Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda


Tədqiqat  iĢinin  nəzəri-metodoloji  əsasları



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   2   3   4   5   6   7   8   9   ...   28

 



Tədqiqat  iĢinin  nəzəri-metodoloji  əsasları.  Tədqiqatın  nəzəri-

metodoloji  bazasını  dövlətin  iqtisadi  və  sosial  inkişaf  strategiyası  və 

proqramından  irəli  gələn  müddəalarla  yanaşı,  dünyanın    və  ölkəmizin 

aparıcı  iqtisadçı  alimlərinin    əsərləri,  onların  bank  xidmətləri  bazarının 

təkmilləşdirilməsi haqqında nəzəri və təcrübi fikirləri təşkil edir. 



Tədqiqat  iĢinin  informasiya  bazası.  Dissertasiya  işində  informasiya 

bazası  kimi  Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinin, 

Mərkəzi  Bankın,  Qiymətli  Kağızlar  Komitəsinin,  Azərbaycan  Banklar 

Birliyinin  məlumatlarından,  xarici  dövlətlərin  və  Azərbaycanın  dövri 

mətbuatının  təhlili  üzrə  məqalələrdən    və  internet  materiallarından  istifadə 

edilmişdir. 



Tədqiqat iĢinin elmi yeniliyi. Tədqiqat işinin hazırlanması prosesində 

aşağıdakı elmi yeniliklər müəyyən edilmişdir: 

-  Dünya  təcrübəsi  öyrənilməklə  belə  nəticəyə  gəlmək  olar  ki,  bankların 

spesifik xarakterli xidmətləri ayrı-ayrı hallarda həmin xidmətlərdən istifadə olunur; 

-  Bank  bazarının  əsas  subyektləri  kommersiya  banklarıdır,  lakin  çoxsaylı 

qeyri-bank  maliyyə-kredit  təşkilatları  və  qeyri-maliyyə  təşkilatları  da    həmin 

subyektlərlə  rəqabət aparır. 

-  bank  xidmətləri  sahəsində  aparıcı  istiaqmətlər  olaraq  bankların 

hesablaşma-kassa  xidmətləri;  faktorinq  xidməti;  lizinq  xidməti;  trast  xidmətləri 

əsas götürülə bilər. 

-  Bank  xidmətləri  bazarının  inkişafının  iki  istiqaməti  müəyyən  edilmişdir. 

Bunlardan  birinci  istiqaməti  artıq  mövcud  olan  bank  xidməti  və  əməliyyatları 

növlərinin təkmilləşdirilməsidir. Bank xidmətlərinin inkişaf etdirilməsində  ikinci 

böyük  istiqamət  müştərilər  üçün  prinsipcə  yeni,  əvvəllər  tətbiq  edilməyən 

xidmətlərin  təşkil  edilməsidir.  Bu  istiqamət  bir  çox  banklarda    bank  siyasətinin 

müəyyən həlqəsinə çevrilir.  



Tədqiqat  iĢinin  təcrübi  əhəmiyyəti.  Magistr  dissertasiyasında  bank 

xidmətləri  bazarının    xüsusiyyətləri  tədqiq  edilmiş,  burada  mövcud  olan 

əsas  problemlər  aşkara  çıxarılmış,  onların  həlli  haqqında  fikirlər  irəli 

sürülmüşdür. 



ĠĢin  quruluĢu  və  həcmi.  Dissertasiya  işi  giriş,  üç  fəsil,  nəticə  və 

təkliflərdən  və  ədəbiyyat  siyahısından  ibarətdir.  Həcmi  isə  97  səhifədən 

ibarətdir. 

 



 



 



FƏSĠL 1. BANK BAZARININ MAHĠYYƏTĠ VƏ ĠġTĠRAKÇILARI 

1.1. Bank bazarı bank xidmətlərinin satıĢ bazarı kimi 

 

Müasir  bank  sistetninin  ən  mühüm  xüsusiyyətlərindən  biri  ondan  ibarətdir 



ki,  bu  sistem  -  bazar  sistemidir.  Burada  bank  sisteminin  nə  demək  olması,  onun 

subyektləri  və  strukturu  məsələlərini  nəzərdən  keçirəcəyik.  Bank  rəqabətinin 

inkişafı məsələsinə xüsusi diqqət yetiriləcəkdir. 

Aşkardır ki, bazar rəqabətinin hər bir sahəsində müvafiq bazar mövcuddur. 

Deməli, bank rəqabətinin fəaliyyət sahəsi bank bazarıdır. Lakin belə bir problem 

yaranır: bank bazarı dedikdə nəyi nəzərdə tutmalıyıq?

 

Bu  sualın  cavabının  mümkün  variantlarından  biri  ondan  ibarətdir  ki, 



bankların  iştirak  etdiyi  hər  bir  bazar,  o  cümlədən  həm  bank  xidmətlərinin  satış 

bazarları,  həm  də  bank  fəaüyyəti  üçün  resurs  bazarları  bank  bazarı  hesab  edilə 

bilər.  Lakin  bu  halda  bank  bazarı  çox  geniş,  sərhədləri  hədsiz  dərəcədə  qeyri-

müəyyən  olan  bir  anlayışa  çevrilir.  Əslində  isə  müasir  kommersiya  bankları 

bazarın  praktiki  olaraq  bütün  sektorlarında  həm  satıcı,  həm  də  alıcı  rolunda 

fəaliyyət  göstəririər. Bu  fikrin daha əsaslı  təsir  bağışlaması üçün  bazar sistemini 

alqı-satqı  obyektlərinin  mövqeyindən  nəzərdən  keçirək.  Bu  sistemə  aşağıdakı 

sektorlar daxildir.

 

1.

 



İstehsal vasitələri bazarı və istehsal xidmətləri bazarı. Kommersiya bank-

ları bu bazara müəssisələr (hesablaşma xidmətləri, hesabların aparılması, 

maliyyə korporasiyalarının idarə edilməsi), maliyyə vasitəçiləri (istehsal 

obyektlərinə  kreditlər  verilməsi)  üçün  bank  xidmətlərinin  satıcıları 

qismində, eləcə də istehsal resurslarının alıcıları qismində (ofis avadаn-

lığının alınması) qismində çıxış edirlər. 




 

2.



 

İstehlak  predmetləri  və  istehlak  xidmətləri  bazarı.  Burada  banklar 

əsasən  maliyyə vasitəçiləri  kimi  (istehlak  məqsədləri  üçün  ssudalar 

verilməsi), lakin bəzən həm də alıcılar kimi çıxış edirlər.  

3.

 

Əmək  bazarı.  Bu  bazar  bankların  kadr  siyasətinin  məqsədli  sahəsidir. 



Banklar vaxtaşın olaraq öz işçilərini yeniləşdirmək və ya onların sayını 

artırmaq üçün alıcılar qismində bu bazara çıxmalı olurlar. 

4.

 

İntellektual-informasiya məhsulları bazarı. Bu bazarda banklar həm bank 



xidmətlərinin satıcıları (maliyyə məsələlərinə dair məsləhətlər verilməsi), 

həm  də  istehsal  resurslarının  (məsəəln,  kompüterlər  üçün  proqram 

təminatının) alıcıları kimi fəaliyyət göstərə bilərlər.  

5.

 



Daşınmaz əmlak bazarı. Bu bazarda banklar çox vaxt maliyyə vasitəçiləri 

kimi  (ipoteka  kreditlərinin  verilməsi)  və  nisbətən  nadir  hallarda 

alıcılar (torpaq sahələrinin və ofis üçün binaların alınması) və ya satıcılar 

(başa  çatdırılmamış  ipoteka  krediti  üzrə  girovun  satılması)  kimi  çıxış 

edirlər.  

6.

 



Maliyyə bazarları. Bu bazarlarda banklar əsas iştirakçılardan biridir: 

a) 


ssuda kapitalları bazarı. Burada banklar bir tərəfdən öz əmanətçilərinin 

pul  resurslarına  müvəqqəti  hüquqları  alır,  digər  tərəfdən  ssuda  verərkən  satıcılar 

kimi çıxış edirlər; 

b) 


qiymətli  kağızlar  bazarı.  Banklar  öz  müştərilərinin  tapşırıqlarını  yerinə 

yetirərək,  eləcə  də  öz  təşəbbüsləri  ilə  qiymətli  kağızların  alqı-satqısını  həyata 

keçirir və növbə ilə gah satıcı, gah da alıcı rolunda çıxış  edirlər. 

c) 


valyuta  və  qiymətli  metallar  bazarı.  Bu  bazarda  bankların  rolu 

oniarın qiymətfi kağızlar bazarındakı roluna oxşayır. 




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə