Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

 

42 


ABŞ-da  ipoteka  böhranı  və  iqtisadiyyatda  tənəzzül  gözləntiləri  İEÖ-də 

iqtisadi  artımı  zəiflədən  başlıca  amil  olmuşdur.  Bu  ölkədə  iqtisadi  artım  2,2% 

təşkil etmişdir ki, bu da  son 5 ildə ən aşağı səviyyədir. İqtisadi artım tempinin 

zəifləməsinə başlıca səbəb olmuşdur. 

İqtisadi  fəallığa  mənfı  təsir  edən  risklərin  artması  ilə  əlaqədar  Federal 

Ehtiyat  Sistemi  (FES)  faiz  dərəcələrini  il  ərzində  bir  neçə  dəfə  dəyişərək  aşağı 

salmışdır.  Buna  baxmayaraq  orta  ilik  inflyasiya  tempində  də  azalma  müşahidə 

olunmuşdur  (2,9%).  Eyni  zamanda  kredit  standartlarının  sərtləşdirilməsi  istehlak 

kreditlərinə mənfı təsir etmişdir. İqtisadi fəallığın aşağı düşməsi şəraitində işsizlik 

artaraq ilin sonunda 5%-ə çatmışdır. 

2015-ci  ildə  Avrozonada  real  iqtisadi  artım  2,6%  və  ya  əvvəlki  ildən  0,2% 

bəndi  az  olmuşdur.  Sənayedə  əmək  məhsuldarlığının  0,5%  azalması  sənaye 

istehsalına, xüsusilə də istehlak malları istehsalına mənfı təsir etmişdir. 

Pul  kütləsinin  artım  tempi  avronun  dövriyyəyə  daxil  edildiyi  dövrdən  ən 

yüksək həddə (11,4%) çatmışdır. Bu şəraitdə inflyasiya tempi ötən ilki səviyyədə 

(2,1%)  qalmışdır.  Avropa  Mərkəzi  Bankı  tərəfındən  faiz  dərəcəsinin  artırılması 

(3,5%-dən  4%-ə)  və  il  ərzində  avronun  davamlı  olaraq  bahalaşması  inflyasiya 

təzyiqlərinin qarşısınm alınmasında mühüm rol oynamışdır. 

Birliyin  ən  böyük  iqtisadiyyatı  olan  Almaniyada  iqtisadi  artımın  davam 

etməsi, yeni iş yerlərini yaradılması və fiskal kəsirin son 15 il üçün ən aşağı səviy-

yəyə düşməsi müşahidə olunmuşdur. Burada iqtisadi artım 2,5% təşkil etmişdir. 

Inflyasiya  təzyiqlərinin  artmasında  enerji  daşıyıcı-larının  bahalaşması  ilə 

yanaşı, ilin əvvəlində əlavə dəyər vergisinin 3% bəndi artırılması mühüm rol oy-

namışdır.  

Tərəfdaş  ölkələrdə  qiymət  artımının  başhca  səbəbləri  kimi  dünya  əmtəə 

bazarlarında  istehlak  mallarının  bahalaşması  və  ekspansiv  makroiqtisadi  siyasət 

çıxış etmişdir. inflyasiya təzyiqlərini yumşaltmaq məqsədilə əksor mərkəzi banklar 

milli valyutaların möhkəmlənməsinə imkan yaratmışdır. 




 

43 


İEOÖ-də  gəlirlərin  artması  ilə  əlaqədar  qlobal  tələbin  yüksəlməsi,  enerji 

daşıyıcılarının  bahalaşması  səbəbindən  istehsal  xərclərinin  artması  və  bir  sıra 

əmtəələrin bioenerji mənbəyi kimi istifadə olunması meylinin güclənməsi 2007-ci 

ildə dünya əmtəə bazarlarında bahalaşmanın davam etməsinə şərait yaratmışdır. 

Qlobal  qiymət  artımının  əsas  faktoru  olan  neft  il  ərzində  davamlı 

bahalaşaraq ilin son günündə ən yüksək səviyyəsinə çatmışdır . 

Kənd  təsərrüfatı  xammalının  ucuzlaşmasına  baxmayaraq  ərzaq  malları 

27%  bahalaşmışdır.  Bu,  xammalın  bahalaşmasının  laq  effekti  və  enerji 

daşıyıcılarının  bahalaşması  ilə  əlaqədar  digər  məsrəflərin  artmasından  irəli 

gəlmişdir. Bundan başqa ərzağa olan qlobal tələbin təklifı üstələməsi də mühüm 

rol  oynamışdır.  Dünya  əmtəə  azarlarında  əksor  istehlak  mallarının  bahalaşması 

inflyasiya  idxalına  yəl  açaraq  Azərbaycanda  qiymət  artımının  mühüm 

mənbələrindən birinə çevrilmişdir. 

2015-ci ildə yüksək iqtisadi artım dinamikası davam etmiş, daxili istehlak və 

investisiya  fəallığımn  yüksəlməsi  fonunda  məcmu  tələbi  üzra  sürətli  artım 

müşahidə  edilmişdir.  İnvestisiya  fəallığı  iş  yerlərinin  sürətli  artımına,  əmək 

bazarında fəallığın canlanmasına gətirib çıxarmışdır. Məcmu tələbin yüksək templə 

artımı müəyyən makroiqtisadi hərarətlənmə ilə müşaiyət olunmuşdur. 

Fiskal  genişlənmə  və  sürətlə  artan  müsbət  xalis  ixrac  neft  gəlirləri 

iqtisadiyyatda ikirəqəmli artımın saxlanmasında başlıca rol oynamışdır. 

Daxili  tələbin  əhəmiyyətli  genişlənməsi  daxili  tələbata  xidmət  edən 

sahələrin, xüsusilə qeyri-ticari sahələrin sürətli inkişafını şərtləndirmişdir. Bununla 

belə, iqtisadi artımda digər tələb amillərinin rolu ötən ilə nisbətən yüksəlmişdir.  

Ölkədə  müşahidə  edilən  fiskal  artım  və  əhalinin  pul  gəlirlərinin  yüksək 

artımı  məcmu  tələbin,  xüsusilə  onun  istehlak  komponentinin  əhəmiyyətli 

genişlənməsinə  səbəb  olmuşdur.  Son  istehlak xərclərinin  artımı  başlıca  olaraq ev 

təsərrüfatlarının son istehlak xərclərindən təsirlənmişdir.  

Mərkəzi  Bankın  bank  sisteminin  işinin  beynəlxalq  standartlara  uyğunlaş-

dırılması  üçün  qabaqcıl  təcrübənin  tətbiqi  məqsədilə  texniki  yardımların  cəlb 



 

44 


edilnıəsi və beynəlxalq imicinin daha da yüksəldilməsi istiqamətində 2015-ci ildə 

də  məqsədyönlü  işlər  görülmüşdür.  Bu  işlər  Mərkəzi  Bankın  qarşısına  qoyulmuş 

vəzifələrin  yerinə  yetirilməsini  təmin  etməyə,  aparılan  islahatlar  və  mədernləşmə 

tədbirlərində  bank  işində  zəngin  təcrübəyə  malik  olan  xarici  mərkəzi  bankların 

təcrübəsindən faydalanmağa, habelə Mərkəzi Bankın beynəlxalq arenada layiqincə 

təmsil edilməsinə zəmin yaratmışdır.   

Mərkəzi  Bankın  müəyyənləşdirdiyi  xətlə  ölkənin  maliyyə-bank  sistemi 

Avropa  standartları  və  Bazel  prinsiplərinə  uyğun  olaraq  inkişaf  etdirmək  və 

Avropa İttifaqının maliyyə-bank sisteminə inteqrasiya əsas istiqamətlərdəndir. 

Azərbaycan  ilə  Avropa  İttifaqı  (Aİ)  arasında  1996-cı  ildə  imzalanmış 

Tərəfdaşlıq  və  Əməkdaşlıq  Sazişi  (TƏS)  Aİ  ilə  Azərbaycan  arasmda  əlaqələrin 

hüquqi  və  praktiki  bazasını  təşkil  edir  və  Azərbaycanın  Aİ  ilə  münasibətlərində 

yeni imkanlar açır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 

Sərəncamı ilə Azərbaycan Respublikasının Aİ-nin "Avropa Qonşuluq Siyasəti"nə 

daxil olması və Azərbaycan üzrə Fəaliyyət planının işlənib hazırlanması ilə bağlı 

Azərbaycan  Respublikasının  Avropaya  inteqrasiya  üzrə  Dövlət  Komissiyası 

yaradılmışdır.  2006-cı  ilin  14 noyabr  tarixində  Aİ  ilə  Azərbaycan  arasında  qəbul 

edilmiş  Fəaliyyət  planında  Milli  Bankın  təklifı  əsasında  aşağıdakı  məsələlər  öz 

əksini tapmışdır: 

 



Müasir  informasiya  texnologiyalarından  istifadə  etməklə  regionlarda 

bank xidmətlərinə çıxış imkanlarının təmin edilməsi; 

 

Müasir  beynəlxalq  standartlara  uyğun  olaraq,  maliyyə  bazarlarının  və 



maliyyə vasitəçiliyinin inkişafı üçün müvafıq strategiyanın hazırlanması; 

 



Əhalinin  bank  sektoruna  etibarının  artınlması  məqsədilə  Azərbaycanda 

əmanətlərin sığortalanması sisteminin təsisi; 

 

İpoteka kreditləşməsi sisteminin hüquqi bazasının inkişaf etdirilməsi. 



Beynəlxalq Valyuta Fondu (BVF) ekspertlərinin 2015-ci il ərzində Mərkəzi 

Banka mütəmadi səfərləri davam etmişdir. Bu səfər zamanı əsason aşağıdakı məsə-

lələr barədə müzakirə və məsləhətləşmələr aparılmışdır: 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə