. 

Bank  bazarının  strukturlaşdırılması  üçün  bir meyar da  məkan əlamətidir. 

Bu əlamətə görə aşağıdakı sektorları fərqləndirmək olar: 

 

lokal    (yerli)    bank  bazarı.    Bu    cür  bazar  şəhər,    kənd,    region 



hüdudunda yarana bilər

 



milli  (daxili)  bank  bazarı.  Aynca  götürülmüş  bir  ölkə  çərçivəsində 

yaranır; 

 

beynəlxalq  bank  bazarı.  Burada  iki  yarımsəviyyə  fərqləndirmək  olar: 



dünya bazarı və ölkəiərarası birliklər bazarı (məsələn Avropa İttifaqı). 

Qeyd  etmək  lazımdır  ki,  bank  bazarının  məkan  strukturu  bu  və  ya  digər 

ölkələrin inzibati-ərazi bölgüsü ilə üst-üstə düşməyə bilər. Buna görə də biz həmin 

strukturu  ərazi  strukturu  və  ya  coğrafi  struktur  deyil,  məhz  məkan  strukturu 

adlandırırıq. Bəzi ölkələrdə (onların ərazisinin kiçik və əhalisinin sayının az olması 

vacib deyil) lokal bazarlar mahiyyət etibarı ilə mövcud olsa da onların sərhədləri 

çox qeyri-müəyyəndir, halbuki başqa ölkələrdə bank rqabəti əsas etibarı ilə lokal 



 

35 


bazarlarda  baş  verir.  Bu,  konkret  ölkənin  iqtisadiyyatının  inkişaf  səviyyəsindən, 

onun  regionlarının  mqtisadi  inteqrasiya  dərəcəsindən,  bankların  müştərüərinin 

müxtəlif qruplannın imkanlarından və bir sıra başqa amillərdən asılıdır.

 

Məsələ burastndadır ki, bazarın sərhədləri alıcının müvaifq ərazilərdə əmtəə 



(indiki  halda  bank  xidmətləri)  almaq  üçün  tqtisadi  imkanların  olması  və  həmin 

ərazüərin hüdudlarından kənarda bu imkanın olmaması ilə müəyyən ediür. qərbdə 

müasir  teiekomunikasiya  vasitələrinin  yüksək  səviyyədə  inkişaf  etməsi  bankların 

müştərilərinə (ilk növbədə firmalara) bəzən minlərcə kilometr  məsafədə yerləşən 

maliyyə  təsisatlarının  xidmətlərindən  istifadə  etmək  imkanı  verir.  Buna  tələbat 

ölkənin  iqtisadiyyatında  inteqrasiya  prosesləri  nəticəsində  yarana  bilər  (məsələn 

Qərbi Avropa olduğu kimi).

 

Rusiya  isə  əksinə,  bank  bazarlarının  aşkar  nəzərəçarpan  lokal  xarakteri  ilə 



seçiiən  ölkələrə  nümunədir.  Buna  səbəb  -  telekomunikasiyaların    zəif    inkişaf 

etməsi  və   Rusiyanın   hələ  bazar iqtisadiyyatının və ona adekvat bank sisteminin 

formalaşmasının yalnız başlanğıc mərhələdə olmasıdır. 

Cədvəl 1.1.  

Əhalinin bank bazarının yaş əlamətinə görə seqmetlərə bölünməsi 

(Qərb ölkələrinin nümunəsində) 



MüĢtərilər qrupu 

Səciyyəvi cəhətləri 

Gənclər (16-22 yaş) 

Tələbələr; ilk dəfə işə girən şəxslər; nikah bağlamağa 

hazırlaşan nisbətən yaşlı şəxslər 

Yaxın vaxtlarda ailə qurmuş 

gənclər (25-30 yaş) 

llk dəfə ev və uzunmüddətli istehlak malları alan insanlar 

«Stajlı» ailələr (25-45 yaş) 

Karyerası artıq formalaşmış, lakin maliyyə sərbəstliyi 

məhdud olan insanlar. Onların birinci dərəcəli vəzifəsi -

mənzil şəraitini yaxşılaşdırmaq, əilənin maliyyə baxımından 

qorunmasını təmin etmək, uşaqlara təhsil verməkdir. 

«Yetkin yaşda» olan şəxslər 

(40-55 yaş) 

Bu kateqoriyaya aid adamların maliyyə öhdəlikləri 

azaldıqca onlann gəlirlərinin artması müşahidə otunur. 

Onların ən mühüm vəzifəsi - pensiya təminatını 

planiaşdırmaqdır. 




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə