Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0.66 Mb.

səhifə17/28
tarix14.09.2018
ölçüsü0.66 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

 

52 


prosesin  gedişində  bank  bazarınını  subyektləri  həmin  bazarda  özlərinə  möhkəm 

mövqe  təmin  etməyə  çalışırlar.  Lakin  bu  tərif  bank  rəqabətinin  spesifik  cizgiləri 

barədə  az  məiumat  verir.  İqtisadi  hadisə  olmaq  etibari  ilə  bank  rəqabətinin 

xüsusiyyətləri həm də bu rəqabətin sferası ilə müəyyən olunur. 



Bank  rəqabətinin  yaranması.  Kredit  münasibətlərinin  və  bank  sisteminin 

yaranması kimi bank rəqabətinin yaranması da qanunauyğundur. 

Bank rəqabəti nə vaxt yaranmışdır? Rəqabət davranışının bəzi əlamətlərinə 

hələ  orta  əsrlər  dövründə  ən  ilk  banklarda  və  hətta  kredit  təsisatlarının  qədim 

proobrazlarında  da  tapmaq  olar.  Lakin  XIX  əsrin  ikinci  yarısına  qədər  real  bank 

rəqabətindən danışmağa dəyməz. Bu, bir tərəfdən iqtisadi səbəblərlə şərtlənmişdi: 

bankların  sayı  nisbətən  az  idi,  bazarda  bolluq  yaranmamışdı  və  bu  şəraitdə 

həmkarların  mənafelərinə  ziyan  vurmadan  öz  işini  genişləndirmək  üçün  imkan 

vardı.  Digər  tərəfdən,  bank  rəqabətinin  inkişaf  etməməsi  bankirlərin  spesifik 

sahibkarlıq etikası ilə bağlı idi. Həmin etikaya görə bank işi adi kommersiyadan, 

mal  alqı-satqısından  prinsipcə  fərqlənən  bir  məşğuliyyət  hesab  edifirdi.  İngilislər 

deyirdilər: «Banking is a profession, not a trade» («Bank işi alver deyil, peşədir»). 

Hələ  XIX  əsrdə  Britaniyanın  bank  dairlərində  bir-birinin  müştərilərini 

əlindən  almaq  nəinki  vicdansız  hərəkət  hesab  edilir,  hətta  müştəri  öz  arzusu  ilə 

başqa  bankdan  keçəndə  əvvəlcədən  həmin  bankla  danışıqlar  aparılmadan  yeni 

bankda  həmin  müştəri  üçün  açılmırdı.  Yeni  bankların  və  ya  onların  filiallarının 

yerləri  isə  elə  seçilirdi  ki,  onlar  artıq  mövcud  bankların  fəaliyyət  sahəsindən 

kənarda olsun. 

Lakin XX əsrin əvvəllərində vəziyyət dəyişdi və banklar üçün rəqabət dövrü, 

«müştəri  ovu»  dövrü  başlandı.  Əvvəllər  müştəri  hesab  açmaq  üçün  özü  banka 

getməli  idisə,  indi  banklar  müştərilərə  (ilk  növbədə  sahibkarlara)  birbaşa  «evinin 

içində»  xidmətlər  təklif  etməyə  başlamış,  daha  sərfəli  şərtlər  təklif  etmək  yarışı 

başlanmışdı. Böyük Britaniya Bank İnstitutunun prezidenti hələ 1902-ci ildə belə 

bir  əlamətdar  faktı  nəzərə  çatdırırdı:  banklar  hətta  nəticə  etibarilə  zərərli  olacağı 




 

53 


gözlənilən  sövdələr  sahəsində  də  bir-biri  ilə  rəqabət  aparmağa  başlamışdı. 

Beləliklə,  strateji  rəqabət  üstünlüklərinə  nail  olmaq  xatirinə  yaxın  dövrdə 

gözlənilən səmərə qurban verilirdi. 

XX  əsrdə  bank  rəqabəti.  XX  əsrdə  Avropada  bank  işi  iki  dəfə  çox  dərin 

struktur dəyişikliklərinə məruz qaldı. Bu dəyişikliklər rəqabətin vəziyyətində də öz 

əksini  tapmışdır.  Birinci  dünya  müharibəsi  ərəfəsində  Qərbi  avropanın  iri  özəl 

banklarının  əsas  əməliyyatları  sənayeyə  kredit  verilməsi  və  qiymətli  kağızlarla 

bağlı əqdlər idi. Xırda sənayeçilərə və kənd təsərrüfatı müəssisələrinə əsasən kredıt 

ortaqlıqları  xidmət  edirdi.  Əmanət  kassalarının  fəaliyyəti  yalnız  əmanət 

əməliyyatları  və  cəlb  edilmiş  vəsaitlərin  uzunmüddətli  kreditlər  verilməsi  üçün 

istifadə  edilməsi  ilə  məhdudlaşırdı.  O  vaxt  nağdsız  hesablaşmalar  hələ  geniş 

yayılmamışdır.  Beləliklə  kredit  təsisatlarının  hər  bir  qrupunun  üstün  təsir  dairəsi 

vardı, özgə sahəyə müdaxilə halları isə az-az rast gəlirdi. Artıq qeyd edildiyi kimi 

iri banklar bir-biri ilə rəqabət aparanda isə onlar məsələn, əmanət kassalarını özləri 

üçün ciddi rəqib hesab etmirdilər. 

Bank  işində  ilk  iri  struktur  dəyişiklikliyi  Birinci  Dünya  Müharibəsindən 

sonra  nağdsız  dövriyyənirı  həddən  artıq  geniş  yayılması  nəticəsində  bank  işində 

rasionallaşma  dalğası  ilə  əlaqədar  baş  vermişdir.  Məhz  həmin  dövrdə  qərbin 

kommersiya  banklarına  perfokartlaria  işiəyən  hesablama  maşınları  gətirildi, 

müştərilər tərəfindən hesablar üzrə çıxarış kitabları aparılması tətbiq edildi. Bunun 

sayəsində  banklar  müştərilərin  get-gedə  yeni  dairlərini  əhatə  etdilər,  bu  isə 

iqtisadiyyatın  bank  sektorunda  təmərküzləşmənin  güclənməsinin  səbəblərindən 

birinə  çevrildi.  Daha  iri  banklar  çoxsaylı xırda özəl  bankları  və  əyalət  banklarını 

«uddular». Məsələn, 1920-ci ildə Almaniyada çox şaxəli filiallar şəbəkəsinə malik 

olan on iri bank vardırsa, 1931-ci ildə cəmi üç iri bank qalmışdı. 

Bank  işində  ikinci  iri  struktur  dəyişlklikiyi  Qərbi  Avropada  60-cı  illərdə 

başlandı. Həmin dövrdə əhalinin əmanət vəsaitləri bütün kredit təsisatların birinci 




 

54 


dərəcəli  resurs  mənbəyinə  çevrildi  və  bu,  bankların  kütiəvi  əməliyyatlarının 

genişlənməsi ilə nəticələndi. 

O  vaxta  qədər  iri  kommersiya  bankları  yalnız  gəlir  səviyyəsi  yüksək  olan 

müəssisələrə və fiziki şəxslərə xidmət edirdi. Geniş əhali təbəqələri əslində yalnız 

əmanət  kassalarından  istifadə  edirdi.  Perspektivli  bank  müştəriləri  vəziyyətinə 

çatmış  geniş  əhali  kütlələrinin  gəlirlərinin  artması  ilə  əlaqədar  vəziyyət  kəskin 

şəkildə  dəyişdi.  Əmək  haqqının  nağdsız  ödənilməsinin  tətbiq  olunması  da  buna 

şərait  yaradırdı.  Bu vəziyyətdə,  təbii  ki, sadə insanlarla  əlaqələri daha  yaxşı olan 

əmanət kassaları hamıdan çox qazanc əldə etdi. Lakin əmanət kassaları ilə bərabər 

iri banklar da əlavə müştərilər cəlb etmək istədilər və əhali üçün hesablar açmağa 

başladılar. 

Bu  ilk  addımdan  sonra  milyonlarla  hesab  sahiblərini  bankların  həqiqi 

müştərilərinə  çevirmək  zərurəti  yarandı.  Bu  məqsədlə  həmin  insanlara  nağdsız 

hesablaşma formalarını mənimsəməkdə ilk növbədə istehlak kreditlərinin çeşidinin 

genişləndirilməsi yolu ilə kömək göstərməyə başladılar. Sonradan özəl müştəriləri 

cəlb etmək və onları əldə saxlamaq üçün ən müxtəlif əmanət planları tətbiq edildi. 

Bundan  əlavə,  kommersiya  bankları  və  bank  qrupları  investisiya  şirkətləri  yarat-

mağa  başladılar.  Həmin  şirkətlər  hətta  cüzi  əmanətləri  də  qiymətli  kağızlara 

sərmaya qoymaq imkanı təklif edirdilər. Faktiki olaraq banklar ciddi markteinqlə 

məşğul olmağa başladılar. 

Bu gün Rusiyada bank rəqabətinin əsas metodları qiymətlərlə bağlıdır. Bank 

bazarının təşəkkül mərhələsi üçün bu hal heç də təəcüblü deyildir. Lakin burada da 

müəyyən  irəliləyiş  müşahidə  olunur.  Məsələn,  Rusiya  Federasiyası  Mərkəzi 

Bankının  uçot  dərəcəsinin  azaldılması  kommersiya  banklarının  depozit 

dərəcələrinə  münasibətdə  manevr  sərbəstliyini  xeyli  məhdudlaşdırmışdır.  Bu  və 

bəzi  başqa  səbəblər  banklann  çeşid  siyasətinin  fəallaşmasını  («müştəri-bank» 

sisteminin tətbiq edilməsi, plastik kartların emissiyası və s.), reklam fəaliyyətinin 



: application -> uploads -> 2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Magistratura məRKƏZİ
2016 -> İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya
2016 -> Bilet 1 Davranış iqtisadiyyatı Süni intellektin yaranmasının başlanğıc mərhələsi İnformasiya, verilən, məlumat, bilik Verilənlər bazasının modelləri Bioloji neyron İqtisadi informasiyanın layihələndirmə mərhələləri Genetik alqoritmlər Bilet
2016 -> Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1


Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə