Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

 

39 


 

 

2.3.



 

Bank xidmətləri bazarına  dünyada  

                                     gedən proseslərin təsiri 

İlk  növbədə  bank  xidmətlərinin  bank  işində  nə  kimi  yer  aldığını,  bankın 

gördüyü işlər sırasında haraya, nəyə aid olduğunu aydınlaşdırmağı məqsədəuyğun 

hesab edirik. Həm də bununla bank xidmətlərinin anlayışını vermiş olarıq. 

Bu  məsələyə    kommersiya  banklarının  əməliyyatlarının ümumi    bölgüsünə 

əsasən  yanaşıldıqda  1)  bankların  passiv  əməliyyatları;  2)  bankların  aktiv 

əməliyyatları; 3) bankların aktiv-passiv əməliyyatlara bölündüyünü görürük. 

Dünya  (xarici)  təcrübədə  bank  xidmətləri  bankların  aktiv-passiv 

əməliyyatları  tərkibində  halandırılır.  Çünki  bu  əməliyyatlar  banklar  tərəfindən 

müştərilərin  tapşırığı  ilə  müəyyən  haqq  alınmaqla  yerinə  yetirilən  komissiya, 

vasitəçilik  əməliyyatlarını  təmsil  edir.  Həmin  xidmətlərə    görə  alınan  haqq  isə 

komissia,  yaxud  komisyon  haqqı  adlandırılır.  Məhz  bank  əməliyyatlarının  həmin 

qrupu adətən xidmətlər saylıır. Həmin xidmətlər sırasında müştərilərin tapşırıqları 

ilə yerinə yetirilən bir sıra xidmət növləri vardır. 

Komissiya  əməliyyatlarına  bərabər  tutulan  xidmətlər  bankın  o 

əməliyyatlarının təmsil edir ki, onlar müştərilərin tapşırığı ilə və onların hesabına 

həyata keçirilir və banka komissiya haqqı şəklində gəlir gətirir. 

Həmin xidmətlər qrupuna  aşağıdakıların aid edilə bildiyi qəbul edilir: 

-  debitor  borcların  inkassasiyası    üzrə  əməliyyatlar;  bunun  məzmunu 

müştərilərin  tapşırığı  ilə  müxtəlif  pul  sənədləri  əsasında  pulların  borclulardan 

alınmasından ibarət olur; 

- köçürmə əməliyyatları; 

- ticarət-komissiya (ticarət-vasitəçilik) əməliyyatları. Buraya müştərilər üçün 

qiymətli kağızların, qiymətli metalların alınması və satılması, faktorinq, lizinq və 

digər əməliyyatlar aid edilir

- etibar (trast) əməliyyatları; 

- müştiərilərə hüquqi, məsləhət və başqa xidmətlər göstərilməsi. 



 

40 


Hesablaşma-kassa xidmətləri də mühüm yer tutur. 

Qeyd etmək olar ki, bank xidmətləri müasir dövrdə dünya təcrübəsində bank 

fəaliyyətində  mühüm  yerlərdən  birin  tutur.  İnkişaf  etmiş  ölkələrin  kommersiya 

banklarının  rentabelliyi haqqında məlumatlardan aydın olur ki, onların gəlirlərinin 

xeyli  hissəsi  bank  xidmətlərinin  göstərliməsi  hesabına    əldə  edilən  komisyon 

haqları  hesabına  formalaşır.  Belə  bir  fakti  istinad  edilə  bilər  ki,  Fransada  iri 

kommersiya  baknlarının  mənfəətinin  40  %-ə  qədəri  komissiya  haqlarından  (yəni 

xidmətlərdən)  əldə  edilir.  Bütün  gəlirlərin  xüsusi  çəkisi  kredit  əməliyyatlarından 

alınan faizlərə yaxındır. Buna görə də kommersiya banklarının xidmət növlərindən 

daha məşhur olanları nəzərdən keçirmək lazım gəlir. 

Bank  xidmətlərinin dünyəvi praktikasının öyrənilməsi  onların Azərbaycan 

Respublikasında  fəaliyyət  göstərən  banklar  vasitəsilə  iqtisadiyyata  tətbiqinin 

əhəmiyyətli  olmasını  göstərir.  Buna  imkan  verən  odur  ki,  artıq  Azərbaycanda 

formalaşmış  bank  sistemi  mövcuddur,  həm  də  Azərbaycanın  iqtisadiyyatı 

çoxşaxəlidir.  Buna  uyğun  olan    həm  də  odur  ki,  bankların  respublika  ərazisində 

kifayət qədər geniş filial şəbəkəsi mövcuddur  

Azərbaycan  Respublikasında    dünya  iqtisadiyyatına  inteqrasiya  məsələsinə 

böyük  yer  verildiyi  ölkə  Prezidenti  İ.Əliyevin  nitqlərində  qeyd  edilmişdir:  «Biz 

bütün sahələrdə əməkdaşlığa hazırlıq, ölkələrlə qarşılıqlı əsaslar üzərində, qarşılıqlı 

hörmət və bir-birimizin işlərinə qarışmamaq prinsipləri əsasında bundan sonra da 

münasibətləri davam etdirmək fikrindəyik». 

Azərbaycan  hakimiyyətinin  xarici  iqtisadi  siyasət  xəttində  bundan  əvvəlki 

dövrdə  də  əsas  götürülən  bu  xətt  Azərbaycan  Respublikasının  bank  sisteminin 

işində  rəhbər  tutulmuşdur.  Bunun  bank  xidmətlərinin    müəyyən  edilməsinə  və 

təşkilinə  təsiri  vardır,  həmin  xidmətlərin  dünyəvi  praktikanın  müsbət  cəhətlərinə 

görə qurulmasına xidmət edir.  

Ona  görə  də  Azərbaycan  Respublikasının  Milli  (mərkəzi)  Bankı  özünün 

vəzifələrinin  həyata  keçirilməsində  Azərbaycan  iqtisadiyyatı    ilə  yanaşı  olaraq 

dünyada  gedən    proseslərin  öyrənilməsinə,  onların  nəzərə  alınmasına  diqqət 



 

41 


yetirmişdir.  Bu  ondan  irəli  gəlir  ki,  dünya  iqtisadiyyatında  böyük  proseslər    və 

dəyişikliklər  baş verir. Məsələn, 2006-cı ildə dünyada ümumi daxili məhsulun    5 

%-dən  çox  artması  ilə  birlikdə,  xammal  bazarında  qiymətlərin  artması  baş 

vermişdir.  Xammal  ixrac  edən  ölkələrdə  gəlirlərin  artması  iri  sənaye  ölkələrində 

ixracın  stimullaşdırılmasına  diqqət  artılırmışdır.  Əksər  ölkələrdə  həmin  ildə 

işsizliyin  azalması  müşahidə  olunmuşdur.  Bütünlükdə  dünya  iqtisadiyyatında  

iqtisadi tsiklin yüksək səviyyəsi özünü göstərmişdir. 

Ölkənin ixracatdan gəlirinin artması və dövlət büdcəsindən  maliyyələşən iri 

miqyaslı investisiya və sosial  proqramların realizasiyası baş vermişdir. 

Azərbaycanda daxili tələbin xeyli genişlənməsi  daxili tələbata xidmət edən 

sahələrin güclü inkişafına təkan vermişdir. 

Dünya  iqtisadiyyatında  ciddi  dəyişmələr  başlanmış  və  davam  etməkdədir.

 

Dünya  əmtəə  bazarlarında  bahalaşma  və  ilin  II  yarısında  inkişaf  etmiş  ölkələrdə 



(İEÖ)  baş  vermis  maliyyə  burulğanı  ilə  əlaqədar  ölkələrin  iqtisadi  artım  sürəti 

arasında qeyri-bərabərliyin artması özünü göstərmişdir. 

Nəzərə  çarpacaq sıçrayışdan sonra qlobal iqtisadi artım maliyyə burulğanı 

ilə əlaqədar olaraq əhəmiyyətli surətdə yavaşımışdır. Buna baxmayaraq Beynəlxalq 

Valyuta Fondunun (BVF) qiymətləndirmələrinə əsason alıcılıq qabiliyyəti pariteti 

(AQP)  əsasında  hesablanmış  qlobal  iqtisadi  artım  tempi  2014-ci  ildə  4,9%  təşkil 

etmişdir. İqtisadi artımın zəifləməsinə əsas impuls İEÖ-dən gəlmişdir. Bütövlükdə, 

dünya iqtisadiyyatı üçün İEÖ-də ticarət şəraitinin pisləşməsinin mənfı effekti neft 

ixrac edən ölkələrdə gəlirlərin azalması ilə artmışdır. 

Dünya  xammal  bazarlarında  qiymətlərin  nəzərəçarpacaq  dərəcədə 

bahalaşması ümumi qlobal iqtisadi artım tempini ləngidən mühüm amillərdən biri 

olmaqla bərabər, inflyasiya proseslərini də stimullaş-dırmışdır. Bununla belə İEÖ-

in  əksoriyyətində  an-tiinflyasiya  tədbirlərinin  sortləşdirilməsi  öz 

səmə-


rəsini 

vermişdir.  İEOÖ-də,  xüsusilə  neft  ölkələrində  qiymət  artımının  əhəmiyyətli 

dərəcədə  sürətlənməsi  qlobal  riskləri  yüksəltmişdir.  Buna  baxmayaraq  İEOÖ-in 

əksoriyyətində də makroiqtisadi siyasət tədbirləri sortləşdirilmişdir. 




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə