Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

 

61 


əlaməti  üzrə  yaranır.  Bu  halda  onlann  iştirakçıları  arasında  «qohumluq  müna-

sibətləri», yəni əsas fəaliyyət növlərinin və fəaliyyətin məqsədlərinin oxşar olması, 

müştərək təsisatçıların olması və s. amillər nəzərdə tutulur. Birliklərin qrup hahnda 

rəqabət apardığı bank bazarına nümunə olaraq Almaniya bank bazannı göstərmək 

olar.  Bu  ölkədə  ümummilli  əmanət  kassaları  birlikləri  və  kredit  ortaqlıqlarının 

birlikləri  razılaşdırılmış  bazar  siyasəti  yeridən  «assosiasiya  edilmiş  iki  rəqib» 

qismində  çıxış  edir.  Almaniya  iqtisadi  ədəbiyyatında  qeyd  edildiyi  kimi,  bank 

rəqabətinin mühüm xarasteristikalarından biri ondan ibarətdir ki, onun subyektiəri 

müxtəlif  məqsədlər  güdür:  bir  tərəfdən,  mənfəət  əldə  etmək  məqsədi  güdən  özəl 

maliyyə  təsisatları  və  digər  tərəfdən,  iqtisadiyyatı  inkişaf  etdirmək  oriyentiyası 

seçmiş kredit ortaqlıqları və dlövlət təsisatlan öz aralarında rəqabət aparırlar. 

1991-1992-ci illərdən başlayaraq Rusiyada kommersiya banklarının və bank 

bazarının  digər  iştirakçılarının  bir  sıra  assosiasiyaları  yaranmışdır.  Onların 

fəaliyyətinin  əsas  istiqamətləri  banklar  arasında  konsolidasiya  və  əməkdaşlığın 

təmin  edilməsi,  tərəfdaşlığın  inkişaf  etdirilməsi,  bankların  fəaliyyətinə  hüquqi  və 

sosial  zəmanətlərin  təmin  edilməsinə  kömək,  dövlət  orqanları  qarşısında  onların 

peşəkar mənafelərinin qorunması və qanunvericifik təşəbbüsünün reallaşdırılması, 

kadrlar hazırlanmasına kömək və başqa məsələlərdir. Klan-peşəkarlıq əlaməti üzrə 

yaranmış birliklərə misal olaraq Rusiya Banklar Assosiasiyasını (RBA – kommer-

siya banklarının ən iri ümummiili birliyi), Sənaye-Tikinti Bankları Assosiasiyasını 

göstərmək olar. 

Bank  bazarı  iştirakçılarının  birlikləri  peşə  mənsubiyyəti  əlaməti  ilə  yanaşı, 

ərazi mənsubiyyəti əlamətinə görə də yaradıla bilər. Ərazi birliklərinə misal otaraq, 

Moskva  Banklar  İttifaqını,  «Böyük  Volqa»  Banklar  Ittifaqını, Asiya-Sakit  Okean 

regionu Banklar Assosiasiyasını, eləcə də banklararası birlik və ittifaqları, məsələn 

«Delo» banklararası birliyini göstərmək olar. 

Son vaxtlar bankların həcmi və etibarlılıq əlamətlərinə görə iri banklararası 

birliklərin  yaradılması  müşahidə  olunur.  Məsələn,  orta  ölçülü  bir  qrup  bank 




 

62 


likvidliyi qoruyub saxlatnaq üçün qarşılıqlı tədbirlər barədə saziş imzalamışdır. Bu 

sazişin  məqsədi  idarəetmə  strukturlarında  orta  ölçülü  banklar  qrupunun  məna-

felərini lobbiləşdirmək və qarşılıqlı kreditlər verilməsidir. Bu o deməkdir ki, Ru-

siya  bank  sistemində  müxtəlif  tipli  bankların  ayrı-ayrılıqda,  pərakəndə  halda 

inkişaf  etməsi  rejimi  formalaşır.  Mütəxəssislərin  fikrincə,  hazırda  müşahidə  olu-

nan,  etibarlılıq  səviyyəsi  eyni  olan  və  onlardan  daha  az  etibarlı  banklarla  əmək-

daşlıq etməyən bankları birləşdirən «klublar» yaratmaq tendensiyası gələcəkdə də 

davam edəcəkdtr. 

Lakin  konsolidasiyanın nəyə  əsaslanmasından  asılı  olmayaraq,  assosiasiya-

ların heç bir növü onun iştirakçılarının fəaliyyətinin bütün növlərini birləşdirməyi 

və ya əlaqələndirməyi nəzərdə tutmur. Deməli, onların arasında fərdi rəqabət qala 

bilər. 


MüĢtərək maliyyə-kredit təsisatları. Bank bazarının iştirakçılarının sahib-

karlıq  səylərini  birləşdirməyin  bir  üsuiu  da  kommersiya  əsasında  fəaliyyət  gös-

tərən,  yəni  mənfəət  əldə  etmək  məqsədi  güdən,  daimi  fəaliyyətdə  olan  müştərək 

maliyyə-kredit təsisatlarının təşkii edilməsidir. 

Xarici  ölkələrİn  praktikasında  bu  növ  bank  kooperasiyasına  misal  oiaraq, 

Almaniyanın  «Drezdner  Bank»  bankının  başqa  ölkələrdəki  müxtəlif  banklarla 

əməkdaşlığını  göstərə  bilərik.  1992-ci  ildə  bu  əməkdaşlıq  xüsusilə  geniş  vüsət 

almışdır.  Həmin  ildə  aimanlar  Bankın  Portuqaliya  və  Yunanıstanda,  Belçika  və 

Hollandiyada olan nümayəndəliklərini öz kadrları ilə gücləndirdi və xüsusi texniki 

qruplar tədiyə sisteminin unifikasiyası, risklərin idarə edilməsinə vahid yanaşma-

ların  yaradılması,  məlumatfarın  emal  texnologiyası  və  vahid  hesabatın  qəbul 

edilməsi üzərində işə başladılar. 1993-cü ilin payızında Sankt-Peterburqda «BNP-

Drezdner  Bank  (Rusiya)»  adlı  müştərək  bank  açıldı.  Bu,  Rusiyada  100%  xarici 

kapitala əsaslanan ilk bank idi. Bu gün bu tipli müştərək müəssisələr, o cümlədən 

Rusiya bankları tərəfindən, çox yaradılmışdır. 



 

63 


Müştərək  maliyyə-kredit  təsisatlarının  təsisçiləri  uğurlu  fəaliyyətdə  və  bir-

birinin  maliyyə  sabitüyində  qarşılıqlı  maraqlı  olduğu  yçyn  onların  arasında  fərdi 

rəqabət istisna olunur. 

Bank  konsorsiumları.  Bank  bazannın  iştirakçılarının  kooperasiyasının 

üçüncü forması maliyyə kredit təsisatlarının konsorsiumlarıdır. 

Bank konsorsiumu (sindikat, pul) kredit, zəmanət və digər bank əməliyyat-

larını birlikdə həyata keçirmək üçüni ən iri bankiarın biri (konsorsiumunu rəhbəri) 

tərəfindən müvəqqəti təşkil edilmiş banklar qrupudur. 

Rusiyada  birliklərin  bu  növü  bank  bazarının  fond  sektorunda  daha  geniş 

yayılmışdır.  Müvəqqəti  birliklərə  nümunə  olaraq  «Qloriya-bank»ın  idarə  etdiyi 

Çek Sindikatını, Fond Emissiya Sindikatını (FES), keçmiş SSR-nin xarici borcuna 

xidmət edən konsorsiumu və başqalarını göstərmək olar. 

Sindikat  və  konsorsiumlann  fəaliyyətinin  kommersiya  xarakteri  daşıması 

onları  müştərək  müəssisələrlə  bir  növ  qohum  edir.  Lakin  onların  yerinə  yetirdiyi 

vəzifələrin əhatə dairəsi (deməli, iştirakçıların fərdi və qrup mənafelərinin kəsişmə 

sahəsi), bir qayda olaraq, çox məhduddur. Bu, həmin birlikləri qeyri-kommersiya 

assosiasiyaları  ilə  yaxınlaşdırır. Beləliklə,  qrup  halında  rəqabətin  təşkilati  forması 

olan  konsorsium  və  sindikatlar  onların  iştirakçıları  arasında  fərdi  rəqabəti  aradan 

qaldırmır. 



Maliyyə-sənaye qrupları və holdinqlər. Bank bazarında qrup halında rəqa-

bətin  nəzərdən  keçirəcəyimiz  təşkilati  formalarından  axırıncısı  maliyyə  sənaye 

qrupları və holdinqlərdir. 

Maliyyə-sənaye  qrupları  (MSQ)  dedikdə rəqabət  qabiliyyətini və  istehsalın 

səmərəsini artırmaq, səmərəli texnoloji əlaqələr və kooperasiya əlaqələri yaratmaq, 

ixrac potensialını artırmaq, elmi-texniki tərəqqini sürətləndirmək, müdafiə müəssi-

sələrini  konversiya  etmək  və  invenstisiyalar  cəlb  etmək  məqsədilə  yaradılmış 

müəssisə,  idarə  və  təşkilatların,  kredit-maliyyə  müəssisələri  və  invenstisiya 

təsisatlarının qeydiyyata alınmış qrupu nəzərdə tutulur. 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə