Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

 

48 


Bankları ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üzrə 

tədbirlər həyata keçirilmişdir. 

Mərkəzi  Bank  İsveçrənin  İqtisadi  Məsələlər  üzrə  Dövlət  Katibliyi  (SECO) 

ilə  Texniki  Yardım  və  Treyninq  Proqraınları  (TYTP)  çərçivəsində  əməkdaşlığı 

davam  etdirmişdir.  Həmçinin  TYTP  cərçivəsində  SECO-nun  ekspertləri  Milli 

Banka səfər edərək müxtəlif istiqamətlər üzrə texniki yardım göstərmişlər. 

Maliyyə  Texnologiyalarının  Ötürülməsi  üzrə  Agentlik  (ATTF)  ilə  2015-ci 

ildə ilkin əməkdaşlıq əlaqələri yaradılmışdır. Yaradılmış əməkdaşlıq çərçivəsində 

ATTF-in ekspertləri tərəfındən il ərzində bankçılığın aktual sahələri üzrə ölkəmizin 

kommersiya  bankları  və  maliyyə  institutlarının  əməkdaşları  üçün  dörd  seminar 

təşkil  edilmişdir.  Eyni  zamanda  növbəti  il  üçün  də  üç  seminarın  keçirilməsi 

planlaşdırılmışdır. 

Almaniya  İnkişaf  Bankı  (KfW)  ilə  Əmanətlərin  Sığortalanması  Fondu, 

Kredit  Zəmanəti  Fondunun  yaradılması və  digər istiqamətlərdə  yaxın  əməkdaşlıq 

əlaqələri  davam  etdirilir.  KFW  hazırda  ölkədə  müxtəlif  aktiv  və  hazırlıq 

mərhələsində  olan  layihələrdə  iştirak  edir.  Həmçinin  iqtisadi  sektorun  inkişafına 

yönəlmiş  "Universal  Bank  Sisteminin  Yaradılması"  layihəsi  bankların  pərakəndə 

xidmətlərinin təkmilləşdirilməsi məqsədini daşıyır. 

Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  öz  fəaliyyətində  ohəmiyyətli 

tərəqqiyə  malik  olduğu  istiqamətlər  üzrə  texniki  yardım  göstərmək  niyyəti  ilə 

2015-ci  ildə  donor  fəaliyyəti  sahəsində  də  müvafıq  tədbirlər  həyata  keçirmişdir. 

Mərkəzi  Bank  ötən  illər  ərində  qabaqcıl  dünya  standartları  səviyyəsində  forma-

laşmış və digər ölkələrin mərkəzi bankları üçün maraq kəsb edən sahələrdə Mər-

kəzi  Bankın  yardım  göstərmək  imkanlarının  olduğu  bəyan  edilmişdir.  Mərkəzi 

Bankın  donorluq  fəaliyyəti  çərçivəsində  Mərkəzi  Afrika  Ölkələri  Bankı,  Oman 

mərkəzi bankı, Qırğızıstan mərkəzi bankı və Əlcəzair mərkəzi bankının filialı olan 

Banklararası  ödəniş  mərkəzi  Mərkəzi  Bankda  yaradılmış  "AZİPS"  -  Real  Vaxt 

Rejimində  Banklararası  Milli  Hesablaşmalar  Sistemi  və  "XÖHKS"  -  Xırda  Ödə-

nişlər üzrə Hesablaşma Klirinq Sisteminin iş xüsusiyyətləri və prinsipləri ilə tanış 



 

49 


olmuş, Ödəniş Sistemləri və İnformasiya Texnologiyaları, Təhlükəsizlik və Hesab-

laşmalar departamentlərinin mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmışlar. Eyni 

zamanda Belarus Milli Bankının əməkdaşlan denominasiya ilə tanışlıq məqsədilə 

Milli  Bankda  səfərdə  olmuşlar.  Həmçinin  Mərkəzi  Bankın  tədiyyə  balansı 

departamentinin  direktoru  texniki  əməkdaşlıq  çərçivəsində  Gürcüstan  Milli 

Bankına səfər edərək məsləhət xidməti göstərmişdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

50 


 

 

FƏSĠL 3. BANK BAZARINDA RƏQABƏT 



3.1. Bank rəqabətinin mahiyyəti və qanunauyğunluqları 

«Rəqabət»  termini,  etimoloji  baxımdan,  «concurrentia»  latın  sözündən 

əməiə gəlib «toqquşma», «yarışma» mənası verir. Buna görə də hər hansı rəqabətə 

ən ümumi şəkildə aşağıdakı kimi tərif vermək olar: 



Rəqabət  -  elə  bir  bəhsləşmədir  ki,  onun  gedişində  eyni  bir  məqsədə  nail 

olmaqda marağı oian tərəflər öz rəqiblərinə qalib gəlməyə, onu qabaqlamağa çalı-

şırlar. Rəqabətin (yarışmanın, bəhsləşmənin) elementlərinə ətraf aləmin demək olar 

ki,  bütün  sahələrində  -  təbiətdə,  idmanda,  siyasətdə,  mənəviyyat  sahəsində  rast 

gəlmək olar. İqtisadiyyatda rəqabət mübarizəsi iqtisadi rəqabət və ya bazar rəqabəti 

formasında çıxış edir. 



Bazar  rəqabəti.  Hər  hansı  başqa  rəqabət  növündə  olduğu  kimi  bazar 

rəqabətinin  də  məzmunu  onun  subyektlərinin  bəhsləşməsindən  və  ya  yarışmasın-

dan ibarətdir. Bu halda rəqabətin xarakteri və intensivliyi bazarın strukturu (rəqib-

lərin sayı, giriş və çıxış maneələrinin hündürlüyü və s.) ilə müəyyən olunur

Bazar  rəqabətinin  obyekti  rəqabət  aparan  subyektlərin  iqtisadi  səmərəsidir. 

Satıcılar  üçün  bu  səmərə  malların  satışından  maksimum  mənfəət  əldə  etməkdə, 

alıcılar üçün isə mal alarkən maksimum fayda əldə etməkdə ifadə oiunur. 

Bazar  rəqabətinin  subyektləri  alqı-satqı  münasibətiərinin  iştirakçıları  olan 

satıcılar  və  alıcılardır.  Onların  arasında  rəqabət  tələbatın  (rəqabət  obyektlərinin) 

ümumiliyi  ilə  şərtlənən  mənafelərin  münaqişəsi  üzündən  yaranır.  Satıcılar  və 

alıcılar  üçün  rəqabət  obyektləri  müxtəlif  olduğuna  görə,  rəqabət  mübarizəsi 

satıcılarla alıcılar arasında deyil, ya alıcılar arastnda, ya da satıcılar arasında (yəni 

piştaxtanın eyni tərəfində olan bazar subyektləri arasında) yaranır. 

Beləliklə,  bazar  rəqabətinə  eyni  bir  məqsədə  nail  olmaqda  (əmtəələri 

maksimum səmərə ilə satmaqda və ya almaqda) marağı olan bazar subyektləıinin 



 

51 


(satıcıların  və  ya  alıcıların)  rəqabəti  kimi  tərif  vermək  olar.  Bazar  rəqabətinin 

səciyyəvi əlamətləri aşağıdakılardır: 

 

alıcılar  (satıcılar)  üçün  alternativ  seçim  imkanına  malik  olan bazar-



ların mövcud olması; 

 



öz  aralarında  yarışan  və  bazar  siyasətinin  müxtəlif  vasitələrindən 

istifadə edən çox saylı və ya az saylı alıcıların (satıcıların) mövcud olması; 

 

rəqiblərin  bir  qismi  tərəfindən  bu  vasitələrin  və  digər  rəqiblər 



tərəfindən cavab tədbirlərinin növbələşməsi. 

Bank rəqabəti bazar rəqabətinin növlərindən biridir. Onun spesifikası bir sıra 

məqamlarla müəyyən edilir, lakin əsas iki məqam var: əvvələn, bank rəqabətində 

iştirak edən subyektlər və ikincisi, bank rəqabətinin həyata keçirildiyi mühit. 

Bank  rəqabətinin  subyektləri  kimlərdir?  Əgər  tərif  verilən  anlayışın  hərfi 

mənasına əməl etsək, bank rəqabəti dedikdə yalnız kommersiya bankları arasında 

yaranan münasibətlər başa düşülməli idi. Lakin biz artıq yəqin etmişik ki, bu cür 

düşünmək düzgün olmazdı: ayrılıqda götürülmüş hər bir kommersiya bankı bank 

xidmətlərinin onunla rəqabət aparan satıcıiarının həddən artıq qeyri-bircins kütləsi 

ilə  işləyir  və  kommersiya  bankları  da  bu  kütləyə  daxil  olan  qruplardan  biridir. 

Məsələn,  Amerika  kommersiya  bankı  sərbəst  pul  vəsaitlərinin  cəlb  edilməsi  və 

kreditlər  verilməsi  prosesində  formal  baxımdan  bank  olmayan,  lakin  mahiyyət 

etibarilə bazarda eynilə bu cür xidmətlər təklif edən ssuda-əmanət assosiasiyaları 

və  kredit  ittifaqları  tərəfindən  ciddi  təzyiqə  məruz  qalır.  Analoji  qaydada  Rusiya 

kommersiya  bankları  müasir  mərhələdə  əhalinin  vəsaitləri  uğrunda  mübarizədə 

çoxsaylı  invenstisiya  təsisatlarının,  müxtəlif  borc  öhdəlikləri  emitentlərinin 

şəxsində ciddi rəqabətlə üzləşir. 

Beləliklə,  bank  rəqabətinin  subyektləri  təkcə  banklar  özləri  deyil,  həm  də 

bank  bazarının  iştirakçıları  olan  bütün  başqa  maliyyə  və  qeyri-maliyyə  təsisat-

larıdır.  Yuxarıda  deyilənləri  nəzərə  alaraq,  bank  rəqabətinə  bank  bazarmınt  sub-

yektlərinln  dinamikada  baş  verən  bəhsləşməsi  prosesi  kimi  tərif  vermək  olar.  Bu 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə