58
ilə müəyyən olunur. Məsələn, satıcı bazarında satıcılar sanballı bazar qüvvəsinə və
müəyyən dərəcədə (bazarda bolluq olmaması, onun inhisarlaşması və s.
nəticəsində) alıcılara öz şərtlərini diqtə etmək imkanına malik olurlar. Bu halda
alıcıların rəqabəti üstünlük təşkil edir. Alıcı bazarında isə alıcılar satıcılara nisbətən
daha artıq bazar qüvvəsinə malik olur (bazarda malların hədsiz çox olması və bəzi
başqa amillərin təsiri nəticəsində) və bu halda rəqabətin əsas forması satıcıların
rəqabətidir.
Bank bazarında vəziyyət necədir? O, satıcı bazarıdır yoxsa alıcı bazarı? Bu
suala birmənalı cavab vermək mümkün deyildir, çünki bir tərəfdən, bazar nə isə
vahid və bölünməz şey olmayıb çoxsaylı xırda bazarlardan (bank sahələrindən)
ibarətdir və digər tərəfdən, istənilən bank bu bazarlarda həm satıcı qismində, həm
də alıcı qismində çıxış edə bilər.
Rusiya bank bazarında yaranmış vəziyyətlə əiaqədar bunu anlamaq xüsusilə
vacibdir. Rusiya iqtisadiyyatının bank sektoru uzun müddət satıcıların diktatı ilə
səciyyəvi olmuşdur. Bu, dövlət banklarının sayının hədsiz dərəcədə məhdud
olmasının nəticəsidir (bu vəziyyət komanda tipli bütün iqtisadiyyatlar üçün
səciyyəvidir). Bazar iqtisadiyyatına keçidlə bağlı dəyişikliklərin ilk illərində bank
bazarlarını təhlil edərkən bank xidmətləri alıcılarının rəqabəti daha çox nəzərə
çarpırdı. Kredit bazarı buna tipik nümunə idi: kreditə tələbat mütəmadi olaraq
təklifi qabaqlayır, faiz dərəcələri durmadan artırılırdı. Kredit təsisatları arasında
rəqabət isə yalnız depozitlər bazarında mövcud idi. Bununla əlaqədar, kommersiya
banklarının (xüsusən iri bankların) rəhbərlərinin çoxu rəqabəti ciddi qəbul etmirdi.
Lakin həyat göstərdi ki, bu təsəvvür yaniış imiş. Əvvələn, kredit resurslarına
tələbatın bolluğu əbədi mövcud ola bilməzdi və 1994-1995-ci illərdə kredit
bazarında konyunktur nəzərəçarpacaq dərəcədə dəyişmişdir. İkincisi, yuxarıda
göstərilidyi kimi, bank bazarı və ssuda kapitalları bazarı heç də eyni şey deyildir.
Bank xidmətlərinin istehlakçılarının təsirinin təhlil edilməsi əmanət işi,
invenstisiya vasitəçiliyi, plastik kartların buraxılması və onlara xidmət kimi
59
sahələrdə artıq bu gün satıcıların rəqabətinin mövcud olduğunu söyləməyə əsas
verir. Alıcıların rəqabəti barədə isə yəqin ki, hesablaşma-kassa xidməti və yaxın
keçmişdə kreditlər verilməsi əməliyyatlarına tətbiqən danışmağa dəyər. Qalan
sahələr ya kifayət qədər inkişaf etməmişdir, ya da tələb və təklifin təxminən bir-
birinə müvafiq olması ilə səciyyəvidir.
Məlum olduğu kimi, inkişaf etmiş bazar iqtisadiyyatı şəraitində alıcıların
rəqabəti o qədər də böyük əhəmiyyət kəsb etmir, çünki bazar iqtisadiyyatının adi
vəziyyəti - alıcı bazarıdır. Bu halda əmtəə və xidmətlərin satıcıları öz aralarında
yarışırlar. Maliyyə bazarı isə Rusiya iqtisadiyyatında bazar dəyişikliklərinin ön
xəttində gedir. Bankların rəhbərləri özlərinin rəqabət strategiyasını işləyib
hazırlamaq, marketinq vasitələrinin mənimsənilməsi, bankfarın strukturunun
yenidən quruta bilməsi və işçilərin hazırlanması barədə artıq indidən ciddi
fikirləşməlidirlər.
Rəqabət mübarizəsi bəhsləşməni nəzərdə tutsa da, bu rəqabətin gedişində
yaranan münasibətləri rəqabət subyektlərinin bir-birini qarşılıqlı surətdə
«itələməsi» münasibətlərindən ibarət hesab etmək düz olmazdı. Rəqabətin ayrı-ayrı
subyektləri arasında birgə fəaliyyət, müxtəlif birliklərin (assosiasiyalar, ittifaqlar
və s.) yaranması, onların mütəşəkkil qaydada birləşməsi və digər kooperasiya və
təmərküzləşmə formalarında «qarşılıqlı cazibə» münasibətlərinin inkişafı da
rəqabətin qanunauyğunluğudur.
Bank rəqabəti subyektlərinin təmərküzləşmə dərəcəsindən asılı olaraq:
1)
fərdi rəqabəti;
2)
qrup halında rəqabəti fərqləndirmək olar.
Rəqiblər ayrı-ayrı kredit təsisatları olduqda fərdi bank rəqabəti yaranır. Qrup
haltnda bank rəqabətində «assosiasiya edilmiş» rəqiblər qismində çıxış edən kredit
təsisatları birlikləri bir-birinə qarşı çıxır.
60
Beləliklə, qrup halında rəqabət fərdi rəqabətin nəticəsidir. Lakin qrup
rəqabətinin mövcud olması eyni bir qrupun üzvləri arasında fərdi rəqabət olmaması
deməkdirmi?
Bəzi iqtisadçıların fikrincə, qrup halında rəqabət o vaxt yaranır ki, bu və ya
digər sahədəki müəssisələrin bir qismi qalan müəssisələrə qarşı birgə fəaliyyət
göstərmək üçün öz aralarında birləşirlər. Məxsusi mənada qrup halında rəqabət o
deməkdir ki, eyni bir sahənin öz arasında rəqabət aparmayan müəssisələri
birləşirlər. Qrup halında rəqabətin bu məhdud traktovkasından fərqli olaraq, sözün
geniş mənasında qrup halında rəqabətdə birləşən müəssisələr biri digərinə rəqib ola
bilər, lakin onların birgə fəaliyyəti bir sıra xüsusi, həlli sanki «rəqabətin
hüdudlarından kənarda» əlaqələndirilən məsələlərin həlli ilə məhdudiaşır.
Fərdi və kollektiv rəqabət siyasətini fərqləndirən başqa iqtisadçıların
fikrincə, qrup halında rəqabət kollektiv rəqabət siyasəti sahəsinə şamil edlilir.
Qarşıya qoyulmuş sualın cavabı rəqiblər qrupunun nə məqsədlə və hansı prinsip
üzrə formalaşmasından asılıdır.
Maliyyə-kredit təsisatlarının və bank rəqabətinin digər subyektlərinin
sahibkarlıq səylərini birləşdirməyin əsas formaları aşağıdakılardır:
♦ bilavasitə mənfəət əldə etmək məqsədi güdməyən birlikiər (ittifaqlar,
assosiasiyalar);
♦
daimi fəaliyyətdə olan müştərək maliyyə-kredit təsisatları;
♦
bank bazarı iştirakçılarının müvəqqəti birlikləri (sindikatlar,
konsorsiumlar);
♦
qeyri-maliyyə strukturlarının daxil olduğu birliklər (maliyyə-sənaye
qrupları, holdinqlər).
Qeyri-kommersiya ittifaqları və bank təsisatlarmın assosiasiyaları.
Sahibkarlıq səylərini biriəşdirməyin ən geniş yayılmış üsulu qeyri-kommersiya
ittifaqları və assosiasiyaları yaradılmasıdır. Görünür, bu, həmin qurumların
yaradılmasının asan olmasından irəli gəlir. Assosiasiyalar çox vaxt klan-peşəkarlıq
Dostları ilə paylaş: |